Məhkəmə qərarları › İş №1(102)-919/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-919/2019

02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-919/2019 02.07.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-919/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 02 iyul 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 25 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Şəlalə Həsənova) 27 fevral 2018ci il tarixli hökmü ilə xx xxxxxxxx 1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Qarğılı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 06 sentyabr 2017-ci il saat 00:27-də idarə etdiyi İran İslam Respublikasının vətəndaşı X3 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Genesis” markalı, **D***-10 dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi ilə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin, yəni “eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir” kimi tələbinə riayət etməklə yol-nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələbə riayət etməyib “STOP” yol nişanının tələbini pozmaqla nəqliyyat vasitəsini saxlamadan Bülbül prospektinə çıxmış, nəticədə həmin prospektlə hərəkət edən sürücü X4 idarə etdiyi “xxxx” MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Ravon Nexia” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş, toqquşma zamanı hərəkət istiqamətini dəyişən X4 idarə etdiyi “Ravon Nexia” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobil həmin vaxt yol kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Chery A15” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş və həmin vaxt “Chery A15” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə söykənmiş İraq Respublikası vətəndaşı X6 qamış sümüyünün topuq və distal baş hissələrinin, incik sümüyünün topuq hissəsinin, sol V daraq sümüyünün sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuş, habelə hadisə nəticəsində X4 idarə etdiyi “xxxx” MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Ravon Nexia” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobil zədələndiyindən, ehtiyatsızlıqdan “xxxx” MMC-yə 4585 (dörd min beş yüz səksən beş) manat, Zərərçəkmiş şəxs2 məxsus “Chery A15” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələndiyindən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 1078 (bir min yetmiş səkkiz ) manat, İran İslam Respublikasının vətəndaşı X3 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Genesis” markalı, **D***-10 dövlət nömrə nişanlı avtomobil zədələndiyindən ehtiyatsızlıqdan X3 9829 (doqquz min səkkiz yüz iyirmi səkkiz) manat ziyan vurulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.Y.Şamayev (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) 25 may 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 25 may 2018-ci il tarixli qərarı ləğv olunsun və onun barəsində bəraət hökmü çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, nə birinci, nə də ikinci məhkəmə instansiyaları həmin cinayət işinə baxarkən cinayət əməlinin 4 əlamətinə düzgün tövsif verməmişdir. Məhkumun idarə etdiyi avtomobil başqa avtomobillə toqquşması anında zərərçəkmiş şəxs yolun hərəkət hissəsində olmuşdur. Yolun həmin hissəsində piyada keçidi yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsə onun idarə etdiyi avtomobil deyil, başqa avtomobil dəymişdir və həmin şəxs barəsində əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir. Lakin nə is tintaq, nə də heç bir məhkəmə instansiyası xəsarət alan şəxsin qanunla və qaydalarla qadağan olunmuş yerdə (yolun hərəkət hissəsində) dayanmasına hüquqi qiymət verməmişdir. Bu hallar məhkumun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması və sonda məhkum edilməsi ilə nəticələnmişdir. Yol hərəkəti qaydalarını məhkum deyil, zərərçəkmiş şəxs qismində tanınmış şəxs pozmuşdur. Ona görə də barəsində bəraət qərarı qəbul edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nət icənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun Məhkum əməlində cinayət tərkibinin olmaması və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikas ı CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etmiş, onun qeyd edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, ekspertizaların rəyləri ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” Birliyinin məhkəmə-tibbi ekspertizasının 03 oktya br 2017-ci il tarixli, 894 saylı rəyindən görünür ki, 1969-cu il təvəllüdlü X7 bədənində aşkar olunmuş xəsarətlər – sol qamış sümüyünün topuq və distal baş hissələrinin, incik sümüyünün topuq hissəsinin, sol V daraq sümüyünün sınıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Elmi-tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 06 sentyabr 2017-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Həmçinin iş materialında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 17 oktyabr 2017-ci il tarixli, 24903 s aylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Hyundai Genesis” markalı, **D***-10 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin mövcud metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 43-cü hissəsinə əsasən yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitəsinin hərəkəti prosesində baş verən adamların ölməsinə və ya müxtəlif dərəcəli xəsarət almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Qeyd edilir ki, «Yol» və «Avtomobil yolu» anlayışlarını eyniləşdirmək olmaz. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu bütün hərəkət iştirakçılarının yollardakı hərəkətinin qaydalarını tənzimləyir. «Yol hərəkəti haqqındakı» Azərbacan Respublikası Qanunun Kommentariyasına əsasən «Yol» anlayışı yaşayış məntəqələrinin bütün növ küçə və prospektlərini, yaşayış məntəqələri arasındakı müxtəlif kateqoriyalı yolları, habelə müxtəlif məntəqələri (təsə rrüfat obyektlərini, istirahət yerlərini və s.) birləşdirən asfalt- beton, çınqıl və ya torpaq örtüklü yolları əhatə edir. «Yol-nəqliyyat hadisəsi» və «Yol» anlayışlarına əsasən mövcud hadisə, yəni Bakı şəhəri Nəsimi rayonu, B.Səfəroğlu küçəsində baş verən “Hyundai Genesis” markalı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsidir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əla qədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 25 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini r əhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum bərəsindəki 25 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar