Məhkəmə qərarları › İş №1(102)-919/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-919/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-919/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məmmədova Günel Mehman qızının iştirakları ilə, Bakı Ağır Ci nayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(101)-1605/2022 nömrəli (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayev ibarət tərkibdə) hökmü ilə 1994-cü il yanvarın 01-də Zərdab rayonunun Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, xxx-də qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilmiş, Məhkum barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmış, sınaq müddəti ərzində Məhkum üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, Məhkum davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zərdab Rayon İc ra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 29 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, 2022-ci il aprelin 27-də saat 17 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı X7 öldürülməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin cinayət işi üzrə şahid qismində iştirak edən Zərərçəkmiş şəxs yaxınlaşıb baş vermiş hadisənin təfərrüatları, yəni hadisə zamanı orada digər şahidlərin olub-olmamasını soruşarkən sonuncu onun verdiyi suallara cavab verməyərək kobud formada X7 ölümünün onun üçün maraqsız olduğunu deməklə uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs məhkəmənin inzibati binasının qarşısından kənara keçməyi və başqa şəxslərin olmadığı yerdə danışmağı təklif etmiş, onlar ünvan 1 ünvanında yerləşən «Grandmart» mağazasının yaxınlığında söhbət edərkən Zərərçəkmiş şəxs onun suallarına yenidən cavab verməyib əli ilə onu itələyəndə aralarında şəxsi münasibətlər z əminində yaranan mübahisə vaxtı əvvəlcə yumruq və təpik zərbələri ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya qarın nahiyəsinin cırılmış, sol qulaq seyvanının əzilmişcırılmış yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs ona doğru gəlməyə davam etdiyini gördükdə isə gücü çatmayacağını düşünüb üzərindəki istintaqa məlum olmayan bıçağı cibindən çıxarmaqla Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə qəsdən zərbələr endirmiş, bununla da sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz etməyib bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, qarın nahiyəsinin ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yaradan ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Məhkum ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əməlini etiraf etməsi, səmimi peşman olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kimi nəzərə alması və cəza təyini zamanı barəsində CM-nin 70-ci maddəsini tətbiqi əsassız hesab edilməlidir. Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiqinin istinad olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, CM-ni n 15.4-cü maddəsinə əsasən, obyekti həyat və sağlamlığın təhlükəsizliyini təmin edən ictimai münasibətlər olan ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Bundan başqa, məhkəmələr Məhkum əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda səhvə yol vermişdir. Məhkum ifadələrində “əməlimdən səmimi peşmanam” deməsi heç də hüquqi müstəvidə səmimi peşmançılıq anlayışını əks etdirmir. Odur ki, məhkəmələr onun özünü təqsirli bilərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Həmçinin məhkəmələr Məhkum zərər çəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi qəbul etməklə nəzərə almamışlar ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləş dirən hal kimi CM-nin 70-ci maddəsini deyil, CM-nin 60-cı maddəsinin tətbiqini şərtləndirir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi, eləcə də Bakı Apellyasiya Məhkəməsi öz yekun qərarlarında təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etmək üçün istinad edilən cəzanı yüngülləşdirən hallar maddənin sanksiyası həddində cəza təyin edilərkən nəzərə alınmış və təqsirləndirilən şəxsə təqsirli bilinidiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilmişdir. Buna baxmayaraq, məhkəmələr törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almadan əsassız olaraq təqsirləndirilən şəxs Məhkum cəza çəkmədən islah olunması qənaətinə gəlmişlər. Görünür ki, məhkəmə CM-nin 70-ci maddəsini tətbiq edərkən törədilmiş cinayətin xarakteri və i ctimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə protestdə göstərilən digər dəlilləri nəzərə alaraq verilmiş kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədova Günel Mehman qızı çıxış edərək, Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, əməlindən peşman olduğunu bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏS ƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin norm aların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğunu, Məhkum təyin edilmiş cəzanı şərti hesab etməyin əsassız olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edillməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədb irin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrind ə göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institut lar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. CM-nin 70.1-ci maddəsinə görə “islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterin i, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Apellyasiya məhkəmə kolleg iyası Məhkum CM-nin 70-ci maddəsinin tətbiqi barədə nəticəyə gələrkən şərti məhkum etmənin yuxarıda göstərilən kriteriyalarına istinad etməmiş, ümumi mülahizələrlə məhkumun barəsində şərti məhkum etmənin tətbiqini əsaslı saymış, məhkumun hansı səbəbdən cəza çəkmədən islah olunmasının mümkünlüyünü öz qərarında göstərməmiş və bunu kifayət qədər əsaslandırmamışdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdı ran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər Baxılan cinayət işinin materiallarından isə görünür ki, apellyasiya instansiya məhkəməsi məhkumun şəxsiyyətini, törədilən cinayətin ağırlığını, ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmənin Məhkum cəza çəkmədən islah oluna biləcəyinə inam yaratmasına dair qənaəti məhkəmə tərəfindən müəyyən edilmiş yüngülləşdirici hallarla əsaslanmışdır. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəli xarakteri - həyat və sağlamlıq əleyhinə olan cinayətdir, əməl ağır cinayətlər kateqoriyasına aiddir, ictimai təhlükəlilik dərəcəsi isə - məqsədli surətdə, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmada formalaşmış cinayətkar niyyətin həyata keçirilməsidir. Göstərilənləri nəzərə almadan məhkəmə kollegiyası əsassız olaraq məhkum barəsində təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiya məhkəməsinin qeyd olunanları nəzərə almadan məhkəmə tərəfindən müəyyən edilmiş yüngülləşdirici halları təkrarlamaqla şərti məhkum etmənin tətbiq edilməsini mümkün sayması onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz. Beləliklə, göstərilənlərlə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Ceyhun Abdulova Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin etdiyi 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi, şəxsin törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayıb, ədalətli hüquqi nəticə kimi qənaətbəxş olmayıb, təyin edilmiş cəzanın şərti hesab edilməsi cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini təmin etməyərək, məhkumun şəxsiyyətinə, onun törətmiş olduğu cinayətlərin ağırlıq dərəcəsinə uyğun gəlməməkdədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının məhkuma cəza təyin edilməsi hissəsində yenidən keçirilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Ağır Cina yətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən məhkuma cəza təyin edilməsi hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar