Məhkəmə qərarları › İş №1(102)-917/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-917/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-917/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim P.M.Abdulov) Məhkum- 10 avqust 1956-cı il tarixdə Naxçıvan MP-nın Ordubad rayonunun Əndəmic kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvv əli 06.11.2018. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, etibardab sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu X3 vasitəsilə işə düzəltmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 12.000 (on iki min) manat müqabilində Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə işə qəbul etdirəcəyi barədə Zərərçəkmiş şəxs2 və Xıdır Həsənov vasitəsilə yalan vəd verərək, onları aldadıb həmin məqsədlə 2017-ci ilin fevral ayında Gü6 məxsus 6000 (altı min) manat pulu Zərərçəkmiş şəxs2 vasitəsilə və eyni məqsədlə Zərərçəkmiş şəxs2 məxsus 1000 (bir min) manat pulu sonuncudan bilavasitə, ümumilikdə 7000 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə vahid qəsdlə Bakı şəhəri Nərimanov rayonunda yerləşən Nərimanov parkının ərazisində alıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6000 manat, Zərərçəkmiş şəxs2 isə 1000 manat ziyan vurmaqla zərərçəkmiş şəxslərin əmlaklarını vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, Zərərçəkmiş şəxs1 aldadıldığını anlamaqla əvvəlcədən razılaşdıqları 12000 manatın qalan 6000 manat hissəsini vermədiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib onun xeyli miqdar təşkil edən 6000 manat pulunu vahid qəsdlə aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirməyə cəhd etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən iş ə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) 04 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək məhkuma təyin edilmiş cəzanın yüngüllüyünə görə qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ibtidai istintaq zamanı və məhkəmə baxışında əməl ini etiraf etməmiş, özünü verilmiş ittihm üzrə təqsirli hesab etməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş 6000 manat maddi ziyanı ödəməmişdir. Daha sonra kassasiya şikayətində müstəntiqin sübutların qiymətləndirilməsi barədə 21 iyul 2018-ci il tarixli qərarı ilə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs2 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 312.1-ci maddələri ilə cinayət işinin başlanmasının əsassızlığı və qanunsuzluğundan şikayət edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiy a instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, və yaşını cəzanı yüngülləşdirən halllar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərəfində n Məhkum Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza növünün ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin cəzanın məqsədi adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Məhkum yaşlı (xx.xx.1956) olmasını və ilk məhkumluğunu nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədlərini təmin edəcək həddə cəzadır. Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılması üçün əsaslar mövcud deyildir və kassasiya şikayətində də belə əsaslar göstərilməmişdir. Kassasiya şikayətinin cinayət işinin ibtidai istintaqını aparmış müstəntiqin sübutların q iymətləndirilməsi barədə 21 iyul 2018-ci il tarixli qərarı ilə bağlı hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, müstəntiqin həmin qərarından şikayət verilməsi və ona baxılması məhkəmə nəzarəti qaydasında müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 64.1-ci addəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. CPM-nin 449.3.5-ci maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi. Cinayət işinin materiallarından görünür ki, cinayət işinin ibtidai istintaqını aparmış müstəntiqin sübutların qiymətləndirilməsi barədə 21 iyul 2018-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə nəinki məhkəmə nəzarəti qaydasında şikayət verməmişdir, hətta cinayət işinin materialları ilə tanı ş olma barədə protokolda zərərçəkmiş Zərərçəkmiş şəxs1 öz imzası ilə təsdiq etməklə göstərmişdir ki, “cinayət işinin materialları ilə tam şəkildə tanış oldum, işin mahiyyəti tam aydındır, cinayət işi ilə bağlı heç bir vəsatətim və şikayətim yoxdur. Belə olduğu halda kassasiya şikayətinda həmin məsələnin qaldırılmasının hüquqi əsası yoxdur və belə dəlillər təmin edilməməlidir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarının ləv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı madəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 29,178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar