Məhkəmə qərarları › İş №1(102)-917/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-917/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-917/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X14 və Məhkum müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1964-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" Mənzil-Tikinti Kooperativin faktiki sahibi, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213.2.1, 213.2.2, 228.1, 228.4, 263.1 və 315.2-ci maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, ünvan2-də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi -məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhru m etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddələrinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, həmin cəzanın çəkilməyən hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə, Məhkum qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 1 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs3, X15, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs5, X20, X18, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15 Hacıbala oğlu, Zərə rçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17 tərəfindən verilmiş mülki iddialar qismən təmin edilmiş, məhkum (mülki cavabdeh) Məhkum Zərərçəkmiş şəxs3 xeyrinə 356448 manat, X3 xeyrinə 248160 manat, Zərərçəkmiş şəxs4 xeyrinə 102507 manat, Zərərçəkmiş şəxs11 xeyrinə 75670 manat, Zərərçəkmiş şəxs18 xeyrinə 144900 manat Zərərçəkmiş şəxs5 xeyrinə 48363 manat, X11 xeyrinə 102507 manat, X6 xeyrinə 102507 manat, Zərərçəkmiş şəxs9 xeyrinə 75670 manat, Zərərçəkmiş şəxs6 xeyrinə 95000 manat, Zərərçəkmiş şəxs7 xeyrinə 54144 manat, Zərərçəkmiş şəxs1 xeyrinə 54144 manat, Zərərçəkmiş şəxs10 xeyrinə 110000 manat, Zərərçəkmiş şəxs15 Hacıbala oğlunun xeyrinə 74380 manat, Zərərçəkmiş şəxs16 xeyrinə 54144 manat, Zərərçəkmiş şəxs17 xeyrinə 116200 manat tutulması, iddiaların qalan hissəsinin rədd edilməsi qərara alınmışd ır. Hökmə əsasən Məhkum 05 fevral 2008-ci il tarixdə AXXX15nin Kommersiya X24 Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin faktiki rəhbəri olmaqla cəmiyyətin idarə edilməsi, onun fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin cəmiyyətin direktoru kimi təyin etdiyi oğlu X15la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Kooperativ tərəfindən ünvan3də 2010-cu ildən inşasına başlanılmış bir girişli 10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115.2 m2 ola n 38 №-li mənzilin qabaqcadan əlbir olduğu kooperativin sədri X15 tərəfindən 22 oktyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs15 74.880 (yetmiş dörd min səkkiz yüz səksən) manata satılmasını bildiyi halda, həmin mənzilin əvvəldən heç kəsə satılmaması barədə yalan məlumatlar verməklə mənzili yenidən başqa şəxslərə sataraq qazanc əldə etməyə dair oğlu X15la aralarında olan ümumi cinayətkar niyyətə uyğun olaraq, 2014-cü ilin yanvar ayında ona mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 binanın həmin 38 №-li mənzilin Zərərçəkmiş şəxs15 satılmasını ondan gizlədərək mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin mənzili Zərərçəkmiş şəxs1 54.144 (əlli dörd min bir yüz qırx dörd) manata satılmasına razılaşıb, 3 1 yanvar 2014-cü il tarixdə həmin pul vəsaitini MTK-nin ünvan3də inşa edilən həmin binanın 1-ci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs1 şəxsən alaraq, inandırmaq üçün həmin mənzilin ona satılması barədə qabaqcadan əlbir olduğu oğlu X13 həmin ofisində qeyd edilən tarixdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 31 yanvar 2014-cü il tarixli alqı-satqı müqaviləsini və həmin tarixli maliyyə arayışını X15un öz imzası və MTKnin möhürü ilə təsdiq etməsindən sonra həmin sənədləri Zərərçəkmiş şəxs1 verməklə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmiş, Zərərçəkmiş şəxs1 məxsus 54.144 (əlli dörd min bir yüz qırx dörd) manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, daha sonra, təkrarən, 2014-cü ilin sentyabr ayında ona mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs8 həmin 38 №-li mənzilin Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs1 satılmasını ondan gizlədərək mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, həmin mənzili Zərərçəkmiş şəxs8 74.880 (yetmiş dörd min səkkiz yüz səksən) manata satmağa razılaşıb, 1 oktyabr 2014-cü il tarixdə həmin pul vəsaitini MTK-nin ünvan3də inşa edilən həmin binanın 1-ci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs8 alaraq, inandırmaq üçün həmin mənzilin ona satılması barədə qabaqcadan əlbir olduğu oğlu X13 h əmin ofisində qeyd edilən tarixdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 1 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsini və həmin tarixli maliyyə arayışını X15un öz imzası və MTK-nin möhürü ilə təsdiq etməsindən sonra həmin sənədləri Zərərçəkmiş şəxs8 verməklə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş, Zərərçəkmiş şəxs8 məxsus 74.880 (yetmiş dörd min səkkiz yüz səksən) manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, oğulları X21 (96 pay h aqqı, 96 %) və X16 (1 pay haqqı, 1 %), həmçinin, tanışları X22 (1 pay haqqı, 1 %), X23 (1 pay haqqı, 1 %) və X4 (1 pay haqqı, 1 %) birgə fəaliyyət göstərmək üçün üzvlüklərinə əsaslanan mütləq pay haqqı müəyyən edilməklə 22 yanvar 2008-ci il tarixli təsis müqaviləsi ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, 05 fevral 2008-ci il tarixdə AXXX15nin Kommersiya X24 Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nin faktiki rəhbəri olmaqla cəmiyyətin idarə edilməsi, onun fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalarla bağlı tapşırıq vermək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin kooperativin direktoru və 96 faiz pa y haqqı ilə üzvü olan oğlu X15 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Bakı Şəhər İcra hakimiyyəti başçısının 17 avqust 2005-ci il tarixli 220 saylı sərəncamı ilə ünvan4də 2005-ci ildən inşasına başlanılaraq üç yerüstü mərtəbəsi inşa edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012ci il tarixli 170 saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək yaşayış binasının tikintisinin icazə verilməklə bir girişli 10 mərtəbəli, 54 mənzildən ibarət olan yaşayış binasından qabaqcadan əlbir olduğu direktor X15 tərəfindən kooperativ adından binanın tamamlanmayan hissəsinin layihə-smeta sənədlərinə uyğun olaraq tikilib başa çatdırılması, binanın xarici tərtibatı və daxili arakəsmələrin layihəyə uyğun tikilməsi, divarların suvaq edilməsi, giriş seyf qapılarının razılaşmadan asılı olaraq qoyulması, mənzillərin giriş nöqtəsinədək elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi, müvafiq sayğacların quraşdırılması və yekun sənədlərinin alınması, binada OTİS liftlərinin quraşdırılması, binanın fasadının alkopon və şüşə materiallarla üzlənməsi işlərinin görülməsi, tikintinin başa çatmasından sonra mövcud şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq binanın istismarına icazə alınmasını həyata keçirdikdən sonra 2015-ci ilin may ayınadək mənzili alıcıya təhvil vermək öhdəliyi götürülməklə 22 oktyabr 2010-cu ildən 16 aprel 2015-ci il tarixədək olan müddətdə mənzil alqı-satqı müqavilələri əsasında ayrı-ayrı payçılara özünün iştirakı ilə, yəni mənzil almaq üçün ayrıayrı müştəri lərin bilavasitə özü və qabaqcadan əlbir olduğu oğlu X15 tərəfindən tapılaraq onlara mənzillərin satılıb, maliyyə arayışları və kassa mədaxil orderləri əsasında həmin payçılardan müxtəlif məbləğlərdə, o cümlədən, 22 oktyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs15 ümumi sahəsi 115.2 m2 olan 38 №-li mənzilin satılması ilə əlaqədar 74.880 manat,12 iyul 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs13 Abduləhməd qızına ümumi sahəsi 102,9 m2 olan 24 №-li mənzilin satılması ilə əlaqədar 31.500 manat, 27 iyul 2014-cu il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs4 ümumi sahəsi 115,2 m2 olan 26 №-li mənzilin satılması ilə əlaqədar 54.144 manat, eyni tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 27 №-li mənzilin satılması ilə əlaqədar 48. 363 manat olmaqla, cəmi 102.507 manat, 11 avqust 2014-cu il tarixli alqısatqı müqaviləsi ilə Zərərçəkmiş şəxs3 ümumi sahəsi 161 m2 olan 1 №-li mənzilin satılması ilə əlaqədar 75.670 manat, 22 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 115,2 m2 olan 50 №-li mənzilin satılması ilə əlaqədar 54.144 manat, 24 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 51 №-li mənzilin satılması ilə əlaqədar 48.363 manat, 20 oktyabr 2014-cu il tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 115,2 m2 olan 29 №-li mənzilin satılması ilə əlaqədar 54.144 manat, 25 dekabr 2014-cu il tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 52 №-li mənzilin satılması ilə əlaqədar 48.363 manat, 25 dekabr 2014-cu il tarixli alqı-satqı müqaviləsi ilə ümumi s ahəsi 161,1 m2 olan 54 №-li mənzilin satılması ilə əlaqədar 75.717 manat olmaqla, cəmi 356.401 manat, 4 sentyabr 2014-cü il tarixli 2 ədəd alqı-satqı müqaviləsi ilə X12 ümumi sahəsi 102,9 m2 olan 3 №-li mənzilin satılması ilə əlaqədar 48.363 manat və ümumi sahəsi 115,2 m2 olan 2 №-li mənzilin satılması ilə əlaqədar 54.144 manat olmaqla, cəmi 102.507 manat,4 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə X17 ümumi sahəsi 115,2 m2 olan 14 №-li mənzilin satılması ilə əlaqədar 54.144 manat, 23 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 16 №-li mənzilin satılması ilə əlaqədar 48.363 manat olmaqla, cəmi 102.507 manat, 1 oktyabr 2014-cü il tarixli 3 ədəd alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs8 ümumi sahəsi 115,2 m2 olan 44 №-li mənzilin satılması ilə əlaqədar 74.880 manat, ümumi sahəsi 115,2 m2 olan 32 №-li mənzilin satılması ilə əlaqədar 74.880 manat, ümumi sahəsi 115,2 m2 olan 47 №-li mənzilin satılması ilə əlaqədar 74.880 manat olmaqla, cəmi 224.640 manat,14 oktyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi ilə Zərərçəkmiş şəxs16 ümumi sahəsi 115,2 m2 olan 41 №-li mənzilin satılması ilə əlaqədar 54.144 manat, 20 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs7 ümumi sahəsi 115.2 m2 olan 53 №-li mənzilin satılması ilə əlaqədar 54.144 manat, 20 oktyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi ilə Zərərçəkmiş şəxs6 ümumi sahəsi 115,2 m2 olan 17 №-li mənzilin satılması ilə əlaqədar 95.000 manat, 20 oktyabr 2014-cu il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs9 ümumi sahəsi 161 m2 olan 49 №-li mənzilin satıl ması ilə əlaqədar 75.670 manat, 14 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 ümumi sahəsi 102,9 m2 olan 28 №-li mənzilin satılması ilə əlaqədar 48.363 manat, 14 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə X7 ümumi sahəsi 161 m2 olan 37 №-li mənzilin satılması ilə əlaqədar 75.717 manat, 23 dekabr 2014-cü il tarixli 3 ədəd alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 40 №-li mənzilin satılması ilə əlaqədar 48.363 manat, ümumi sahəsi 102,9 m2 olan 39 №-li mənzilin satılması ilə əlaqədar 48.363 manat və ümumi sahəsi 161 m2 olan 42 №-li mənzilin satılması ilə əlaqədar 75.717 manat olmaqla, cəmi 248.160 manat, 20 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs17 ümumi sahəsi 166,1 m2 olan 60 №-li mənzilin satılması ilə əlaqədar 116.200 manat, 5 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə X8 ümumi sahəsi 166,1 m2 olan 43 №-li mənzilin satılması ilə əlaqədar 40.000 manat, 14 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2 ümumi sahəsi 166 m2 olan 13 №-li mənzilin satılması ilə əlaqədar 110.000 manat, 10 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs11 ümumi sahəsi 161 m2 olan 30 №-li mənzilin satılması ilə əlaqədar 75.670 manat, 16 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə X9 ümumi sahəsi 161 m2 olan 18 №-li mənzilin satılması ilə əlaqədar 144.900 manat olmaqla, ümumilikdə 18 nəfər şəxsə 31 mənzili satmaqla cəmi 2.057.193 (iki milyon əlli yeddi min bir yüz doxsan üç) manat məbləğində pul vəsaitlərini inşası həyata keçirilən həmin binanın birinci mərtəbəsində olan ofisdə qaba qcadan əlbir olduğu X15la birlikdə alıb, sonuncuya və kooperativin faktiki rəhbəri kimi özünə etibar edilmiş həmin pul vəsaitinin cəmi 1.489.145,9 manat (bir milyon dörd yüz səksən doqquz min bir yüz qırx beş manat doxsan qəpik) məbləğində hissəsini binanın tikintiquraşdırma işlərinə sərf edib, öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək qalan 568.047,1 manat etibar edilmiş özgə əmlakını binanın tikintiquraşdırma işlərinə sərf etməyib qabaqcadan əlbir olduğu X15la birlikdə qulluq mövqeyindən istifadə edərək kooperativin qeyd edilən ünvanında sonuncunun xidməti otağında həmin pul vəsaitini götürüb şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgəyə - "xxxx" MTK-yə məxsus 568.047,1 manat məbləğində pul vəsaitini külli miq darda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, uzun müddət ərzində qeyd olunan binanın tikintisini müqavilə şərtlərinə uyğun olaraq tamamlamaqla mənzillərin alıcılara təhvil verilməsini həyata keçirməyərək qeyd edilən 18 nəfərin, yəni kütləvi surətdə fiziki şəxslərin mənzilə sahib olmaq, ondan birgəyaşayış qaydalarına uyğun istifadə etmək və mənzil şəraitini yaxşılaşdırmaqla əlaqədar əmlak hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olduğu X15la birlikdə bir qrup şəxs halında ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər Ə.S.Seyfəliyev və R.M.Abdulovdan ibarət məhkəmə tərkibi) məhkum e dilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilimş, zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) nümayəndələri Müdafiəçi6 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edil məklə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki qərarla Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla, habelə hökmlə təyin edilmiş ə lavə cəza hazırki qərarla təyin olunan əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilməklə Məhkum cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmənin Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi nəzərə alınaraq, həmin hökm üzrə cəzanın çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cə za ilə qismən birləşdirməklə, Məhkum qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər Ş.Y.Yusifov və İ.Ə.Rəcəbovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxı şına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Zərərçəkmiş şəxs6, hakimlər K.H.Əkbərov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) nümayəndələri Müdafiəçi6 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq h üququndan məhrum edilməklə, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki qərarla Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla, habelə hökmlə təyin edilmiş əlavə cəza hazırki qərarla təyin olunan əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilməklə Məhkum cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qərar ı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsinin Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi nəzərə alınaraq, həmin hökm üzrə cəzanın çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.C.Cəfərov, hakimlər E.Y.Şamayev və Ə.M.Xıdırovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəç i2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, dövlət ittihamçısı X19 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxslər X6, X3, X1, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs9, X11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs16 nümayəndəsi (vəkili) Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Müdafiəçi2 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 29 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 8 aprel 2024-cü il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsinin 8 aprel 2024-cü il tarixli 3-16-17/28/2-651/2024 nömrəli müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətin i geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 29 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar