Məhkəmə qərarları › İş №1(102)-920/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-920/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-920/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyas ının 11 iyun 2019-cu il tarixli qərarından Məhkum1, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Bilal Məmmədov, hakimlər Rəşid Hüseynov (məruzəçi) və Nahid Mirzəyevdən ibarət tərkibdə) 05 mart 2019-cu il tarixli hökmü ilə xx xxxxxxx 1989-cu ildə İsmayıllı rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Zeyvə kəndində qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2018-ci il tarixdən hesablanmaqla 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 1988-ci ildə İsmayıllı rayonu Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonun Basqal qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2019-cu il tarixdən hesablanmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilmişdir. xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonunun Kürdüvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Kürdüvan kəndi ndə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2019-cu il tarixdən hesablanmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin Məhkum3 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Babayev X3 rayonu Zeyvə kənd ümumi orta məktəbində fransız dili müəlliməsi işləyən Zərərçəkmiş şəxs evlənmək məqsədilə zorla qaçırmaq istədiyini əvvəlcədən yeznələri Məhkum2 və Məhkum3, habelə tanışı Təqsirləndirilən şəxs bildirdikdən sonra bu məqsədlə Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək aralarında olan ümumi razılığa əsasən birlikdə 18 aprel 2018-ci il tarixdə, saat 16 radələrində sonuncunun idarə etdiyi “VAZ-21074” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisindən Zeyvə kəndi istiqamətində hərəkət etmiş, Zeyvə kəndinin içərisindəki yolda Zərərçəkmiş şəxs Sumqayıt şəhərindən gələn sərnişin avtobusundan düşüb yol ilə piyada yaşadığı ev istiqamətində getdiyini gördükdə aralarındakı vəzifə bölgüsünə uyğun olaraq, Təqsirləndirilən şəxs avtomobili Zərərçəkmiş şəxs yanında işlək vəziyyətdə saxlamış, o, Məhkum2 və Məhkum3la birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs qarşısına keçib sonuncunu qəsdən oğurlamaq məqsədi ilə qollarından və ağzından tutub iradəsinə zidd olaraq zorla avtomobilin arxa oturacağı na otuzdurmuş, Məhkum2 Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədi ilə sonuncunun ayaqlarını avtomobilin içərisinə salaraq özü də avtomobilə, Məhkum3 isə Zərərçəkmiş şəxs yerə düşmüş çantası və gödəkçəsini götürərək qabaq oturacaqda əyləşmiş, o və Məhkum2 avtomobilin arxa oturacağında hər biri müvafiq olaraq Zərərçəkmiş şəxs sağ və sol qollarından tutub sıxmaqla müqavimətinin qarşısını alan zaman sonuncuya sağ və sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qışqıraraq avtomobildən düşürülməsinə nail olmaq üçün sağ qolundan dişləyib ona sağ saidin yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əhəmiyyət verilməmiş, sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edib hadisə yerindən uzaqlaşdırmaqla Zərərçəkmiş şəxs İs mayıllı rayonu Basqal qəsəbəsində Məhkum3 yaşadığı və nəzarət etdiyi Bakı şəhər sakini X4 məxsus bağ evinə aparmış, Zərərçəkmiş şəxs 19 aprel 2018-ci il tarixdə saat 20 radələrinədək rayonun Basqal qəsəbəsi, Kürdüvan və Zeyvə kəndlərində müxtəlif ünvanlarda saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişlər. Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Akif Eyvazov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürovdan ibarət tərkibdə) 1(107)-139/2019 nömrəli 11 iyun 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü cəzaya adi hissədə dəyişdirilmiş, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay mü ddətə azadlıqdan məhrum etmə cəzası, barəsində CM-in 62.2-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) il müddətinə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, barəsində CM-in 62.2-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətinə, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, barəsində CM-in 62.2-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətinə endirilmiş, təqsirləndirilən şəxs Məhkum2, müdafiəçilər Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, hökm apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanı lmışdır. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum1 verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 iyun 2019-cu il qərarı dəyişdirilsin və təyin olunmuş cəzadan azad edilməsi barədə qərar qəbul edilsin. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 müdafiəçisi Müdafiəçi2 isə verdiyi kassasiya şikayətlərində xahiş edir ki, Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 iyun 2019-cu il qərarı dəyişdirilsin və məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə onlara təyin olunmuş cəzanın şərti hesab edilməsi və 1 il sınaq müddətinin müəyyən edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onu nla əsaslandırmışdır ki, barəsində qaldırılmış cinayət işi qanunsuzdur. Belə ki, o, iş üzrə zərərçəkmiş şəxs Əsman Osmanlını sonuncunun razılığı ilə ailə qurmaq üçün öz evinə gətirmişdir. O, zərərçəkmiş şəxs Əsman Osmanlını qaçırmamışdır. Zərərçəkmiş şəxsin valideynləri İsmayıllı RPŞ-nə müraciət edən kimi o, Əsman Osmanlını polis şöbəsinə getirmiş və zərərçəkmiş şəxsi valideynlərinə təhvil vermişdir. Lakin, səhərisi gün Polis Şöbəsinə çağırılaraq barəsində cinayət işinin açılmasını və ona ittiham elan edilməsinin qanunsuz olmasını bildirir. Müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin yekun qərarları məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs və Məhkum2 cəzanın təyin olunması ilə bağlı qeyri-humanist və ədalətsizdir. Belə ki, hər iki məhkuma təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədlərini təmin etmir, eyni zamanda, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etmələri, üzr istəyərək onunla barışmaları, zərərçəkmiş şəxsin onları bağışlaması, məhkum olunmuş şəxslərin törətdiyi əməllərdən səmimi peşman olmaları, Məhkum2 ailəsinin maddi və mənəvi durumu kimi cinayətin təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alınaraq, onlar barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq olunaraq, sınaq müddəti təyin olunmalıdır. Həmçinin iş materiallarında olan Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, onun məhkum olunmuş şəxslərə qarşı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Belə olan halda nə üçün məhkəmə ədalət prinsipinə tam yox, yarımçıq əməl etmişlər. Bundan əlavə həm məhkum Təqsirləndirilən şəxs, həm də Məhkum2 hərəsinin himayəsində iki azyaşlı uşağı vardır, həmçinin onlar, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq y alnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hall arına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum1, Təqsirləndirilən şəxs, Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 144.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum1 kassasiya şikayətinin başlıca dəlili qeyd olunan cinayət işi üzrə təqsirinin olmaması və zərərçəkmiş şəxsi qaçırmamasıdır (zərərçəkmiş şəxsi oğurlamamasıdır). Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsinə əsasən adam oğurluğu bir qrup şəxs, qabaqcadan əl bir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə qeyd olunan əməl ilə təqsirli bilinməlidir. İşin hallarından da göründüyü kimi, iş üzrə məhkum Babayev X3 rayonu Zeyvə kənd ümumi orta məktəbində fransız dili müəlliməsi işləyən Zərərçəkmiş şəxs evlənmək məqsədilə zorla qaçırmaq istədiyini əvvəlcədən yeznələri Məhkum2 və Məhkum3, habelə tanışı Təqsirləndirilən şəxs bildirdikdən sonra bu məqsədlə Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək aralarında olan ümumi razılığa əsasən birlikdə 18 aprel 2018-ci il tarixdə, saat 16 radələrində sonuncunun idarə etdiyi “VAZ-21074” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisindən Zeyvə k əndi istiqamətində hərəkət etmiş, Zeyvə kəndinin içərisindəki yolda Zərərçəkmiş şəxs Sumqayıt şəhərindən gələn sərnişin avtobusundan düşüb yol ilə piyada yaşadığı ev istiqamətində getdiyini gördükdə aralarındakı vəzifə bölgüsünə uyğun olaraq, Təqsirləndirilən şəxs avtomobili Zərərçəkmiş şəxs yanında işlək vəziyyətdə saxlamış, o, Məhkum2 və Məhkum3la birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs qarşısına keçib sonuncunu qəsdən oğurlamaq məqsədi ilə qollarından və ağzından tutub iradəsinə zidd olaraq zorla avtomobilin arxa oturacağına otuzdurmuş, Məhkum2 Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədi ilə sonuncunun ayaqlarını avtomobilin içərisinə salaraq özü də avtomobilə, Məhkum3 isə Zərərçəkmiş şəxs yerə düşmüş çantası və gödəkçəsini götürərək qabaq oturacaqda əyləşmiş, o və Məhkum2 avt omobilin arxa oturacağında hər biri müvafiq olaraq Zərərçəkmiş şəxs sağ və sol qollarından tutub sıxmaqla müqavimətinin qarşısını alan zaman sonuncuya sağ və sol bazunun qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qışqıraraq avtomobildən düşürülməsinə nail olmaq üçün sağ qolundan dişləyib ona sağ saidin yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əhəmiyyət verilməmiş, sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edib hadisə yerindən uşaqlaşdırmaqla Zərərçəkmiş şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində Məhkum3 yaşadığı və nəzarət etdiyi Bakı şəhər sakini X4 məxsus bağ evinə aparmış, Zərərçəkmiş şəxs 19 aprel 2018-ci il tarixdə saat 20 radələrinədək rayonun Basqal qəsəbəsi, Kürdüvan və Zeyvə kəndlərində müxtəlif ünvanlarda sa xlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişlər. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İş materiallarından görünür ki, Məhkum1 həm ibtidai istintaqa, həm də birinc i instansiya məhkəməsində verdiyi ifadələrində özünü tam təqsirli bilərək törətdiyi cinayət əməllərini etiraf etmişdir. Bundan əlavə onun həmin cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozun tusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum1 və qeyrilərinin cinayətdə rolunu, onların əməlinə hüquqi qiymət verərkən və onların törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinin əsas dəlili məhkəmələrin məhkumlar Təqs irləndirilən şəxs və Məhkum2 cəza təyin edərkən onların cəzasını yüngülləşdirən halların nəzərə almamasının və barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olmamasının əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CMin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məh kumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökm və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumlara Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə, hökmlə onlara təyin olunmuş cəzanı minimum həddən də az cəza təyin etməklə, cinayət qanunvericiliyinin müddəalarını nəzərə almışlar və məhkumların cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qəna ətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətlərində Təqsirləndirilən şəxs və Məhkum2 cəza çəkmədən islah olunmasını şərtləndirən heç bir əsaslı dəlil göstərilməmiş və işin materialları ilə də belə halların olması müəyyən edilmir. Bundan başqa, məhkəmələr məhkumlar Məhkum2 və Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasi bətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, məhkumlar Məhkum2 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəzanın şərti hesab edilməsi, yaxud cəzanın yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum2 və Təqsirləndirilən şəxs barəsindəki qərar ının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 416.1.22-ci maddələrində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətlərin təmin edilmədən Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının məhkumlar Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs barələrində 11 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının məhkumlar Məhku m1, Məhkum2 və Təqsirləndirilən şəxs barələrində olan 11 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar