Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-915/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Sumqayıt Ağır C inayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli 1(124)-411/2023 nömrəli (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1994-cü il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış M əhkum Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8-ci maddələri üzrə 18 (on səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 22 oktyabr 2022-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının ilk 3 (üç) il hissə sini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli 1(105)-467/2023 nömrəli (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi), Əsgərova Ruhiyyə Orucəli qızı və İsmayılov Azər İbrahim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 21 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, onun üçün aşkar surətdə hamilə vəziyyətində olan arvadı Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin qızı Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 21 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qızı xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 yaşadıqları ünvan 3 ünvanında yerləşən evin yaxınlığında yerləşən “Al Market” mağazasından 37 manat dəyərində müx təlif şirniyyat məhsulları oğurladığı barədə məlumat aldıqdan sonra qızını sorğu-sual etdikdə sonuncunun oğurluq etməsini etiraf etməsi və arvadı Zərərçəkmiş şəxs1 bundan xəbəri olmasına görə əsəbləşib, qızını cəzalandırmaq məqsədi ilə yaşadıqları evin həyətindən uzunluğu 150 sm, diametri 2 sm olan, dalğavari formalı, dəmir materialdan olan boru parçasını götürüb həmin boru ilə, habelə əli ilə qızı Zərərçəkmiş şəxs2 vurmaqla qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol alınqaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, üzün, burun nahiyələrinin, kürək, hər iki aşağı ətraf nahiyələrinin qançırları, hematoması, sol diz nahiyəsinin sıyrığı kimi zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurduqda, bu zaman qızını ərinin müstəsna zorakı əməllərindən qurtarıb onun dəm ir alətlə döyülməsinin qarşısını alaraq bununla ictimai borcunu yerinə yetirən və əvvəlcədən məlumatı olduğu 25-26 həftəlik hamilə olan arvadı Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbləşərək arvadı Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlib, bu məqsədlə evin həyətindən uzunluğu 232 sm, diametri 2 sm olan, uc hissəsi təxminən 45 dərəcə əyilmiş vəziyyətdə olan başqa bir dəmir materialdan boru parçasını götürərək evə daxil olub həmin vaxt evdə olan azyaşlı övladlarının – xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.2016-cı il təvəllüdlü X7 gözləri qarşısında həm azyaşlı övladlarına, həm də anaları Zərərçəkmiş şəxs1 hərəkətləri ilə xüsusi əzab verdiyini dər k edərək, öz növbəsində orada olan anası Şahid1 onun qanuna zidd hərəkətlərinin qarşısını almağa yönəlmiş təkidli xahişlərinə əhəmiyyət verməyib arvadına xüsusi ağrı yetirdiyini dərk etməklə, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, əlində olan dəmir boru ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr endirərək hər iki ağciyərin və qaraciyərin cırılması, baş-beyinin toxumasına və qişalarına qansızma, qabırğaların çoxsaylı sınıqları, hər iki bazu sümüyünün sınıqları, baş nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yaraları və bədənin çoxsaylı qançır-sıyrıqları nəticəsində baş vermiş travmatik və hemorragik şokdan sonuncunun ölümünə səbəb olan baş-beynin sol təpəgicgah və sağ təpə-ənsə paylarında toxumasına və qişalarına qansızma, başın hər iki təpə-ənsə nahiyəsind ə yumşaq qişalar altına qansızma, başın təpə-ənsə, sağ təpə-ənsə, sol təpə-ənsə nahiyələrinin əzilmiş cırılmış yaraları, sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş qəlpəli sınığı, sol bazu nahiyəsinin orta 1/3-nin və said nahiyəsinin yuxarı 1/3nin arxa-bayır səthinin qançırı və 2 ədəd səthi əzilmiş-cırılmış yaraları, sol ağciyərin cırılmış yaraları, soldan V, Vİİ, Vİİİ qabırğaların onurğayanı xətt üzrə və V qabırğanın kürək xətti üzrə yerdəyişmiş sınıqları və qabırğaarası əzələlərə, yumşaq toxumalara qansızmalar, sağ ağciyərin və qaraciyərin cırılmış yaraları, sağdan Vİİ, Vİİİ, İX, X qabırğaların yerdəyişmiş sınıqları və qabırğaarası əzələlərə və yumşaq toxumalara qansızmalar, sağ bazu sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli sınığı, sağ bazunun yuxarı-orta 1/3-nin bayır-arxa səthini n qançırı, sol bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin qançırı və səthi əzilmiş-cırılmış yarası, sol kürəküstü nahiyənin qançırı, sağ kürəküstü nahiyənin qançırı, sağ kürək nahiyəsinin qançırı, sağ kürəkaltı nahiyənin qançırı, sol kürəkaltı nahiyənin qançırı, kürəkarası nahiyənin qançırı, döş qəfəsinin sol yarısının qançırı, döş qəfəsinin arxa səthinin qançırı, bel nahiyəsinin 2 ədəd qançırı, bel və qarın nahiyələrinin sol yarısının qançırı və 5 ədəd sıyrığı, bel-oma nahiyəsinin qançırı və 2 ədəd sıyrığı, sol sağrının aşağı iç-bayır kvadratının qançırı, bel nahiyəsinin Xİ döş-İİ bel fəqərələri proyeksiyasında yerləşən 2 ədəd qançırı və 4 ədəd sıyrığı, sol budun yuxarı 1/3nin bayır səthinin qançırı və 2 ədəd sıyrığı, sol qalça nahiyəsinin qançırı və sıyrığı, sol budun orta 1/3-nin ön- bayır səthinin qançırı və sıyrığı, sol diz oynağı nahiyəsinin ön bayır səthinin qançırı, sol baldırın ön-bayır səthinin qançırı, sol diz oynağı nahiyəsinin ön səthinin sıyrığı, sol ayaq pəncəsinin ön səthinin sıyrığı, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı, sağ ayağın iç topuğunun sıyrığı, sol baldırın yuxarı 1/3-nin iç-arxa səthinin qançırı, sağ budun orta-aşağı 1/3-nin arxa səthinin qançırı və 2 ədəd sıyrığı, sağ baldırın yuxarı 1/3-nin arxa səthinin qançırı və sıyrığı, qarın nahiyəsinin ön səthinin sağ yarısının sıyrığı, sağ bud-çanaq oynağı nahiyəsinin, bayır səthinin qançırı və sıyrığı kimi, həmçinin istintaqa məlum olmayan kəsici-deşici xassəyə malik alətdən istifadə etməklə sol bazunun orta 1/3-nin bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikd ə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik çoxsaylı xəsarətlər yetirməklə onun üçün aşkar surətdə hamilə vəziyyətində olan arvadı Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmələr tərəfindən onun ibtidai istintaq zamanı döyülməsi, bunun nəticəsində sağ qulağının eşitmə qabiliyyətini itirməsi, bütün hüquqlarının tapdalanması və cinayət törədilən zaman anlaqsız vəziyyətdə olması nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən, kassasiya məhkəmə kollegiyası tərəfi ndən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərindən fərqli olaraq özünü təqsirli bildiyini cəzasının yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Hüseynov Altay Xəlil oğlu çıxış edərək, məhkumun əməlindən peşman olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023- cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasın da ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində sə hvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həm in Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şər ti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyə n edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhk əməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olu nan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad ed ilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə ibtidai istintaq dövründə cinayət əməlini törət məsində özünü təqsirli bilinməsinə dair verdiyi ifadələri, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahid qismində dindirilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi haqqında” 22 oktyabr 2022-ci il tarixli protokolu, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 oktyabr 2022-ci il tarixli protokolu, məhkəmətibb ekspertinin 22 noyabr 2022-ci il tarixli 160 nömrəli və 27 noyabr 2022-ci il tarixli 2722 nömrəli rəyləri, məhkəmə tibbi-bioloji ekspertizasının 9 dekabr 2022-ci il tarixli 741/2022MTBŞ nömrəli rəyi, məhkəmə-tibbi-kriminalistik ekspertizasının 20 dekabr 2022-ci il tarixli 592-MTKŞ/2022 rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli 139 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış di gər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli 139 nömrəli rəyindən görünür ki, Məhkum qeyd edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Məhkum ona ittiham olunan əməl dövründə öz hərəkətlə rinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum hal-hazırda da öz hərəkətlərini mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkum əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, tez özündən çıxmaq, impulsivlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkum əqliintellektual imkanları normaya uyğundur. Məhkum qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional v əziyyətində aqressiya yaranmışdır. Məhkum cinayət hadisəsini törədərkən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum əvvəlcədən məlumatı olduğu 25-26 həftəlik hamilə olan arvadı Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbləşərək onu öldürmək qərarına gəlib, bu məqsədlə başqa bir dəmir materialdan boru parçasını götürərək evə daxil olub həmin vaxt evdə olan azyaşlı övladlarının qarşısında həm azyaşlı övladlarına, həm də anaları Zərərçəkmiş şəxs1 hərəkətlə ri ilə xüsusi əzab verdiyini dərk edərək, öz növbəsində orada olan anası Şahid1 onun qanuna zidd hərəkətlərinin qarşısını almağa yönəlmiş təkidli xahişlərinə əhəmiyyət verməyib arvadına xüsusi ağrı yetirdiyini dərk etməklə, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, əlində olan dəmir boru ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr endirərək qəsdən öldürməsi barədə ibtidai istintaq orqanın və aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum, onun üçün aşkar surətdə hamilə vəziyyətində olan arvadı Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni di gər şəxsi qəsdən həyatdan məhrum etməsi, həmçinin qızı Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində 2 (iki) azyaşlı uşaqlarının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq m əhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-915/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-915/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver