Məhkəmə qərarları › İş №1(102)-920/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-920/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-920/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhk um barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli 1(101)-340/2019 saylı hökmü ilə, Məhkum, xx xxxxxx 1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış; Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4,312.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə, CM-in 32.4,312.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə, CM-in 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü və 66.4-cü maddəsinə əsasən ona təyin olunan cəzaları qismən toplama yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018- ci il tarixədək olan müddətdə Bakı şəhəri, Suraxanı rayon X9 hissəsində kiçik inspektor vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, qeyri-rəsmi olaraq birlikdə yaşadığı X5 Göyçay şəhərində atasına məxsus yanacaq doldurma məntəqəsinin olduğunu bildirib aldadaraq, həmin yanacaqdoldurma məntəqəsinin fəaliyyətinə pul qoymaqla yəni, Bakı şəhərindən benzin alıb satılması üçün həmin yanacaq doldurma məntəqəsinə göndərməklə yanacaq satışından hər ay 8.000-9.000 manat gəlir əldə edəcəyinə dair yalandan vədlər verməklə qulluq mənafeyinə, həmçinin aralarında yaranmış münasibətlərə görə Vüsalə Məmmədovanın ona olan inam və etimadından istifadə edərək, sonuncudan 2017-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki «Kristal ünvan 2 blok 2, mənzil 30 ünvanında 40.000 manat, həmin ayının sonlarında qeyd olunan ünvanda 40.000 manat, 2017-ci ilin noyabr ayının əvvəlləri ndə atasının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsindəki evin həyətində 20.000 manat pulu almaqla Vüsalə Məmmədovaya məxsus, külli miqdar təşkil edən, ümumilikdə 100.000 manat məbləğində pul vəsaitini vahid qəsdlə, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum xx xxxx 2018-ci il tarixdən Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinin polis nəfəri - sürücüsü vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək təkrarən, eyni niyyətlə daxili işlər orqanlarında (bundan sonra:DİO) işə qəbul olunmasına köməklik etmək barədə sabiq iş yoldaşı X4 vasitəsi ilə ona müraciət etmiş Bakı şəhər sakini X8 Azərbaycan Respublikası DİN-n in rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu bildirib, həmin şəxslərin vasitəsi ilə müəyyən məbləğdə pulun müqabilində onu həmin nazirliyə işə qəbul etdirmək imkanına malik şəxs olmasına inandırıb aldadaraq, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verib, qulluq mövqeyinə və aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etibarından istifadə edərək, Xalid Cəlilovdan işə qəbul olunmaq üçün adına X3 diplom alınması adı ilə 2018-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu Qələbə dairəsinin yaxınlığında 5000 manat, bundan təxminən 2 gün sonra həmin ünvanda ondan DİN-nin Baş Dövlət X12 (bundan sonra: BDYPİ) imtah an şöbəsində operator vəzifəsinə işə düzəltmək adı ilə 13000 manat, 2018- ci ilin iyul ayının 20-si ərəfəsində işə qəbulla bağlı Azərbaycan Respublikası DİN-nin “Dinamo” İdman Cəmiyyətinin fiziki hazırlıq imtahanından keçirəcəyi adı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən həmin cəmiyyətin qarşısında 2000 manat, bundan təxminən 2 gün sonra yol hərəkəti qaydaları ilə bağlı şablon imtahandan keçirilməsi adı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Cafe City” adlanan məkanda 1500 manat, xx xxxx 2018-ci il tarixdə DİN-nin BDYPİ-də yol patrul xidmətinin inspektor vəzifəsinə xidmətə qəbul edilməsi adı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Qızıl gül” restoranında 5000 manat, 2018ci ilin avqust ayının əvvəllərində serjant məktəbini bitirmək adı ilə həmin ünvan da 3000 manat, 2018-ci ilin sentyabr ayının ortalarında həmin idarənin yol patrul xidməti alayının yol patrul xidməti inspektoru vəzifəsinə zabit kimi təyin edilməsi adı ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin inzibati binasının qarşısında 20000 manat məbləğində olmaqla, Xalid Cəlilovdan ümumilikdə 49500 manat məbləğində pulunu almış, özünün etibarlı və vədinə əməl edən şəxs olması görüntüsünü yaratmaq üçün sonuncunun guya DİN-nin, BDYPİ-nin, YPXA-nın, YPX-nin inspektoru və sonradan həmin alayın xüsusi tağımının baş inspektoru vəzifələrinə işə qəbul olunması ilə bağlı qeyd olunan nazirliyin baş kadrlar idarəsi adından hüquq verən rəsmi sənədləri – xx xxxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli arayışları qanunsuz hazırlayaraq, həmin ara yışlarda «baş kadrlar idarəsinin rəisi polis general mayoru Rafiq Abbasov» sözləri qarşısında imzalar edib həmin saxta sənədləri Xalid Cəlilova təqdim edərək, sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təhrik edib ona məxsus xeyli miqdarda əmlakı vahid qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Hökmdən məhkumun müdafiəçisi X2 və zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.Səfərov, hakimlər Q.Babayev və Ə.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edil məmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təqdirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassator kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrini tətbiq etməklə yeni qərar qəbul edilməsi ni xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün, qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılma

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar