Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-919/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum1 müdafiəçisi Müdafiəçi28, Məhkum Müdafiəçi2 müdafiəçisi Müdafiəçi5, Məhkum4 müdafiəçisi Müdafiəçi22, Məhkum Zahir Abbasın müdafiəçisi X4, Məhkum3 müda fiəçisi Müdafiəçi29, Məhkum Şahid36 müdafiəçisi Müdafiəçi13, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs36 və Zərərçəkmiş şəxs30 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-cü il tarixli hökmündən məhkum edilmiş şəxslər Məhkum1, Müdafiəçi2, Məhkum4, Məhkum3, Şahid36 müdafiəçiləri, məhkum Zahir Abbasın özü və zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-63/2021 nömrəli hökmü ilə (Səbuhi Hüseynov (sədrlik edən), Azad Məcidov və X2 ibarət tərkibdə) xx xxxxxxxx 1983-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, N.Nərimanov küçəsi, ev 1 A-da qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospekti, ev 25 A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 308.2-ci maddəsinin Məhkum1 ittihamından çıxarılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 fevral 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, 8 dekabr 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,179.3.2, 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 32.5,308.2-ci maddəsinin Məhkum3 ittihamından çıxarılması, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləs inin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəlinin 12 fevral 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxxxx 1983-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1, 1 78.2.2, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin Məhkum2 ittihamından çıxarılması, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum2 həmin maddə ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəlinin 12 fevral 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1978-ci il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Güləbird kəndində qeydiyyatda olmaqla hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29/26, mənzil 43-də yaşayan, X9 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin X5 ittihamından çıxarılması, həmin Məcəllənin 73-1.3-ci maddəsinə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə üzrə cinayət təqibinə xitam verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iş ləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhər məhkəməsinin 9 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3- cü maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin Məhkum9 ittihamından çıxarılması, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 17 8.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Məhkum9 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli hökmü ilə Məhkum9 təyin olunmuş 3.000 manat cərimə cəzasının çəkilməmiş hissəsi olan 2.550 manat cərimə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək, ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və 2.550 manat cərimə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən Məhkum9 təyin edilmiş 2.550 manat cərimə cəzasının müstəqil icra olunmasını, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbsə alınması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, 28 avqust 1962-ci ildə Laçın rayonunun Cicimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər mə hkum olunmamış, ünvan 4 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin Məhkum4 ittihamından çıxarılması, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2- ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təy in edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum4 həmin maddə ilə cəza təyin edilməməsi, həmin Məcəllənin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi 30 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sumqayıt A pelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-63/2021 nömrəli hökmü Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri, Məhkum3 Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 179.3.2, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri, Məhkum2 Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.2 və 313-cü maddələri, Məhkum4 Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.2 və 313-cü maddələri, X6 Cinayət Məcəlləsinin 313-cü maddəsi, Məhkum5 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri, Məhkum6 Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri, X5 Cinayət Məcəlləs inin 179.3.2 və 313-cü maddələri, Məhkum7 Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri, Məhkum8 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri, Məhkum9 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.3.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-63/2021 nömrəli hökmü, təqsirləndiriln şəxs X7 və mülki iddia hissədə ləğv edilmiş, təqsirləndirilən şəxslər Məhkum7, Məhkum6 və Məhkum9 aid hissədə dəyişdirilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum cəzası 01 (bir) il, 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, X5 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulmuş, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilmiş, Məhkum7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş,. Məhkum7 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasından həbsdən azad edilmiş, Məhkum7 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulmuş, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilmiş, Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il, 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, Məhkum6 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasından həbsdən azad edilmiş, Məhkum6 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulmuş, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Məhkum9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 9 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3.000 manat cərimə cəzasının çəkilməmiş hissəsi olan 2.550 manat cərimə cəzası “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən h ökmdən xaric edilmiş, onun üzərində qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmün icrası Məhkum7 və Məhkum6 aid hissədə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasının rəhbərliyinə həvalə edilmiş, Məhkum3 2000(iki min) manat, Məhkum5 2,407.11 manat, Məhkum8 1.607.11 manat, və Təqsirləndirilən şəxs2 1.407.11 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC-yə ödənilsin və bu hissədə mülki iddia tələbi qismən təmin olunmuş, Məhkum4, Məhkum2 Məhkum1, Məhkum6, X7 və Məhkum7 aid hissədə mülki iddia tələbi rədd olunmuş, "xxxx" ASCtərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə epizodları üzrə təqsirləndirilən şəxslərə qarşı verilmiş iddi a tələbləri həmin hissədə baxılmamış saxlanılmış, təqsirləndirilən şəxs Məhkum7 müdafiəçisi Müdafiəçi15, təqsirləndirilən şəxs Məhkum6 müdafiəçisi Müdafiəçi13 və zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, digər apellyasiya şikayətləri təmin olunmadan, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum1 irəli sürülmüş ittiham üzrə o, qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanuni və bilə-bilə qanunsuz hərəkətlərə görə özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pulu təkrarən rüşvət qismində istəyərək almış, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla mənimsəmiş, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək külli miqdard a ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum2 irəli sürülmüş ittiham üzrə o, qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanuni və bilə-bilə qanunsuz hərəkətlərə görə özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pulu təkrarən rüşvət qismində istəyərək almış, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla mənimsəmiş, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum3 irəli sürülmüş ittiham üzrə o, məsləhətləri, məlumatları və maneələri aradan qaldırmaqla qabaqcadan əlbir olan bir qrup şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, məsləhətləri, məlumatları və maneələri aradan qaldırmaqla qabaqcadan əlbir olan bir qrup şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi biləbilə qanunsuz hərəkətlərə görə özləri və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pulu təkrarən rüşvət qismində istəyərək almalarında köməkçilik etmiş, məsləhətləri, məlumatları və maneələri aradan qaldırmaqla qabaqcadan əlbir olan bir qrup şəxsin qulluq mövqeyindən istifadə edərək etibar olunmuş özgə əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamalarında köməkçi qismində iştirak etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, ibtida i istintaq orqanı tərəfindən Məhkum4 irəli sürülmüş ittiham üzrə o, qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanuni və bilə-bilə qanunsuz hərəkətlərə görə özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pulu təkrarə n rüşvət qismində istəyərək almış, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla mənimsəmiş, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən X7 irəli sürülmüş ittiham üzrə o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin köməkçiliyi il ə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib təkrarən hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, ibtidai istin taq orqanı tərəfindən Məhkum9 irəli sürülmüş ittiham üzrə o, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib təkrarən hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin köməkçiliyi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmiş, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək t əkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN ÇİXİŞLARİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-cü il tarixli hökmündən məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2, Məhkum4, Məhkum3, Məhkum9 müdafiəçiləri, X5 özü və zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermişlər. Məhkum1 müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs6 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən ifadəsində göstərmişdir ki, 2014-cü ilin sonlarında Samir adlı şəxsin satdığı **-CL-*** dövlət qeydiyyat nişanlı av tomobili bəyənmiş, əlində 2000 manat pulu olmuş, Samir adlı şəxs 2000 manat ilkin ödəniş edib bankdan 4000 ABŞ dolları kredit götürdüyü təqdirdə avtomobili ona satacağını bildirmiş, Samir onu "xxxx" ASC-nin Sumqayıt filialına gətirmiş, ona 4000 ABŞ dolları məbləğində kredit sənədləri hazırlanacağı bildirilmiş, ona həmin sənədlərə imza etdirilmiş, lakin pul verilməmiş, pulun avtomobili satan şəxsə ödəniləcəyi bildirilmiş, 19 ay həmin krediti ödəmiş, 2015-ci ildə dolların məzənnnəsi qalxdığı üçün krediti ödəyə bilməmiş, 30 yanvar 2016-cı ildə avtomobil ondan geri alınaraq satılıb banka olan borcunun bağlanacağı bildirilmiş, adına 5.500 ABŞ dolları kreditin olması barədə sənədlər ona təqdim edilmiş, ona bankdan 4000 ABŞ dolları kredit lazım olduğu üçün bank sənədlərinə imza edərkən kredit m əbləğinin də 4000 ABŞ dolları olduğunu hesab etmiş, əlavə 1500 ABŞ dolları məbləğində kredit rəsmiləşməsindən xəbəri olmamışdır. Rüşvət alma epizodları üzrə verilmiş ittihamlar üzrə zərərçəkənlərin ifadələri eyni məzmunludur, ona görə də Məhkum1 Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə verilən ittiham əsassızdır. Məhkum1 CM-nin 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2 və 313-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında Bakı Ağır Cinayət Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasınin 311.3.1, 311.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə icraata xitam verilməsi və cəza təyin edilməsi zamanı yüngülləşdirici halların nəzərə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Müdafiəçi2 müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, o, "Nikoil Bank"ın filialında kassir koməkçisi vəzifəsində işləyib. Bankın rəhbərliyinə verilmiş ittihamın vergülünü belə dəyişmədən ona şamil etmişlər. İş materiallarında isə onun cinayət əməlini sübuta yetirəcək bir dənə də olsun fakt və sübut yoxdur. O, hökmlərlə günahsız olaraq 3 ildən çoxdur ki, cəza çəkir. Müdafiə tərəfi bildirmişdir ki, CM-in 311-ci maddəsi üzrə ittiham tamamilə əsassızdır. Hətta Müdafiəçi2 etiraf etsə və kimdənsə rüşvət alsa belə, onun əməli CM-nin 311-ci maddəsinin təsiri altına duşə bilməz. Belə ki, onun tutduğu vəzifə ruşvət alanın subyekti d eyil. CM-in 179-cu maddəsi üzrə irəli sürülmüş ittiham üzrə isə X1 olmamışdir. Yəni kreditin kimə, nə üçün verilməsi barədə qərar qəbul edilərkən Müdafiəçi2 səlahiyyətli olmamışdır. Bundan əlavə CM-in 179.1-ci maddəsinə əsasən “Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama” cinayət sayılır. İş materiallardan aydın olur ki, Müdafiəçi2 ona etibar edilmiş əmlakı talamamışdir. Belə ki, iş materiallarında olan kredit muqavilələrindən aydın olur ki, zərərçəkmiş fiziki şəxslər və şahidlər bankla kredit muqaviləsi bağlamış, kredit müqaviləsində qeyd edilən vəsaitləri özləri götürmüşdür. Bundan əlavə həmin şəxslər barəsində məhkəmələr tərəfindən qətnamə qəbul edilmiş, həmin qətnamələrə əsasən kredit götürmüş şəxslər bankan götürdükləri məbləği geri qaytarmalıdir. Т əксə bu fakt təsdiq edir ki, CM-in 179-cu maddəsi üzrə irəli sürülmüş ittiham əsassızdır. İş materialları ilə sübut edilir ki, kreditlər ayrı-ayrı şəxslərə verilib va bu hallar məhkəmə qətnamaləri ilə təsdiq edilir. Buna gora də qeyd edilən ittiham üzrə də bəraət verilməlidir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayat Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünün ona aid hissədə ləgv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum Zahir Abbas kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə doğru nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsinin hökmü isə əsassızdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməli, CM-in 179.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair əmələ görə CM- in 731.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkum Zahir Abbas Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, CM-in 179.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair əmələ görə CM-in 73-1.3-cu maddəsinə əsasən cinayət məsuliyyətindan azad edilməklə cinayət təqibinə xitam verilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum4 müdafiəçisi Müdafiəçi22 kassasiya şikayətində göstərmişdir ki, məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxslərin bir hissəsi məhkəmə qətnamələri və əmrlərində göstərilmiş məbləğlərin "xxxx" İKB ASC-yə ödədiklərini, digər hissəsi isə qismən ödədiklərini bildirmişlər. Odur ki, Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə bəraət verilməsi hissəsində yenidən araşdırma aparılması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinə qaytarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 müdafiəçisi Müdafiəçi29 kassasiya şikayətində göstərmişdir ki, Məhkum3 özünü təqsirli bilməyərək işin faktiki hallarına uyğun ifadə vermiş və göstərmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir, ittiham aktında göstərilən cinayətlər barədə heç vaxt onun məlumatı olmamışdır. Ona istinad olunan əməlləri heç vaxt törətməmişdir. Bütün bu əməlləri törədən filialın rəhbəri və aidiyyatı işçilər olmuşdur. O, bankda m üqavilə əsasında işləmişdir. O, filialda filial müdirinin müavini olmuşdur. Kreditlər müştərilərə verilən zaman onlar kassa əməliyyatlarına qarışmamışlar. O, birbaşa baş idarəyə tabe olmuşdur. Kreditlə bağlı heç bir müştəri birbaşa ona müraciət etməmişdir. O heç bir müştəridən heç bir məbləğdə rüşvət almamışdır. Məhkəmələrdə ifadə verən təqsirləndirilən şəxslər, eləcə də şahidlər onun hər hansı bir cinayət törətməsini birbaşa qeyd etməmişlər. Onun cinayət törətməsini təsdiq edən hər hansı bir fakt və ya sübut ortaya çıxmır. Məhkum3 müdafiəçisi Müdafiəçi29 Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Məhkum3 CM-in 178.3.2, 32.5, 179.3.2, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə bəraət verilməsi barədə qərar verilməsi ni xahiş etmişdir. Məhkum9 müdafiəçisi Müdafiəçi13 kassasiya şikayətində göstərmişdir ki, Müdafiəçi10 istinad olunan əməllər əsaslandırmaq məqsədilə epizodlar sadalanarkən və onun əməlinə hüquqi qiymət verərkən, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nədə ki apellyasiya məhkəməsi nəzərə almamışdır ki onun hərəkətləri zərərçəkmiş bankın mənafeyinə uyğun olmuş, o, hər hansı bir cinayət əməlini törətməsini dərk etməmiş, onun ümumiyyətlə istinad olunan cinayətləri törətməyə yönəlmiş arzusu, iradəsi olmamışdır. Belə ki onun kiminsə barəsində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə və ya əmlak hüquqlarını əldə etməyə yönəlmiş hərəkətlər etməsini təsdiqləyən hər hansı bir sübut mövcud deyildir. Bundan başqa ona bilavasitə etibar edil miş hər hansı bir əmlakın olmasından söhbət gedə bilməz. Çünki onun bankda olan pul vəsaiti barəsində birbaşa sərəncam vermək və ya istifadə etmək kimi nə hüququ nədəki imkanı olmamışdır. Qeyd olunanlara əsasən onun əməli sübuta yetirilməmişdir. Ona görə də onun barəsində bəraət hökmü çıxarılmalı idi. Göstərilənlərə əsasən o, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmünün CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 179.3.2-ci maddələri ilə məhkum edilmiş Müdafiəçi10 münasibətdə ləğv edilməsi və onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində göstərmişdir ki, "xxxx" ASC zərərçəkmiş şəxs olaraq təqsirləndirilən şəxslərdən heç kim ilə barışmamışdır, banka vurulmuş 232.258.34 (iki yüz otuz iki min iki yüz əlli səkkiz manat otuz dörd qəpik) manat məbləğində ziyan ödənilməmişidir. Həmçinin bəzi epizodlar üzrə məhkəmə qətnamələrinin və əmirlərinin çıxarılması hələ həmin pulların banka ödənilməsi anlamına gəlmir. Həmin məhkəmə qərarları əsasında banka hər hansı bir məbləğ ödənilməmişdir. Gələcəkdə həmin məhkəmə qərarları əsasında banka pulların ödənilməsi belə təqsirləndirilən şəxslərin cinayət və mülki məsuliyyətdən azad edilməsinə, cinayət təqbinə xitam verilməsinə və ya məsuliyyətdən azad etməyə əsas vermir. Qüvvədə olan cinayət qanunvericiliyinin tələblərinə görə vurulmuş ziyanın ödənilməsi ilə bərabər (halbuki banka vurulmuş 232.258.34 manat ziyan təqsirləndirlən şəxslər tərəfindən ödənilməyib, bu barədə cinayət işində heç bir ödəniş sənədi və ya sübut yoxdur) zərərçəkmiş şəxslə barışıqda da tələb olunur. Lakin zərərçəkmiş şəxs olaraq biz heç bir təqsirləndirilən şəxs ilə barışmamışıq. Belə olan halda isə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum4, Təqsirləndirilən şəxs1 İlqar oğlu, Məhkum3, Məhkum5, Məhkum6, Məhkum7, Məhkum8, Məhkum9, X9 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 308.2-ci maddələri üzrə ittiham hökmü çıxarılmalı, onlara cəza təyin edilməli, həmçinin banka vurulmuş ziyanın, mülki iddianın tam təmin edilməsi barədə qərar çıxarılmalıdır. Kassasiya məhkəmə baxışında məhkumların müdafiəçiləri çıxış edərək kassasiya şikayətlərində qeyd ediдmiş halları bir daha vurğulayaraq kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Kassasiy a məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs36 və Zərərçəkmiş şəxs30 bankdan kredit götürərək avtomaşın aldıqlarını, dolların kursunun dəyişməsi ilə əlaqədar borcu ödəyə bilmədiklərini, nəticədə həm avtomaşının əllərindən alındığını, həm də banka borclu qaldıqlarını və banka ödəniş etməyə məcbur olduqlarını bildirdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Nazim İmanov çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, cinayət əməllərinin məhkumlar tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildi rib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumların müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının və zərər çəkmişlərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçilər məhkumların əməlinin hüquqi tövsifini və onlara təyin edilən cəzanı mübahis ələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Zərərçəkmiş hüququ şəxs də eyni prosessual əsaslarla məhkəmələrin hökmlərini mübahisələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikas ı Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mə nəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdu dlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya şikayətləri ilə müraciət etmiş tərəflərə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkum1 müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum1 müş tərilərdən aldığı pul vəsaitləri əsasən bank xərçlərinə, avtomobillərin sığorta edilməsinə sərf edilmiş, lakin məhkəmələr tərəfindən bu hallar düzgün nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materaillarından göründüyü kimi, zərərçəkmiş şəxslər bankdan krediti avtomobil almaq məqsədi ilə götürsələr də, lakin kreditlər avtomobil almaq üçün deyil, istehlak krediti kimi rəsmiləşdirilmiş, avtomobillər isə Məhkum1 və onun yaxınlarının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş və kredit alan zərərçəkmiş şəxslərə isə avtomobillərə dair etibarnamələr verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 və onun yaxınlarının adına, ümumilikdə, 128 ədəd müxtəlif markalı avtomobillər mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçirilmişdir. Zərərçək miş şəxslərdən rüşvət kimi alınmış pul vəsaitlərinin bank xərclərinə xərclənməsi və sığorta ödənişi kimi ödənilməsinə dair cinayət işinin materiallarında hər hansı sübut mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkum Müdafiəçi2 müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti ondan ibarətdir ki, kassatorun mülahizəsinə görə müdafiəsi altında olan şəxs bankda kassir köməkçisi işləmişdir. Ona qarşı irəli sürülmüş CM-in 311-ci maddəsi ilə olan ittiham tamamilə əsassızdır. Məhkum vəzifəsinə görə bu cinayətin subyekti ola bilməz. Məhkum zərərçəkmiş şəxslərdən rüşvət almamış, hər hansı bir pul vəsaitini mənimsəməmişdir. Müdafiəçinin kassasiya şikayətinin dəlil ləri ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs6 birinci instansiya məhkəməsində ifadə verərkən göstərmişdir: “...bankın xəzinəsində ona pulların götürülməsi ilə bağlı sənədlərə imza etdirilmişdir. Lakin həmin pullar ona verilməmişdir...” Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs7 də eyni məzmunlu ifadə vermişlir. Cinayət işinin materiallarında da görünür ki, Müdafiəçi2 bankda vəzifəli şəxs olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013cü il tarixli “Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə kommersiya təşkilatlarının işçiləri yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Göründüyü kimi, məhkum Müdafiəçi2 kommersiya təşkilatının işçisi kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək imkanına və səlahiyyətinə malik olmuş və CM-in 311-ci maddəsinin subyekti ola bilər. Bundan əlavə, o qabaqcadan əlbir olan bir qrupun tərkibində cinayət əməlləri törətmiş və həmin qrupun üzvləri də vəzifəli şəxslər olmuşlar. Eyni yanaşma, CM-in 179-cu maddəsinə münasibətdə də keçərlidir. Belə ki, CM-in 179-cu maddəsi üzrə verilmiş ittihama əsasən Müdafiəçi2 cinayətkar qrupun üzvü kimi pulların mənimsənilməsində iştirak etmişdir. Məhkum4 müdafiəçisinin kas sasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti ilə bağlı qeyd edilməlidir ki, müdafiçinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum4 bankda baş xəzinədar vəzifəsində işləmiş, texniki işçi olmuş, vəzifəli şəxs olmamış, bu səbəbdən də Məhkum4 CM-in 311-ci maddəsi ilə bəraət verilməlidir. Məhkumun özünün ifadəsindən görünür ki, o, baş xəzinədar kimi kassa məxaric orderlərinə imza ataraq pul vəsaitlərini ödəmişdir. Məhkəmə kollegiyası məhkum Müdafiəçi2 müdafiəçisinin apellyasiya şikayəti ilə bağlı ifadə etdiyi mövqeyinin hazırki kassasiya şikayətini dəlilləri ilə eyni olduğunu bildirir və qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarına əsasən Məhkum4 da öz vəzifə funksiyalarını icra edərkən vəzifəli şəxs olmuş və o, qabaqcadan əlbir olan bir qrupun tərkibində cinayət əməlləri törətmiş və həmin qrupun üzvləri də vəzifəli şəxslər olmuşlar. Məhkum Abbas Zahirin kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti ilə bağlı qeyd edilməsi zəruridir ki, məhkum Abbas Zahirin kassasiya şikayətinin əsas dəlili barəsində CM-in 73-1.3-cü maddəsinin tətbiqi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində CM-in 73-1.3-cü maddəsinin tətbiqi üçün zəruri şərt maddi ziyanın tam ödənilməsi və dövlət büdçəsinə müvafiq məbləğdə ödənişin edilməsi ilə bərabər, eyni zamanda, zərərçəkmiş şəxslə barışmaqdır. Yəni bu 3 zəruri şərtlər hamısı birlikdə mövcud olmadığı təqdirdə şəxs barəsində CM-in 73-1.3-cü maddəsinin tətbiqi müzakirə mövzusu ola bilməz. İşdən də gö rünür ki, birinci instansiya məhkəməsi zərərçəkmiş hüquqi şəxsin mövqeyini nəzərə almadan bu maddəni tətbiq etdiyi üçün məhz zərərçəkmiş hüquqi şəxs haqlı olaraq bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü mübahisələndirmiş, apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin şikayəti təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zahir Abbasın kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Məhkum3 müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti ilə bağlı qeyd edilməsi zəruridir ki, məhkumun müdafiəçisinin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum3 bankda vəzifəli şəxs olmamış, digər işçilərdən fərqli olaraq əmrlə işə götürülməmiş, bu səbəbdən b u cinayətlərin subyekti ola bilməz və rüşvət almamışdır. Müdafiəşinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materialları ilə müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli xidmət müqaviləsi ilə Məhkum3 "xxxx" İKB-ın Sumqayıt filialının problemli aktivlərlə iş üzrə xidmətlərin icrası həvalə edilmişdir. xx.xx.2016-cı ildə müqaviləyə xitam verilmişdir. Göründüyü kimi, məhkumla bank arasında müqavilə münasibətləri olmuş və həmin müqavilənin tələblərinə uyğun olaraq məhkum bankda konkret vəzifəni icra etmişdir. Eyni zamanda, Məhkum3 qarşı irəli sürülmüş və məhkəmələr tərəfindən qəbul edilmiş ittihamlardan da görünür ki, o, qeyd edilən cinayətlərin törədilməsində vəzifəli şəxslərə köməklik etmiş və cinayətlərin törə dilməsində köməkçi qismində cinayət məsuliyyətinə cəlb edilmişdir. Dindirilmiş zərərçəkmiş şəxslərin əksəriyyəti də rüşvət kimi pul vəsaitlərini məhz Məhkum3 verdiklərini bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum3 münasibətdə məhkəmələrin yekun qərarları qanuni və əsaslıdır, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkum Müdafiəçi10 müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti ilə bağlı qeyd edilməlidir ki, müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiəçi10 hazırki cinayət əməllərini törədərkən hər hansı qəsdi olmamış, o, bankın mənafeyinə uyğun fəaliyyət göstərmiş, hər hansı vəsait mənimsəməmiş, cinayət əməli törətməmişdir. Cinayət işinin materiallarından görünür ki, Müdafiəçi10 bankda kiçik biznesin kreditl əşməsi qrupunda mütəxəssis, aparıcı mütəxəssis vəzifəsində işləməklə vəzifəli şəxs olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş cinayət əməllərini törətmişdir. Müdafiəçi10 tərəfindən törədilən cinayət əməlləri birinci və apellyaisya instansiya məhkəmələrinin yekun qərarlarında ətraflı təsfir olunmaqla sübuta yetirilmişdir. Məhkəmə kollegiyas həmin sübutetməni məqbul hesab edir və qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlir. Zərərçəkmiş hüququ şəxs və mülki iddiaçı "xxxx" ASC-in kassasiya şikayətindən görünür ki, şikayətdə CM-in 308.1 və 308.2-ci maddələrinin bərpa edilməsi və mülki iddianın tam təmin edilməsi xahiş olunmuşdur. Kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkumlara verilmiş ittihamlardan CM-in 308.1 və 308.2-ci maddələrini xaric edərkən mövqeyini Qanunun tələblərinə uyğun olaraq hərtərəfli əsaslandırmış və məhz bu əsasla da mülki iddianı qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də CM-in 308.1 və 308.2-ci maddələrinin xaric edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni əsaslandırmış və CM-in 308-ci maddəsi üzrə epizodlara dair iddia tələbini baxılmamış saxlamışdır. Kassasiya instansiya məhkəməsi bununla bağlı apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını yenidən təkrarlamayaraq həmin mövqe ilə razİlaşır və həmin dəlillər əsasında hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, həmin kassasiya şikayətinə münasibətdə a pellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayəti ilə müraciət etmiş məhkumlara təyin edilmiş cəzaların növü və həddi ilə razılaşaraq, həmin cəzaları məhkumlar tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun hesab edir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, məhkumların Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumların onlara həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, ittihamın sübuta yetirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət v erilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkre t sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial əda lətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-ninnin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi nin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarları). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericili yinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirka rın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün h ər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi28, məhkum Müdafiəçi2 müdafiəçisi Müdafiəçi5, Məhkum4 müdafiəçisi Müdafiəçi22, məhkum Zahir Abbas, Məhkum3 müdafiəçisi Müdafiəçi29, məhkum Şahid36 müdafiəçisi Müdafiəçi13 və zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1(105)-13/2022 nömrəli hökmü kassasiya şikayətlərinə münasibətdə, məhkumlar Məhkum1, Müdafiəçi2, Məhkum4, Zahir Abbasa, Məhkum3 və Şahid36 münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-919/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-919/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver