Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-920/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Paşayev Səbuhi Nəriman oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ilə isə məhkum olunmuş şəxsin cinayət əməlinin CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəli l Cabbar oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxxxx 1970-ci il il tarixdə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 15 noyabr 2002-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Fərdi uçotun təşkili sektorunun məsləhətçisi, 25 avqust 2016-cı il tarixli əmrlə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi vəzifəsində işləmiş, hazırda heç bir yerdə işləməyən, Masallı rayonunun Boradigah qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 311.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (ik i) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 15 noyabr 2002-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Fərdi uçotun təşkili sektorunun məsləhətçisi, 25 avqust 2016-cı il tarixli əmrlə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi vəzifəsində işləyərkən həmin Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi və digər səlahiyyətlərə malik, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək də daxil olmaqla təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meya rının məcmusundan aşağı olan aztəminatlı ailə kimi arvadı Şahid2 adına sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar 2020ci ilin mart ayının əvvəllərində özünə müraciət etmiş X6 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “esosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmalarm nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin müsbət həllinə görə 2020-ci ilin mart ayında Şahid1 özü üçün Şahid2nm adına ayrılacaq sosial yardımın maddi nemət olan 6 ay ərzində ödəniləcək pul vəsaitini dolayı yolla şəxsən rüşvət qismində istəyib, Namid Abaslmm razılıq verməsindən sonra 2020-ci ilin mart ayının ortalarında Masallı ş əhəri, Heydər Əliyev prospektində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin yaxınlığında Şahid1 ilkin olaraq özü üçün birbaşa yolla maddi nemət olan 200 manat məbləğində pul vəsaiti və müvafiq sənədləri alaraq, 25 aprel 2020-ci il tarixdə Şahid2 adından edilmiş müvafiq müraciət Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində təsdiq edilməklə Şahid2 2 il müddətində aylıq 207,12 manat məbləğində ünvanlı sosial yardım təyin edildikdən sonra, sonuncunun adına "xxxx" ASC-də açılmış **********205834 plastik kart hesabına həmin yardımla əlaqədar köçürülmüş 20 may 2020-ci il tarixdə 2 ay üzrə olan ümumilikdə 414 manat məbləğində pul vəsaitinin Şahid1 tərəfindən may ayında ünvan 3 ünvanında yerləşən bankomatdan çıxarılmaqla sonuncunu n həmin pul vəsaitini özünə götürməsindən sonra, həmin ilin iyun ayında Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan” xidmət mərkəzinin yaxınlığında görüşərək Şahid1 iyun ayında kartdan çıxardığı 200 manat pulu və Şahid2nm adına olan ünvanlı sosial yardımın ödənilməsi üçün nəzərdə tutulmuş "xxxx" ASC-yə aid bank kartını alaraq, 20 iyul 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-in Al 38029 nömrəli ATM-də həmin kart vasitəsilə 207 manat və 31 avqust 2020-ci il tarixdə həmin kart vasitəsilə Masallı şəhəri, H.Əliyev prospekti, Asan Xidmət 2, Cənub filialı ünvanında yerləşən "xxxx" ASC-in Al 38030 nömrəli ATM-dən 207 manat pul vəsaitini çıxarmaqla, qeyd edilən qaydada Şahid1 ümumilikdə 814 (səkkiz yüz on dörd) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niy yətlə özü üçün şəxsən birbaşa və dolayı yolla rüşvət qismində almışdır. Hökmdən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə) 20 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 311.1-ci maddəsindən CM-nin 178.2.3cü maddəsinə tövsif edilmiş və ona həmin maddə əsasında 6.000 (altı min) manat miqdarında cərimə cəzası, CM-nin 46.2-ci m addəsinə əsasən isə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən isə Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 4000 (dörd) min miqdarında cərimə və 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzaları saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, bununla bağlı cinayət və cinayət-prosessual qanunvericiliklərinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edən dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və nəticədə məhkumun əməli düzgün tövsif edilməmişd ir. Daha sonra dövlət ittihamçısı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə tamamilə əsassız olmuş, Təqsirləndirilən şəxs rüşvət alma cinayətini törətməsi isə iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi həmçinin onun vəzifə səlahiyyətlərini müəyyən edən normativ xarakterli aktlarla da təsdiq olunur və o, məhz bu səlahiyyətlərinə aid işləri görmək müqabilində Şahid1 maddi nemət olan pul vəsaitini rüşvət qismindən istəmiş və sonradan almışdır. Dövlət ittihamçısı həmçinin bildirir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma h akimiyyətin və dövlət idarəçiliyinin əsaslarını laxladır, dövlət orqanlarını əhali qarşısında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinisplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Dövlət tərəfindən aztəminatlı ailələrin maddi rifahının yüksəldilməsi üçün büdcədən ayrılan ünvanlı sosial yardımların Təqsirləndirilən şəxs 6 ay müddətinə aid olan hissəsinin əvvəlcədən aralarında olan qanunsuz razılığa əsasən rüşvət qismində alaraq öz şəxsi ehtiyaclarına xərcləməsinin ictimai təhlükəliliyi kifayət qədər yüksəkdir. Bundan başqa, kassasiya protestində həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 311.1-ci maddəsindən CM-nin 178.3.2-ci maddəsinə tövsif edərkən qəbul etdiyi qərarda yalnız cinayət qanunu normalarının təfsirini vermiş, lakin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında əksini tapmış izah və tövsiyələrə əməl etməyərək Təqsirləndirilən şəxs konkret olaraq dələduzluq kimi qiymətləndirilməli olan hansı əməlləri törətməsini qərarın təsviri-əsaslandırıcı hissəsində hər hansı şəkildə təsvir etməmiş, bununla da CPM-nin 353-cü maddəsinin tələblərinin pozulmasına da yol vermişdir. Qeyd olunanlara əsaslanaraq kassasiya protestinin müəllifi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı S.S.İsmayılov öz kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməyərək düzgün qiymətləndirilməməsini və Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də, məhkəmə kollegiyası dövlət ittihamçısı S.S.İsmayılovun protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetiri lmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını k assasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və y a hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda belə təminat verən konstitusyon tələblər hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlər inə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cin ayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbət də çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplan ır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349. 3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nətic ələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsir ləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınm aqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarlarında da əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olm asına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə ye tirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətl i cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Şahid2 adına ünvanlı sosial yardımın təyin edilməsi səlahiyyətlərinə malik olmadığından onun bunun üçün cəmisi 814 (səkkiz yüz on dörd) manat məbləğində pulu ələ keçirilməsi rüşvət alma deyil, dələduzluq kimi qiymətləndirilmiş və buna görə də onun bu əməli CM-nin 311.1-ci maddəsindən CM-nin 178.2.3-cü maddəsinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu haqda qəbul etdiyi 20 dekabr 2021-ci tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət təqibinin bütün mərhələlərində, o cümlədən apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrində nə X6dan 200 manat məbləğində pul almasını, nə də ki sonradan Şahid2 adına açılmış plastik kart vasitəsilə ona təyin olunmuş sosial müavinatın 614 manat məbləğində hissəsini bankomatlardan çıxararaq ələ keçirmədiyini göstərsə də, məhkəmələr (o cümlədən apellyasiya instansiyası məhkəməsi) onun bu ifadələrini inandırıcı hesab etməyərək özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və belə qənaətə gəlmişlər ki, toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla onun ümumilikdə 814 manat məbləğində pulu ələ keçirməsi tam təsdiq edilmişdir. Lakin ibtidai araşdırma orqanından və birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi onun bu əməlinin dələduzluq kimi qiymətləndirilməsini mümkün bilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarına əsasən, məhkum olunmuş şəxsin müdafiəçisi İ.Ə.Həsənov da birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs hər hansı məbləğdə özgənin pul şəklində əmlakını ələ keçirməsinin sübuta yetirilməməsini iddia edərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini və onun haqqında bəraət hökmünün çıxarılmasını xahiş e tsə də, sonradan həm müdafiəçi, həm də apellyasiya şkayətində ona CM-nin 311.1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edən Təqsirləndirilən şəxs faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarı ilə, yəni məhkum olunmuş şəxsin həqiqətən 814 manat məbləğində pulu ələ keçirməsi barədə nəticə ilə razılaşmış və 20 dekabr 2021-ci il tarixli qərardan kassasiya şikayəti verməmişlər. Cinayət işinin materiallarında olan Şahid1 ərizəsinə əsasən, Təqsirləndirilən şəxs hətta sonradan həmin pulu ona qaytarmışdır. Bu baxımdan kassasiya kollegiyasının üzərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs bu hərəkətlərinə cinayət qanunu normasının düzgün tətbiq edilib-edilməməsini, yəni onun törətdiyi əməlinin hüquqi tövsifini yoxlamaq vəzifəsi düşü r ki, bu məsələnin həlli zamanı da ilk növbədə cinayət qanununun normalarına müraciət etməyi və cinayət işinin materiallarını da təhlil etməyi zəruri sayır. Əvvəla, Təqsirləndirilən şəxs ittiham olunduğu və birinci instansiyası məhkəməsinin hökmü ilə təqsirli bilindiyi CM-nin 311.1-ci maddəsində rüşvət alma vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi, CM-nin 178.1-ci maddəsində isə dələduzluq etibardan suiistifadə etmə və ya aldatm a yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Dələduzluq cinayətini şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törətməsi isə onun CM-nin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin bu normaların mənasına görə, şəxsin özgənin mülkiyyətində, istifadəsində və ya sərəncamında olan əmlakı (əmlak hüquqlarını) ələ keçirməsi ilə bağlı əməlin ya rüşvət alma, ya da qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq kimi qiymətləndirilib-qiymtələndirilməməsi mümkünlüyü müzakirə edilərkən ilk növbədə hər iki halda həmin şəxsin vəzifəli şəxs olubolmaması, daha sonra isə onun müəyyən əmlakın (əmlak hüququnun) müqabilində etdiyi və ya edəcəyi hərəkətin (hərəkətsizl iyin) onun xidməti vəzifəzisinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olub-olmaması, yəni bu hərəkətin (hərəkətin) onun vəzifə səlahiyyətlərinə aid olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Təhlil olunan cinayətin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri- kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və bu cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdakı əməllərin törədilməsi ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi; 2) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrasi ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması; 3) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə edilir, yəni təqsirkar rüşvət istəməsini və aldığını dərk edir və bunu arzu edir. Bu cinayətin subyekti isə yalnız vəzifəli şəxslər ola bilər ki, belə şəxsin anlayışı da CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir. Dələduzluq cinayəti isə həm oöyektinə, həm də obyektiv cəhətlərinə görə rüşvət alma cinayətindən kəskin fərqlənən, mülkiyyət əleyhinə törədilən cinayətlər kateoriyasına aiddir və bu cinayətin obyekti qismində mülkiyyətin və əmlak hüquqlarının idarə olunması və bölüşdürülməsi sahəsində mülki münasibətlər çıxış edir. Obyektiv cəhətdən isə həmin cinayət etibarda n sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Dələduzluğun törədilməsi zamanı dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə deyil, hər hansı şəxsin bu və ya digər əmlakı və ya əmlak hüquqları ələ keçirilməklə ona həmin əmlakın dəyəri məbləğində zərər vurulur. Buna görə, rüşvət alma cinayətindən fərqli olaraq, bu cinayətin törədilməsi nəticəsində əmlakından və ya əmlak hüququndan məhrum olmuş şəxs (fiziki və ya hüquqi) zərər çəkmiş şəxs qismində tanınaraq ona vurulmuş ziyanı tələb etmək hüququna malik olur. Rüşvət alma cinayətinin törədilməsi nəticəsində isə rüşv ət vermiş, yəni aktiv rüşvətxorluq cinayətini törətmiş şəxs bunun nəticəsində məhrum olunduğu hər hansı maddi neməti tələb etmək hüququna malik olmur, belə nemət cinayət təqibi mərhələsində aşkar edildikdə isə, onun dövlət nəfinə müsadirə olunması barədə qərar qəbul edilir. Cinayət qanununun yuxarıda göstərilən normalarının və həmin normalara verilmiş təfsirin hazrki işə münasibətdə tətbiqi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs ona istinad olunan əməli törədərərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi vəzifəsində işləmiş və CM- nin 308-ci maddəsinin “Qeyd” hissəsinin tələbləri baxımından onun həmin dövrdə vəzifəli şəx s olması ilə ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi ilə yanaşı apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihama əsasən onun həmin vəzifə üzrə səlahiyyətləri vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi və digər səlahiyyətlərə malik, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə mə lumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək də daxil olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməkdən ibarət olmuşdur. Araşdırılmış sübutlarla müəyyən edilir ki, ibtidai araşdırma orqanı ittiham aktında, birinci instansiya məhkəməsi isə - çıxardığı hökmdə Təqsirləndirilən şəxs bu səlahiyyətlərə malik olmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş təlimata əsasən müəyyən edilməsini götərsələr də, cinayət işinin materiallarında belə bir təlimatın olması aşkar edilməmiş, baxmayaraq ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 08 saylı Regional Ərazi Filialının direktoru tərəfindən imzalanmış 16 aprel 2021-ci il tarixli **********6 saylı məktubla belə bir təlimat ibtidai ara şdırma orqanına göndərilmişdir. Lakin, cinayət işinin hallarından görünür ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsin səlahiyyətlərini müəyyən edərkən həmin Təlimatın bu və ya digər bəndlərinə deyil, cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu ilə X8 arasında bağlanmış 04 dekabr 2020-ci il tarixli əmək müqaviləsində göstərilənlərə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də Təqsirləndirilən şəxs səlahiyyətlərinin dəqiq müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamış, qeyd edilən təlimatın, habelə onunla Dövlət Müdafiə Fondu arasında bağlanmış əmək müqaviləsinin tələb edilərək tədqiq edilməsini təmin etməmiş və sonuncunu aztəminatlı ailələrə, konkret olaraq isə Şahid2 müavinat təyin etmək səlahiyyətinə malik olmamasına əsaslanaraq onun əməlində rüşvət alma deyil, dələduzluq cinayətinin əlamətlərinin olması barədə nəticəyə gəlmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, bu və ya digər hərəkətin edilməsi müqabilində şəxsə məxsus hər hansı maddi neməti almış vəzifəli şəxsin belə hərəkətlərinin ya rüşvət alma, ya da dələduzluq cinayəti kimi düzgün qiymətləndirilməsi üçün sonuncunun hansı səlahiyyətlərə malik olması, onun etdiyi hərəkətin bu səlahiyyətlərin icrası ilə bağlı olubolmaması mütləq şəkildə müəyyən edilməli və yalnız bundan sonra əməlin hüquqi tövsifi barədə əsaslandırılmış qanuni qərar qəbul olunmalıdır. Apellyasiya icraatına aid olan cinayət işinin materiallarından və apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarından isə həmin məhkəmənin bu tələblərə cavab verməsi görünmür. Bundan başqa, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1 cinayət təqibinin bütün mərhələlərində, o cümlədən apellyasiya şikyətlərinə məhkəmə baxışı iclasında göstərmişdir ki, o, 2020-ci ilin əvvəlində arvadı Şahid2 adına ünvanlı sosial yardım almaq üçün sənədləri hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMFnin Masallı Rayon Şöbəsinə müraciət etmiş, həmin vaxt orada işləyən Təqsirləndirilən şəxs ondan sənədləri alıb ailəsinə ünvanlı sosial yardım düzəldə biləcəyini demiş, lakin ünvanlı sosial yardım təyin olunduqdan sonra 6 ay müddətində karta daxil olan pulu özü götürdükdən sonra kartı ona geri qaytaracağını bildirmiş, əlacsız qalıb onun şərti ilə razılaşmış, mart ayında lazım olan sənədlərin düzəlməsi üçün DSMF-nin Masallı Rayon Şöb əsinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşüb ona 200 manat pul vermişdir. Həmin ilin aprel ayında ailəsinə iki illik ünvanlı sosial yardım təyin olunduqdan sonra arvadı Şahid2 ilə birlikdə 2020-ci ilin may ayında "xxxx"ın Masallı filialından sosial yardım kartını götürüb, yaxınlıqda yerləşən bankomatdan 400 manat pul çıxartmış, iyun ayında istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib arvadı Şahid2 adına olan sosial müavinət kartını və 207 manat pulu rayonda yerləşən ASAN xidmətin yanında görüşərək vermişdir. Bundan sonra oktyabr ayınadək kart Təqsirləndirilən şəxs olmuş, aylıq sosial müavinət pullarını o, özü götürmüşdür. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs geri qaytaranda bildirmişdir ki, 2020-ci ilin sentyabr ayında onlara təyin olunmuş ünvanlı sosial yardım kəsilmiş və buna görə də həmin ay kartdan pul çıxara bilməmişdir. Buna görə o, Təqsirləndirilən şəxs qeyd olunan yolla ələ keçirdiyi pulları ondan geri qaytarmağı tələb etsə də, sonuncu bundan imtina etmiş, buna görə də o, sonuncunun törətdiyi əməllərlə bağlı 06 noyabr 2020-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə zəng edərək məlumat vermişdir. Bundan əlavə Şahid1 ifadəsində orta təhsilli olduğu üçün 2020-ci ilin əvvəllərində arvadı Şahid2 aid sənədləri DSMF-nin Masallı rayon şöbəsində işləyən Təqsirləndirilən şəxs verdiyini, sənədləşmə işlərinin onlar üçün Təqsirləndirilən şəxs tərəfindən aparıldığını, sonuncu tərəfindən onun, yəni Şahid1 arvadı Şahid2 adına olan s osial yardım kartından götürdüyü 650 manat pulu ona geri qaytardığını qeyd edərək hal-hazırda ondan şikayətinin olmadığını bildirmişdir. Əvvəla, həm bu ifadələrdən, həm də Təqsirləndirilən şəxs ifadələrindən onun Şahid1 ona müraciət edərkən hansı məzmunda söhbət etmələri və Təqsirləndirilən şəxs Şahid2 adına olan sənədləri X6dan qəbul edərkən onların xeyrinə hansı hərəkətləri etməyi vəd etməsi, bu hərəkətlərin onun vəzifə səlahiyyətlərinə aid olub-olmamasını, Təqsirləndirilən şəxs sənədləri qəbul etdikdən sonra real olaraq bu sənədlər üzrə hansı əməliyyatlar aparmasını, bu əməliyyatların da onun tutduğu vəzifə üzrə səlahiyyətlərinə aid olub-olmamasını da apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırma materiallarına əsasən müəyyən etmək mümkün olmur və apellyasiya instansiyası məh kəməsi açıq qalmış bu suallara cavab verilməsi üçün lazımi araşdırma aparmamışdır. Bununla yanaşı, işin təkzib edilməz müəyyən olunmuş faktiki halı ondan ibarətdir ki, Şahid2 adına tərtib edilmiş sənədlər və onun adından edilmiş müraciət Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində təsdiq edildikdən sonra 25 aprel 2020-ci il tarixdə ona 2 il müddətində aylıq 207,12 manat məbləğində ünvanlı sosial yardım təyin edilmiş, onun adına "xxxx" ASC-də açılmış **********205834 plastik kart hesabına həmin yardımla əlaqədar müvafiq məbləğlərdə pullar köçürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasya instansiyası məhkəməsi tərəfindən bu hallarla bağlı da heç bir sübut tədqiq edilməmiş, Şahid2 adına olan sənədlərin Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən “Ünvanlı yardım” (VEMTAS) altsisteminə yerləşdirilməsi, habelə Təqsirləndirilən şəxs sonuncuya müavinatın təyin edilməsinə təsir göstərən hansı hərəkətlər etməsi, altsistemdə yerləşdirilmiş məlumatların həqiqətə uyğun olub olmaması, 2020-ci ilin avqust ayından sonra müavinatın veriləməsinin dayandırılması səbəbləri yoxlanılmamış və aydınlaşdırılmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, Təqsirləndirilən şəxs X6ya qarşı törətdiyi əməlini dələduzluq cinayəti kimi qiymətləndirmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bununla bağlı CM-nin 178.2.3-cü maddəsinə (CM-nin 178.1-cimaddəsndə nəzərdə tutulmuş dispozitiv əlamətlərlə birlikdə) istinad etmədən qəbul etdiyi qərarda nəinki törədilmiş cinayəti təsvir etməmiş, həm də həmin cinayətin hans ı üsulla törədilməsini də qeyd etməyərək ümumilikdə məhkəmənin hökmünə bərabər olan apellyasiya instansiyası məhkəməsinin yekun qərarına aid olan və CPM-nin 353-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayət etməmişdir. Halbuki, CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq cinayətinin törədilməsi zamanı şəxs özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirir, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tarixli qərarının 2 və 3-cü bəndəlrində məhkəmələrə izah edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair), həmin cinayətin üsulu kimi etibardan suiistifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından Təqsirləndirilən şəxs bu üsullardan hansından istifadə etməklə dələduzluq cinayətini törətməsi görünmür. B undan başqa, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 29-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-nin maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyrimüəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol ver ilməməlidir. Məsələn, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, (dələduzluq cinayətində olduğu kimi-m.k.) o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs əməlini dələduzluq cinayəti kimi qiymətləndirilməsini məqsədə uyğun hesab edən apellyasiya instansiyası məhkəməsi diqqətin dən qaçırmışdır ki, Təqsirləndirilən şəxs Şahid1 ilə sövdələşərkən təyin olunacaq müavinatın 6 ay müddətinə aid olan hissəsinin ona verilməsini təklif etmiş, lakin müavinatın verilməsi dayandırıldığından, yəni ondan asılı olmayan səbəbə görə istədiyi məbləğdə pulu ələ keçirə bilməmişdir. Məhkəmə isə işin müəyyən olunmuş bu faktiki halına da heç bir qiymət verməmişdir. Yuxarıda sadalananların məcmusundan görünür ki, apellyasiya instansiyası məhkəməsi kifayət etməyən sübutlar əsasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsi ilə bağlı əsassız nəticəyə gəlmiş, bununla bağlı zəruri olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cinayət qanunvericiliyi normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almamış, ümumi şəkildə isə sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Buna görə məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 20 dekabr 2021ci il tarixli qərarı qüvvədə saxlanıla bilməz. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 4 19.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq e dilməsini. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi S.N.Paşayevin, həmin protestin təmin edilməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.2.3-cü maddəsinə tövsif edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-920/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-920/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver