Məhkəmə qərarları › İş №1(102)-916/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-916/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-916/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxt ı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), A.Ə.Musayev və O.Y.Cəlilov) Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən Ba kı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 02 (iki) ay 21 (iyirmi bir) gün, hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birlşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 25 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ. Əliyev və M.Ə.Bağırov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı məqsədi və tamah niyyəti ilə istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən ümumi təmiz çəkisi 105,676 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və təmiz çəkisi 0,04 qram psixotrop maddə olan metamfetamini əldə edib onun cinayətkar əməlindən məlumatlı olmamış tanışı X1in idarə etdiyi “Chevrolet Cruze” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq gizlətməklə saxlamış, 25 fevral 2020-ci il tarixdə, saat 14 radələrində Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu Oc qalı kəndində keçirtdikləri əməliyyat tədbiri nəticəsində əməliyyatda iştirak edən polis əməkdaşları tərəfindən tutulub Cəlilabad RPŞ-yə gətirilmiş və RPŞ-nin Cərimə Meydançasında avtomobilə baxış keçirilən zaman avtomobilin sağ ön oturacağının altından 1 ədəd elektron tərəzi, 1 ədəd qara rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 105,615 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,061 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,04 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd ed ilir ki, istintaq və məhkəmə prosesləri zamanı ona qarşı qərəzli münasibət olmuş və heç bir əsaslı sübutlar olmadan qanunsuz məhkəmə qərarları qəbul olunmuş və törətmədiyi cinayətə görə əsassız olaraq azadlıqdan məhrum edilmişdir. Ona görə də ətraflı araşdırma aparılmaqla ədalətli qərar qəbul edilməsini xahiş edir. İş kassasiya instansiya məhkəməsində baxıldığı zaman məhkum Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı məhkum Təqsirləndirilən şəxs və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kass asiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar