Məhkəmə qərarları › İş №1(102)-917/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-917/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-917/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Bağırov Bilal İsa oğlunun iştirakları ilə Bakı Şəhəri Xətai Rayon M əhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən və məhkumun müdafiəçisi Bağırov Bilal İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim C.Hüseyn) xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilin ərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi B.İ.Bağırov tərəfindən verilmiş apellyasiya şikayətlərində işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş yeni apelyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən və məhkumun müdafiəçisi Bağırov Bilal İsa oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, 2017-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Bakı metropoliteninin “Neftçilər” metrostansiyasının çıx ışında olan “xxxxx” restoranında tanışı Zərərçəkmiş şəxs gələcəkdə ailə quracaqları ilə bağlı yalandan vəd verib aldatmaqla 1.000 manat pulunu almış, 2017-ci ilin sentyabr ayında həmin ünvanda eyni vədi verib aldatmaqla vahid niyyətlə 3.000 manat pulunu almış, 2017-ci ilin sentyabr ayının ortalarında gələcəkdə ailə qurduqdan sonra “Çay evi” açaraq birgə gəlir əldə edəcəklərini yalandan vəd verib aldatmaqla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Bakı metropoliteninin “Əhmədli” metrostansiyası çıxışında olan “xxxxx” restoranında vahid niyyətlə 2.500 manat pulunu almış, 2017-ci ilin sentyabr ayının sonlarında Rusiya Federasiyasından deportasiya olma təhlükəsi olan atası X1 deportasiya məsələsini həll etməsi üçün gələcəkdə qaytaracağını yalandan vəd verib aldatmaqla vahid niyyətl ə həmin ünvanda Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 1.709 manat dəyərində olan 1.000 ABŞ dolları və 5000 manat pulunu almış, 2017-ci ilin oktyabr ayının ortalarında Rusiya Federasiyasından deportasiya olma təhlükəsi olan atası X1 deportasiya məsələsini həll etməsi üçün gələcəkdə qaytaracağını yalandan vəd verib aldatmaqla vahid niyyətlə həmin ünvanda Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 1.703 manat dəyərində olan 1.000 ABŞ dolları və 5.000 manat pulunu almış, evlənəcəyi barədə yalandan vəd verib aldadaraq “xxxx” Kommersiya Bank Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş xx xxxxxxx 2017-ci il tarixli qəbzə əsasən AZ32UBAZ**********0020USD001 saylı hesabdan X2 adına AZ98UBAZ**********1020USD001 saylı hesab a Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 1599 manat 2 qəpik dəyərində olan 940,62 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, eyni niyyətlə “xxxx” Kommersiya Bank ASC-dən daxil olmuş xx xxxxxx 2017-ci il tarixli qəbzə əsasən AZ90UBAZ**********0020USD001 saylı hesabdan X2 adına AZ98UBAZ**********1020USD001 saylı hesaba Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 510 manat dəyərində olan 300 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, 2017-ci ilin noyabr ayının sonlarında gələcəkdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kompüter operatoru vəzifəsinə işə qəbul edəcəyinə dair yalandan vəd verib aldatmaqla Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsində yerləşən Bakı metropoliteninin “Əhmə dli” metrostansiyası çıxışında olan “xxxxx” restoranında vahid niyyətlə 3000 manat pulunu almış, evlənəcəyi ilə bağlı yalandan vəd verib aldatmaqla “xxxx” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş xx xxx 2017-ci il tarixli çıxarışa əsasən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin günə olan valyuta məzənnəsi ilə 3411 manat 42 qəpik dəyərində olan 2.006,6 ABŞ dolları məlbəğində pulunu ələ keçirmiş, ümumilikdə 2017-ci ilin sentyabr ayından 2018-ci ilin yanvar ayının əvvəlinə qədər olan müddət ərzində vahid niyyətlə 28.432,62 manat məbləğində pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş dir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum 2017-ci ilin avqust ayından 2018-ci ilin aprel ayına kimi ondan müxtəlif vasitələrlə 43.607 manat pul almışdır. O, həm istintaqda, həm də məhkəmə baxışı zamanı bildirmişdir ki, Məhkum ona hədə-qorxu gəlmiş, o da qorxaraq bu qədər pulu ona vermişdir. Bu günə qədər Məhkum tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, bununla bağlı ziyanın ödənilməsinə heç bir təşəbbüs göstərilməmişdir. Məhkum törətdiyi cinayət əməli sübutlarla tam təsdiq olunmuş, lakin məhkəmə əsassız olaraq Məhkumun ondan aldığı pulun məbləğini 43.607 manatdan 28.432 manata azaltmışdır. Məhkumun barəsində cəza təyin edərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi tam nəzərə alınmamışdır. Belə ki, Məhkum təyin edilmiş cəza onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyildir. Məhkəmə ona yüngül cəza təyin etmişdir. Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddənin sanksiyasında 02 ildən 05 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, onun tərəfindən dəymiş ziyanın ödənilməsinə heç bir təşəbbüs göstərilmədiyi halda məhkəmə əsassız olaraq onu 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Bağırov Bilal İsa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməklə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmış, həmçinin mötəbər sübutlar olmadan və bunun üçün xüsusi araşdırma aparılmadan birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş 28.432,62 manat ziyanın vurulması barədə ədalətsiz nəticəyə gəlinmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4,-cü maddəsi ilə özünü təqsirli bilməmiş, həm ibtidai araşdırma, həm də məhkəmə araşdırması zamanı ifadəsində Zərərçəkmiş şəxs ilə 2017-ci ilin yanvar ayında Bakı şəhəri Xətai rayonunun ərazisində yerləşən “ASAN-2” xidmət mərkəzində tanış olduqdan sonra onların arasında mehriban münasibətlər yaranmasını, sonra onunla görüşməsini və bir-birini sevmələrini və ailə qurmaq niyyətində olmalarını bildirmiş, ailə qurmaq niyyəti ilə Zərərçəkmiş şəxsdən pul istəməmiş, pulu Zərərçəkmiş şəxs özü könüllü olaraq onun adına “xxxx” açıq səhmdar cəmiyyətində açılmış viza kart vasitəsi ilə ümumilikdə dolların manata məzənnəsi ilə 5.500 manat pul göndərmiş, sonuncudan nağd formada pul almamış, birlikdə iş görmək və ya kafe açmaq barədə ona hər hansı bir vəd verməmiş, belə bir niyyətləri olmamış, onu aldatmamış, etibarından sui-istifadə hallarına yol verməmiş, zərərçəkmiş şəxsin vermiş olduğu və onların birlikdə xərclədiyi pulu n təxminən 5.500 manat olmasına baxmayaraq, valideynlərinin zərərçəkmiş şəxsə artıqlaması ilə, yəni 7.000 manat pul verməyə hazır olduqlarını bildirmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4.-cü maddəsi ilə cinayət törətməsi ibtidai araşdırma və məhkəmə araşdırmaları zamanı ümumiyyətlə sübuta yetirilməmiş, ona qarşı ədalətsiz məhkəmə aktları çıxarılmışdır. Ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham qanunsuzdur, cinayət işinin materiallarında ona qarşı irəli sürülmüş ittihamı təsdiq edə biləcək heç bir birbaşa, dolayısı və yaxud mötəbər bir sübut yoxdur, yalnız zərərçəkmiş şəxs və onun ailə üzvlərinin həqiqətə uyğun olmayan yalnız sözdə ifadə olunan izahatlarıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməkləMəhkum bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Zərərçəkmiş şəxs çıxış edərək kassasiya şikayətində qeyd etdiyi dəlilləri bir daha qeyd edib özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, müdafiə tərəfinin kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi B.İ.Bağırov kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət it tihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qəra rlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi B.İ.Bağırov tərəfindən verilmiş kassasiya şikayətində Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair mad di və prosessual normaların pozulduğu iddia edilir, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu, cinayətin ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmadığı iddia edilir və bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətləri nə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ndə şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessu al sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxsin özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, müdafiə tərəfinin kassasiya şikayətinin təmin olunmaması, dövlət ittihamçısının isə kassasiya şikayətlərinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi müdafiəçinin kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına alm ağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Müdafiəçinin kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcu d deyildir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkuma yüngül cəza təyin edildiyi, təyin edilmiş cəzanın cinayətin ədalətli nəticəsi olmadığı, həmçinin dəymiş ziyan məbləğinin düzgün hesablanmadığı iddia edilir. Kassasiya şikayətinin cəzanın mübahisələndirilməsinə dair dəlillərinin yoxlanılması zamanı məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar Məhkum cəzasının apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş cəza ilə müqayisədə ağırlaşdırılması üçün əsasların olması barədə kassasiya şikayətinin dəlillərini kifayət qədər təkzib edir. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində məhkuma cəza təyin edilməsi ilə bağlı zərərçəkmiş şəxsin göstərdiyi dəlillər ittiham tərəfinin mövqeyini heç cür əsasl andırmır, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakter i və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxsin apellyasiya şikayətində göstərdiyi “məhkəmlərin əsassız olaraq Məhkunub ondan aldığı pulun məbləğini 43.607 manatdan 28.432 manata azaltmasına” dair dəlillərini də əsassız hesab edir və belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə vurulmuş zərərin hesablanmasında məhkəmələr düzgün nəticəyə gəlmişdir. Məhk əmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq səlahiyyətinə malkdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci madd əsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən və məhkumun müdafiəçisi Bağırov Bilal İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən və məhkumun müdafiəçisi Bağırov Bilal İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar