Məhkəmə qərarları › İş №1(102)-917/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-917/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-917/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Əmiraslanova Zəribə Məmməd qızının iştirakları ilə xx xxxxxxx 1985-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ə vvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli 1(105)-595/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Əmiraslanova Zəribə Məmməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(012)-488/2024 nömrəli hökmü ilə (hakim X12) Məhkum - Azərbaycan Res publikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli 1(105)-595/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.M.Məmmədov və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsini n 24 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi hökmünə görə Məhkum 3 may 2023-cü il tarixdə saat 13:15 radələrində baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C180” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 60 km/saat sürətlə üzü Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azalmaq üçün mümkün olan tədbirləri görməli, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı o lduğu halda, bu tələblərə riayət etməyib, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 7 ünvanında yolu sağdan sola keçmək istəyən piyada X7 avtomobilin ön hissəsi ilə vurmuş, ehtiyatsızlıqdan sonuncunun ölümü ilə nəticələnən qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ alıntəpə-gicgah payının kəskin epidural hematoması, sağ alın-təpə-gicgah sümüklərinin xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçisi A.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkumyə elan edilmiş ittiham əsassızdır o, əməlində cinayət tərkibi olmadan, cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmiş və məhkəmə tərəfindən də əsassız olaraq məhkum edilmişdir. Belə ki, mərhum Zərərçəkmiş şəxs piyada keçidi olmayan bir yerdə qəfil hüquqlarını müdafiə etdiyi şəxsin avtomobilinin önünə atılmışdır. Hüquqlarını müdafiə etdiyi şəxs onu gördüyü andan əyləci basaraq hadisənin qarşısını almağa çalışsa da, bu mümkün olmamışdır. Yəni Məhkum hadisənin qarşısını almaq üçün texniki imkanı olmamışdır. Həmçinin mərhumun ölümündən sonra o dəfn olunduğu üçün meyitin müayinəsi həyata keçirilə bilməmiş və buna görə də ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Məhkum ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Yəni hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən hər hansı ehtiyatsızlığa yol verilməmiş, əksinə mərhum piyada keçidi olmayan bir yerdə qəfil onun idarə etdiyi avtomobilin qarşısına çıxaraq bədbəxt hadisənin baş verməsinə səbəb olmuşdur. Məhkum barəsində yalnız ehtimallara əsasən ittiham hökmü çıxarılmışdır. Məhkumun müdafiəçisi Z.Əmiraslanova tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Əlavədə qeyd olunur ki, Məhkum himayəsində 3 azyaşlı övladı vardır, arvadı X8 2-ci Qarabağ müharibəsində şəhid olmuş X2 bacısıdır, həmçinin arvadının anası vəfat etmişdir. Məhkum ailədə gəlir gətirən yeganə şəxsdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə müdafiəçi Z.Əmiraslanovanın, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasi ya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmadan Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək əsassız olaraq məhkum edilmiş, həmçinin ona sərt cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutları n mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərar larında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırman ın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin möt əbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yo xlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsas ında müəyyən edilir. Şikayətdə və şikayətə əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçiril miş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun 3 övladı olmuşdur, 2 qızı və oğlu mərhum Zərərçəkmiş şəxs. 3 may 2023-cü il tarixd ə günorta saatlarında evdə olarkən “təcili tibbi yardım”dan ona oğlu Zərərçəkmiş şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması və Kliniki Tibbi Mərkəzə aparıldığı bildirdilmişdir. O, dərhal Kliniki Tibbi Mərkəzə getmiş, ora çatdıqda həkimlər Zərərçəkmiş şəxsi artıq əməliyyat etdiklərinə dair məlumat vermişlər. Xəstəxanada sürücü Məhkum ilə söhbətdən sonra məlum olmuşdur ki, Xırdalan dairəsi yaxınlığında Zərərçəkmiş şəxsyolu keçərkən Məhkum idarə etdiyi avtomobilin ön hissəsi ilə Zərərçəkmiş şəxsi vurmuşdur. Zərərçəkmiş şəxsəməliyyatdan çıxdıqdan sonra təxminən 92 gün reanimasiya şöbəsində qalaraq, müalicəsini davam etdirmiş, süni tənəffüs aparatına qoşulmuşdur. 4 avqust 2023-cü il tarixdə artıq müalicənin əhəmiyyət vermədiyini başa düşüb həkimlərin və ailə üzvlərinin qərarı ilə Zərərçəkmiş şəxsi xəstəxanadan çıxarıb, yaşadığı Masazır qəsəbəsindəki evə gətirmişlər. Təxminən 2 saat sonra Zərərçəkmiş şəxsin vəziyyəti pisləşmiş, Təcili Tibbi yardıma məlumat versələr də, lakin həkimlər gəldikdə artıq oğlu yaşadıqları evdə vəfat etmişdir. O, həmin vaxt yaşadıqlarının təsirindən polisə məlumat verə bilməmişdir. Sabahı gün yəni, 5 avqust 2023-cü il tarixdə oğlunu Masazır qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Sonda Məhkum maddi və mənəvi cəhətdən hər zaman onlara dəstək olmasını, oğlunun 3 ay ərzində xəstəxanada olduğu müddətdə daimi onunla maraqlanmasını xəstəxana məsrəflərini ödəməsini bildirərək hadisə ilə bağlı sürücüdən heç bir şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını və hadisənin ehtiyatsızlıq dan baş verməsini, həmkəndli olmalarını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 4 may 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində, Xırdalan dairəsinin yaxınlığında baş vermişdir. Sürücü Məhkum və iki nəfər hal şahidinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində, Xırdalan dairəsinin yaxınlığıdır. Baxış gündüz saatlarında, aydın havada Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən Xırdalan dairəsi istiqamətində keçirilmişdir. Hadisənin növü – bir nəf ər piyadanın vurulmasıdır. Yolun hərəkət hissəsi düz yoldur. Örtüyün növü asfalt betondur, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 18 metr, hərəkət zolaqlarının sayı 4, hərəkətin işək hissəsinin eni 18 metrdir. Hərəkət hissəsinin işlək vəziyyətində qarşı-qarşıya nəqliyyat axınını ayrımaq üçün uzununa 1.3 üfüqi nişanlanma xətti, hər istiqamət 2 hərəkət zolağına 1,5 üfüqi nişanlanma xəttləri ilə bölünmüşdür, piyada avtomobil yolunu sağdan sola doğru keçən zaman vurulmuşdur. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin “Meyitin məhkəmə tibbi ekspertizasının” 17 oktyabr 2023-cü il tarixli 08/MEŞ saylı rəyindən görünür ki, X5 qeyd olunan xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sağ alın-təpə-gicgah payının kəskin epidural hematoması, sağ alın-təpə-gicgah sümüklərinin xətti sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, yolnəqliyyat hadisəsi ilə əlaqədar ölümü ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X6 adına tərtib edilmiş tibbi sənədlərdə hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi haqqında qeydiyyat yoxdur. Cinayət işi materiallarında olan “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 4 dekabr 2023-cü il tarixli, 8/3352 saylı rəyindən görünür ki, Mercedes Benz C180 markalı **-BF-*** dövlət qeydiyy at nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum məhkəmə iclaslarında özünü təqsirli bilməməsi barədə verdiyi ifadələr cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi Məhkum ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında Azərbaycan Respublikası CPM-nin 125, 143146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyi, həmçini n işdə olan digər sübutlarla tam təsdiq olunmuş və Məhkum tərəfindən ittiham olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişlər. Birinci instansiya məhkəməsi və onunla razılaşan apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə kömək göstərməklə həyatını xilas etməyə cəhd etməsini və zərərçəkmiş şəxsin xəstəxanada qaldığı uzun müddətdə bütün maddi xərclərini qarşılmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. İş materiallarından görünür ki, Məhkum arvadı X3 2-ci Qarabağ müharibəsində şəhid olmuş X2 bacısıdır və həmin hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Həmçinin iş materia llarında əlavə olunmuş sənədlərdən görünür ki, iş apelyasiya instansiya məhkəməsində baxıldıqdan sonra Məhkum 15 yanvar 2025-ci il tarixdə övladı X10 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslar ını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydı n olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı madd ələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməli, ona Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarı ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) il 6 (altı) aydan 3 (üç) ilə endirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) il 6 (altı) aydan 3 (üç) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar