Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-916/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum, XXXXXXX il tarixdə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Balakən Rayon Məhkəməsinin 12 dekabr 2003-cü il tarixli hökmü ilə CM-nin 29, 122.1-ci maddəsi ilə təqsirli bilnərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 15 iyul 2004-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, daha sonra Balakən Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddə si ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Mahamalar kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə CM-nin 66.5-ci maddəsinə əsaən həmin cəza Zaqatala Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2019-cu ilin oktyabr ayında Balakən Zaqatala yolunun Mahamalar kəndi ərazisindən keçən hissəsində yolun kənarından tapdığı bir ədəd sellofan torbanın içərisindəki külli miqdar hesab edilən, nəm vəziyyətdə ümumi təmiz çəkisi 34,987 qram, quru vəziyyətdə ümumi təmiz çəkisi 26,904 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1,260 qram psixotrop maddə olan metamfetamini, həmçinin 2019-cu ilin sentyabr ayında Balakən rayonu Mahamalar kəndi ərazisindəki beşbulaq adlanan yerdə yabanı halda bitən narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplayaraq həmin çətənə bitkilərindən ümumi təmiz çəkisi 1,01 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qəsdən, qanunsuz olaraq əldə edib daşıyaraq Balakən rayonu, Mahamalar kəndində olan yaşadığı evə gətirmiş, həmin heroinin nəm vəziyyətdə 27,601, quru vəziyyətdə 21,225 qramını sellofan bükümdə, 1,01 qram çəkidə qurudulmuş marixuananı 0,15 qramını papirosa doldurulmuş halda, 0,86 qramını şüşə qabın içərisində olmaqla yaşadığı evin qarşısında olan altıaçığın altındakı dolabın içərisində, qeyd edilən heroinin qalan hissəsini yəni nəm vəziyyətdə ümumi təmiz çəkisi 7,386, quru vəziyyətdə 5,679 qramını hər birində nəm vəziyyətdə təmiz çəkiləri 0,818qram, 0,821qram, 0,827qram, 0,833qram, 0,799qram, 0,848 qram, 0,814 qram, 0,798 qram, 0,828 qram olmaqla 09 ədəd sellofan bükümlərdə, eləcə də ümumi təmiz çəkisi 1.260 qram çəkidə psixotrop maddə olan metamfetamini isə hər birində təmiz çəkiləri 0,447qram, 0,422qram, 0,391qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümlərdə əynində olan gödəkcənin sol döş cibində saxlamışdır. 19 noyabr 2019-cu il tarixdə saat 10 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Mahamalar kəndində yerləşən evinə öz könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman həmin evin həyətindəki altıaçığın altında olan dolabın içərisində saxladığı külli miqdar hesab edilən 01 ədəd sellofan bükümdə nəm vəziyyətdə təmiz çəkisi 27,601, quru vəziyyətdə çəkisi 21,225 qram olan narkotik vasitə heroin, 01 ədəd şüşə qabın içərisində olan təmiz çəkisi 0,86 qram və 01 ədəd papirosa doldurulmuş halda təmiz çəkisi 0,15 qram olan narkotik vasitəqurudulmuş marixuana, həmin tədbirin davamı olaraq Məhkum Balakən rayon polis şöbəsində saat 12 radələrində şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sol dö ş cibindən 01 ədəd Vinston markalı siqaret qutusunun içərisindəki 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda nəm vəziyyətdə təmiz çəkiləri 0,818qram, 0,821qram, 0,827qram, 0,833qram, 0,799qram, 0,848 qram, 0,814 qram, 0,798 qram, 0,828 qram, ümumilikdə nəm vəziyyətdə təmiz çəkisi 7,386, quru vəziyyətdə təmiz çəkisi 5,679 qram külli miqdar hesab edilən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 03 ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,447qram, 0,422qram, 0,391qram, ümumi təmiz çəkisi 1,260 qram olan psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş apellyasiya şikay ətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 30 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143 -146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. O, CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Bu səbəbdən, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvaq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bunun üçün məhkəməyə müraciət etməmişdir. Məhkəmə kolegiyası bununla əlaqədar dövlət ittihamçısının rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərd ə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin mater iallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxara q və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümu miyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınmas ı və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respubl ikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələb inə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mö təbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum ibtidai araşdırma zamanı heç bir təsir göstərmədən, müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Məhkəmə kollegiyası bu sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Əvvəla, iş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, yendə də kassasiya şikayətində göstərilən dəlillərin əksinə o laraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, Məhkum 19 noyabr 2019-cu il tarixdə üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkcənin sol döş cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunun içərisindəki 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda nəm vəziyyətdə təmiz çəkiləri 0,818qram, 0,821qram, 0,827qram, 0,833qram, 0,799qram, 0,848 qram, 0,814 qram, 0,798 qram, 0,828 qram, ümumilikdə nəm vəziyyətdə təmiz çəkisi 7,386, quru vəziyyətdə təmiz çəkisi 5,679 qram külli miqdar hesab edilən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 03 ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,447qram, 0,422qram, 0,391qram, ü mumi təmiz çəkisi 1,260 qram olan psixotrop maddə-metamfetamin götürülməsini o, ibtidai araşdırmanın ilkin mərhələsində inkar etməmişdir. Məhkum müdafiəçinin iştirakı ilə 20 noyabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də o, elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi haqda qismən etirafedici ifadələr vermiş, bu ifadələr isə həm şahidlərin ifadələrinə, həm də bir sıra istintaq hərəkətlərinin aparılması haqqında prossesual sənədlərlə və ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara tamamilə uyğun olmuşdur. Belə ki, Məhkum 20 noyabr 2019-cu il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində Balakən rayonu Qazbinə kəndi ərazisində Balakən Zaqatala yolunun kənarına atılmış bir ədəd selofan torbanın içərisində narkotik vasitə olan heroin, həmçinin həmin torbanın içərisində ümumi sayı 12 ədəd olan sellofan bükümlərdə, onlardan 9 ədədi narkotik vasitə olan heroin və 3 ədəd qara sellofan bükümdə isə psixotrop maddə hesab edilən metamfetamini tapmış və həmin tapdığı narkotik vasitələri və psixotrop maddəni yaşadığı evə aparmışdır. Həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün həyətindəki talvarın altında olan dolabda saxlamışdır. Sonra saxladığı 12 ədəd bükümdə narkotik vasitə hesab edilən heroini və metamfetamini dolabda olan digər narkotik vasitələrdən ayıraraq evdə olan qış gödəkçəsinin sol döş cibinə qoyub saxlamışdır. Tapdığı heroin adlanan narkotik vasitədən az miqdarda istifadə etmişdir. Talvarın altında olan dolaba əla və olaraq 2019-cu ilin sentyabr ayında Balakən rayonunun Qazbinə kəndindəki “Beşbulaq” adlanan yerdə yabanı halda bitən 1 ədəd narkotik tərkibli çətənə bitkisindən yığaraq qurutduğu az miqdarda olan çətənə bitkisinin hissələrini də qoymuşdur. Həmin çətənə bitkisindən papirosa dolduraraq az- az istifadə etmişdir. 19 noyabr 2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə və evə videoçəkiliş aparmaqla baxış keçirdikləri zaman həyətdə yerləşən talvarın altında olan dolabın içərisindən selofan torbada saxlamış olduğu heroin və qurudaraq saxladığı 1 ədəd papirosa doldurduğu çətənə bitkisinin hissələri aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq möhürlənmiş və maddi sübüt kimi götürülmüşdür. O, polis əməkdaşlarının avtomaşınına əyləşib onlarla birlikdə Balakən RPŞ-nin inzibati binasına gəlmişdir. Balakən rayon polis şöbəsinin binasında polis əməkdaşları üzərinə vəkil Şərifov Samir Cuma oğlunun iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirdikləri zaman, əynində olan qara rəngli gödəkçənin sol döş cibindən şəxsi istifadəsi üçün saxladığı ümumi sayı 12 ədəd selofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmin 12 ədəd bükümdən 9 ədəd bükümdə heroin, 3 ədəd bükümdə isə saxladığı metamfetamin olmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə kağız zərflərə qoyularaq onun və müdafiəçisi S.C.Şərifovun, həmçinin polis əməkdaşlarının iştirakı ilə möhürlənmiş və maddi sübüt kimi götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. İş mate riallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr digər sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam təsdiq edilmişdir. Göründüyü kimi, 20 noyabr 2019-cu barəsində aparılmış cinayət təqibinin ilkin mərhələsində toplanmış sübutların qanunsuz yolla əldə edilməsi öz təsdiqini tapmadığından işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tam haqlı olaraq bu sübutları – Məhkum 20 noyabr 2019-cu il tarixdə verdiyi ifadəsini, onun üzərində baxışın keçirilməsi və narkotik vasitələrin aşkar edilib götürülməsi haqqında 19 noyabr 2019-cu il tarixli protokolu, şahidlərin ifadələrini, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini onun elan olunmuş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutlar kimi qəbul etmiş, təqsirləndirilən şəxsin sonradan, o cümlədən məhkəmə iclasında verdiyi ifadələrini isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələri qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul etməkdən imtina etmişlər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiha m tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmələrin sübut növü kimi qəbul etdikləri və hökmün və apellyasiya şikayətinə baxılmasına dair yekun qərarın əsasını təşkil edən Məhkum onun qanunsuz əldə edib üstündə gəzdirldiyi narkotik vasitəni satmaq məqsədində olmaması barədə iddialarına gəldikdə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələri kimi, bu iddiaları da aşağıdakı əsaslara görə əsassız sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr təqsirləndirilən şəxsin əməlinin hüquq i tövsifi ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticə isə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əsasən, Məhkum üzərindən külli miqdarda narkotik vasitə “Winston” markalı siqaret qutusunun içərisindəki, ayrı-ayrılıqda nəm vəziyyətdə təmiz çəkiləri 0,818qram, 0,821qram, 0,827qram, 0,833qram, 0,799qram, 0,848 qram, 0,814 qram, 0,798 qram, 0,828 qram, ümumilikdə nəm vəziyyətdə təmiz çəkisi 7,386, quru vəziyyətdə təmiz çəkisi 5,679 qram külli miqdar hesab edilən, kustar üsulla hazırlanmış narkotik vasitəm heroin, 09 ədəd sellofan bükümlərdə və ayrı-ayrılıqda təmiz çəkiləri 0,447qram, 0,422qram, 0,391qram, ümumi təmiz çəkisi 1,260 qram olan psixotrop maddəmetamfetamin 03 ədəd qara rəngli sellofan bükümlərdə qablaşdırılmışdır. Göstərilən narkotik vasitənin külli miqdarda olması Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə İ Siyahının 5-ci bəndi ilə müəyyən edilir ki, çəkisi 2 qramdan yuxarı olan heroinin miqdarı külli miqdar hesab edilir. Həmin Qanunun 1.011-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələr in, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum 07 may 2020-ci il tarixində verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları ailə üzvlərini incidiyəcəyi ilə hədə-qorxu gəldikləri üçün və ona qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham s ürüləcəyini vəd etdiklərinə görə o, hər şeyi etiraf etməyə məcbur olmuşdur. Bu səbəbdən istintaqda yalan ifadələr vermişdir. Lakin Məhkum yaşadığı evə və üzərinə keçirilən baxış protokoluna əlavə olunmuş həmin istintaq hərəkətinin əks olunduğu videoçəkilişə dair CD diskə keçirilən baxış zamanı Məhkum evində və üzərində keçirilən baxışa heç bir etiraz etmədiyi, hətta şübhəli şəxs kimi üzərinə keçirilən baxış zamanı özünün dəvəti ila oraya gələn müdafiəçisinin həmin istintaq hərəkətində iştirak etməsi, bu zaman Məhkum aşkar olunmuş narkotik vasitələrin əldə edib saxlaması ilə bağlı heç bir etirazının olmaması və narkotik vasitlələrin saxlanıldığı yeri özü göstərdiyi müəyyən olunmuşdur. Bundan başqa Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata Balakən Rayon Məhkəməsində baxılarkən də Məhkum narkotik vasitənin ona aid olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə heç bir dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəz anı yüngülləşdirən və ağırlaşdıran bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, məhkumun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-916/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-916/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver