Məhkəmə qərarları › İş №1(102)-915/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-915/2021

20.10.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-915/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.İ.Hüseynov, B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxxxx 1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyət ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayo n Məhkəməsinin 31 may 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplanılmaqla, həbsdə olduğu müddət yeni təyin edilmiş cəzaya hesablanaraq, qəti olaraq üzərində cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) 19 noyabr 2020-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 3.09.2020-ci il tarixli hökmü Məhkumun əməlində cinayətin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla dəyişdirilmişdir. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARI: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 29 mart 2020-ci ildə saat 14 radələrində birlikdə yeyib-içib əylənmək məqsədilə tanışı Zərərçəkmiş şəxsin yaşadığı ünvan 2 ünvanına gələrək həmin evin həyətyanı sahəsində əvvəlcədən hazırlanmış masaya əyləşib Zərərçəkmiş şəxs da olmaqla digər tanışları Şahid 3, Şahid1 Məmmədemin qızı, Şahid2 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Saat 18 radələrində alkoqol sərxoşluğu vəziyyətində məclisdə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsin nalayiq ifadələrinə görə Məhkum yaxınlıqda yaşayan qonşuları narahat etməməsini deyib, boğazından tutaraq var-yoxuna, anasına və bacısının ünvanına söyüşlər söyməklə iradını bildirdikdə, onun bu kimi hərəkətlərindən əsəbiləşərək şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin qeyri-hüquqi hərəkətlərinin təsiri nəticəsində qisas almaq məqsədi ilə plastik və metal materialdan hazırlanmış göy rəngli stulu götürüb Zərərçəkmiş şəxsin baş nahiyəsinə bir dəfə vurmaqla ona sol göz almasının əzilib-dağılması, travmatik çıxması, sol gözün tam korluğu, sol göz sinirinin tam zədələnməsi, so l qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun qançırı kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-i hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığa ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum CM-nin 126.2.4-cü maddəsi ilə verilmiş ittiham birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti qismən təmin edilməklə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü Məhkum əməlində cinayətin residivi olmasına əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla dəyişdirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı əs assız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyaraq, zərərçəkmişin "ətrafda qonşular yaşayır, söyüş söymə" kimi haqlı iradına məhəl qoymayaraq ucadan söyüşlə danışmaqda davam etmiş, Elşən Yusibov da öz növbəsində onun ünvanına söyüş edib bir daha söyüş etməməsini tələb etdikdə bunu bəhanə edərək, alkoqol sərxoşluğu vəziyyətdə davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə plastik və metal materialdan hazırlanmış göy rəngli stulu götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmaqla ona sol göz almasının əzilib-dağılması, travmatik çıxması, sol gözün tam korluğu, sol göz sini rinin tam zədələnməsi, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bazunun qançırı kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-nin hissəsinin dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İstintaq materialları ilə təsdiq olunur ki, məhkum və zərərçəkmiş şəxs arasında yuxarıda baş vermiş hadisəyə kimi hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək konflikt olmamışdır. Zərərçəkmiş şəxs Elşən Yusibov tərəfindən də ona və yaxud yaxınlarına qarşı əhəmiyyətli qanunsuzluq, yaxud digər əhəmiyyətli hərəkətlərə yol verilməmişdir. İş materiallarında Məhkumun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirməsi cinayətini törətməsini təsdiq edən kifayət qədər sübutlar mövcud olmuş, la kin məhkəmə kollegiyası həmin sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, əsassız olaraq qərarında işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. Göründüyü kimi, məhkəmələr məhkumun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirməsi cinayət əməlinin törədilməsini istisna etməklə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş, tətbiq edilməməli olan cinayət qanunu normasını tətbiq etmiş, cinayət qanunu normasını düzgün şərh etməməklə əməlin tövsifində səhvə yol vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarını ləğv etmək lə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM- nin 126.1-ci maddəsi ilə tövsif edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin e dilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkuma verilmiş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə sübuta yetirilməmiş, birinci instansiya məhkəməsi tədqiq etdiyi sübutların məcmusuna əsasən Məhkumun zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurması qənaətinə gəlmişdir. Birinci instansiya məhkə məsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilərək ƏYusifovun əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bü tün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiy aları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalında qeyd olunmuşdur ki, istinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq no rmalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən, zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Lakin, Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən çıxarılmış qərarların təhlili onu göstərir ki, bəzən ibtidai istintaq orqanları tərəfindən şəxslərə qarşı əsassız olaraq xuliqanlıq cinayətini və yaxud xuliqanlıq niyyəti ilə digər cinayətləri törətmələri barədə ittihamlar irəli sürülür, birinci və yaxud apellyasiya instansiyası məhkəmələri isə belə ittihamlar üzrə cinayət işlərinə baxılması zamanı işin mühüm əhəmiyyətli faktiki hallar ının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmir, ibtidai istintaq orqanlarının əməlin hüquqi tövsifi üzrə nəticələrinin düzgünlüyünü kifayət qədər yoxlamır, məhkəmədə baxılmış sübütlardan irəli gələn faktiki hallara müvafiq olmayan hüquqi nəticələrə gəlir, bu da son nəticədə maddi və prosessual normaların tələblərinə, onların təfsiri üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının hüquqi mövqelərinə uyğun olmayan məhkəmə qərarlarının çıxarılmasına, onların apellyasiya və kassasiya qaydasında ləğv edilməsinə və yaxud dəyişdirilməsinə səbəb olur. Bundan əlavə bir sıra hallarda xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” mövcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilir. Halbuki, belə hallarda, xüsusilə də, mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqazidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə tör ədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əm lakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). İşə baxan məhkəmələrin də istinad etdiyi işin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması onun qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstə rmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlərlə əlaqəli olmamışdır. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, hadisədən əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkumu öz əyləşdiyi masada söyüşlə etdiyi söhbətə müdaxilə edərək, ona bu barədə irad tutduqdan sonra özü də kobud və nalayiq söyüşlərlə onu təhqir etmiş, Məhkum zərərçəkmişin bu hərəkətinə əvvəl təmkimli davransa da, sonra dözməyərək ona xəsarət yetirmişdir. Beləliklə, iş üzrə dindirilmiş şahidlərin də ifadələrindən göründüyü kimi, tərəflər arasında yaranmış münaqişəli vəziyyət zərərçəkmişin məhkuma kobud formada irad tutaraq onu ağır söyüşlərlə təhqir etməsi ilə əlaqədar baş vermişdir. Xuliqanlıq niyyəti Məhkum əməlində hərəkətverici amil r olunu oynamamışdır. Beləliklə, iş materiallarını, kassasiya protestinin dəlilləri, cinayət qanununun normaları, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı və Ali Məhkəmənin müvafiq işlərə dair icmalının tövsiyələri ilə əlaqəli tədqiq edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələrin Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif etməsi ilə bağlı gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır, kassasiya protestinin dəlilləri həmin nəticəni şübhə altına almağa əsas vermir. Sübutetmənin anlayışını müəyyən edən Azərbaycan Respublikası CPM-nin 138-ci maddəsində qeyd olunmuşdur ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qi ymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkuma təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədlər i təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar