Məhkəmə qərarları › İş №1(102)-916/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-916/2025

23.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-916/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Həsənov Vüqar Təvəkgül oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, məhkumların müdafiəçiləri X21, X13, Müdafiəçi15 Turab qızı və X14 iştirakları ilə, Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 Azərbaycan Respublikası CM-in 1 44.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 sentyabr tarixli, 1(105)-228/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 27 iyul tarixli, 1(101)-65/2021 nömrəli hökmü ilə (Hakimlər F.A.Qəribov (sədrlik edən), T.Q.Hüseynov və Ə.İ.Məmmədov) 12 mart 1980-ci ildə İran İslam Respublikasının Əhər şəhərində anadan olmuş, evli, orta təhsilli, İran İslam Respublikasının vətəndaşı, İran İslam Respublikası, Təbriz şəhəri, Nəstərən küçəsi ev 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, hazırda azadlıdan məhrumetmə növündə cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edi lməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. 9 iyun 1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, evli, hazırda azadlıdan məhrumetmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.3.1 və 182.3.2-ci maddələ ri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. xx xxxxxx 1974-cü ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, hazırda azadlıdan məhrumetmə növündə cəza çəkən, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri il ə təqsirli bilinib CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. xx xxxxxx 1977-ci ildə Hacıqabul şəhərində (keçmiş Qazı Məmməd şəhəri) anadan olmuş, Az ərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 3 ünvanında yaşamış, hazırda azadlıdan məhrumetmə növündə cəza çəkən Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11 -ci maddələri ilə 17(on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9(doqquz) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12(on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yo lu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 apelyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), Elman Gülbaba oğlu və X9 ibarət tərkibdə) 2022-ci il 21 aprel tarixli, 1(105)-25/2022 nömrəli qərarı ilə Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, Məhkum3 CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin olunmuş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının azaldılaraq, 11 (on bir ) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Məhkum3 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə təyin edilmiş 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə ona təyin olunmuş 11 (on bir ) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 noyabr 2018ci il tarixdən hesab lanması, hazırkı hökmlə Məhkum1 qəti olaraq təyin olunmuş 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəlinin, 24 noyabr 2018-ci il tarixdən hesablanması müddəalarının hökmdən xaric edilməsi, onun cəzaçəkmə müddətinin başlanğıcının 21 aprel 2018-ci il tarixdən hesablanması, apellyasiya protestinin təmin olunması, apellyasiya şikayətlərinin təmin olunmaması, hökmün isə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan məhkumlar Məhkum2, Məhkum3 və Məhkum4 müdafiəçisi Müdafiəçi12 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X16 və X4 ibarət tərkibdə) 2023-cü il 12 dekabr tarixli, 1(102)-619/2023 nömrəli qərarı ilə məhkumlar Məhkum2, Məhkum3 və Məhkum4 müdafiəçisi Müdafiəçi12 tərəfindən verilmiş kassasiya şikayətləri və məhkumlar Məhkum3 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavələrin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 21 aprel tarixli 1(105)-25/2022 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X22 və X5 ibarət tərkibdə) 2024-cü il 24 sentyabr tarixli, 1(105)-228/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 27 iyul tarixli, 1(101)-65/2021 nömrəli hökmü ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilmiş, Məhkum1 Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 144.2.3,144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 aprel 2018-ci il tarixdən hesablanması müəyyən edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 24 noyabr 2018-ci il tarixdən hesabl anması müəyyən edilmiş, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11 -ci maddələri ilə bəraət verilmiş, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəz asını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 5 noyabr 2018-ci il tarixdən hesablanması müəyyən edilmiş, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilmiş, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 9(doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 24 noyabr 2018-ci il tarixdən hesablanması müəyyən edilmiş, apellyasiya protesti təmin olunmuş, apellyasiya şikayətləri qismən təmin olunmuşdur. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham hökmü çıxarmışdır ona görə ki, Məhkum1 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşı X7 ilə birlikdə A zərbaycan Respublikasının vətəndaşları Məhkum3, Məhkum2, Məhkum4, Şahid1 Oqtay oğlu, Şahid2, Şahid5, X23, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan "Miri” adlı şəxs və digərlərini cəlb edib yaratdığı mütəşəkkil dəstədə özünün və Həsən Rəhbəriqaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edərək, həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə İran İslam Respublikası ərazisində mobil nömrə üzərindən «WhatsApp» proqramından istifadə olunmaqla Məhkum3, Məhkum2 və Məhkum4 vasitəsilə Samir Kazımova sifa riş vermiş, aparılmış vəzifə bölgüsünə əsasən sifarişi qəbul edib onun icrası ilə əlaqədar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan dəstə üzvləri Samir Kazımov, Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra 29 mart 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi "Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindiril ib oğurlanaraq digər dəstə üzvləri Samir Kazımov və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, Samir Kazımov və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi "Mercedes-Benz” markalı 99-HE850 dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyundurub bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədəqorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızılzinət məmulatını verməyə razılaşması ilə əla qədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X11 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, Samir Kazımov, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28- ci məhəllədə yerləşən "Karvan" çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və Samir Kazımov isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlər ə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zər ərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli "Pietro-Beretta” markalı tapançadan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və Samir Kazımov müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əli ndən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi məqsədilə Həsən Rəhbəriqaradağlı ilə birl ikdə 6.000 manat pulun Məhkum4 vasitəsilə Samir Kazımova çatdırılması barədə Məhkum3 göstəriş vermiş və sonuncunun əldə etdiyi həmin məbləğdə pul Məhkum4 tərəfindən Şahid8 vasitəsilə Samir Kazımova verilmiş, daha sonra isə özünün növbəti göstərişi əsasında Məhkum3 tərəfindən 6000 manat pul Məhkum2 qaytarılmışdır. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİLƏRİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs Şahid1, Şahid5, Şahid2 və qeyrisi tərəfindən qəsdən öldürülməsi cinayətinin Məhkum3, Məhkum2, Məhkum4 və Məhkum1 niyyəti (qəsdi) ilə əhatə olunmaması barədə nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, cinayət işinin təsdiq edilmiş faktiki hallarından biri ondan ibarətdir ki, Zərərçəkmiş şəxs öldürüldükdən sonra Məhkum1 dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və Samir Kazımovun cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi məqsədilə Həsən Rəhbəriqaradağlı ilə birlikdə 6.000 manat pulun Məhkum4 vasitəsilə Samir Kazımova çatdırılması barədə Məhkum3 göstəriş vermiş və sonuncunun əldə etdiyi həmin məğləğdə pul Məhkum4 tərəfindən Şahid8 vasitəsilə Samir Kazımova verilmiş, daha sonra isə özünün növbəti göstərişi əsasında Məhkum3 tərəfindən 6000 manat pul Məhkum2 qaytarılmışdır. Cinayət işinin qeyd edilən faktiki halından o qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs ölümündən məlumatlı olan Məhkum1 cinayəti icra edən (Zərərçəkmiş şəxs öldürən) Şahid1 və Samir Kazımovun məsuliyyətdən yayınması üçün müəyyən tədbirlərə əl atmış, onları gizlətməyə çalışmışdır. Bu zaman sual yaranır ki, həqiqətən də Zərərçəkmiş şəxs öldürülməsi Bəşir Qəhramani və digər təqsirləndirilən şəxslərin ümumi niyyətindən kənara çıxan hərəkətlər olmuşdursa, bu ağır cinayəti törədən Şahid1 və Samir Kazımova yardım etməkdə motiv nədən ibarət olmuşdur. Əgər həqiqətən də məhkəmənin qənaəti doğrudursa, bu zaman Məhkum1 və digərləri ümumi niyyətdən kənara çıxan Şahid1 və Samir Kazımova yardım etməkdən imtina edər, ən azından Zərərçəkmiş şəxs öldürülməsinə görə onlara irad tutar və etirazlarını bildirə bilərdilər. Lakin görünən odur ki, Məhkum1 deyilənlərin əksinə olaraq nəinki Zərərçəkmiş şəxs öldürülməsinə görə cinayəti icra edən şəxslərlə əlaqəni kəsməmiş, buna zidd olaraq onlara maliyyə yardımı etmişdir. Bəşir Qəhramanidən savayı hazırki işdə adları keçən şəxslər də pul vəsaitinin ötürülməsində iştirakçılıq etmişlər. Qeyd edilən işin faktiki halı onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs öldürülməsi Şahid1 və digər icraçıların ekstessi olmamış, mütəşəkkil dəstənin bütün üzvlərinin, o cümlədən Məhkum1 və digərlərinin ümumi niyyəti ilə əhatə olunmuş cinayət əməli olmuşdur. Bundan başqa, məhkəmənin mövqeyini ziddiyətli edən digər hal hökm çıxarılarkən Zərərçəkmiş şəxs öldürülməsini icra edən Şahid1 və digərlərinin barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmünün nəzərə alınmaması olmuşdur. Həmin hökmə əsasən Şahid1, Şahid2 və Şahid5 digər şəxslərlə birlikdə mütəşəkkil dəstə halında birləşib Zərərçəkmiş şəxs oğurlanmasını, ona hədə-qorxu gəlinməsini və öldürülməsini icra etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmünə diqqət etdikdə görünür ki, Şahid1 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə Şahid3, Şahid2, Şahid5, Şahid4 və digər şəxslərlə mütəşəkkil dəstədə birləşərək qeyd edilən cinayət əməllərini törətmişlər. Qeyd edilən hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli və Ali Məhkəmənin 26 oktyabr 2022-ci il tarixli qərarları ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qüvvədə olan qərarlardan görünür ki, Zərərçəkmiş şəxs öldürülməsi mütəşəkkil dəstə tərəfindən törədilmiş və dəstə üzvlərindən biri də İİR-nin vətəndaşı olmuşdur. Mütəşəkkil dəstə yaradılarkən onun əsas məqsədlərindən biri də Zərərçəkmiş şəx s öldürülməsi olmuşdur. Hazırki iş üzrə məhkəmə, Zərərçəkmiş şəxs öldürülməsini Şahid1 və onunla birlikdə məhkum edilmiş şəxslərin ekstessi hesab edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmünü, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli və Ali Məhkəmənin 26 oktyabr 2022-ci il tarixli qərar arını şübhə altına qoymuş, həmin qərarlarda təsdiqini tapmış işin faktiki hallarını nəzərə almayaraq öz hökmü ilə qeyd edilən qərarlar arasında ziddiyyət yaratmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 2024-cü il 24 sentyabr tarixli, 1(105)228/2024 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, CM-in 144 və 182ci maddələri ilə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Ona qarşı irəli sürülmüş ittihamlar heç biri şahid ifadələrinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, cinayət əməli üzrə digər təqsirləndirilən şəxslərin və onun özünün ibtidai istintaq araşdırması zamanı və məhkəmə araşdırmalarında öz təsdiqini tapmamışdır. Bundan başqa, onunla bağlı cinayət mühakimə icraatı cinayət qanununun və cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Məhkum3 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 sentyabr tarixli, 1(105)-228/2024 nömrəli hökmünün ləğv edilməsini və onun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin edilməsini, kassasiya şikayətinin təmin edilməməsini və Məhkum3 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 sentyabr tarixli, 1(105)-228/2024 nömrəli hökmünün ləğv edilərək yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçilər Arzu Cavadov, Məzahir Şahmarov, Müdafiəçi15 və Kərim Bağırov Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, kassasiya protestin in isə təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən ed ə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumlara CM-in 1 20.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət verilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkum3 ona bəraət verilməli olduğunu və təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Hə qiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçilərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin m üəyyən edilmiş halları ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi dörd məhkumun hamısına CM-in 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə bəraət vermişdir. Kassasiya protestində həmin bəraət hökmü mübahisələndirilərək məhkəmənin düzgün nəticəyə gəlmədiyi iddia olunmuşdur. Kassasiya instansiyası məhkəməsi kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı cinayət işi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış və qanuni və əsaslı nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, məhkumlar Məhkum3, Məhkum2, Məhkum4 və Məhkum1 Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı cinayəti icra edən Şahid1 və digərləri ilə bu barədə razılıq əldə etm əmiş, zərərçəkmiş şəxsin öldürülməsindən ibarət olan nəticə hazırki işdə adları keçən təqsirləndirilən şəxslərin arzu etdikləri hadisə olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs öldürülməsi cinayətini icra edən Şahid1, Şahid5, Şahid2 və qeyrisinin ekstessi, yəni ümumi niyyətdən kənara çıxan hərəkəti kimi qəbul edilməli və bu əmələ görə hazırkı cinayət işində adları keçən şəxslərin təqsirli bilinməsi istisna olunmalıdır. Məhkəmə kollegiyası CM-in 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələrinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olmaqla, cinayət işi üzrə toplanmış mötəbər sübutların məzmuyu ilə təkzib olunur. Məhkəmə kollegiyası Məhkum3 kassasiya şikayətinin dəlillərinə mü nasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, Məhkum3 əməlinin töv sifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum3 ona qarşı CM-in 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Məhkum3 cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, CM-in 58 və 66-cı maddələrinin tələblərinə uyğun olaraq təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum3 kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü Məhkum3 kassasiya şikayətinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 27 iyul tarixli, 1(101)-65/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 barələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 sentyabr tarixli, 1(105)-228/2024 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar