Məhkəmə qərarları › İş №1(102)-918/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-918/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-918/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli ilkin baxış qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim: X12) 31 oktyabr 2022-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. X6 xüsusi ittiham qaydasında verdiyi ərizəsindən görünür ki, ali hüquq təhsilli olmaqla ünvan 4 saylı binanın qarşısında hüquq xidmətləri ofisində vətəndaşlara hüquq xidmətləri göstərmişdir. xx.xx.2017-ci il tarixdə müxtəlif səbəblərə görə ofisdə işini dayandıraraq ünvanı tərk etmişdir. xx.xx.2016-cı il tarixdə müqavilə əsasında vətəndaşlara hüquq xidmətləri göstərd iyi həmin ünvana vət. X10 müraciət edərək ona məhkəmə işlərində köməklik etməyi, məhkəmələrdə onu təmsil etməyi, başqasına borc müqaviləsi əsasında verdiyi 1045 manatın alınaraq ona qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı razılaşma əsasında şifahi tapşırıq müqaviləsi bağlamışlar. Həmin tapşırıq müqaviləsinin şərtlərinə görə cavabdeh X1 1045 manatın geri ödənilməsi təmin edilməli idi. Müvafiq sorğuları verib, məhkəmə baxışı üçün zəruri olan sənədləri əldə edib, iddia ərizəsini yazıb məhkəməyə təqdim etmişdir. Zəhmət haqqı, nəqliyyat və telefon xərclərinə görə iki dəfəyə xx.xx.2016-cı ildə 100 manat və xx.xx.2016-cı ildə 100 manat A.Piriyevadan ümumilikdə 200 (iki yüz) manat almış, iki kassa mədaxil orderi yazıb təqdim etmişdir (şikayətə əlavə edilir). Bir neçə gündən sonra məlum olmuşdur ki, A.Piriyeva cavabdehin ünvanını düzgün göstərmədiyinə görə Nərimanov Rayon Məhkəməsi iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarmışdır. Ünvan dəyişikliyi edərək yenidən sənədləri Xətai Rayon Məhkəməsinə təqdim etmişdir. Bir müddət sonra məlumat əldə etmişlər ki, iddia tələbi tam təmin edilmiş və qətnamə icraya yönəldilmişdir. Öz növbəsində Xətai rayon İcra və Probasiya şöbəsi borclu S.Abbasovdan pulu hissə-hissə alaraq tələbkar - X7 ödədikdən sonra icra işi üzrə icraata xitam qərarı qəbul edilmişdir. 2016-ci ilin noyabr ayında A.Piriyeva heç bir etik qaydaları gözləmədən işlədiyi ünvan 2 ünvanında yerləşən hüquq xidmətləri ofisinə hücum etmiş, ofisdə və küçədə olan xidmət göstərdiyi vətəndaşlara əhəmiyyət vermədən onu küçə söyüşləri ilə söyüb-təhqir etmiş, işgüzar nüfuzuna zərbə vurmuşdur. Onun həyasızlığına və etdiyi qeyri-adekvat hərəkətlərinə görə aldığı 200 manatdan 100 manatını özünə qaytarıb, ofisdən bayıra çıxartmışdır. Ayrıca qeyd etməlidir ki, ona zəhmət haqqı və s. görə ödədiyi 100 manatı borclu X1 almışdır. İddia tələbində bu ayrıca göstərilmişdir. Hadisədən bir neçə həftə sonra isə o, yenidən ofisə gələrək əlavə pul tələb etməyə başlamış, əks halda Vəkillər Kollegiyasına, Baş Prokurorluğa, polisə və s. yerlərə şikayət edəcəyi ilə onu təhdid etməyə başlamışdır. Onun şikayətlərinə görə 4 dəfə Bakı şəhəri Xətai RPİ-in 34-cü PB-də, bir dəfə işə Bakı Baş Polis İdarəsində olub izahatlar yazmışdır. Şikayətlərinin heç əsası olmadığına görə rədd edilmişdir. Vət. A.Piriyeva 2022ci ilin avqust-sentyabr aylarında Azərbaycan Respublikası DİN-də və Bakı şəhər Baş Polis İdarəsində olmuş, barəsində yalan və böhtan xarakterli şikayətlər vermişdir. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini A.Piriyevanın şikayəti üzərinə dərkənar qoyaraq araşdırılması məqsədi ilə Xətai RPŞ-nə göndərmiş, Xətai rayon Polis şöbəsinin rəisi isə araşdırılması məqsədi ilə tabeliyində olan 34-cü Polis Bölməsinə göstəriş vermişdir. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi Sərdar müəllim (mob.tel.***-***-****) bir neçə dəfə onun mobil nömrəsinə zəng etmiş, lakin sonradan yaşadığı yuxarıda ünvanı göstərilən ünvan 3ına gələrək onu 34-cü Polis Bölməsinə gətirmişdir.Təkrar olaraq A.Piriyevanın şikayəti üzrə (5-ci dəfə) eyni məzmunlu izahatı yazaraq, sübutları təqdim etmişdir. Vət. A.Piriyeva barəsində dəfələrlə böhtan və təhqirlər yazıb yaydığına görə bö yük narahatçılıq və həyəcan keçirmişdir, beyin insultu keçirmiş 1-ci qrup əlil olan anasının və həyat yoldaşının təzyiqi qalxmışdır. O, polisə aparılan gün (həmin material 34cü PB-dən sorğu ilə tələb edilməlidir) yaşadığı mənzilə həkim çağırılmış, həkim müdaxiləsindən sonra təziyiqi düşmüşdür. A.Piriyevanın yalan və böhtan xarakterli şikayət ərizələri özünə, ailəsinə iztirab və əzab vermişdir. Həmin tarixlərdə güclü mənəvi sarsıntı keçirdiyinə görə heç bir iş görə bilməmişdir. A.Piriyeva 2022-ci ilin avqust-sentyabr aylarında yenidən və təkrar olaraq əvvəllər işlədiyi ünvan 4 ünvanında yerləşən hüquq xidmətləri ofisinə getmiş, onu biabır etmək, nüfuzdan salmaq məqsədi ilə əvvəllər onu tanıyan şəxslərin yanında barəsində böhtan və təhqiredici sözlər işlətmişdir. Bu barədə məlumatı ona həmin ünvanda işləyən şəxslər vermişlər. Bir neçə dəfə vət. A.Piriyevanı yaşadığı şəhərcikdə görmüş, onun bu şəhərcikdə yaşamadığını və heç bir yaxınının olmadığını bildiyi üçün onu izlədiyini, daima metroların çıxışlarında dayanaraq müşahidə etdiyini, onun xüsusi xidmət və polislə əməkdaşlıq etdiyini düşünüb narahat olmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs - A.Piriyeva əsassız, böhtan xarakterli ərizə və şikayətləri ilə ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, mülki işin nəticəsi onun nəfinə həll edildiyi halda və ona ödədiyi 100 manatı geri qaytarmağına baxmayaraq böhtan atmaqla işgüzar nüfuzuna ölçüyə gəlməz zərər vurmuşdur. Çünki vət. A.Piriyeva barəsində yazdığı böhtan və təhqirlər başqaları tərəfindən oxunduğuna görə, yazılara münasibət bildirilmiş, xeyli vətəndaş onunla müqaviləsini pozmuş və zəhmət haqqı olaraq ona ödədikləri pulu geri almışlar. Vət. X3 qanunsuz hərəkətləri nəticəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ciddi ləkələmişdir. Vət. A.Piriyevanın barəsində verdiyi şərəf və ləyaqətini alçaldan yalan və böhtan xarakterli ərizə və şikayətləri Azərbaycan Respublikası DİN-in yüksək rütbəli əməkdaşları, Bakı şəhər Baş Polis İdarəsinin və Xətai RPŞ-in rəhbərliyi və şəxsi heyətin əksəriyyəti bilir. Göründüyü kimi vət. A.Piriyevanın yazdığı şikayət və ərizələr doğru olmamaqla yanaşı onun şərəf və ləyaqətini ləkələmişdir. Vət. A.Piriyevanın barəsində yazdığı ərizə və şikayətlər doğru deyil. Vət.A.Piriyeva yalan olduğunu bilə-bilə barəsində şərəf və ləyaqətini alçaldan böhtan xarakterli şikayətlərini Azərbaycan Respublikası D İN- nə, Bakı şəhər Baş Polis İdarəsinə və Xətai RPŞ-in 34-cü Polis Bölməsinə vermişdir. Vət. A.Piriyevanın əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dörd əlaməti var, o, cinayətin subyektidir, ona görə də altı ay müddətində azadlıqdan məhrum edilməlidir. Beləliklə o, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş altı ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsilə, X11 və X2 ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddə si ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs-X10 əsassız olaraq dəfələrlə barəsində ərizə və şikayətlər verərərək, onu 6 dəfə polis orqanlarına apartdırmış,izahatlar yazmağa məcbur etdirmiş, tanışlarının və yaxınlarının yanında işgüzar nüfuzuna zərbələr vurulmuşdur. Xətai Rayon Məhkəməsi CPM-in 299.1-ci maddəsinə zidd olaraq barəsində xüsusi ittiham q aydasında şikayət etdiyi şəxsin məhkəmədə iştirakını təmin etmədən,onun şikayətə münasibətini dinləmədən məhkəmə baxışının keçrilməsini qeyri-mümkün hesab etmiş və icraata qəbul edilməsindən imtina etmişdir. İclas başlanan kimi barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X3 məhkəmədə iştirakının təmin edilməsini tələb etmiş, lakin buna baxmayaraq məhkəmə iclası davam etdirilmişdir. Bakı Apelİyasiya Məhkəməsinin qərarı istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının mahiyyət və tələblərinə ziddir. Şikayət və ərizələr Bakı Şəhər Baş Polis İdarəsinə və Xətai Pİ-nin 34-cü PB-nə göndərilmişdir.Hər dəfə idarələrdə olub şikayətin yalan və böhtan olduğu barədə izahatlar yazmışdır. Sonuncu dəfə 34-cü PB-nin sahə rəisi yaşadığı ünvana gələrək onu özü ilə 34cü PB-nə gətirmiş və izahat almışdır. Bununla belə, məhkəmələr A.Piriyevanı məsuliyyətə cəlb etməkdən imtina etmişlər. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi hissəsində ləğv edilməsi və xüsusi ittiham qaydasında X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş altı ay həbs cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyy əti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi it tiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Belə ki, CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi ( şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şik ayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Şikayət ərizəsində xüsusi ittihamçının məşğuliyyət növü, vəzifəsi və şikayətin verildiyi yer qeyd edilməli olduğu halda göstərilməmişdir. Bundan başqa, şikayət ərizəsində X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X8 qarşı məhz hansı hərəkətləri törətdiyi göstərilməmiş, X5 yalan olduğunu bilə-bilə X6 barəsində şərəf v ə ləyaqətini ləkələyən hansı məlumatları və harada yayması, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, həmçinin şikayət vermiş şəxsin şərəf və ləyaqətinin məhz X10 tərəfindən alçaldılmasını təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının tələblərinə və cinayət prosessual qanunvericiliyin tələblərinə istinad edərək düzgün olaraq şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir Belə ki, xüsusi ittiham qayda sında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostları nın əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən et dikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məh kəməsinin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməsi barədə gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarının əsaslı olması qənaətinə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununa əsasən həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduğundan düzgün olaraq həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Xüsusi ittiham qaydasında şikayətə dair material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar