Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-918/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 14 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən və məruzəçi), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) Məhkum, 2 yanvar 1980-cı il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər dəfələrlə, sonuncu dəfə isə Abşeron Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə CM-in 29, 200.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzalarına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-in 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 15 ədəd narkotik tərkibli çətənə bitkisi toxumlarını 2021-ci ilinmay ayında yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində dibçəklərə əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumşalmaqla, aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 15 (on beş) ədəd çətənə kolu bitkilərini xeyli miqdarda yetişdirib kultivasiya etdikdən sonra, əkilən toxumlardan becərdiyi çətənə kolu bitkilərinin yarpaqlarını toplayıb qurudaraq bu yo lla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, cəmi 953,439 qram çəkidə kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb, 885,0 qramını 1 ədəd ağ rəngli sellofan torbada yaşadığı evin dəhlizində yerləşən paltar yeşiyində, 65,0 qramını 1 ədəd şəffaf rəngli sellofan torbada yaşadığı evdə soyuducuda saxlamış, 3,439 qramını isə 1 ədəd qəhvəyi rəngli sellofan torbada tanışı Şahid5 məxsus “Tofaş-Şahin” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qanunsuz olaraq saxlamış və daşımış, 3 avqust 2021-ci il tarixdə saat 19:50 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid5 məxsus “Tofaş-Şahin” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron RPİ-nin Qobu PB-nin duracağına gətirilib baxı ş keçirilən zaman, avtomobilin salonundan qəhvəyi rəngli sellofan torbada təmiz çəkisi 3,439 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, daha sonra həmin tarixdə saat 20:30-da Abşeron RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı ona məxsus olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi xeyli miqdar təşkil edən 15 (on beş) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, həmin evin dəhlizində yerləşən paltar yeşiyinin içərisindən 1 ədəd ağ rəngli sellofan torbada bükülmüş təmiz çəkisi 885,0 qram narkotik vasitə qurudulmuş marixuana və evdə yerləşən soyuducudan 1 ədəd şəffaf rəngli sellofan torbada bükülmüş 65,0 qram çəkidə, ümumilikdə təmiz çəkisi cəmi 953,439 qram təşkil edən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü 7 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. 18 aprel 2023-cü il tarixdə Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, lakin 8 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında o, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi ilə bağlı vəsatətindən imtina etdiyini bildirərək apellyasiya şikayə tinin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Hümbətov Fəhmin Zaur oğlu) 8 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti baxılmamış saxlanılmaqla geri qaytarılmış, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinin təmin edilməsindən isə imtina edilmişdir. Bundan sonra, Məhkum 19 iyul 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmündən təkrarən apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Hümbətov Fəhmin Zaur oğlu) Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 14 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2024-cü il tarixli qərarından Məh kum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmündən həm səhhətində olan problemlərlə bağlı, həm də hüquqi savadı olmadığından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmış, məhkəmələr də heç bir əsaslandırma aparmadan bu müddətin bərpa edilməsi haqqında onun vəsatətini əsassız olaraq təmin etməmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsasla rla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqq ında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə cavab olaraq vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və ha mılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından apellyasiya şikayətlərinin və ya apellyasiya protestlərinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu M əcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddə tində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilikdə yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda üzrlü səbəblərdən buraxılmış müddətin bərpa edilməsi mümkünlüyü də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikay ətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edil miş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmünün surəti 4 noyabr 2022cü il tarixli 1(124)-121/2022 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmiş və 17 yanvar 2023-cü il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 7 fevral 2023-cü il tarixdə qüvvəyə minmiş və həmin tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız, 17 aprel 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 3 (üç) aydan sonra Məhkum ilk dəfə onun barəsindəki 3 noyabr 2022-ci il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış, lakin 8 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında apellyasiya şikayətinin verilməsi müddətinin bərpa ed ilməsi haqqında vəsatətindən imtina edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etdiyindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin 8 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum bu müraciəti təmin edilərək onun apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti baxılmamış saxlanılmaqla geri qaytarılmış, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinin təmin edilməsindən isə imtina olunmuşdur. Bundan sonra, Məhkum 19 iyul 2024-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi tarixdən 1 (bir) il 6 (altı) ay 2 (iki) gündən sonra yenidən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün bu raxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, toplanmış və araşdırılmış sübutlarla Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar müəyyən edilmir, Məhkum isə müraciətlərində və kassasiya şikayətində həm səhhətində problemlər olduğunu, həm də hüquqi savadının olmadığını iddia etsə də, məhkəmələrə bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştira kçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək həmçinin vurğulamağı lazım bilir ki, həmin materiallara əsasən Məhkum və birinci instansiya məhkəməsinin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Mustafazadə Ruslan Əsabəli oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmiş, onlara hökmdən apellyasiya şikayətinin verilməsinin qaydası və müddətləri barədə qanunvericiliyin tələbləri izah edilmiş, eyni zamanda onların hökmdən vaxtında apellyasiya şikayəti vermələri üçün heç bir maneə olmamışdır. Məhz buna görə də, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum ikinci vəsatətinə baxan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən, 1 avqust 2024-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq 14 noyabr 2024-cü il tarixli qərarla birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 14 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasın 14 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-918/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-918/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver