Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-918/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirlən dirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) xx xxxx 1988-ci ildə Ağdam rayonu, Şurabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, xxx kəndində yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası oğlu CM-in 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 11 dekabr 2020-ci il tarixdən hesablanması, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi ), hakimlər Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 26 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza CM-nin 228.4-cü maddəsi ilə ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, «8 Noyabr- Zəfər Günü münasibətilə amnist iya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə, Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2231,026 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 11,026 qramını bir bükümdə qablaşdırıb üzərində, qalan 2220 qramını isə bir bükümdə qablaşdırıb istifadəsində olan “Vaz 21705 minik” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 dekabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14:00-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən bir ədəd soyuq silah əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, eləcə də satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 11,026 qram çəkidə narkotik vasitə olan marixuana bir ədəd poletilen bağlamada “Kent” markalı siqaret qutusunun içərisində olmaqla şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 26 yanvar 2022-ci il tarixli qərarı ilə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş k assasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də, cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edərkən yalnız məhkumun verdiyi qeyrisəmimi, həqiqətə uyğu n olmayan, ziddiyyətli, özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də, iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmışdır. Digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya işdə olan ifadələrin heç birində təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən heç bir məlumatın öz əksini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nətic əyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən məhkumun xeyrinə təhrif olunmuşdur. Üzərinə faktları araşdırmaq və müəyyən etmək vəzifəsi qoyulmuş məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin külli miqdarda olmasını, eləcə də, işin müəyyən olunmuş faktiki hallarını nəzərə almadan əsassız olaraq əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, işdə olan 11 dekabr 2021-ci il tarixdə tərtib olunmuş raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə həmin də polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs satış məqsəd i ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə qurudulmuş marixuana 2231,026 qram çəkidə olmaqla külli miqdarda olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə Təqsirləndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuananın çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 446 dəfədən çox olmuşdur. Narkotik vasitənin külli miqdarda olması da sonuncunun həmin narkotik vasitəni üzərində və idarə etdiyi avtomaşında satış məqsədilə almasına dəlalət edir. Bundan əlavə apellyasiya məhkəmə kollegiyası qərarında məhkuma təyin edilmiş cəzaların qismən toplandığını qeyd etsə də, sonda təyin edilmiş cəzaları tam toplamaqla cinayət qanunveri ciliyinin normalarının pozuntusuna yol vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏS ƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin norm aların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Cinayətin tövsifinin digər şərti törədilmiş ict imai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliy yət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilərək, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. İlkin olaraq işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş şahidlər – polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, 11 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ə məliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid2, Şahid4 və Şahid3 daxil olmuşlar. 11 dekabr 2020-ci il tarixdə səhər vaxtı Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi Lada Prirora markalı, **-OR-*** qeydiyyat nişanlı avtomobildə olması barədə məlumat daxil olduğundan, həmin gün, saat təxminən 14 radələrində onun yerini aşkar edərək saxlamışlar. Sonra da o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, onlarla birlikdə Kürdəmir Rayon Polis Şöbəsinə getməsini xahiş etmişlər. Orada video çəkiliş lə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, təhqiqatçı ona üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sol cibindən üzərində “Kent” yazısı olan siqaret qutusunu təqdim etmiş, həmin qutu açılanda onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Bundan başqa, onun üzərindən bıçaq, açar, şəxsiyyət vəsiqəsi, pullar, təsbeh və mobil telefon aşkar edilmişdir. Bıçaq və narkotik vasitəyə bənzər kütlə ayrıayrılıqda qablaşdılaraq üzərləri möhürlənmiş, pullar və təsbeh isə onun özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs v ə vəkilinin iştirakı ilə videoçəkilişlə onun idarə etdiyi Lada Prirora markalı, **-OR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi bilirildikdə, o, etiraz etməyərək, avtomobilin yük yerini açıb içərisində qurudulmuş marixuana olan bir ədəd bağlamanı götürərək onlara təqdim etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən, eyni faktiki hallara istinad etməklə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitənin satış niyyəti ilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübu t aşkar edilməmişdir. Eyni zamanda, tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Lakin, apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən əməl CM-nin 234.1-ci maddəsi ilə tövsif edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş və Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı düzgün olmayan hüquqi nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik v asitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təs diq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahıya əsasən, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar olmaqla yuxarı həddi 5 qram, külli miqdarı 500 qram olaraq müəyyən edilmişdir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş qalıq çəkisi 2230,926 qram narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 446 dəfədən çox olmaqla külli miqdar hesab edilir. Üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitə ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində məhkum Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 10 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitələri aldığı şəxslərin adları və telefon nömrələri maraqlı olmadığına görə soruşmamış və qeyd etməmişdir. Təxminən bir həftə əvvəl “İnstagram” sosial şəbəkəsində təsadüfən “Araz” adlı şəxslə tanış olmuş, onunla danışan zaman profilində narkotik vasitələrin şəkillərinin olduğunu görmüş, ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda həmin şəxs narkotik vasitələrdən istifadə etdiyini, hər növ narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Ondan narkotik vasitə qurudulmuş marixuana istədikdə, həmin şəxs nə qədər çəkidə istədiyini soruşmuş və o, 10 qram narkotik vasitə marixuana istədiyini demişdir. Narkotik vasitənin kiloqramını neçəyə verdiyini soruşanda, Araz adlı şəxs narkotik vasitələrin hər kq.nı 500 manata satdığı demişdir. Bunu eşidəndə çox sevinmişdir, çünki qurudulmuş marixuananın kiloqramı təxminən 4500-5000 manat civarında olmuşdur. Ondan nə üçün narkotik vasitələri ucuz verdiyini soruşanda isə həmin şəxs özünün İran İslam Respublikasındakı həyətyanı sahəsində narkotik vasitələri yetişdirdiyi üçün onları ucuz qiymətə satdığını bildirmişdir. Bundan sonra ondan 2 kq qurudulmuş marixuana satmasını istəmiş, həmin şəxs bunun müqabilində ona 1000 manat verəcəyini bildirmiş və həmin şəxslə razılaşmışdır. Həmin şəxs narkotik vasitələri özünün Azərbaycan Respublikası ərazisinə keçirəcəyini və Beyləqan rayonu, Daşqburun kəndi ərazisində asfalt yolun kənarına qoyulacağını, narkotik vasitələri götürdükdən sonra həmin yerə 1000 manat pulun qoyulacağını, orada təxminən 2.5 kq yaxın narkot ik vasitə olacağını, artıq çəkidə olan narkotikləri pay verəcəyini bildirmişdir. Onunla razılaşmış və həmin şəxs təxminən 2 saata qeyd olunan ünvandakı yol nişanının altına narkotik vasitənin qoyulacağını bildirmişdir. Deyilən saatda Daşqburun kəndi ərazisinə getmiş və orada olan yol nişanlarının birinin altında bir ədəd bükümün olduğunu görmüşdür. Bükümü açmış və onun içərisində narkotik vasitələrin olduğunu görmüşdür. Həmin vaxt ətrafa baxmış və kənarda başqa şəxslərin olmadığını görüb narkotik vasitələri götürüb həmin yerə 1000 manat pulu qoyub oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra avtomobildən düşmüş və aldığı narkotik vasitələrdən bir qədər götürüb siqaret giləsinin içərisinə doldurub istifadə etmişdir. Bir hissəsini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitəni tanımadığı şəxsdən 1000 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını qeyd etmiş, apellyasiya məhkəməsi məhkumun bu ifadəsini inandırıcı hesab etməklə narkotik vasitənin məhz şəxsi istifadə üçün əldə edildiyi barədə yekun qənaətə gəlmişdir. Əvvəla fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla daimi gəlir yeri olmayan Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün bir dəfəyə 1000 manat müqabilində narkotik vasitə satın alması, həmin narkotik vasitənin öz istifadəsi üçün üzərində və avtomobilində gəzdirməsi inandırıcı olmamaqla apellyasiya məhkəməsi tərəfindən nə üçün işin faktiki halı kimi qəbul edildiyi məhkəmə kollegiyasına aydın deyildir. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisi olması ekspertiza rəyi ilə təsdiq edilsə də, onun üzərindən aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarından 2 dəfədən çox, avtomobilindən aşkar edilmiş narkotik vasitə isə 446 dəfədən çox olmuşdur. Apellyasiya məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitəni satış niyyəti olmadan əldə etməsi ilə bağlı nəticəyə gəlsə də, narkotik vasitə istifadəçisi olan Təqsirləndirilən şəxs nəyə görə şəxsi istifadə həcmindən dəfələlərlə artıq miqdarda marixuananı üzərində və avtomobilində daşımasını, ümumiyyətlə heç bir yerdə işləməyən şəxsin həmin narkotik vasitəni hansı yolla əldə etməsini araşdırmamışdır. Bundan başqa, Bərdə rayonunda yaşayan Təqsirləndirilən şəxs Kürdəmir şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində və avtomobilində külli miqdarda nark otik vasitə aşkar edilməsi, həmçinin, onun narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı polis şöbəsində əməliyyat məlumatının olması Təqsirləndirilən şəxs məhz satış məqsədilə narkotik vasitəni əldə etməsinə əsaslı şübhələr yaratdığı halda, apellyasiya məhkəməsi qeyd edilən halları tam və hərtərəfli araşdırmadan, məhkumun verdiyi ifadələri inandırıcı hesab etməklə və satış niyyətini təsdiq edə biləcək iş üzrə kifayət qədər sübutların mövcud olmamasına istinad edərək Təqsirləndirilən şəxs əməlini külli miqdarda narkotik vasitə olan marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi və daşıması kimi qiymətləndirmişdir. Baxılan iş üzrə müəyyən olunmuş işin faktiki hallarını araşdıran kassasiya məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsi işin faktiki hallarına uyğun olan, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan nəticə hesab edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sü buta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xe yrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin c inayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət ver ilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi ilə bağlı gəldiyi nəticə sübutların CPM-nin 143146-cı maddələrinin tələblərinə əsasən kifayət qədər yoxlanılmış, qiymətləndirilmiş və əsaslandırılmış nəticə hesab edilə bilməz. Mübahisəsizdir ki, bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsas lı hesab edilə bilməz. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni ittiham tərəfinin kassasiya protestində qeyd edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı cinayət-prosessual normalara, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarlarına uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işinə protestə əsasən təkrarən baxılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edib, onu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş, həmin cəzanı CM-nin 228.4-cü madd əsi ilə ona təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək, cəzaları faktiki olaraq CM-nin 66.2-ci maddəsinə əsasən tam toplasa da, qərarın nəticə hissəsində qismən toplanıldığını göstərərək cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-918/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-918/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver