Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-916/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Sadıqov İbrahim Miri oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məh kəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Abasov Əliövsəd Məzahir oğlu, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxxx" yaşayış kompleksində yaşamı ş Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X8 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən verilmiş məhkum edilmiş mərhum X8, məhkum edilmiş Məhkum və onun müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Q.X.Babayev, hakimlər R.K.Səfərov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, X8 əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddələri əldə etmək, saxlamaq, daşımaq və satmaq məqsədilə birgə razılığa gələrək 2018-ci ilin fe vral ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Kubinka" adlanan yaşayış massivində tanımadığı və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından 700 manat pul verməklə ondan külli miqdarda 46.199 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd sarı rəngli polietilen qabın içərisində 15 ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,866 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edərək özləri ilə birlikdə daşıyıb yaşadıqları ünvan 3 ünvanda yerləşən evinə gətirmiş və həmin evin birinci mərtəbəsində olan otaqda saxlamış, aralarında olan razılığa əsasən xx xxx 2018-cı ıl tarixdə Məhkum qanunsuz olaraq əldə etdikləri külli miqdarda, xalİs çəkisi 46.199 qram təşkil edən kustar üsulla hazırl anmış narkotik vasitə heroindən bır büküm 0.230 qram çəkidə başqa cinayət işi üzrə məhkum olunmuş X10 10 manata və bir büküm 0,168 qram çəkidə başqa cinayət işi üzrə məhkum olunmuş X16 10 manata qanunsuz olaraq satmışdır xx xxx 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanda evin birinci mərtəbəsində yerləşən otağın paltar şkafından külli miqdarda təmiz çəkisi 43,896 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və çarpayının üzərində olan yastığın altından bir ədəd sarı rəngli polietilen qabın içərisində 15 ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,866 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamf etamin, çarpayının yanındakı şkafdan satış məqsədilə narkotik vasitəni xırda bükümlərə bölmək üçün istifadə etdikləri bir ədəd elektron tərəzi müəyyən edilib götürülmüşdür. xx xxxx 2018ci il tarixdə, saat 00:05-də Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 5 ünvanın qarşısında saxlanılmış və Nəsimi rayon Polis idarəsinin 20-cİ Polis Bölməsinə gətirilərək, bölmənin inzibatı binasının xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman Məhkum əynində olan qəhvəyi rəngli üzərində naxışları olan idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızı bükümündə təmiz çəkisi 1,558 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, xx xxxxxx 2018-cı il tarixdə, saat 16:20-də Nəsimi Rayon Polis idarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış zamanı ünvan 7 ünvanın qarşısında saxlanılmış və Nəsimi rayon Polis idarəsinin 21-ci Polis Bölməsinə gətirilərək, bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman X8 əynində olan göy rəngli cins şalvarının sol yan kiçik cibindən siqaretin gümüşü kağızı bükümündə təmiz çəkisi 0,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində barəsində çıxarılmış qərarlar ədalətsiz və qeyri-obyektivdir. Belə ki, o, heç vaxt narkotik vasitələr in satışı ilə məşğul olmamış, cinayət işi üzrə adları çəkilən narkotik vasitələri satdığı iddia edilən adamları ümumiyyətlə tanımamış, hadisə yerində olmamışdır. Polis idarəsində ona olan təzyiqlərin nəticəsində ifadəsində üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu qeyd etsə də, əslində onun şalvarının ümumiyyətlə cibi olmamışdır. Başından keçirdiyi əməliyyatdan sonra ağrılarına görə bir-iki dəfə tiryəkdən istifadə etmişdir. Əməlindən peşimandır. Odur ki, atasının iki qızının da məhkum olunduğunu, anasının ağır xəstə olmasını, ailə vəziyyətinin ağır olmasını və əməlindən səmimi peşiman olduğunu nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını dəyişdirməklə əməlinin CM-nin daha yüngül maddəsinə tövsif etməklə ona təyi n edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən İ.M.Sadıqov hüquqlarını müdafiə etdiyi Məhkum mövqeyi ilə razı olduğunu bildirib, X8 ibtidai istintaq zamanı aşkar edilmiş narkotik vasitənin Məhkum deyil, onu özünə məxsus olmasını bildirdiyini, istintaq zamanı iki nəfər şəxsin guya Məhkum narkotik vasitə almasını dese də, həmin şəxslərin sonradan məhkəmədə dindirilmədiyini qeyd edib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdaf iəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təyin edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövs ifi mübahisələndirilmiş, həmçinin barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisin in kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkot ik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin t ərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində həmçinin təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi mə sələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiy a məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq çəkməsini, ilk məhkumluğunu), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola b iləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual QƏ RARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-916/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-916/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver