Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-92/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə xx xxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olan, ünvan 2 yaşayan Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 322.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Gəncə şöbəsinin prokuroru Əzimov Ədalət Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və S.Ə.Əzizov) Məhkum Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 69-cu maddəsinə əsasən onun 09 noyabr 2017-ci il tarixdən 11 noyabr 2017-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla bir gün azadlıqdan məhrum etmə cəzasının üç gün islah işləri cəzasına bərabər tutulmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılması və üzərində qəti olaraq hər ay qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasının saxlanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və Ş.Q.Rzaquliyev) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum, qohumu X11 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətlərə yol verib xalası oğlu X3 xüsusi mülkiyyətində olan 900 ABŞ dolları dəyərində kompüterin və digər əşyaların sonuncunun icazəsi olmadan Zərərçəkmiş şəxs tərəfindən götürülməsindən ibarət hüquqazidd əməlin qarşısını almaq, yəni götürülmüş əşyaları Zərərçəkmiş şəxs geri tələb etmək məqsədilə 08 noyabr 2017-ci il tarixdə gecə saat 01 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində y erləşən «Sınıq Körpü» gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxs X5 yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək Zərərçəkmiş şəxs ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra X5 idarə etdiyi «VAZ- 2107» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən «İnter İnşaat» mağazasının bərabərliyində Zərərçəkmiş şəxs X9a məxsus əşyaları yaxşı edib götürdüyünü və onlara heç nə qaytarmayacağını bildirdikdən sonra həmin gün təxminən gecə saat 02 radələrində o, avtomobildən düşərək əlində olan kustar üsulu ilə ha zırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn beysbol ağacını tətbiq edərək Zərərçəkmiş şəxs bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirmiş, X5 isə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra X20 tərpənməməsi üçün boğazından tutaraq saxlamış, o, özü isə Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, istehsal yerinə dair heç bir məlumat olmayan üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası Məzənnəsinə dəyişdikdə 810 manat 30 qəpik təşkil edən 1850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd «Samsung» markalı, «SM-J320F» (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu Zərərçəkmiş şəxs tərəfindən götürülmüş X9a məxsus əşyaların bir qisminin dəyərinin əvəzi olaraq qanunazidd şəkildə götürüb Zərərçəkmiş şəxsə mühüm ziyan vurub özbaşınalıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin işin hallarında təsvir edilən gəldiyi nəticələr işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin qənaətinə görə Məhkum qohumu X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xalası oğlu X3 xüsusi mülkiyyətində olan 900 ABŞ dolları dəyərində kompüterin və digər əşyaların Zərərçəkmiş şəxs tərəfindən icazəsiz götürülməsindən ibarət hüquqazidd əməlin qarşısını almaq, yəni götürülmüş əşyaları Zərərçəkmiş şəxs geri tələb etmək məqsədilə 08 noyabr 2017-ci ildə gecə saat 01 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerlə şən “Sınıq Körpü” gömrük məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs qarşılamış və X5 özünü taksi sürücüsü kimi təqdim edib aldatma yolu ilə onun maşına oturmasına razı salmışdır. Qazax şəhəri ərazisində MəhkumX9 əşyalarını götürülməsini soruşarkən yaranmış mübahisədən sonra X5 və Məhkum Zərərçəkmiş şəxs hücum edib ona xəsarətlər yetirmiş və X9a məxsus əşyaların bir qisminin dəyərinin əvəzi olaraq Zərərçəkmiş şəxs məxsus əmlakı qanunazidd şəkildə götürüb özbaşınalıq etmişdir. Dövlət ittihamçısı hesab edir ki, CM-nin 322-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti və obyektiv cəhəti üçün zəruri olan təqsirləndirilən şəxs Məhkum xalası oğlu X11a məxsus və zərərçəkmiş şəxs tərəfindən götürülmüş əmlakın geri tələb edilməsi ilə bağlı hər hansı bir hüquqa malik olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmənin Məhkum niyyəti ilə bağlı gəldiyi nəticə qəbul olunsa belə, X9a məxsus kompyüter texnikası maşının baqajında olduğu halda, Məhkum və X5un Zərərçəkmiş şəxs yerə yıxıb zor tətbiq etməklə sonuncuya məxsus əmlakların götürülməsinin məhkəmələr tərəfindən nəzərə alınmaması və həmin xüsusata qiymət verilməməsi anlaşılan deyil. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in norm alarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində mübahisə edilən əsas məsələ Məhkum əməlinin tövsifidir. Hesab edilir ki, Məhkum əməlini CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən CM-nin 322.2-ci maddəsinə tövsif etməkdə məhkəmələr səhvə yol vermişlər. Protestdə göstərilən dəlillərlə razılaşan məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə, habelə «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarındakı tövsiyyələrinə istinad etməyi məqsədə müvafiq hesab edir. CM-nin 181.1-ci maddəsinə əsasən “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”dır. CM-nin 181.2-ci maddəsində “Eyni əməllər: 181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə” cinayət məsyliyyəti nəzərdə tutulur. CM-in 322.1-ci maddəsinə əsasən “Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda”; CM-nin 322.2-ci maddəsində isə “Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cə zanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozi siyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqq ında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun 3 mart 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar tövsiyə edilir: CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçir mək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum törətmiş olduğu cinayət əməlini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında verilən tövsiyyələrə əsasən qiymətləndirməklə aşağıdakıları qeyd edir: CM-nin 322.1-ci maddəsində nəzərdə tutulan “Özbaşınalıq” cinayəti CM-nin “İdarəetmə qaydası əleyhinə aid olan cinayətlər” fəslinə daxildir. Həmin cinayətin qəsd etdiyi əsas obyekt dövlət tərəfindən qanunla və ya digər normativ-hüquqi aktlarla ictimai münasibətlərin tənzimlənməsinə dair müəyyən edilmiş qaydalardır. Cinayəti əlavə obyekti qismində isə fiziki və hüquqi şəxslərin qanuni hüquq və mənafeləri çıxış edir. Ona görə də CM-nin 322.1-ci maddəsinin dispozisiyası müəyyən mənada blanket xarakterə malikdir. Belə ki, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsi üçün onun özünün qanunla qorunan hansı hüquqlarının pozulmasının və həmin hüquqlarının bərpası üçün məhz hansı normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydalara riayət etməli olmasının müəyyən edilməsi zəruridir. Əgər təqsirləndirilən şəxs həmin qaydalara zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfind ən təkzib edilən və mühüm ziyan vuran hərəkəti özbaşına törədirsə, onun hərəkətləri CM-nin 322.1-ci maddəsinin tərkibini yaratmış olacaqdır. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə isə CMnin 322.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmış hesab edilir. CM-nin 181.1-ci maddəsində özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına, yəni quldurluğa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəldiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Basqın o halda quldurluğun tə rkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və özgə əmlakını ələ keçirməyə yönəlsin. Qeyd edilən normaya əsasən hədənin reallığı hədənin ifadə formasından, onun intensivliyindən, hədələmənin şəraitindən asılıdır. Qanunun mənasına əsasən quldurluq zamanı hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə real olmalıdır. Hazırkı işdə dövlət ittihamçısının mübahisələndirdiyi məsələ təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ə qarşı etdiyi zorakılıq hərəkətlərinin hüquqi nöqteyi nəzərdən qiymətləndirilməsindən ibarətdir. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Məhkum, qohumu X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 08 noya br 2017-ci il tarixdə, gecə saat 01 radələrində, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində yerləşən “Sınıq Körpü” gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxsə X5 yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək sonuncu ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra idarə etdiyi “VAZ-2107” markalı Az-**-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən «lnter İnşaat» mağazasının bərabərliyində Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobildən düşərək Bakı şəhərinə onunla birlikdə getmək istəmədiyini bildirdikdən son ra təxminən gecə saat 02 radələrində Məhkum avtomobildən düşərək əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn 01 ədəd predmeti, yəni beysbol ağacını silah qismində istifadə edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək Zərərçəkmiş şəxs bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirdikdən sonra sonuncu dizi üstə yerə oturmuş, o özü isə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib Zərərçəkmiş şəxs yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərə rçəkmiş şəxs alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra, o, Zərərçəkmiş şəxs tərpənməməsi üçün boğazından tutaraq saxlamış, Məhkum isə Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası məzənnəsi ilə 810 manat 30 qəpik təşkil edən 1.850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümumvətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ə dəd “Samsung” markalı, “SM-J320F” (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu zorla ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 1.077 manat 30 qəpik məbləğində əmlakını ələ keçirərək quldurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-485/2018 nömrəli 13 iyun 2018-ci il tarixli hökmü ilə X2 Məhkum ilə birlikdə törətdiyi həmin cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş və məhkəmənin hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarları ilə dəyişdirilmədən saxlanmışdır. Məhkum və X5 zərərçəkmiş Zərərçəkmiş şəxs ə qarşı törətmiş olduqları və obyektiv cəhətdən fərqlənməyən eyni hərəkətləri hökmdə təsvir edən birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum əməlini CM-nin 322.2-ci maddəsi ilə nəzərdə tutulan zor tətbiq etməklə özbaşınalıq cinayəti kimi tövsif edərək aşağıdakı nəticəyə gəlmişdir: “Məhkum qohumu X11 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətlərə yol verib xalası oğlu X3 xüsusi mülkiyyətində olan 900 ABŞ dolları dəyərində kompüterin və digər əşyaların sonuncunun icazəsi olmadan Zərərçəkmiş şəxs tərəfindən götürülməsindən ibarət hüquqazidd əməlin qarşısını almaq, yəni götürülmüş əşyaları Zərərçəkmiş şəxs geri tələb etmək məqsədilə 08 noyabr 2017-ci il tarixdə gecə saat 01 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində yerləşən «Sınıq Körpü» gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxs ə X5 yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək Zərərçəkmiş şəxs ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra X5 idarə etdiyi «VAZ- 2107» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən «İnter İnşaat» mağazasının bərabərliyində Zərərçəkmiş şəxs X9a məxsus əşyaları yaxşı edib götürdüyünü və onlara heç nə qaytarmayacağını bildirdikdən sonra həm in gün təxminən gecə saat 02 radələrində o, avtomobildən düşərək əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn beysbol ağacını tətbiq edərək Zərərçəkmiş şəxs bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirmiş, X5 isə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra X20 zərərçəkmişin tərpənməməsi üçün boğazından tutaraq saxlamış, o, özü isə Zərərçəkmiş şəxs əynində olan göy rəngli ci ns şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, istehsal yerinə dair heç bir məlumat olmayan üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası Məzənnəsinə dəyişdikdə 810 manat 30 qəpik təşkil edən 1850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd «Samsung» markalı, «SM-J320F» (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu Zərərçəkmiş şəxs tərəfindən götürülmüş X9a məxsus əşyaların bir qisminin dəyərinin əvəzi olaraq qanunazidd şəkildə götürüb Zərərçəkmiş şəxsə mühüm ziyan vurub özbaşınalıq etmişdir.” Məhkəmə ko llegiyası Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmünün və həmin hökmü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının digər ziddiyyətli nəticələrini təhlil etməzdən əvvəl qeyd edir ki, məhkəmələrin qəbul etdiyi qərarlardan belə bir nəticəyə gəlinir ki, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş və hər ikisi cinayətin icraçısı olan şəxslərdən biri quldurluq, digəri isə özbaşınalıq cinayəti törətmişir. Bu zaman da CM-nin 35-ci maddəsi ilə nəzərdə tutulan icraçının ekstsessi baş verməmişdir. CM-nin “Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi)” adlanan 35-ci maddəsinə əsasən: “35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayə tin törədilməsi, icraçının ekstsessi hesab olunur. 35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.” Məhkəmələr yuxarıda qeyd olunan nəticəyə gələrkən həm də nəzərə almamışlar ki, məhkəmə qərarlarında əməli CM-nin 322.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi kimi təsvir edilən X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-***/2018 nömrəli 13 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum ilə birlikdə törətdiyi həmin cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş və məhkəmənin hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarları ilə dəyişdirilmədən saxlanmışdır. Məhkəmələrin gəldiyi həmin nəticə insan hüquq və azadlıqlarının müdafiəsinin, ümumiyyətlə, ədalət mühakiməsinin təməl prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə zidd olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki,”hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlə rə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhk əməsi Plenumunun X11anın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. Qərarları). Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur.” Hazırki iş üzrə isə əməli qanuni qüvvəyə minmiş məhkəmə hökm və qərarları ilə hüquqi qiymətini almış X6 əməlinə əsassız və qanunsuz olaraq yeni hüquqi qiymət verilərək,CM-nin 322.2-ci maddəsi il ə nəzərdə tutulan zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilən özbaşınalıq cinayəti kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində yekun nəticəyə gələrkən də aşağı instansiya məhkəmələri tərəfindən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək işin halları hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətlər aradan qaldırılmadan yekun nəticəyə gəlinmişdir. Belə ki: -İş materiallarından görünür ki, Qazax rayon PŞ-nin PPXB-nün Manqa komandiri baş serjant X7 08 noyabr 2017-ci il tarixdə saat 02:30 radələrində polis nəfərləri X15, X16 və X17la birlikdə xidməti vəzifələrini yerinə yetirərkən, Qazax ş əhəri N.Nərimanov küçəsində "İnter İnşaat” taxta şalban mağazasının qarşısında 3 nəfər şəxsin biri-biriləri ilə dava-dalaş etdikləri üçün onlara yaxınlaşmışlar. Həmin şəxslər onları görən kimi “VAZ-2107” markalı **-UT-*** dövlət nişanlı avtomaşına minib hadisə yerindən uzaqlaşmışlar. Ona görə də onlardan şübhələnib və həmin avtomaşını Qazax şəhəri N.Nərimanov qəsəbəsində saxladaraq Qazax rayon PŞ-nə aparmışlar. PŞ-də həmin şəxslərin Sumqayıt şəhər sakinləri Məhkum, X11 və Şirvan şəhər sakini Zərərçəkmiş şəxs olduqları müəyyən olunmuşdur. -Cinayət işinin materiallarında olan və məhkəmə istintaqları zamanı tədqiq edilmiş şəxsi axtarış haqqında protokoldan görünür ki, 08 noyabr 2017-ci ildə, saat 02:40 radələrində Qazax rayon Polis şöbəsinin məsul növbətçisi, polis mayoru X19 və polis əməkdaş ları tərəfindən şöbəyə gətirilmiş Məhkum üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən 1 ədəd pul kisəsi, 1 ədəd sınmış qolbağ, 2 ədəd “Samsung” telefonu, 45 və 65 manat pul, 1850 Türk lirəsi və 1 ədəd Zərərçəkmiş şəxs məxsus ümumvətəndaş pasportu aşkar edilərək götürülmüşdür. -Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 8 noyabr 2017-ci il tarixli avtomobilə baxışın aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərin kserosurətlərindən görünür ki, “VAZ-21074” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirlmişdir. Baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: avtomobil ağ rəngli, VAZ 21074 markalıdır. Avtomobilin deformasiyaya uğramış hissəsi və ya detalı yoxdur. Şinləri dolu vəziyyətdədir. Avtomo bilin salonuna baxış zamanı məlum olmuşdur ki, salon oturacaqları parça materialdan hazırlanmışdır. Qabaq oturacaqlarda heç bir araşdırma üçün əhəmiyyət kəsb edən əşya müəyyən edilməmişdir. Arxa sağ oturacağın üstündə isə bir ədəd “Beyzbol” oyununda istifadə edilən ağacın olması müəyyən edilmişdir. Baxış zamanı iştirak edən X5 bildirmişdir ki, həmin maşın ona məxsusdur. -Zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, o, 2017-ci ilin may ayında Türkiyə Respublikasının İstanbul şəhərinə işləməyə getmiş və 06 noyabr 2017-ci il tarixədək orada X21 adlı dostu, habelə əslən Naxçıvandan olan X22, X23, X24 və X25 adlı şəxslərlə eyni evdə kirayədə yaşamışlar. Onun kirayədə qaldığı şəxslərlə münasibətləri yaxşı olmadığına görə qərara gəlmişdir ki, valideynlərinin yanına qayıtsın və 06 noyabr 2017-ci il tarixdə saat 15 radələrində qaldıqları evdən çıxıb Bakıya yola düşmüşdür. Evdən çıxan zaman onunla kəskin münasibətlərdə olan X26 adlı şəxsi cəzalandırmaq məqsədi ilə oğurluq niyyəti olmadan sonuncuya məxsus bir ədəd “Play Station” oyun kompyüterini sahibinə xəbər vermədən götürüb çantasına qoymuşdur. Bakı şəhərinə avtobusla yola düşmüş, avtobusda X27 adlı Bakı şəhər sakini və adını xatırlamadığı Qazaxlı cavan oğlanla tanış olmuşdur. 08 noyabr 2017-ci ildə avtobus Azərbaycan Respublikasının ərazisinə çatmış və sərnişinlər keçid məntəqəsini piyada keçmişlər. Avtobusun keçid məntəqəsində 5-6 saat ləngiyəcəyini bildikdən sonra o, X28 və 3-cü oğlan qərara gəlmişlər ki, avtobusu gözləməyib taksi ilə getsinlər. Bu zaman sonradan adını öyrəndiyi X5 onlara yaxınlaşmış və özünü taksi sürücüsü kim i təqdim edərək 3 nəfər sərnişin lazım olduğunu bildirmişdir. Onlar razılaşıb maşına əyləşmiş və maşında sonradan adını bildiyi Məhkum maşında arxa oturacaqda oturduğunu görmüşlər. Qazax şəhərinə çatarkən 3-cü şəxs düşmək istəmiş və X5 maşını saxlamışdır. X28 və Zərərçəkmiş şəxs maşından düşüb Qazaxlı oğlanla görüşmüş və bu zaman Məhkum və X5 da maşından düşmüşlər. Məhkum əlində beysbol oyununda istifadə olunan ağac olmuşdur. Məhkum ağacla onun sol bud və kürək nahiyələrinə iki zərbə vurmuş və zərbənin təsirindən o, aşağı oturmuşdur. X5 əvvəlcə yumruqla onun sağ və sol gözaltı nahiyələrinə, sonra isə təpiklə ağzına zərbələr vurmuşdur. Zərbələrin təsirindən o, arxası üstə yerə yıxılmışdır. X5 onun boğazından tutub tərpənməsinə imkan verməmiş və hər ikisi ona “sən kimsən ki, İstanbulda bizim qohumlarımızın pullarını, kompyüterini və paltarlarını oğurlamısan”,-demişlər. Zərərçəkmiş şəxs onlara “mən yalnız kompyüter götürmüşəm”- desə də, onlar ona qulaq asmamış və Məhkum onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində pul kisəsini, həmin pul kisəsinin içində 1.850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümumvətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd “Samsung” markalı, “SM-J320F” (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu götürmüşdür. -X4 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. -Təqsirləndirilən şəxslər Məhkum və X5un ifadələri Zərərçəkmiş şəxs qarşı fiziki zorun tətbiqi və ona məxsus əmlakın ələ keçirilməsi hissəsi istisna olmaqla zərərçəkmişin ifadələri ilə eyni məzmunludur. Yuxarıda qeyd olunduğu kimi aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəyə görə Məhkum X11 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn beysbol ağacını tətbiq edərək Zərərçəkmiş şəxs bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirmiş, X5 isə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra X20 zərərçəkmişin tərpənməməsi üçün boğazından tutaraq saxlamış, o, özü isə Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, istehsal yerinə dair heç bir məlumat olmayan üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası Məzənnəsinə dəyişdikdə 810 manat 30 qəpik təşkil edən 1850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd «Samsung» markalı, «SM-J320F» (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu ələ keçirmişlər. Məhkəmələ rin qiymətləndirməsinə görə Məhkum qohumu X9a məxsus olan və Zərərçəkmiş şəxs tərəfindən icazəsiz götürülmüş əşyaların bir qisminin dəyərinin əvəzi olaraq Zərərçəkmiş şəxs əmlakını qanunazidd şəkildə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həmin nəticəyə gələrkən ilk növbədə X9un konkret hansı əmlaklarının Zərərçəkmiş şəxs tərəfindən icazəsiz götürülməsi, həmin əmlakların götürülməsi ilə Məhkum və X5un qanunla qorunan hansı hüquqlarının pozulmasının və həmin hüquqlarının bərpası üçün onların məhz hansı normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydalara riayət etməli olmalarının müəyyən edilməsi zəruri idi. İş materiallarında X9un yalnız bir ədəd kompyüterinin Zərərçəkmiş şəxs tərəfindən icazəsiz götürülməsi müəyyən edilir. Həmin kompyüter də Zərərçəkmiş şəxs X5un avtoma şınına oturarkən maşının yük yerinə qoyulduğundan onun Zərərçəkmiş şəxs zor tətbiq etməklə geri tələb olunmasına ehtiyac qalmamışdı. Məhkum və X5 kompyüteri geri qaytarmamaqla X9un əmlak hüquqlarını bərpa edə bilərdilər. Zərərçəkmiş şəxs əlində olan çanta da maşının yük yerinə qoyulduğundan X9un götürülməsi ehtimal olunan (əslində bu barədə sübutlar yoxdur) digər əşyalarının (paltarları və s.) da həmin həmin çantada olması məlum idi. Ona görə də X9un hüquqlarının bərpası məqsədilə Zərərçəkmiş şəxs üzərinə həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edilməsinə və Zərərçəkmiş şəxs özünə məxsus olan əmlakın ələ keçirilməsinə əsas yox idi. Aşağı instansiya məhkəmələri həmin xüsusatları araşdırmadan, mötəbər sübutlara istinad etmədən X5un və Məhkum bilavasitə zərərçəkmişin öz ünə məxsus olan əmlakların, o cümlədən onun şəxsi ümumvətəndaş pasportunun ələ keçirilməsinə yönəlmiş hərəkətlərini X9un əmlakının bir qisminin dəyərinin əvəzi olaraq götürülməsi kimi qiymətləndirmişlər. Apellyasiya instansiyası məhkəməsi öz qərarında gəldiyi nəticələri əsaslandırmaq məqsədilə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli Qərarının müddəalarını da düzgün tətbiq etməmişdir. Yuxarıda istinad edildiyi kimi Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında göstərilir ki, ”ədalətli məhkəmə araşdıması hüququnun məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düş ülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur.” X8 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci və s. maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı quldurluq cinayəti törətməsi müəyyən edilmişdir. Həmin məhkəmə qərarları Məhkum həmin cinayətdə təqsirli hesab edilməsi üçün preyudisial əhəmiyyət kəsb etməsə də, X5un təqsirliliyi və cinayətin X5 tərəfindən tək deyil, qrup halında törədilməsi hissəsində preyudisial əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun məhkəmə qərarı qəbul edərkən bu xüsusatı nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumun əməlini özbaşınalıq cinayətinə tövsif edərkən sübutların məcmusuna düzgün qiymət verməmiş, kifayət qədər araşdırma aparmamış və gəldiyi nəticəni əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qə rarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya in stansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəy işdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkü nlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-92/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-92/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver