Məhkəmə qərarları › İş №1(102)-919/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-919/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-919/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.1, 32.3, 206.2, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə) 07 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxx 1985-ci il tarixdə Cəlilabad rayonu, Bayxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Həməşara küçəsi, döngə 4, ev 15-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbayca n Respublikasının Cinayət Məcəlləsinin 28,120.1, 32.3,206.2, 228.2.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 28,120.1-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan mərhum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3,206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası tə yin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 28,120.1, 32.3,206.2, 228.2.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-72/2021 saylı 07 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 28,120.1-ci maddəsi ilə təyin edilmiş 07(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan mə hrum etmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07(yeddi) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 120.1, 32.3, 206.3.2, 228.2.1 və 228.4-cü maddələri ilə irəli sürülən ittihama əsasən o, qəsdən adam öldürmə cinayətini törətmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə qanunsuz olaraq odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən kənar keçirilməsini təşkil edib, həmin odlu silahı və döyüş sursatını qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz olaraq əldə edib özünün hazırladığı soyuq silahla birgə üzərində gəzdirmiş, lakin öz iradəsindən asılı olmayaraq qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini başa çatdıra bilməyərək xüsusilə ağır cinayətə hazırlıq əməlini törətmişdir. Belə ki, o, 10 aprel 2020-ci il tarixdə saat 20 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrkən evin həyətyanı sahəsində yerləşən hamam otağından səs eşidib ora baxdıqda qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxs orada aşkar edərək sonuncunun onun arvadı Şahid1 ilə sevgi münasibətində olması və gizli görüşmələri qənaətinə gələrək orada Zərərçəkmiş şəxs sinə və sol baldır nahiyələrinə yumruq və təpiklə zərbələr end irib döş qəfəsinin sol yarısının ön səthində və sol baldırın bayır səthində qançır kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs ona qarşı törədilən fiziki zorakılıqdan yaxa qurtarıb qaçması səbəbindən sonuncunun arxasınca yaşadığı evə gedərək Zərərçəkmiş şəxs valideynlərinin yanında onu arvadı ilə yaxın münasibətdə olması səbəbi ilə güllələyib öldürəcəyini bəyan edərək, oradan uzaqlaşdıqdan sonra qısqanclıq zəminində Zərərçəkmiş şəxs qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 12 aprel 2020-ci il tarixdən etibarən “Whatshapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Səftər adlı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girərək törətmək niyyətində olduğu qəsdən adam öldürmə cinayəti barədə sonunculara məlumat vermədən qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və döyüş sursatının İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən kənar qanunsuz gətirilməsini təşkil edib bu barədə qrup üzvləri ilə ümumi razılığa gələrək təşkil etdiyi qaçaqmalçılıq cinayətini həyata keçirmək üçün Ukrayna Respublikasında yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan tanışı Olqaya Səftər adlı şəxsə 1200 ABŞ dolları verməsinə dair göstəriş verib istintaqa məlum olmayan qrup üzvü tərəfindən 16 aprel 2020-ci il tarixdə saat 22:30 radələrində “Kalaşnikov” konstruksiyalı odlu silahın, həmin silah üçün nəzərdə tutulmuş sandıqçanın və döyüş sursatı olan patronların Cəlilabad rayonunun İran İslam Respublikası ilə sərhə də yaxın ərazisində yerləşən Şiləvəngə kəndi ərazisində quraşdırılmış mobil operatora məxsus antenin yaxınlığında qara rəngli kisəyə bükülmüş halda gizlədilməsi barədə “Whatshapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat aldıqdan sonra 17 aprel 2020-ci il tarixdə saat 02:30 radələrində göstərilən yerdə gizlədilmiş qara rəngli kisəni içərisində olan 7,62 mm kalibrli olmaqla, “Kalaşnikov” konstruksiyalı, “AKMS” markalı, zavod üsulu ilə istehsal edilmiş, “18214165” №-li, döyüş təyinatlı, saz vəziyyətdə, atəş açmaq üçün yararlı olan, yivli-odlu avtomat silahı, döyüş sursatı hesab edilən 7,62 mm kalibrli, həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarda istifadə edilmək üçün nəzərdə tutullmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı 20 ədəd patron, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı bir ədəd sandıqça ilə birgə götürüb qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və döyüş sursatı əldə edərək, eyni zamanda 2017-ci ilin dekabr ayında – günü istintaqa məlum olmayan tarixdə özünün əldəqayırma üsulu ilə hazırladığı, deşici xassələrə malik olan, stilet formasında hazırlanmış soyuq silahla birgə üzərində gəzdirərək Cəlilabad şəhəri, Səttarxan küçəsi istiqamətinə doğru piyada hərəkət edərkən həmin gün saat 04 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Sərhədabad kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanıla raq üzərində olan odlu silahın, döyüş sursatının və soyuq silahın götürülməsi səbəbindən planlaşdırdığı cinayəti öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə hazırlıq cinayətini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilir ki, cinayət qanunvericiliyinin normaları düzgün tətbiq edilmədiyindən məhkəmə kollegiyasının həmin qərarı Təqsirləndirilən şəxs CM-in 60-cı maddəsi tətbiq olunaraq cəza təyin edlməsinə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməyə hazırlaşmış, bu hal da, yəni cinayətin odlu silahdan istifadə etmək lə törədilməsi də CM-nin 61.1.10-cu maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Lakin apellyasiya məhkəməsi əsassız olaraq öz qərarında CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini göstərmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini odlu silahdan istifadə etməklə törətməyə hazırlaşması iş üzrə təkzibolunmaz sübutlarla təsdiq olunur. Buna görə də apelyasiya məhkəməsi Təqsirləndirilən şəxs cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsini CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almalı, baxmayaraq ki, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi iş üzrə CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi olsa da belə, iş üzrə cəzanı ağırlaşdıran hal olduğundan CM-nin 60-cı maddəsinə istinad etməməli və həmin halı ona cəza təyini zamanı nəzərə almamalı idi. Lakin apellyasiya intansiyası məhkəməsi bunun əksinə olaraq iş üzrə cəzanı ağırlaşdıran halın olmasına əhəmiyyət verməmiş və CM-nin 60-cı maddəsinə istinad edərək (cəzanın yuxarı həddinin yarısının dörddə üçü həddində) cəza təyin etmişdir, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsi cinayətin odlu silahdan istifadə edilməklə törədilməsinə hazırlıq hərəkətlərinin edilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almasa da, apellyasiya instansiyası məhkəməsi şəxsin barəsində CM-nin 60-cı maddəsini tətbiq edərkən, cəzanı yüngülləşdirən halları nəzərə aldığı kimi, ağırlaşdıran halları da müəyyən etməli idi. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən CMnin 60 və 61-ci maddələrinin tələblərini pozmuş, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, eləcə də iş üzrə cəzanı ağırlaşdıran halın olmasını müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş və bunun nəticəsi olaraq məhkum edilmiş şəxsə CM-nin 28,120.1-ci maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası əsassız olaraq CM-nin 60-cı maddəsi tətbiq edilməklə 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Kassasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 28,120.1, 32.3,206.2, 228.2.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarının cəza təyininə dair hissədə ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin olunmaması barədə məhkumun müdafiəçisinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellya siya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Apellyasiya Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti odlu silahdan istifadə etməklə törətməsini Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almamaqla barəsində həmin Məcəllənin 60-cı maddəsinin tətbiq edilməsi mübahisələndirilir. Kassasiya protestinin göstərilən dəlillərinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəz anı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı ko nkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs apellyasiya məhkəməsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmağını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailə üzvlərinin onun himayəsində olmasını, himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olması ilə yanaşı zərərçəkmiş şəxslə barışıq əldə etməsini də yüngülləşdirən hallar kimi nəzərə almış və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığı qənaətinə gəlmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün aşağıdakı şərtlər ödənməlidir: 1) cinayət törətmiş şəxsin əməlində Cinayət Məcəlləsinin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olmalı 2) cinayət törətmiş şəxsin əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallardan hər hansı biri olmamalıdır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir ki, həmin hal Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cinayətə hazırlığa görə ittiham olunur və onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır və cinayətə hazırlığa görə cəzan ın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz (CM-63-cü maddəsi) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörd də üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə kollegiyası hasab edir ki, Apellyasiya Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq haqlı olaraq Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq etmiş və ona təyin olunacaq cəzanın müddətinin Cinayət Məcəlləsinin 28,120.1-ci maddəsinin sanksiyasının son həddinin - yəni 07 ilin dö rdə üçündən - 05 il 03 aydan artıq ola bilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsini Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almaması barədə dəlillərini əsassız sayaraq qeyd edir ki: Cinayət Məcəlləsinin 28.1-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən yalnız ağır və xüsusilə ağır cinayətlərin törədil məsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Sadalanan qanunvericilikdən görünür ki, cinayətə hazırlığın vasitə və ya alət axtarma, əldə etmə; vasitə və ya alət hazırlama; cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə; cinayət törətmək üçün başqaları ilə sövdələşmə; cinayət törətmək üçün başqa cür şərait yaratma kimi obyektiv əlaməti mövcuddur və cinayətə hazırlıq subyektiv cəhətdən həmişə birbaşa qəsdlə törədilir. Həmçinin cinayət törətmək üçün hazırlıq hərəkətləri həyata keçirildikdə, təqsirkarın iradəsindən asılı olmayan səbəblər üzündən cinayət başa çatdırılmır. Cinayətə hazırlıq törədilməsi planlaşdırılan əməlin baş verməsinə istiqamətlənən aktiv hərəkətlərin törədilməsində ifadə olunur. Lakin bu hərəkətlər hələ bilavasitə törədiləcək cinayətin obyektiv cəhətini yara dan hərəkətlər deyildir. Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə hazırlaşarkən qabaqcadan əlbir olan bir qrup şəxslə qanunsuz olaraq odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq əldə edib özünün hazırladığı soyuq silahla birgə üzərində gəzdirmişdir. Məhkumun bu hərəkəti adam öldürməyə münasibətdə hazırlıq hərəkəti olsa da, belə hazırlıq hərəkəti digər cinayətlərin cinayət tərkibini yaratmış, məhz bu səbəbdən Təqsirləndirilən şəxs həm qəsdən adam öldürməyə hazırlıq (CM-28,120.1-ci maddəsi), həm də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah əldə etmə, qanunsuz olaraq soyuq silah gəzdirməyə görə məhkum edilmişdir (CM-32.3, 206.2, 228.2.1 və 228.4-cü maddələri) Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsi cinayətin od lu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutur. Cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsinin yüksək ictimai təhlükəliliyi onda ifadə olunur ki, həmin predmetlər bir tərəfdən cinayətin edilməsini asanlaşdırır, digər tərəfdən isə onların tətbiqi vətəndaşlara və cəmiyyətə daha ağır zərərin vurulması ilə müşayiət olunur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətinə hazırlıq hərəkətlərini həyata keçirərkən bu məqsədlə odlu silahı əldə etmiş və öz iradəsindən asılı olmayaraq həmin cinayəti başa çatdıra bilməmişdir. Yəni onun tərəfindən həm in odlu silahdan istifadə edilməmiş, yalnız cinayətə hazırlıq hərəkətləri həyata keçirilmişdir. Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsi isə cinayətin odlu silahdan istifadə etməklə törədilməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs tərəfindən odlu silah əldə etməklə qəsdən adam öldürmə cinayətini həyata keçirilmək üçün gördüyü hazırlıq hərəkətləri isə hələ bilavasitə törədiləcək cinayətin obyektiv cəhətini yaradan hərəkətlər kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən adam öldürmə cinayət əməlinin baş verməsinə istiqamətlənən hazırlıq hərəkətləri törədilərkən odlu silah əldə etməsi həmin silahdan istifadə olunması kimi cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Kass asiya protestinin bu barədə dəlilləri əsassızdır. Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükə lilik dərəcəsini, yüngülləşdirən halları, o cümlədən əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailə üzvlərinin onun himayəsində olmasını, himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları nəzərə almışdır. Apellyasiya Məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 28,120.1, 32.3, 206.2, 228.2.1 və 228.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini həmin Məcəllənin 60.1-ci maddəsinin tələblərini nəzərə alınmaqla düzgün olaraq endirmiş və 05 il 03 ay müəyyən etmişdir. Belə ki, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın mə qsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.1, 32.3, 206.2, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar