Məhkəmə qərarları › İş №1(102)-915/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-915/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-915/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X10 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 sentyabr 2024- cü il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Zamiq Rəşid oğlu) X11, 6 avqust 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, or ta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Xəzər” mühafizə xidmətində mühafizəçi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in) 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X11 qarşı CM-in 263.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, həmin ittihama görə, X11 23 may 2023-cü il tarixdə saat 12:30 radələrində “B1, B, C1, C” kateqoriyalı, BA 055707 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “BYD F3” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu ilə Binəqədi kəndi istiqamətində saatda təxminən 50-60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələblərini pozaraq yolu nisbətən iti addımlarla keçməyə çalışan 1968-ci il təvəllüdlü piyada X3 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurub, baş beyinin yumşaq qişaları altına, toxumasına və beyinciyə qansızmalar ilə müşayiət olunan alın nahiyəsinin sol yarısının və sağ a lın-gicgah nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol təpə nahiyəsinin əzilmiş yarası, sağ baldır sümüklərinin açıq-qəlpəli sınığı, sol aşıq-baldır oynağının qapalı sınığı, sağ said nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin əzilmişcırılmış yaraları, sağ bazu nahiyəsinin sıyrıqlı əzilmiş-cırılmış yaraları, sol çənə cisminin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol ayağın iç topuğunun, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin, sağ əlin arxa səthinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin İİİ- İV-V barmaqlarının sıyrıqları, sağ və sol üst göz qapaqlarının, sağ və sol diz oynağı nahiyələrinin qançırları kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərər çəkmi ş şəxs X3in 24 may 2023-cü il tarixdə saat 09:00-da “Kliniki Tibbi Mərkəz” PHŞ-də ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Birinci instansiya məhkəməsi işə baxılması nəticəsində X11in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gələrək onun haqqında yuxarıda göstərilən bəraət hökmü çıxarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Tağıyev Fuad Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 29 oktyabr 2024-cü il tarixli qərarı ilə apelyas iya protesti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında“ Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarına, ibtidai araşdırma orqanı t ərəfindən X11ə qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, əsasən də ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertiza rəylərinə, qəbul edilmiş yekun məhkəmə aktlarına və həmin aktlar üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini belə əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı tərəfindən 23 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yeri müayinə edilmiş, nəqliyyat vasitəsinə baxış keçirilmiş, hadisənin videogörüntüsü əldə edilərək cinayət işinə əlavə edilmə klə ona baxış keçirilmiş, sürücünün ifadəsi alınmaqla yerində yoxlanılmış, iş üzrə məhkəmə-tibbi ekspertizası, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməklə müvafiq rəylər alınmış və digər zəruri istintaq hərəkətləri aparılmaqla toplanmış sübutlarla X11in CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edilmiş və təsdiq edilmişdir. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən də görünür ki, aparılmış tədqiqat prosesinin təsviri, o cümlədən nəqliyyat vasitəsi və piyadaların hərəkət trayektoriyası, baş vermiş yol-nəqliyyat hadisəsinin şəraiti, mexanizmi və ekspertlərin gəldikləri nəticənin əsasları və səbəbləri ətraflı şəkildə izah edilməklə əsaslandırılmış, ekspertlər istintaq orqanının müəyyən etdiyi halların real h adisə mexanizminə uyğun olması barədə nəticəyə gələrək X11in sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olmasını və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olduğunu müəyyən etmişlər. Bu rəylərin nəticələrini həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş ekspert Şahid da bir daha təsdiq etmişdir. Göstərilənlərə baxmayaraq, məhkəmələr qeyd edilən qanuni yolla əldə edilmiş sübutlarla təsdiq olunan halları nəzərə almadan, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduqları halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Cinayət işinin materiallarında və birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində həmin məhkəmənin gəldiyi qənaətin qanuniliyini və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesinin tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışdır. Dövlət ittihamçısı E.A.Mirzəyevin qənaətinə görə, Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyası kassasiya qaydasında mübahisələndirən qərarı qəbul edərkən cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən, X11in təqsirsizliyi barədə yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etdiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi X7 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslan araq kassasiya protestinə zərər çəkmiş şəxsin hüquqi varisi S.K.Fərzəliyevin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.A.Mirzəyev həmin protestində məhkəmələrin X11ə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilm əməsinə görə bəraət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsi rsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minm iş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sü but əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kass asiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə tə qsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu n orması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetiril məsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konv ensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində g östərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və h əmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdi yi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsin də CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində mü əyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci mad dəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada mə hdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsin də əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair material lara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərək ətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu n ormada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamış sa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş süb utlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair n ormalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan ey ni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırma nın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdaf iəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən bi ri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndi rməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tari xli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələr i şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmən in gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X11in ona elan olunmuş ittiham üzrə cin ayət əməlini törətməsinin sübuta yetirilməməsi, ibtidai araşdırma zamanı isə bu sübutların ittihamın təsdiq edilməsi üçün kifayət etməməsi barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət itthamçıları X11ə qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə nəticəyə gəlməyə əsas verə bilən əlavə və mötəbər sübutları məhkəmələrə təqdim etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır ki, bu nəticələrin də şübhə altına alınması üçün heç bir əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası X11in barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı E.A.Mirzəyev məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz, yəni CPM-in 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilməklə əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin həqiqətən də qanunun tələblərinə zidd qaydada əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində də göstərilən pozuntuya yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən birinci instansiya məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırki qərarda da təhlil etməyi zəruri sayır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 23 may 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində Binəqədi rayonu, Binəqədi yolunda Sulutəpə dairəsindən üzü Binəqədi kəndi istiqamətində etibarnamə əsasında idarə etdiyi “BYD F3” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saatda 50-60 km sürətlə hərəkət edən zaman yolun əks tərəfindən gələn qara rəngli avtomaşının arxa tərəfindən qəflətən bir nəfər piyada onun avtomaşınının qarşısına çıxmışdır. Onun zərər çəkmiş şəxsi görməsi ilə hadisənin baş verməsi cəmi 1 saniyə ərzində baş vermişdir. O, zərər çəkmiş şəxsi gördüyü anda dərhal əyləc pedalını sıxaraq qəzadan yayınmağa çalışmış, lakin idarə etdiyi avtomaşınla piyada arasında məsafə az – təqribən 15-20 m olduğundan avtomaşını saxlaya bilməmiş və piyada sağ tərəfində yerləşən səkiyə tərəf qaçdığından həmin şəxsi avtomaşının ön sağ tərəfi ilə vurmuşdur. Həmin vaxt zərər çəkmiş şəxsin yanında başqa bir piyada da olmuş, lakin həmin piyada onun avtomobilini görən kimi yolun ortasında dayandığından o, idarə etdiyi nəqliyyat vasitəsi ilə onu vurmamışdır. X11 həmçinin qeyd etmişdir ki, hadisə zamanı qarşı tərəfdən gələn avtomobil axını çox olduğundan o, sol tərəfdəki səkidən yolu keçmək istəyən piyadaları görmək imkanında olmamış, vurduğu piyadanı isə yalnız sonuncu əks istiqamətdə hərəkət edən avtomaşının arxa tərəfindən qəflətən yolu onun hərəkət etdiyi hissəsinə çıxdığı an görmüş və bu zaman idarə etdiyi nəqliyyat vasitəsi ilə piyada arasında təxminən 15-20 metr olmuşdur. Hadisə baş verdikdə n sonra o, avtomaşının hadisə yerindən təxminən 2-3 metr məsafədə irəlidə saxlaya bilmiş, zərər çəkmiş şəxsin üz hissəsində xəsarətlər olduğundan, o avtomobildən endikdən dərhal sonra Təcili Tibbi Yardım xidmətinə zəng edib hadisə barədə məlumat verərək sonuncuya tibbi yardım göstərilməsini xahiş etmişdir. Eyni zamanda X11 bildirmişdir ki, hadisə baş vermiş ərazi yaşayış məntəqəsi olduğundan həmin ərazidə avtomaşınların maksimum sürət həddi saatda 60 km müəyyən edilmiş, o, hərəkətdə olarkən bu həddi aşmamış, hadisə yerində isə işıqfor və ya piyada keçidi olmamışdır. Cinayət işinin materiallarından görünür ki, eyni məzmunda izahatı və ifadələri X11 həmçinin ilkin və ibtidai araşdırmalar zamanı həm şahid, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən də vermiş, həmin ifadələri 25 may 2023-cü il tarixdə ifadənin yerində yoxlanılmasına dair istintaq hərəkətinin aparılması zamanı da təkrarlamış və əlavə olaraq göstərmişdir ki, hadisədən əvvəl onun idarə etdiyi avtomaşın saz vəziyyətdə olmuş, özü həmin vaxt narkotik və ya alkoqol sərxoşluğu vəziyyətində olmamış, hadisə günün işıqlı vaxtı, yol örtüyünün quru vəziyyətdə olması şəraitində baş vermiş, hadisənin qarşısını almaqdan ötrü o, əyləc sistemindən istifadə etsə də, piyada qəflətən qaça-qaça onun qarşısına çıxdığından və bu vaxt avtomaşınla onun arasındakı məsafə az olduğundan (15-20 m), avtomaşını yalnız piyadanın vurulduğu yerdən təxminən 2-3 metr qarşıda saxlaya bilmişdir. İş materiallarından göründüyü kimi, X11 ilkin və ibtidai araşdırma zamanı hadisənin baş vermə mexanizmi barədə eyni məzmunlu ifadələr verməsinə b axmayaraq (piyadanın onun idarə etdiyi avtomaşının hərəkət yoluna qarşı istiqamətdə hərəkət edən avtomaşının arxasından qəflətən çıxaraq qaça-qaça səkiyə doğru hərəkət etməsi, buna qədər onu görməməsi, bu vaxt, yəni onun piyadanı gördüyü an sonuncu ilə avtomaşın arasında təxminən 15-20 metr məsafə olması, məhz bu anda onun üçün təhlükə yaranması, piyadanın vurmamaq üçün əyləc sistemindən istifadə etməsi, lakin məsafə az olduğundan piyada X3in avtomaşının qabaq sağ hissəsi ilə vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin qarşısını ala bilməməsi, başqa tədbirlər görməsi imkanında olmaması) ibtidai araşdırma orqanı tərəfindən bu ifadələr nəzərə alınmayaraq sübut növü kimi qəbul edilməmiş, hadisənin başqa şahidləri müəyyən edilməyərək dindirilməmiş, sonuncuya qarşı CM-in 263.2-ci maddəs i ilə ittiham irəli sürərkən isə ibtidai araşdırma orqanı hadisənin natamam təfərrüatlarını özündə əks etdirən videogörüntülərə, hadisə yerinin müayinə edilməsi, avtomaşına baxış keçirilməsi haqqında protokollara və yol-nəqliyyat hadisələri ekspertizasının 28 avqust 2023-cü il tarixli 8/2319 saylı rəyinə əsaslanmış, bu ekspertizanın təyin edilməsi haqqında 3 iyul 2023-cü il tarixli qərarda isə hadisənin baş vermə mexanizmi müstəntiqin mötəbər sübutlarla təsdiq olunmayan mülahizələrinə əsasən belə müəyyən edilmişdir ki, piyada yolu keçmək üçün hərəkətə başladığı andan X11in idarə etdiyi avtomaşınla vurulduğu ana qədər qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf etmişdir. Lakin, göstərilən qərardan və həmin qərarın 3 iyul 2023-cü il tarixli 3-xx-xx230040545 saylı müşayiətedici məktubundan görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə cinayət işinin materialları göndərilsə də, həmin qərara hadisənin baş verməsini əks etdirən videogörüntülərin əsli təqdim olunmamış, ekspertiza qarşısında sürücü üçün təhlükə yaranmasının anı barədə sual qoyulmamış, ekspert X da bu videogörüntülərlə bağlı heç bir tədqiqat aparmamış, rəydə isə X11 üçün təhlükənin yarandığı anın piyada X3in yolun sol kənarından hərəkət başladığı vaxtdan yaranması, bu an saatda 50 km surətlə hərəkət edən avtomaşınla piyada arasında olan məsafənin 41,6 m, saatda 60 km sürətlə hərəkət edən avtomaşınla piyada arasında 50 m məsafənin olması, qeyd edilən sürətlərlə hərəkət edən avtomaşının tam dayanması üçün müvafiq olaraq 26,3 m və 34,9 m məsafə tələ b olunması, bununla da həmin məsafələr 41,6 və 50 m-dən az olduğundan X11in “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin tələblərinə etməsi halında hadisənin qarşısını almaqdan ötrü texniki imkanının olması, lakin onun hərəkətində bu tələblərə uyğunsuzluğun olması göstərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən isə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər az altmaq üçün mümkün olan tədbirləri görməlidir. Əvvəla iş materialları ilə toplanmış sübutlarla təsdiq olunur ki, X11 hadisə baş verməzdən əvvəl nəqliyyat vasitəsini idarə edərkən hadisənin baş verdiyi ərazidə müəyyən edilmiş sürət həddini aşmamış (onun verdiyi ifadələrə əsasən, o, avtomaşını saatda 50-60 km sürətlə idarə etmişdir) və ittiham tərəfi də bu halla razılaşaraq həmin halı mübahisələndirməmişdir. Daha sonra, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması zamanı 23 may 2023-cü il tarixdə baş vermiş hadisənin təfərrüatlarını özündə əks etdirən video görüntülərin əslinin əldə edilməsi üçün bütün mümkün tədbirlər görülsə də, (bunlar hökmdə ətraflı göstərilmişdir), həmin tədbirlər heç bir nəticə verməmiş və buna görə məhkəmə müdafiə tərəfinin vəsatətinə əsasən 26 oktyabr 2023-c ü il tarixli qərarla komisyon kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol-nəqliyyat ekspertizaları təyin edərkən, ekspertlərə cinayət işinin materialları ilə yanaşı ibtidai araşdırma zamanı hadisənin hallarını əks etdirən videogörüntülərin əslini deyil, həmin videogörüntülər əvvəl kompyuter, sonra isə “WhatSapp” proqramı vasitəsilə yazılmış CD diski təqdim etmiş, ekspertlərin qarşısında isə aşağdıakı suallar qoyulmuşdur:

1. Piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan təqsirləndirilən şəxs X11in idarə etdiyi avtomobillə vurulduğu ana qədər nə qədər vaxt keçmişdir və həmin vaxt ərzində mərhum piyada nə qədər məsafə qət edə bilmişdir?

2. Videogörüntüyə əsasən piyada hansı andan sürücü, təqsirləndirilən şəxs X11in görün üş dairəsinə düşmüşdür?

3. Video-texniki ekspertiza tərəfindən yuxarıda qoyulmuş sualların cavablandırılması mümkün olduğu halda, həmin ekspertiza tərəfindən müəyyən edilmiş parametrlər çərçivəsidə sürücü X10 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?

4. Göstərilən halda sürücü X10 hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?

5. Hadisənin müdafiə tərəfinin təqdim eldiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü X10 hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?

6. Göstərilən halda sürücü X10 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Qeyd edilən qərara əsasən keçirilmiş komisyon kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol-nəqliyyat ek spertizasının 22 dekabr 2023-cü il tarixli 8/3356-4/1826 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "Verbatim" "VİD20230619-WA0115.mp4" adlı videoyazıya görə piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan təqsirləndirilən şəxs X11in idarə etdiyi avtomobillə vurulduğu ana qədər keçən real zamanı və həmin müddətdə qət etdiyi məsafəni müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində də qeyd olunmuşdur ki, təqdim olunmuş videoyazı ilkin olmadığından, videoyazıdakı kadrlarda (nə təkrar, nə şərti ilkin videoyazıda) taymkod göstəriciləri qeyd olunmadığından və videoyazının qeydə alındığı fayl «WhatsApp” menecer proqamı ilə emal olunduğundan piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sed an tipli avtomobilin arxa tərəfindən çıxdığı andan təqsirləndirilən şəxs X11in idarə etdiyi avtomobillə vurulduğu ana qədər keçən real zamanı və həmin müddətdə qət etdiyi məsafəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəyə görə, obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahısına aid deyil, təqdim olunmuş audio və videoyazıların tədqiqatı nəticəsində piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan sürücü X11in idarə etdiyi avtomobillə vurulduğu ana qədər keçən real vaxt və həmin vaxt ərzində piyadanın qət etdiyi məsafəni müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası yolu ilə qeyd olun an suallara əsasən “BYD” markal **- VU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X11in hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Hadisəni əks etdirən videogörüntüyə əsasən piyadaların yolu keçməyə başlamaları piyadaların hərəkəti istiqamətdə sağ tərəfdən öz zolağı ilə hərəkətdə olan “BYD” markalı avtomobilin sürücüsünün görünüş dairəsinə düşə bilər. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BYD” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11in hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi, təsvir edilən rə ydə baş vermiş hadisə zamanı X11 üçün təhlükənin yaranma anı, məhz həmin anda onun hadisənin qarşısını almaq üçün texniki imkanının olub-olmaması, yolu keçən piyadaları əvvəlcədən görə bilib-bilməməsi, yəni bu anın da onun müşahidə dairəsinə düşüb-düşməməsi kimi mühüm hallar ekspertlər tərəfindən dəqiq müəyyən edilməmiş, sonda isə ekspertlər yenə də ibtidai araşdırma zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilərkən istintaq orqanının ekspertizaya təqdim olunmuş məlumatlara əsasən (piyadanın səkinin üzərindən hərəkətə başladığı andan vurulana qədər 3 saniyə ərzində məsafə qət etməsi barədə) ekspertlər X11in hadisənin qarşısını almağa texniki imkanının olması və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərinə əməl etməməsi barədə nəticə yə gəlmiş, məhkəmə tərəfindən qoyulmuş digər suallara isə qeyri-müəyyən cavablar vermişlər. Belə qeyri-müəyyən və natamam rəyin verilməsi isə yalnız bir halla – baş vermiş hadisənin hallarını düzgün və tam təsvir edən videogörüntülərin ekspertlərə təqdim edilməməsi ilə bağlı olmuşdur ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmə bunun üçün, yəni videogörüntülərin əslini əldə etmək üçün bütün mümkün tədbirləri görmüş, lakin bu tədbirlər heç bir nəticə verməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş ekspert X17 (22 dekabr 2023-cü il tarixli 8/3356-4/1826 saylı rəyi vermiş ekspertlərdən biri) göstərmişdir ki, ekspetiza qarşısında videogörüntülər üzrə 2 real hadisə üzrə zamanın - piyadanın yolu keçməyə başlaması anından vurulan ana qədər keçən vaxtın və bu zaman müddətind ə qət olunan məsafənin müəyyən olunması sualı qoyulmuş, digər sual isə “video görüntüyə əsasən piyada hansı andan sürücünün görünüş dairəsinə düşmüşdür?” məzmununda olmuşdur. Təəssüf ki, bu suallara ekspertiza tərəfindən cavab verilməsi mümkün olmamışdır ona görə ki, tədqiqata təqdim edilmiş videoyazı ilkin videoyazı oxudulan zaman ekrandan təkrar yazılması nəticəsində əldə olunmuş, ilkin videoyazıda olan saniyə, yəni zaman göstəricisi təkrar yazılan videogörüntüyə düşməmiş və təkrar yazılan videogörüntülərə əsasən göstərilən parametrlər üzrə müddətin müəyyən olunması mümkün olmur. Obyektin (piyadanın) sürücünün görünüş dairəsinə düşüb-düşməməsi isə ekspertizanın həll etdiyi məsələ olmadığı üçün bununla bağlı suala cavab verilməmişdir Müstəntiqin qərarında göstərilmişdir ki, piyada vuruldu ğu ana qədər qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf etmiş, lakin videogörüntünün aşağı hissəsində göstərilən “timecode”-a görə hadisənin real vaxt rejimində baş verdiyini demək mümkün deyildir. Həmin “pts” real vaxtla üst-üstə düşə də bilər, düşməyə də bilər. Bunun üçün video-texniki ekspertiza keçirilməli, videogörüntü analiz olunmalıdır, çünki belə analiz zamanı videogörüntüdə boş və təkrarlanan kadrların olub-olmaması müəyyən edilir. Hər bir halda videogörüntü üzrə iki real hadisə arasında zamanın müəyyən edilməsi ekspertin səlahiyyətindədir və göstərilən analizin aparılması xüsusi bilik tələb edir və videogörüntülər ilkin mənbədən götürülərək ekspertə təqdim olunduğu halda iki real hadisə arasında olan zamanı müəyyən etmək mümkün olar. Hazırki halda isə iki halda real zamanın müəyyən e dilməsi üçün hər hansı metod mövcud deyil, vizual baxışla müstəntiqin göstərdiyi 3 saniyə real müddətə uyğun gəlməyə bilər və bu halın doğru olub-olmaması sual altındadır. Videogörüntü bir başa mənbədən əldə edilərək təqdim edildiyi halda isə onun real müddətə uyğun olunolmamasını müstəntiq deyil, yalnız ekspert müəyyən edə bilərdi. Məhkəmə iclasında dindirilmiş digər ekspert Şahid (o, da yuxarıda göstərilən rəyin verilməsində iştirak etmişdir) göstərmişdir ki, onun qarşısında qoyulmuş suala cavab olaraq o, həmin rəy üzrə sürücünün hadisənin qarşısını almağa texniki imkanın olması, onun hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması barədə nəticəyə gəlmişdir. Ekspertizaya təqdim edilmiş hadisənin vi deogörüntüsündən müəyyən olunur ki, sürücü X11 öz avtomobili ilə Binəqədi kəndi istiqamətində saatda 50-60 km sürətlə hərəkət edərkən yolu soldan sağa keçən piyadanı vurmuşdur. Təqdim edilmiş məlumatlar, piyadanın vurulma yeri, avtomobilin hərəkət sürəti və müdafiə tərəfinin göstərdiyi mexanizmlərə uyğun rəy tərtib olunur. Göstərilən sənədlərdə piyadanın yolu sürücü üçün təhlükə yaranan andan vurulma yerinə kimi qaçışla 3-4 metr məsafə qət etməsi real olmadığından istintaq tərəfindən təqdim edilmiş məlumatlara uyğun tədqiqat aparılmışdır. Burada əsas meyar təhlükənin yaranma anı və həmin andan piyadanın qət etdiyi məsafəyə sərf olunan vaxtdır. Təqdim edilmiş məlumatlarda, müdafiə tərəfinin göstərdiyi 34 metr qaçışla məsafə qət etməsi, qarşıdan əks istiqamətdə hərəkətdə olan avtomobilin arx a hissəsindən çıxdığı andan və həmin andan 3-4 metr məsafə qət etməsi barədə məlumat təqdim edilmiş, videogörüntüdən də görünür ki, piyada bir mənalı sabit templə hərəkət etmir. Müəyyən məsafələrini yerişlə qət edir, bundan sonra qaçır, yəni hərəkət tempini artırır. Təqdim etdiyi ekspertiza rəyini hansı parametrə əsasən verilməsi sualına cavab olaraq ekspert Şahid bildirmişdir ki, onun tərəfindən ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş 3 saniyəyə (piyada tərəfindən yolu keçməyə başladığı andan vurulan ana qədər qət etdiyi məsafəyə sərf olunmuş vaxt) uyğun olaraq tədqiqat aparmış, eyni zamanda nəzərə almışdır ki, müstəntiq sürücü üçün təhlükənin yaranma anını piyadanın yol soldan sağa keçdiyi andan yaranmıasını müəyyən etmişdir. Müdafiə tərəfi isə hesab edir ki, sürücü üçün təhlü kə piyadanın əks istiqamətdə hərəkətdə olan avtomobilin arxa hissəsindən çıxdığı andan yaranmışdır. Videogörüntüdən müəyyən olunur ki, piyada yolun sol tərəfindən sağa doğru sabit templə hərəkət etmir, onun hərəkətə başladığı yer məlumdur, o, yolun sol kənarından hərəkət başlayır və sağa doğru gedir, həmin vaxt əks istiqamətdə hərəkətdə olan avtomobilin yaxınlaşması görünür, ondan qabaqda da hərkətdə olan bir avtomobil hərəkət edir, onlar arasında müəyyən məsafə var. Bu məsafədə piayadanın yolun soldan sağa keçməsi, öz yolunda olan avtomobilin sürücüsünün (X11in) görünüş dairəsinə düşə bilər. Yəni piyadanın hərəkətə başlamasını sürücü görə bilər. Lakin, obyektin (piyadanın) sürücünün görünüş dairəsinə düşməsi barədə dəqiq fikir də yürütmək olmaz. Daha sonra ekspert Şahid qeyd etmişdir ki, piyadanın öz hərəkətinə sərf etdiyi 3 saniyəni istintaq orqanının verdiyi məlumatlar əsasında qəbul etmiş, bu hala uyğun məlumatlar olduğu üçün həmin məlumatlara istinad olunmuş və ekspertiza rəyi də həmin vaxt əsasında verilmişdir. Ona hazırkı videogörüntülərə əsasən piyadanın əks istiqamətdə hərəkət edən avtomobilin arxasından çıxdığı andan təqsirləndirilən şəxsin görünüş dairəsinə düşməsi ilə bağlı mexanizim təqdim edildiyi halda X11in hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması barədə sual qoyulsa da rəy verilməsinin mümkün olub-olmaması barədə suala cavab olaraq isə ekspert Şahid bildirmişdir ki, həmin mexanizm üzrə təqdiqatın aparılması üçün əks istiqamətdə hərəkətdə olan avtomobilin hərəkət sürəti, piyada ilə həmin avtomobil arasında olan məsafə, öz yolunda olan avtom obilin hərəkət sürəti və yola nəzərən kordinatları təqdim etmək zəruridir ki, qeyd edilənlər parametrlər də ibtidai araşdırma orqanı tərəfindən ona təqdim olunmamışdır. Qeyd olunduğu kimi, hadisənin təfərrüatlarını əks etdirən videogörüntülərin əsli məhkəmə tərəfindən əldə olunmadığından göstərilən parametrlərin işə məhkəmədə baxılarkən də ekspertlərə təqdim edilməsi və X11in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olub-olmamasını düzgün müəyyən etmək və açıq qalmış suallara cavab vermək üçün təkrar və ya əlavə ekspertizaların təyin edilərək keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası bütün təsvir olunanlardan çıxış edərək belə qənaətə gəlir ki, istər ibtidai araşdırma zamanı əldə olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 avqust 2023-cü il tarixli 8/2319 say lı, istərsə də işə məhkəmədə baxılarkən keçirilmiş komisyon kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yolnəqliyyat ekspertizasının 22 dekabr 2023-cü il tarixli 8/3356-4/1826 saylı rəylərində həmin ekspertizaları keçirmiş ekspertlər X11in 23 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hssəsinin tələblərinə uyğunsuzluğun müəyyən edilməsi barədə nəticəyə gəlsələr də, bu nəticə ehtimallar üzərində qurulduğundan, ekspertlərə isə natamam və ehtimal xarakterli məlumatlar təqdim edildiyindən, digər tərəfdən isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən məlumatların ekspertizaya təqdim edilməsi mümkün olmadığından məhkəmələr tam haqlı olaraq ehtimal xarakterli rəylərə əsaslanmaqla X11in barəsində belə xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmiş, bu zaman isə təqsirsizlik prezumpsiyasına və həm Konstitusiyanın, həm də prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl etmiş, eyni zamanda Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrinin müddəalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini kifayət qədər nəzərə almışlar. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ona təqdim olunmuş və özünün əldə etdiyi sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün olaraq həmin sübutların X11in təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməməsi, yəni onun elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, bu haqda sonuncunun barəsində bəraət hökmü çıxararkən isə X11in cinayət təqibinin bütün mərhələlərində verdiyi ardıcıl və eyni məzmunlu ifadələrini əsas sübutlardan biri kimi qəbul etməklə hər hansı qanun pozuntusuna yol verməmiş, apellyasiya instansiyası məhkəməsi isə artıq araşdırılmış sübutların təkrarən araşdırılmasına ehtiyac görməsə də, qəbul etdiyi yekun qərarında həmin sübutları təhlil edib onlara qanuna müvafiq qaydada qiymət verərək həmin nəticə ilə razılaşmışdır. Qeyd olunmalıdır ki, X11in yuxarıda təsvir olunan ifadələri obyektiv olaraq ona qarşı irəli sürülmüş ittihamın əsas mənbəyi olan videogörüntülərlə də uzlaşır. Belə ki, kassasiya protestinə baxılmazdan əvvəl məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını öyrənməklə yanaşı, həmin materiallara əlavə edilmiş videogörüntülərə baxış keçirmiş və müəyyən etmişdir ki, həmin videogörüntülərdə aşağıdakılar əks olunmuşdur: - piyada X3 digər şəxsiyyəti müəyyən edilməmiş piyada ilə birlikdə yolun sol hissəsində yerləşən səkidən asta yerişlə əks tərəfə istiqamətdə yolu keçməyə başlayır, bu vaxt X11in idarə etdiyi avtomaşının hərəkət istiqamətinə əks istiqamətdə çoxlu sayda avtomaşınların hərəkət etmələri görünür, bunu görən piyadalar həmin avtomaşınların onların qarşısından keçmələrini gözləyərək, lakin dayanmadan nəqliyyat vasitələrinin hərəkət istiqamətlərini ayıran zolağa doğru hərəkətlərini davam edirlər, bu zaman onların qarşısından tünd rəngli, markası və dövlət qeydiyyat nömrəsi müəyyə n edilməmiş avtomaşın keçdikdən sonra həmin zolağa yaxınlaşırlar, naməlum piyada zolağın üzərində dayanır, X3 isə dayanmadan artıq iti sürətlə yolun X11 tərəfindən idarə olunan avtomaşının hərəkət hissəsini keçməyə cəhd edir, lakin sonuncu yolu keçən piyadanı vurmaması üçün avtomaşını saxlamaqdan ötrü tədbir görsə də (bu hal piyadanı vurmazdan əvvəl bəraət almış şəxsin idarə etdiyi avtomaşının arxa əyləc işıqlarının yanması ilə müəyyən edilir və videogörüntülərdən açıq-aydın görünür) hadisənin qarşısını almaq mümkün olmur və piyada nəqliyyat vasitəsinin sağ qabaq hissəsi ilə vurularaq hadisə yerində asfalta yıxılır. Toqquşmadan sonra isə X11in idarə etdiyi avtomaşın bir qədər irəliyə gedərək yolun sağ tərəfində dayanır. Videogörüntülərdən həmçinin görünən odur ki, piyada X3 X11in idarə etd iyi avtomaşının qarşısına çıxarkən sonuncu həmin nəqliyyat vasitəsini saxlamaqdan ötrü həmçinin başqa manevr etmək imkanında olmur ona görə ki, yolun əks istiqamətdə hərəkət hissəsi ilə avtomaşınların intensiv hərəkəti davam edir, onun sağında isə, yolun sağ kənarında başqa avtomaşınların dayanmaları müşahidə edilir. Hadisənin bu şəraitdə baş verməsi məhkəmə kollegiyasına həmçinin belə qənaətə gəlməyə əsas verir ki, zərər çəkmiş şəxs mərhum X3 yolu keçməyə başlayarkən onun X11in görünüş dairəsinə düşməsini müəyyən etmək mümkün deyil, bu halı, yəni X11in piyadanı dayandığı səkidən yolun nəqliyyat vasitələrinin hərəkət hissəsinə çıxarkən görməsini təsdiq edən mötəbər sübutlar isə ibtidai araşdırma orqanı və dövlət ittihamçıları tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Yuxarıda göstərilə nlərə əsasən məhkəmə kollegiyası X11in hadisənin qarşısını almağa texniki imkanının olması barədə ehtimal xarakterli və digər sübutlarla uzlaşmayan ekspertiza rəylərinin sübut kimi qəbul etməmələrində də hər hansı pozuntu görmür ki, çünki CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr bununla bağlı öz nəticələrini kifayət qədər əsaslandırmış, ekspertiza rəyləri üzrə ekspertlərin gəldikləri nəticələrə isə digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmiş, bu zaman həmçinin “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri də nəzərə almışlar. Belə ki, həmin Qərarın 20-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə i clasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Bundan əlavə, adı çəkilən Qərarda göstərilir ki, təqsirləndirilən şəxslərlə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci hissəsinə əsasən piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqlarda gedən şəxslərin səki və ya yol çiyni ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər). Həmin Qanunun 2-ci hissəsində əsasən piyada dəmir yolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Hazırki iş üzrə piyada X3in nəqliyyat vasitələrinin hərəkət yolunu müəyyən edilməmiş yerdən keçməsi, bu zaman avtomaşınların hər iki istiqamətdə intensiv hərəkət etmələrinə əhəmiyyət verməməsi, yəni adı çəkilən Qanunun tələblərini pozması yuxarıda təsvir edilən videogörüntülərlə və X11in ifadələri ilə dəqiq müəyyən edilsə də, hazırki iş üzrə rəy vermiş eksper tlər işin bu halı ilə bağlı lazımi tədqiqat aparmamış, ibtidai araşdırma orqanı isə X11ə qarşı ittiham irəli sürərkən bu halı nəzərə almamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq X11ə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş sübutları ehtimal xarakterli sübutlar kimi qiymətləndirməklə onun CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, X 11in ona istinad olunan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə ibtidai araşdırma və birinci instansiya məhkəməsinin məhkəmə iclasında əldə edilərək araşdırılmış sübutların əksəriyyətinin, xüsusilə də məhkəmə yol-nəqli yyat ekspertizalarının rəylərinin ehtimal xarakteri daşımasını təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125.2-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X11ə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin dəlillərini qəbu ledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edib kassasiya protestinin dəlillərini iş materialları ilə müqayisəli şək ildə təhlil edərək və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi barədə isə bəraət almış şəxs X11in çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli və X11 CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar