Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-92/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 və onların müdafiəçisi, Beyləqan Rayon Vəkil Bürosunun vəkili Rüstəmov Fəxri Sərvaz oğlunun iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Xocavənd rayonunun Muğanlı kəndi ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ndə qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 133.2.3 və 133.2.6-cı maddələri ilə bəraət almasına və Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə, xx xxxxxx 1987-ci il tarixdə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ndə qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə b əraət almasına və Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə, xx xxxxxx 1991-ci il tarixdə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ndə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə bəraət almasına, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İsmayılov Samir Sab ir oğlu tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə (hakim S.Ləzimov) Məhkum1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 133.2.6-cı maddəsi ilə bəraət verilməsi, Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 16 dekabr 2019 -cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) gün çıxılaraq üzərində qəti cəza olaraq 2 (iki) il 11 (on bir) ay iyirmi 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddəsi ilə bəraət verilməsi, Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlığın məhdud laşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 16 dekabr 2019-cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu üç gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) gün çıxılaraq üzərində qəti cəza olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkum3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddəsi ilə bəraət verilməsi, Məhkum3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddə si ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 16 dekabr 2019-cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu üç gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 6 (altı) gün çıxılaraq üzərində qəti cəza olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, təqsirləndirilən şəxslərin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şik ayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apelyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1, Məhkum2 və Məhkum3 ittiham elan olunmuşdur ona görə ki, Məhkum1 arvadı X3 ilə ünvan 5 sakini Zərərçəkmiş şəxs aralarında sevgi münasibətinin olmasından şübhələndiyi üçün ondan məlumat alaraq əməlini etiraf etdirmək və cəzalandırmaq məqsədilə qardaşları Məhkum3 və Məhkum2 ilə birlikdə razılığa gəlib, bir qrup şəxs halında birləşərək 05 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində ünvan 6ndə yerləşən 7 s aylı tam orta məktəbin yanındakı X4 işlətdiyi çayxanaya gedərək orada əyləşən Zərərçəkmiş şəxs söhbət etmək üçün Məhkum3 idarə etdiyi “VAZ-2109” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməsini istəmiş, Zərərçəkmiş şəxs çayxanadan bayıra çıxaraq onlarla söhbət etmək və avtomobilə əyləşmək istəmədiyini dedikdə, onunla mübahisə edərək təkidlə avtomobilə əyləşməsini tələb etmiş, ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətə açıqca hörmətsizlik, ictimai qaydanın kobud surətdə pozulması və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qardaşları Məhkum3 və Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə təhqir edib onu n qollarından tutaraq zorla avtomobilə əyləşdirmək istəyərkən ətrafda toplanmış çoxsaylı şəxslərin narazılığına, təşvişə düşmələrinə və narahatlığına səbəb olduğu üçün bir neçə vətəndaşın hadisəyə müdaxilə etmələrinə əhəmiyyət verməyərək, Zərərçəkmiş şəxsla aralarında namus məsələsi olduğunu bildirib hər hansı bir şəxsin müdaxilə etməməsini bildirərək Zərərçəkmiş şəxs avtomaşına əyləşməsi üçün təxminən 15 dəqiqə ərzində fəal hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu dartıb avtomobilə təkrarən zorla əyləşdirmək istəmiş, Zərərçəkmiş şəxs avtomobilə əyləşmək istəmədiyini yəqin etdikdə onun sifət nahiyəsinə qardaşları ilə birlikdə bir neçə dəfə yumruqla zərbələr vuraraq ona sağ qulaq seyvanın arxa səthində və alt çənədə sıyrıqlarla müşayiət olunan xəsarətlər yetirib, əllə ri ilə itələyərək zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, qərəzli xuliqanlıq hərəkətləri etmiş, bundan sonra həmin cinayət əməlini davam etdirərək Məhkum3 idarə etdiyi avtomobillə Ağcabədi şəhərindən çıxıb 16 km məsafə qət edərək Zərərçəkmiş şəxs ünvan 7 ərazisində olan köhnə “Nizami kolxozu” adlanan ərazidən 1 km məsafə aralıda qərb istiqamətində yerləşən boş torpaq sahəsinə aparıb orada arvadı X10 ilə nə vaxtdan münasibətlərinin yaranması barədə məlumat almaq, həmçinin onların arasında olan sevgi münasibətini etiraf etdirmək üçün yerə yıxaraq bədən nahiyəsinə yumruq və təpiklə zərbələr vuraraq ona sağ körpücük nahiyəsində sıyrıq, sol körpücük nahiyəsində sıyrıq, döş qəfəsinin sol yarısında qançır, döş qəfəsinin sol yarısında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən güclü fiziki ağrılar yetirmiş, Zərərçəkmiş şəxs X10 ilə sevgi münasibətlərinin olmasını etiraf etmədiyi üçün qardaşları Məhkum2 və Məhkum3 Zərərçəkmiş şəxs qollarından zorla tutaraq yerə uzatmış, o, isə şalvarın çarpazını açaraq cinsiyyət orqanını çıxarıb sidiyini Zərərçəkmiş şəxs üzərinə tökmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, nəticədə əsassız olaraq Məhkum1, Məhkum2 və Məh kum3 CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə təqsirlikləri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum1, Məhkum2 və Məhkum3 CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə təqsirli olmaları cinayət işi üzrə toplanmış və məhkəmə baxışlarında tədqiq edilmiş materiallarla tam sübuta yetirilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 hərəkətlərində onlara CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə elan edilmiş ittihamdan daha ağır cinayətin, yəni CM-nin 150.2.1-ci maddəsi ilə nəzərdə tutulan seksual xarakterli zorakılıq h ərəkətləri cinayətinin tərkibi olduğundan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1, Məhkum2 və Məhkum3 hərəkətləri düzgün tövsif edilməmiş, onların əməlində CM-in 150.2.1-ci maddəsində nəzərdə tutulan seksual xarakterli zorakılıq hərəkətləri cinayətinin tərkibi olduğu halda, daha yüngül cəza nəzərdə tutan “Əzab vermə” cinayəti kimi CM-nin 133.2.3 və 133.2.6-cı maddələri ilə tövsif edilmişdir. Bununla əlaqədar məhkəmədə verdiyi vəsatətlər təmin olunmamış, təqsirləndirilən şəxslərə əsassız olaraq bəraət verilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin tam təmin edilməsi, kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittihamçısı Rəşad Məmmədlinin, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və onların müdafiəçisi Fəxri Rüstəmovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilərək apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasi ya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən əsassız olaraq Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə təqsirlikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsi mübahisə edilir. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkumların əməlinin tövsifi mübahisə edilir. Hesab edilir ki, onların əməlləri daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 150.2.1-ci maddəsi ilə nəzərdə tutulan seksual xarakterli zorakılıq hərəkətləri cinayətinin tərkibi olduğundan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı dır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsində “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 133.2-ci maddəsinə görə: “Eyni əməllər: 133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 133.2.6. işgəncə verməklə törədildikdə — iki ildən beş ilədək müddətə azadlıqdan məh rum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsinə görə: “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 150.2-ci maddəsinə görə: “ Eyni əməllər: 150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmə lə verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkd ə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası ilk olaraq zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 150.2.1-ci maddəsi ilə nəzərdə tutulan seksual xarakterli zorakıl ıq hərəkətləri cinayətinin tərkibinin olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-in 133.2.3, 133.2.6 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətmələri barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxslərə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdır maya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum1, Məhkum2 və Məhkum3 qarşı irəli sürülməyən ittihama baxa bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 əməllərini Azərbaycan Respublikası CMnin 150.2.1-ci maddəsi ilə tövsif etməməklə düzgün nəticəyə gəlmişlər. Dövlət ittihamçısı tərəfindən verilən kassasiya ptotestinin məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 ibtidai araşdırma orqanı tərəfi ndən Azərbaycan Respublikası CMin 133.2.3 və 133.2.6-cı maddələri ilə elan olunmuş ittihamın əsaslı olmasına dair dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in “Əzab vermə” adlanan 133-cü maddəsində nəzərdə tutulan əməllər insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edir. ”Əzab vermə”nin CM-nin 133.1-ci maddəsində müəyyən edilmiş anlayışından görünür ki, şəxsin həmin cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edilməsi üçün əməlin obyektiv cəhətinin zəruri elementi “mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə”də ifadə olunan hərəkətlərdir. Qanunun mənasından görünür ki, əməlin “Əzab vermə” kimi qiymətləndirilməsi üçün döy məklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermədə ifadə olunan hərəkətlərin mütəmadi olaraq törədilməsinin və təqsirləndirilən şəxsin müəyyən ardıcıllıqla birləşmiş davranışının ifadəsi olmasının müəyyən edilməsi zəruridir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 hərəkətlərində Zərərçəkmiş şəxs qarşı mütəmadi olaraq döyməkdə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar və işgəncə vermədə ifadə olunan hallar mövcud olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanının Məhkum1, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə birlikdə Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə də ittiham elan etməsi yanlı ş olmuşdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumlar Məhkum1, Məhkum3 oğlu və Məhkum2 əməllərində Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin olmaması barədə düzgün nəticəyə gəlmiş olsalar da, təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs edilmiş cinayət əməlinin obyektiv cəhətinə daxil olan bütün halları dəqiqləşdirmədən, hərəkətlərin başlanma və başa çatma anlarını müəyyən etmədən nəticəyə gəlmişlər. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə birlikdə Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə də ittiham elan edilsə də, ittihamın məzmunundan görünür ki, t əqsirləndirilən şəxslərin hərəkətləri çayxanada xuliqanlıq kimi başlamış və sonrakı hərəkətləri də xuliqanlığın davamı kimi təsvir edilmişdir. İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, təqsirləndirilən şəxslər “.....birlikdə razılığa gəlib, bir qrup şəxs halında birləşərək 05 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində ünvan 5ndə yerləşən 7 saylı tam orta məktəbin yanındakı X4 işlətdiyi çayxanaya gedərək orada əyləşən Zərərçəkmiş şəxs söhbət etmək üçün Məhkum3 idarə etdiyi “VAZ-2109” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməsini istəmiş, Zərərçəkmiş şəxs çayxanadan bayıra çıxaraq onlarla söhbət etmək və avtomobilə əyləşmək istəmədiyini dedikdə, onunla mübahisə edərək təkidlə avtomobilə əyləşməsini tələb etmiş, ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətə açıqca hörmətsizlik, ictimai qaydanın kobud surətdə pozulması və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qardaşları Məhkum3 və Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadələrlə təhqir edib onun qollarından tutaraq zorla avtomobilə əyləşdirmək istəyərkən ətrafda toplanmış çoxsaylı şəxslərin narazılığına, təşvişə düşmələrinə və narahatlığına səbəb olduğu üçün bir neçə vətəndaşın hadisəyə müdaxilə etmələrinə əhəmiyyət verməyərək, Zərərçəkmiş şəxsla aralarında namus məsələsi olduğunu bildirib hər hansı bir şəxsin müdaxilə etməməsini bildirərək Zərərçəkmiş şəxs avtomaşına əyləşməsi üçün təxminən 15 dəqiqə ərzində fəal h ərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu dartıb avtomobilə təkrarən zorla əyləşdirmək istəmiş, Zərərçəkmiş şəxs avtomobilə əyləşmək istəmədiyini yəqin etdikdə onun sifət nahiyəsinə qardaşları ilə birlikdə bir neçə dəfə yumruqla zərbələr vuraraq ona sağ qulaq seyvanın arxa səthində və alt çənədə sıyrıqlarla müşayiət olunan xəsarətlər yetirib, əlləri ilə itələyərək zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, qərəzli xuliqanlıq hərəkətləri etmiş, bundan sonra həmin cinayət əməlini davam etdirərək Məhkum3 idarə etdiyi avtomobillə Ağcabədi şəhərindən çıxıb 16 km məsafə qət edərək Zərərçəkmiş şəxs ünvan 7 ərazisində olan köhnə “Nizami kolxozu” adlanan ərazidən 1 km məsafə aralıda qərb istiqamətində yerləşən boş torpaq sahəsinə aparıb orada arvadı X10 ilə nə vaxtdan müna sibətlərinin yaranması barədə məlumat almaq, həmçinin onların arasında olan sevgi münasibətini etiraf etdirmək üçün yerə yıxaraq bədən nahiyəsinə yumruq və təpiklə zərbələr vuraraq ona sağ körpücük nahiyəsində sıyrıq, sol körpücük nahiyəsində sıyrıq, döş qəfəsinin sol yarısında qançır, döş qəfəsinin sol yarısında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən güclü fiziki ağrılar yetirmiş, Zərərçəkmiş şəxs X10 ilə sevgi münasibətlərinin olmasını etiraf etmədiyi üçün qardaşları Məhkum2 və Məhkum3 Zərərçəkmiş şəxs qollarından zorla tutaraq yerə uzatmış, o, isə şalvarın çarpazını açaraq cinsiyyət orqanını çıxarıb sidiyini Zərərçəkmiş şəxs üzərinə tökmüşdür.” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası CM-in 133.2.3 və 133.2.6-cı maddələri ilə də ittiham elan edilmiş ittihamda nəzərdə tutulan cinayətin tərkibinin olmaması əsaslandırılmış, lakin məhkəmənin gəldiyi nəticə, yəni Məhkum1, Məhkum3 və Məhkum2 törətmiş olduğu, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq hərəkətlərinin başlanma və başa çatma anları müəyyən edilməmiş və beləliklə də, əməlin obyektiv cəhətinə daxil olan hərəkətlər dəqiqləşdirilmədən nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də həmin qanunsuzluq aradan qaldırılmayaraq birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə olaraq təqsirləndirilən şəxslərin çayxanadan kənarlaşdıqdan sonra Zərərçəkmiş şəxs qarşı törətmi ş olduqları hərəkətlər hüquqi qiymət almadığından, təqsirləndirilən şəxslərə cəza təyin olunması zamanı və onların həmin hərəkətlərə görə cəzalandırılıb-cəzalandırılmaması məhkəmə qərarlarından görünmür. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-nin 202.2-ci maddəsinin tələbləri pozularaq təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 şübhəli şəxs qismində tutulduqları 16 dekabr 2019-cu il tarixdən 18 dekabr 2019-cu il tarixədək olan müddət 2 (iki) gün olduğu halda, heç bir əsaslandırma aparılmadan 3 (üç) gün hesab edilmiş və təqsirləndirilən şəxslərə təyin olunan cəzaların müddəti düzgün müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə b ağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyi n tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvaf iq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum1, Məhkum2 və Məhkum3 əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırılmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qayda da tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. Məhkum1, Məhkum2 və Məhkum3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-92/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-92/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver