Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-919/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X12 və Müdafiəçi – məhkum C.Z.Ağalorovun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 129.1 və 221.3-cü mad dələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)73/2010 nömrəli, 15 fevral 2010-cu il tarixli (hakimlər X13 (sədrlik edən və məruzəçi), X16 və X3 ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1988-ci ildə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Bakı şəhəri, A.Səhhət küçəsi, ev 49, mənzil 5-də yaşamış, hal hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 129.1 və 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-in 129.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək həbsdə olması nəzərə alınmaqla təyin edilmiş cəzanı çəkib qurtarmış hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, Məhkum məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs da CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, onun barəsində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməmişdir. Hökmün Məhkum edilməsinə dair hissəsindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru apelyasiya protesti verərək Məhkum Azərbaycan Respublikası CM-in 129.1 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 201-cu il tarixli hökmünün ləğv edilməsi, Məhkum ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham həcmində təqsirli bilinərək həmin maddələrin sanksiyası hüdudlarında azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, habelə CM-in 62-ci maddəsinin tətbiqinin hökmdən xaric olunması xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.M.Həsənov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova, H.Ə.Nəbiyev) 27 sentyabr 2010-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmünün Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, CMin 62-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissəsi dəyişdirilmiş, Məhkum əməli CM-in 221.3-ci maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə hər ay aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilmiş, CM-in 68.1 və 68.1.3-cü maddələrinə müvafiq olaraq Məhkum təyin edilmiş 6 (altı) ay müddətinə islah işləri cəzası, 3 gün islah işlərinin 1 gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə, 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü ilə CM-in 129.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazır ki qərarla Məhkum CM-in 128-ci maddəsi ilə təyin edilmiş 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəza ilə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə birləşdirilməklə ona qəti cəza olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilm işdir. Ona təyin edilmiş cəzanı çəkib qurtardığı üçün Məhkum cəzasını çəkib qurtarmış hesab edilmişdir. Hökmün Məhkum dair təsviri-əsaslandırıcı hissəsindən CM-in 62-ci maddəsinin tətbiqinə dair və nəticəvi hissəsindən CM-in 62-ci və 66.3-cü maddələrinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə Məhkum münasibətdə dəyişdirilməmiş, apellyasiya protesti təmin edilməmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.T.Hacıqayıbov (sədrlik edən və məruzəçi), G. L. Rzayeva və F. A. Kərimov) 01 aprel 2011-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2010-cu il tarixli qərar ı Məhkum münasibətdə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-2/2024 saylı, 27 dekabr 2024-cü il tarixli (hakimlər X17 (sədrlik edən və məruzəçi), X20 və X5 ibarət tərkibdə) hökmü ilə apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1, 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü apellyasiya protestinə əsasən Məhkum münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinmiş, Məhkum Azərbaycan Respublik ası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4-cü maddələri ilə 8 (səkkiz) il 05 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Məhkum 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 01 sentyabr 2008-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək həbsdə saxlandığı 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hökmlə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza sını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı 20 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmlə həmçinin məhkəmə məsrəfləri və maddi sübutların taleyi də həll edilmişdir. İş üzrə qeyd edilən məhkəmə aktları çixarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2024-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Həmin hökmdən kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, 08 avqust 2008-ci il t arixdə, saat 01 radələrində tanışları X26, Təqsirləndirilən şəxs ilə birlikdə Xaçmaz rayonu, Nabran kəndində yerləşən «Palermo» İstirahət Mərkəzinin diskotekasına gələrək, diskotekaya biletsiz daxil olmalarına görə nəzarətçi Natiq Həsənovla mübahisə edib dalaşarkən, diskotekada istirahət edən Zərərçəkmiş şəxs1 Firuz oğlu mübahisəni və dava-dalaşı sakitləşdirib ictimai vəzifəsini yerinə yetirərkən Məhkum Zərərçəkmiş şəxs1 yumruqla vurmaq istəmiş, sonuncu həmin zərbədən yayınaraq cavab məqsədi ilə Məhkum sifət nahiyyəsindən vuraraq yerə yıxmış, bu zaman «Palermo» diskotekasmın qarşısında hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub söyüşlər söyərək bir qrup şəxslə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək üstündə gəzdirdiyi bıçaqla xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 zərbələr vuraraq sol budun üç yerdən, sol diz oynağının iki yerdən və sol saidə iki yerdən, cəmi yeddi yerdən xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, daxili qanaxma ilə müşayət olunmuş enən çənbər bağırsağın, müsariqənin və böyük piyliyin zədələnməsilə qarın boşluğuna keçən dörd ədəd kəsilmiş-deşilmiş yaralar əmələ gətirən xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 müqaviməti nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib sonuncunu öldürməyə cəhd etmişdir. Bundan əlavə, Məhkum Zə rərçəkmiş şəxs1 öldürmək məqsədilə bıçaqla vurduqdan sonra, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə «Palermo» diskotekasmın icarədarı Zərərçəkmiş şəxs2 qarşı silah qismində istifadə etdiyi əlində olan bıçaqla zor tətbiq edərək, onun sol bud nahiyyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edərək hadisə yerindən qaçmışdır Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində Səbinə adlı qız tanışı ilə birlikdə musiqiyə qulaq asıb rəqs etmək üçün Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Palermo» İstirahət Mərkəzin in diskotekasına gələrək orada əyləşmiş, bir az sonra, diskotekanın arxa tərəfində olan giriş qapısında tanışları X19, Təqsirləndirilən şəxs, X2, X7, X24 və X9 diskotekadan kənara çıxarılmalarını və orada kimlərləsə mübahisə etdiklərini görərək mübahisənin qarşısını almaq üçün onlara tərəf getmiş, istirahət mərkəzinin onların yaxın adamlarına məxsus obyekt olmasını deyərək dalaşmaya imkan verməmək üçün onların arasına girərkən, sonradan tanıdığı, X15 onu nalayiq formada təhqir etməklə qəflətən onun sağ gözünün alt nahiyyəsinə yumruqla zərbə vurmuş, zərbədən özünü ayaq üstə saxlaya bilməyərək yerə yıxılmış və ani olaraq huşunu itirmiş, özünə gəlib ayağa durmaq istəyərkən X15 boru ilə onun başından vurmuş və o, yenidən yerə yıxılmış, yerdə uzandığı vaxt bədəninin müxtəlif yerlərinə təpiklə, habelə sol qoluna bıçaqla vurulması və ağır formada təhqir edilməsi nəticəsində qəflətən yaranmış güclü ruhi həyəcan vəziyyətində bıçaqla X4 buduna, sol diz oynağına və sol saidinə vurmaqla, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmayan, daxili qanaxma ilə müşayət olunan, enən çənbər bağırsağının müsaqirəsinin və böyük piyliyin zədələnməsi ilə qarın boşluğuna keçən, dörd ədəd kəsilmiş-deşilmiş yaralar əmələ gətirən və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Bundan əlavə, o, 08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində X11 bıçaqla vurduqdan sonra, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə silah qismində istifadə etdiyi, əlində olan bıçaqla «Palermo» diskotekasının icarədarı Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək, onun sol bud nahiyyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edərək hadisə yerindən uzaqlaşmışdır. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassator şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsində baxış zamanı bir daha dindirmələr aparılmış, Zərərçəkmiş şəxs1 barışıq ərizəsi daxil olmuş, baxılan cinayət işinin başlıca məsələsinin həlli məqsədilə bir neçə dəfə komisyon məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Qeyd olunmalıdır ki, iş üzrə xx.xx.2009-cu il tarixdə AR Ağır Cinayətlərə Dair Məhkəməsi tərəfindən məhkəmə psixoloji ekspertizası təyin edilmiş, Ekspertizanın xx.xx.2009-cu il tarixli Rəyi ilə Məhkum hadisə zamanı affekt vəziyyətdə olduğu müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixdə ittiham tərəfinin vəsatəti ilə təkrar komisyon psixoloji ekspertiza təyin edilmişdir. xx.xx.2010-cu il tarixli Rəylə bir daha affekt halda olduğu təsdiqlənmişdir. Hazır ki icraat zamanı təyin edilmiş komisyon ekspertizaların rəyləri hüquqi vəziyyəti dəyişməmiş, nəticəyə gəlinmişdir ki, uzun zaman keçdiyindən birmənalı rəyin verilməsi mümkünsüzdür. Belə olan halda, hesab edirik ki, AR CPM-in 140.0.2 maddəsinin imperativ tələbindən irəli gələrək hadisədən az zaman keçən dövrdə keçirilmiş xx.xx.2009- cu il tarixli ilkin və xx.xx.2010-cu il tarixli ikinci ekspert rəylərini şübhə altına almağa heç bir əsas yoxdur. Əməlin tövsifi ilə əlaqədar göstərilməlidir ki, ibtidai istintaq və məhk əmələrdəki ifadələr arasında bəzi ziddiyyətlər görünür. İş materiallarını geniş şəkildə təkrar göstərməməklə bildirməliyik ki, məhkəmə üçün başlıca sübutlar məhkəmədə araşdırılmış sübutlardır. Və məhz məhkəmədə tədqiq ediləndən sonra onlara qiymət verilir və nəticə çıxarılır. İstintaq materiallarına nəzər yetirdikdə görürük ki, Məhkum dediyi kimi, orada ifadələr onun sözlərindən yazılmamış, o, yazılanlara psixoloji təsir altında imza atmışdır. İstintaq iş məhkəməyə verilənədək müstəntiq tərəfindən qapalı aparılır, hadisə iştirakçıları və şahidlər təklikdə dindirilir və sair bu kimi xüsusiyyətlər var və bunun qarşılığında birinci və apellyasiya instansiyaları məhkəmələrində aşkar şəkildə, kollegial 6 hakim tərkibdə aparılmış araşdırma və sübutların təhqiqi. Belə olan halda cinayət mühakimə prinsiplərinin hansı mərhələdə tam təmin olunması sual yaratmır. Təbii ki, məhkəmə araşdırması zamanı Məhkum və digər şahidlərin eləcədə Zərərçəkmiş şəxs1 ilk gündən verdiyi ifadələrinə görə Məhkum qoluna bıçaqla kəsib-keçən xəsarət yetirilmişdir. Bu məqam çox qəribə şəkildə hər şeydən kənarda qalmış olur. Lakin bu istintaqın qeyriobyektiv yanaşmasının ən yüksək təzahürü olmaqla ümumiyyətlə işin istintaq vaxtı tam və hərtərəfli aparılmasına şübhə salmış olur. Əksinə, məhkəmələr zamanı bütün verilən ifadələr demək olar ki, tam üst-üstə düşməklə biri-birini tamamlayır. Kassasiya protestində məhkəmə araşdırması materiallarını və nəticəsini şübhə altına almaqla obyektivlik yox, hər bir halda ağır ittiham prinsipi ilə yanaşmağı görürük. Kassasiya protestinin əsas hədəflərindən olan Məhkum ada m öldürməyə cəhdindən, xüsusi amansızlıq göstərməsindən söhbət gedə bilməz. Əksinə, Məhkum dava etmək fikri olmadığı halda qəfil hücuma məruz qaldığı halda başa düşülməyən şəkildə onun ziyanına təfsir edilir. Əvvəlki mərhələlərdə verilmiş bütün ifadələrin ümumi, mübahisəsiz məzmunu ondan ibarətdir ki, Məhkum tanış qızla istirahət yerinə gəlməyi, dostlarının mübahisə etmələrini görərək oraya yaxınlaşmağı, yer tanışının olduğu üçün mübahisənin ola bilməzliyini deyib aranı sakitləşdirmək istəməyi, heç vaxt tanımadığı və qərəzi olmayan Zərərçəkmiş şəxs1 tərəfindən qəflətən hucuma məruz qalmağı, sonuncu tərəfindən sifətindən zərbə almağı, yerə əyilərək Mustafa tərəfindən bir daha vurularaq yerə yıxılmağı, daha üstəlik də yenə də Zərərçəkmiş şəxs1 tərəfindən boru ilə başından vurulması, yerdə ol arkən təpik zərbələri almaqla ağır şəkildə söyülməsi, Zərərçəkmiş şəxs1 2008-ci ildə istintaq vaxtından 2023-cü ildə məhkəməyə ünvanladığı ərizəsində göstərdiyi kimi, onun zərbələrindən Məhkum yerdə olduğu vaxt özünün qarın boşluğuna bıçaq zərbəsi alması və “məni kim vurdu” soruşması kimi ifadəsi guya Məhkum ona ölümcül bıçaq zərbələri yetirməsi və öldürməyə cəhd etməsi kimi ittiham tərəfinin dəlillərini tam təkzib edir. Kassasiya şikayətinə əlavədə müdafiəçi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin əmələ verdiyi tövsiflə və təyin etdiyi cəza ilə razılaşmayaraq bir daha və əlavə olaraq göstərməliyik ki, Məhkum tanış qızla istirahət yerinə əylənməyə gəlmişdir, Məhkum Zərərçəkmiş şəxs1lə tanışlığı olmamış və təbii ki, heç bir ədavət və qərəzi olmamışdır. Məhkum dostlarının mübahis ə etmələrini görərək və istirahət yerinin onun tanışının olmasını dilə gətirərək mübahisənin söndürmək üçün ora yaxınlaşmışdır. Məhkum oraya yaxınlaşan zaman heç vaxt tanımadığı və qərəzi olmayan Zərərçəkmiş şəxs1 tərəfindən qəflətən hucuma məruz qalaraq sonuncu tərəfindən sifətindən zərbələr almışdır. Zərbədən səndələyən və çökən halda olan Məhkum bir daha Mustafadan zərbə alaraq qalxmağa macal tapmamışdır. Sakitləşməyən Zərərçəkmiş şəxs1 Məhkum başına boru ilə vurmuş və o, zərbədən bayılmışdır. Bu arada Zərərçəkmiş şəxs1 onun qoluna bıçaq zərbəsi endirmişdir. Bu fakt nə istintaq zamanı, nə də ki, məhkəmələrdə hüquqi qiymətini almamışdır. Məhkum yerdə olarkən təpik zərbələri almaqla ağır şəkildə söyülmüşdür. Bütün bunların vurulan insanda son dərəcə rühi həyacan, sarsıntı yaratması şübhə doğura bilməz. Məhkum bir az özünü ələ alan kimi vurulduğu bıçağı yerdə görüb götürmüş və yarıbükülü halda Mustafanın aşağı ətraflarına bir neçə zərbə endirmişdir. Zərərçəkmiş şəxs1 istintaq vaxtında və bütün məhkəmə iclaslarında göstərmişdir ki, onun zərbələrindən Məhkum yerdə olduğu vaxt qarın boşluğuna bıçaq zərbəsi almışdır və “məni kim vurdu” soruşmuşdu.Eyni hadisə ilə bağlı məhkum olunmuş Tural Əliyevin cinayət işində olan məhkəmə-tibb ekspertizasının nəticəsindən də görünür ki, Zərərçəkmiş şəxs1 həm aşağı ətraflarına, həm də qarın boşluğuna zərbələr endirilmişdir; İşin hallarından görünür ki, hadisə zamanı iki bıçaq olmuşdur: biri Tural Əliyevdə, digəri isə Mustafanın özündə olmuş, o, həmin bıçaqla Cavidin qoluna zərbə endirmişdir və özü qarın nahiyəsinə bıçaq zərbəsi alaraq əlindək i bıçağı yerə buraxmışdır və Məhkum da bayıldığı zaman Mustafanın əlindən buraxdığı bıçağı götürüb elə yarı əyilmiş halda sağasola fırladaraq Mustafanın ayaqlarına vurmuşdur; Zərərçəkmiş şəxs1 qarın boşluğuna zərbələr aldığı zaman Məhkum çaşqınlıq vəziyyətində, özündə olmayan halda Mustafanın üzünə baxıb əlindən bıçağı atıb hadisə yerindən uzaqlaşmışdır. Bu hal affekt halın əlaməti deyilmi? Halbuki, öldürmək hiddətində və niyyətində olan adam üçün həmin məqamda qandan qorxub çaşqınlıq və vahimədə olan Mustafaya ölümcül zərbələr endirməyə əlverişli məqam idi; Zərərçəkmiş şəxs1 qarnına təhlükəli zərbələri Cavid yox, Tural Əliyev vurub. Nə ibtidai istindaqda, nə də məhkəmə istintaqında Zərərçəkmiş şəxs1nin qarin boşluğuna dəlib keçən bıçaq zərbələrinin Cavid tərəfindən endirildiyi müəyyən edi lməyib. Zərərçəkmiş şəxs1 iki bıçaqla xəsarətlər yetirilib, həmin bicaqların tiyəsinin eni və uzunu fərqli ölçülərdə olub. Zərərçəkmiş şəxs1 da qarın boşluğunu dəlib keçən bıçaq yaralarının da ölçüləri xəsarəti yaradan bıçağın tiyəsinin ölçüsünə uyğun gəlməlidir. Lakin cinayət təqibini həyata keçirən oraqan məhz hansı xəsarətin hansı bıçaqla yetirilməsinin dəqiqləşdirilməsi üçün ekspertiza keçirməyib. Və ümumiyyətlə bıçaq barədə heç bir zəruri məlumat yoxdur. İş materiallarından görünür ki, Cavidin istintaqda verdiyi ifadələr onun sözlərindən, olduğu kimi yox, ona ağır ittiham verilməsi üçün yönəlmiş mənada yazılmış və ona imza etdirilmişdir. Son məhkəmə araşdırması zamanı dediyi kimi, o, hadisəni zaman keçdiyi üçün təfsilatı ilə xatırlamır, lakin əminliklə bildirmişdir ki, yerdə bıçağı gördükdən sonra nə olduğunu nə indi, nə də ki istintaq və əvvəlki dövrdə xatırlamamışdı. O kəsim hələ o zaman onun hafizəsində heç qalmamışdır. Nabranda tanışının evinə aparılan Cavid onu aparan maşında yuxlamış və ayıldıqda tanışının “siz nə etmisiz?!” kimi sual və danışığından olanları bilmişdir. Və istintaq zamanı ifadələrində digər proses iştirakçıların dediklərindən, onların dediklərinə istinad edən müstəntiqin sözünə inanaraq ümumi ifadə axınına uyğun ifadələri imzalamışdır. İşin halları və araşdırılmış sübutlar onu göstərir ki, Cavid Zərərçəkmiş şəxs1 öldürmək imkanı olsa da bunu etməyib. X38 Mustafaya sonuncunu öldürmək niyyətilə zərbə endirməyib, ölümünü arzu etməyib. Əksinə, Mustafanın qanlı halını görən kimi oradan gedib. Nəzərə alınmalıdır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağır xəsarətlər yetirilməsi faktı ilə bağlı cinayət əməlinə görə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1534 saylı 24 Dekabr 2010-cu il tarixli hökmü ilə müəyyən olunub ki, xx.xx.2008-ci il 1 radələrində “Palermo” istirahət Mərkəzində Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətilə bıçaqla daxilə keçən çoxsaylı zərbələr endirməklə ağır bədən xəsarətlərini X29 yetirib. O, Zərərçəkmiş şəxs1 öldüyünü zənn edərək hadisə yerindən qaçıb. Həmin əmələ görə X29 Cinayət Məcəlləsinin 29,120.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum edilib; X29 Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə qrup halında ağırlaşdırıcı hallarda adam öldürməyə cəhdə görə məhkum olunmayıb. Yəni Zərərçəkmiş şəxs1 öldürməyə cəhd əməlinin törədilmə si məhz Cavidlə ondan ibarət olan qrupa deyil, yalnız Əliyev Turala aid olub, həmin hadisədə başqa şəxs, o cümlədən Cavid qrup halinda adam öldürməyə cəhdə görə məsuliyyət daşıya bilməz. Təəssüf ki, həmin ittiham qanunsuz və əsassız olaraq Məhkum irəli sürülüb, apellyasiya instansiyası məhkəməsi bu faktı nəzərə almayıb. Ehtimal olunan qrupun bir üzvünə qanun qüvvəsinə minmiş hökmlə ittiham verilmədiyi halda digər üzvünə həmin ittiham verilə bilməz. Sumqayıt Apellyasiya öz hökmü ilə qanun qüvvəsində olan məhkəmə hökmünü şübhə altına qoyub. Bu yolverilməzdir və kassasiyada həmin hökmün ləğvi üçün təkzibolunmaz əsasdır; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1534 sayli 24 Dekabr 2010-cu il tarixli hökmü qanun qüvvəsində olduğundan Məhkum zərərçəkmiş Zərər çəkmiş şəxs1 ağır bədən xəsarətləri yetirməklə onu öldürməyə cəhddə ittiham oluna bilməz; Müdafiəçi yuxarıda qeyd edilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum AR CM-in 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi barədə 27 dekabr 2024-cü il hökmünü ləğv edib, işin faktiki hallarının araşdırılması üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin etmək haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yox lamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şik ayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, Məhkum barəsində cinayət işinə xitam verilməsi, cəzadan azad olunması və hökmün ləğv edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiy ası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzal andırıla bilər.” CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.” CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 120.2-ci maddəsinə görə “Qəsdən: 120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə; 120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar on un özünü və ya yaxın qohumlarını öldürmə; 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət proses inin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırla şdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səb əb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarında qeyd edilir ki: “1.Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. 6.Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olubolmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə gör ə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. 23.Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilm əməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmiş dir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.
30. CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğun u göstərən konkret faktlar da əksini tapmalıdır.
31. Cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir.” «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən: “2. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəbl ərdən (məsələn, başqa şəxslərin işə qarışması,zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.
5. Qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan m əhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də, ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur.
6. Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır.
7. Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsinə mane olmaq məqsədilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Odur ki, qəsdən adam öldürmə istər zərərçəkmiş şəxs tərəfindən xidməti vəzifələrin, ictimai borcun bilavasitə yerinə yetirilməsi zamanı, istərsə də xidməti vəzifə, ictimai borcla şərtləndirilən müvafiq hərəkət edilənə (qərar qəbul edilənə) qədər və ya bundan sonra törədilmiş olsun, cinayətin bu əlamət üzrə tövsif edilməsi üçün əsas yaranır. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə,mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontraktdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların şəxslərin həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn, hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür.
8. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, hə m də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması,uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Hazırkı işin konkret hallarına gəldikdə işin hallarından görünür ki, Məhkum qarşı irəli sürülmüş ittiham iki hissədən ibarətdir: -08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Firuz oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 zərbələr vuraraq sol budun üç yerdən, sol diz oynağının iki yerdən və sol saidə iki yerdən, cəmi yeddi yerdən xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, daxili qanaxma ilə müşayiət olunmu ş enən çənbər bağırsağın, müsariqənin və böyük piyliyin zədələnməsilə qarın boşluğuna keçən dörd ədəd kəsilmiş-deşilmiş yaralar əmələ gətirən xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi, Zərərçəkmiş şəxs1 müqaviməti nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib sonuncunu öldürməyə cəhd etməsi; -08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə silah qismində istifadə etdiyi, əlində olan bıçaqla «Palermo» diskotekasının icarədarı Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək, onun sol bud nahiyyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etməsi; İşin mübahisəsiz halı ondan ibarətdir ki, 8 avqust 2008-ci il tarixdə saat 01 radələrində Xaçmaz rayonu, Nabran kəndində yerləşən «Palermo» İstirahət Mərkəzinin ərazisində bir qrup şəxslə həmin istirahət mərkəzində qeyri-rəsmi mühafizəçi işləyən X21, diskotekasının icarəçisi Zərərçəkmiş şəxs2 və sonuncunun dostu Zərərçəkmiş şəxs1 Firuz oğlu arasında əvvəlcə mübahisə, sonra isə dalaşma hadisəsi baş vermiş və hadisə nəticəsində Natiq Həsənova və Zərərçəkmiş şəxs1 həm ağır, həm də yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir. İbtidai araşdırma orqanının 29 may 2009-cu il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarı ilə həmin hadisəyə görə Məhkum əməlinin Azərbaycan Re spublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilərək həmin maddələrlə onlara ittiham elan edilməsi, X18 və X8 barələrində isə istintaqdan qaçıb gizlənmələri əsası ilə Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.2.1-ci maddələri ilə cinayət işi ayrılması qərar alınmışdır. 06 iyun 2009-cu il tarixdə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham aktı təsdiq edilməklə cinayət işi məhkəməyə göndərilmişdir. 28 noyabr 2009-cu il tarixdə X6 Federasiyasının Novosibirsk şəhərində tutulub Az ərbaycan Respublikasına gətirildikdən sonra aparılmış ibtidai araşdırmanın nəticəsində ibtidai araşdırma orqanı tərəfindən X18 əməli Azərbaycan Respublikası CM-in 29,120.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilərək məhkəməyə verilmiş və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli, 1(101)1534/2010 nömrəli hökmü (hakimlər:Ə.Q.Quliyev (sədrlik edən), E.H.Vəliyev və D.H.İmanov) X29 Azərbaycan Respublikası CM-in 29,120.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. İbtidai araşdırma orqanının irəli sürdüyü ittiham və məhkəmənin həmin hökmü ilə müəyyən olunmuşdur ki, X29 08 avqust 2009-cu il tarixdə, saat 01 radələrində tanışları Məhkum, Təqsirləndirilən şəxs və digərləri ilə birlikdə Xaçmaz rayonunun Nabran kəndində yerləşən «Palermo» İstirahət Mərkəzinin diskotekasına gələrək diskotekaya biletsiz daxil olduqları üçün mühafizəçi Natiq Həsənovla mübahisə edib həmin vaxtı ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş və “Palermo” diskotekasının mühafizəçisi qismində çalışan Natiq Həsənovla dalaşaraq onu yumruqla vurub sağ qulaq seyvanının sıyrıqla nəticələnən sağlamlığına zərər vurmayan, əlindəki bıçaqla isə bir dəfə vurub sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa, X29 həmin vaxtı Zərərçəkmiş şəxs1 Firuz oğlunun mübahisəyə müdaxilə edərək Məhkum sifət nahiyəsinə yumruqla vuraraq yerə yıxmasını və Cavidin orada olan Zərərçəkmiş şəxs2 və digərləri tərəfindən vurulmasını görüb mübah isəyə son qoymaq məqsədi ilə onları aralamaq əvəzinə, “Palermo” diskotekasının qarşısında hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına etinasızlıq göstərməklə, yəni söyüşlər söyüb özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlib üstündə gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 çoxsaylı zərbələr vuraraq onun sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, onun ölməsini zənn edib hadisə yerindən qaçmış, həkimlərin göstərdiyi tibbi yardım nəticəsində Zərərçəkmiş şəxs1 həyatı xilas edildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2011-ci il tarixli qərarı ilə (hakimlər: L.M.Məmmədova (sədrlik edən), M.H.Zeynalov və R.S.İ skəndərov) məhkum X18 apelyasiya şikayəti təmin edilməmiş, onun barəsində olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli 1(101)1534/2010 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli 1(102)976/2011 nömrəli qərarı ilə məhkum X18 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən geri qaytarılmışdır. X18 Azərbaycan Respublikası CM-in 29,120.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair qeyd olunan məhkəmə aktlarından apellyasiya və ya kassasiya protestləri verilməmiş və hökm qanuni qüvvəsini almışdır. İbtidai araşdırma orqanının X22 qarşı irəli sürdüyü ittiham və məhkəmənin qanuni qüvvəyə minmiş adı çəkilən hökmü ilə həmçin in müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizası və patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş, 26 avqust 2008-ci il tarixli 396 saylı məhkəmə-tibb ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs1 Firuz oğlunun bədənində aşkar edilmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olan sol budun, sol diz oynağının və sol saidin kəsilmiş yaraları, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan döş qəfəsinin sağ-ön tərəfinin və sol dirsək nahiyyəsinin qançırları və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid olan daxili qanaxma ilə müşayiət olunmuş enən çənbər bağırsağının, müsariqənin və böyük piyliyin zədələnməsilə qarın boşluğuna keçən, dörd ədəd kəsilmiş-deşilmiş ya ralar X29 tərəfindən yetirilmişdir və Zərərçəkmiş şəxs1 öldürməyə cəhd edərkən X40 Ağalarov və ya hər hansı bir digər şəxslə cinayət əlaqəsində olmamışdır. Beləliklə də, ibtidai araşdırma orqanı X36 Ağalarov, Təqsirləndirilən şəxs və digərləri ilə birlikdə qrup halında qərəzli xuliqanlıq etmələrinə dair ittihamı dəyişdirmədən saxlamış, lakin Tural Əliyevin zərərçəkmiş şəxs X1 ağır zərər vurmaya aid xəsarət yetirməsini və Zərərçəkmiş şəxs1 Firuz oğlunu qəsdən öldürmək məqsədilə ona xəsarətlər yetirməsini icraçının ekstsessi kimi qiymətləndirməklə həmin hissələrdə cinayətlərin qrup halında törədilməsini istisna etmişdir. İşə baxan məhkəmələr də istintaq orqanının X22 qarşı irəli sürdüyü ittihama uyğun məhkəmə qərarları qəbul etmişlər. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 32.2.3-cü maddəsinə əsasən çəkişmə prinsipinin təmin olunması məqsədilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Hazırkı cinayət işinin halları tələb edirdi ki, işin apelyasiya instansiyası məhkəməsində baxışı zamanı Məhkum törətmiş olduğu cinayət əməlinin hüquqi qiymətləndirilməsinin düzgünlüyün ün təmin olunması məqsədi ilə X18 məhkum olunmasına dair Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli 1(101)1534/2010 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunmuş hallar nəzərə alınsın. Belə ki, Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsinə əsasən: “142.1. Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirlənd irilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il Qərarında göstərilir ki: “Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub -olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qan uni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. “ Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin istinad olunan tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhləri nəzərə alınmayaraq işin qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunmuş halları fərqli formada yenidən müəyyən edilmiş və Məhkum Zərərçəkmiş şəxs1 Firuz oğlunu bir qrup şəxslə, xuliqanlıq niyyətilə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq xüsusi amansızlıqla öldürməyə cəhd etməsi nəticəsinə gələrək onu əsassız olaraq Azərbaycan Respublikası CM-in 29,120.2.1, 2 9,120.2.2, 29,120.2.3, 29,120.2.4-cü maddələri ilə məhkum etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum Azərbaycan Respublikasının CM-in 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi barədə 27 dekabr 2024-cü il hökmü ləğv olunmalı və iş apellyasiya instansiyası məhkəməsinin yeni baxışına təyin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin təkrar baxışı zamanı təqsirləndirilən şəxs Məhkum 08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində Xaçmaz rayonu, Nabran kəndində yerləşən «Palermo» İstirahət Mərkəzinin ərazisində X29, Təqsirləndirilən şəxs və digər şəxslərlə birlikdə qərəzli xuliqanlıq hərəkətləri törədərkən «Palermo» diskotekasının icarədarı Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etm əsi, onun sol bud nahiyyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməsi ilə yanaşı əməlinin obyektiv tərəfinə daxil olan digər hərəkətləri də müəyyən olunmalı və onun qərəzli xuliqanlıq hərəkətlərinə hüquqi qiymət verilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum əməlinə hüquqi qiymət verərkən sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişdir. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbə r və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ bilə cəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bundan əlavə sübutların tədqiq edilməməsi və ya düzgün qiymətləndirilməməsinin nəticəsi kimi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, işin faktiki hallarına düzgün qiymət verilməməsi, həmçinin cinayət qanunu normasının düzgün şərh edilməməsi nəticəsində əməlin tövsifində səhvə yol verildikdə CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmənin hökm və ya qərarı kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqınd a tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, əməlin tövsifinin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilm əsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən müdafiəçinin kassasiya şikayəti qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15-ci maddəsində (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş əsasla mübahisələndirilən qərar qismən ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Azərbaycan Respublikasının CM-in 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəm