Məhkəmə qərarları › İş №1(102)-920/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-920/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-920/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 müdafiəçisi Zeynalov Orxan Rauf oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 22 aprel 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 125, 182.3.2, 243.1 və 296.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi O.R.Zeynalov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum2, 28 iyul 1978-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllə r məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktik olaraq ünvan 2 ünvanında yaşamış, CM-nin 125, 182.3.2, 243.1 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-nin 125-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə, CM-nin 243.1-ci maddəsi ilə 2 (iki) il müddətə, 296.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 75.1-ci maddəsinə əsasən isə ona qarşı CM-nin 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 CM-nin 182.3.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddlələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özg ənin əmlakını hədə-qorxu ilə tələb etmiş, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, gəlir və ya digər fayda əldə etmək məqsədilə digər şəxsi fahişəliyə cəlb etmiş və şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, Məhkum2 Bakı, Sumqayıt və Xırdalan şəhər sakinləri Şahid6, Şahid7, X20, X13, Şahid15 və şəxsiyyətləri məlum olmayan ayrı-ayrı kişi cinsindən olan şəxslərlə qabaqcadan mükafat barəsində, yəni cinsi əlaqəyə girməyə görə ödəniləcək pulun məbləği barədə razılaşıb, hər dəfəsində minimum 50 manat gəlir əldə etmək məqsədilə həmin şəxslərin 24 avqust 2014-cü il tarixdə saat 23 radələrində, 30 avqust 2014-cü il tarixdə saat 20 radələrində, 01 sentyabr 2014-cü il tarixdə saat 22 radələrində, 16 sentyabr 2014-cü il tarixdə saat 20 radələrində, 23 avqust 2015-ci il tarixdə saat 11-14 radələrində, 01 sentyabr 2015-ci il tarixdə saat 22 radələrində, 24 sentyabr 2015-ci il tarixdə saat 11 radələrində, 10 oktyabr 2015-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən «Clear» otelində, 19-21 avqust 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Kotam kəndində və 2014-cü ilin avqust ayından 2016cı ilin yanvar ayınadək olan müddət ərzində dəqiqləşdirilməsi mümkün olmayan digər günlərdə mütəmadi olaraq Bakı şəhəri ərazisində naməlum ünvanlarda yerləşən iaşə obyektlərində Zərərçəkmiş şəxs5 və 28 may 2014-cü il tarixdə saat 14-17 radələrində, 07 avqust 2015-ci il tarixdə 01 radələrində, 14 avqust 2015-ci il tarixdə saat 19-21 radələrində, 23 avqust 2015-ci il tarixdə saat 11 radələrində, 01 se ntyabr 2015-ci il tarixdə saat 22 radələrində, 10 oktyabr 2015-ci il tarixdə saat 23 radələrində, 16 oktyabr 2015-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən «Clear» otelində, 19-21 avqust 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Kotam kəndində və 2012-ci ilin ortalarından 2017-ci ilin iyul ayınadək olan müddət ərzində dəqiqləşdirilməsi mümkün olmayan digər günlərdə mütəmadi olaraq Bakı şəhəri ərazisində yerləşən naməlum ünvanlarda yerləşən iaşə obyektlərində Zərərçəkmiş şəxs6 ilə cinsi əlaqəyə girmələrini təşkil edərək, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, 2017-ci ilin yay aylarında tanış olub 7 ay ərzində intim münasibətdə olduğu Zərərçəkmiş şəxs2 ona olan sevgi hissi və yaxın ətrafı arasında nüfuzdan salıcı əməl kimi qiymətləndirilən seksual xarakterli hərəkətləri ilə əlaqədar ondan sair cəhətdən asılılığının yaranmasından istifadə edərək münasibətdə olduqları müddət ərzində, sonuncunun «Facebook» və «WhatsApp» sosial şəbəkələrində adına qeydiyyatdan keçirilmiş səhifələrə giriş kodlarını ələ keçirib yenisi ilə əvəz etməklə Zərərçəkmiş şəxs2 özünə və ailə üzvlərinə məxsus məlumatları, fotoşəkilləri əldə etdikdən, habelə Zərərçəkmiş şəxs2 ona qarşı seksual xarakterli hərəkət-kunilinqus etməsinin videoçəkilişini apardıqdan sonra, 2017-ci ilin dekabr ayının son günlərindən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində sonuncu ilə amansız rəftar edərək birlikdə çəkilmiş fotoşəkillərini həmin «Facebook» səhifəsinin profilində paylaşmaqla, Zərərçəkmiş şəxs2 ailə münasibətlərinin pozulması na səbəb ola biləcək məzmunda, həmçinin «Bəxtiyar ya mənim olacaq, ya da qara torpağın» məzmunlu arvadı Şahid17 «WhatsApp» sosial şəbəkəsi vasitəsilə mesajlar yazmaqla, arvadı Şahid17 və övladlarına məxsus fotoşəkilləri dostlarına göstərməklə Zərərçəkmiş şəxs2 mütəmadi olaraq ləyaqətini alçaltmış, həmçinin mənəviyyatdan və insanlıqdan kənar hərəkətlər edib sonuncudan ailəsini, övladlarını və valideynlərini atıb onunla birlikdə yaşamasını tələb edərək, əks təqdirdə əldə etdiyi digər fotoşəkilləri və seksual xarakterli hərəkətlərini əks etdirən videogörüntüləri sosial şəbəkələr vasitəsilə yayıb rüsvay edəcəyi ilə hədə-qorxu gəlmiş və əvvəllər intim münasibətdə olduğu, cinayətkar aləmə meylli Məhkum1 ilə əlbir olaraq, sonuncunun vasitəsilə seksual xarakterli hərəkətlərini əks etdirən videogör üntülərin və ailə üzvlərinə məxsus digər fotoşəkillərin yayılmaması müqabilində hədə-qorxu ilə 100.000 (yüz min) manat məbləğində pul tələb etməklə Zərərçəkmiş şəxs2 özünü öldürmə həddinə çatdırmış, nəticədə sonuncu, 27 mart 2018-ci il tarixdə saat 02 radələrində müvəqqəti yaşadığı əmisi Şahid20 məxsus ünvan 2in eyvan hissəsindən boyun nahiyəsindən iplə özünü asaraq boyun nahiyəsində çəp, açıq, bir qat stranqulyasiya şırımı xəsarəti kimi ölümünə səbəb olan boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya nəticəsində ölmüşdür. Bundan başqa, Məhkum2 rayon ərazisində yaşayan imkanlı şəxsləri zor tətbiq etmə hədəsi ilə, ailəli qadın və kişiləri seksual xarakterli məlumatlarla şantaj edib gəlir əldə etmək kimi cinayətkar əməllərlə məşğul olan, uzun müddət onunla inti m münasibətdə olmuş cinayətkar aləmə meylli tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əslən Şamaxı rayonundan olmaqla Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olan imkanlı ailənin üzvü Zərərçəkmiş şəxs2 külli miqdarda əmlakını əldə etmək məqsədilə, əvvəlcədən planlı şəkildə sonuncu ilə Məhkum1 vasitəsilə tanış olduqdan sonra münasibətdə olduqları müddət ərzində Zərərçəkmiş şəxs2 ona seksual xarakterli hərəkət-kunilinqus etməsinin videoçəkilişini apardıqdan sonra, həmin görüntüləri Məhkum1 verdiyini Zərərçəkmiş şəxs2 bildirməklə hədə-qorxu gəlmiş, bundan sonra Məhkum1 2018-ci ilin mart ayının ortalarından etibarən barəsində ayrıca icraata cinayət işi ayrılmış qeyrisi ilə və cinayətkar aləmə meylli olmaqla şəxsiyyətləri məlum olmayan təxminən 15 nəfərdən ibarət yaxın ətrafının yekun nəticəyə gəlinmiş sözünü 12 mart 2018ci il tarixdən 19 mart 2018-ci il tarixədək olan dövr ərzində mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs2 çatdıraraq, 2017-ci ilin oktyabr ayında Bakı şəhər sakini X9 kunilinqus etməsini təsdiq edən mobil telefon vasitəsilə qeydə alınmış səs yazısını yaxın ətrafları arasında yayıb onu nüfuzdan salması və biabır etməsini bəhanə edib, Zərərçəkmiş şəxs2 X9ya kunilinqus etməsini sübuta yetirməyi tələb etmiş, əks təqdirdə Məhkum2 kunilinqus etməsi ilə bağlı əldə etdiyi videogörüntülərin yayılmaması müqabilində ondan hədə-qorxu ilə 100.000 (yüz min) manat məbləğində pul tələb etmiş, verməyəcəyi təqdirdə görüntülərin yayılacağı və atası X4 öldürüləcəyi ilə hədələmiş, 23 mart 2018-ci il tarixdə axşam saat 19 radələrində naməlum şəxslərlə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən «Şamaxı» restoranında Zərərçəkmiş şəxs2 ilə görüşüb ondan 30.000 (otuz min) manat məbləğində pul alaraq yaxın günlər ərzində qalan 70.000 (yetmiş min) manat məbləğində pulu verməsini hədə-qorxu ilə tələb etmiş, 25 mart 2018-ci il tarixdə saat 22:30 radələrində Şahid20 məxsus ünvan 2 fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 ilə bir daha görüşərək 70.000 (yetmiş min) manat məbləğində pulun 27 mart 2018-ci il tarixədək verilməsi üçün müddət təyin etmiş, əks təqdirdə qeyd olunan görüntülərin yayılacağı və atası X4un öldürüləcəyi ilə ona yenidən hədə-qorxu gəlmişdir. Bundan başqa, Məhkum2 naməlum mənbədən, məlum olmayan vaxtda və şəraitdə ümumi uzunluğu 600 mm olmaqla, metal boru formasında 235 mm uzunluğunda, 30 mm diametrində dəstək hissədən və bir-birinin d axilinə keçən üç ədəd metal hissədən ibarət qara rəngli kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan dəyənək tipli predmeti qanunsuz olaraq əldə edib 2018-ci ilin iyul ayının son günlərinədək üzərində və istifadəsində olan avtomobilində gəzdirməklə yaşadığı evdə saxlamış, 04 avqust 2018-ci il tarixdə saat 18:05 dəqiqədən 20:25 dəqiqəyədək olan müddət ərzində ünvan 7 ünvanında aparılan axtarış zamanı evin yataq otağında olan dolabın daxılından qeyd olunan dəyənək aşkar olunmaqla götürülmüşdür. Bundan əlavə, Məhkum2 02 sentyabr 2013-cü il tarixdə saat 19:10-da Bakı-QubaDağıstan sərhəddi yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrliyində idarə etdiyi «BMW» markalı **-VZ-*** qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keç ən piyada - 1965-ci il təvəllüdlü X10 vurub, sonuncuya az ağır bədən xəsarəti yetirməsi faktına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində aparılan araşdırmanın nəticəsi olaraq yol-nəqliyyat hadisəsi ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2013-cü il tarixli 16445 nömrəli ekspert rəyinə əsasən əməlində cinayət tərkibinin olmamasına görə cinayət məsuliyyətinə cəlb olunmadığını aşkar surətdə bildiyi halda, 16 avqust 2019-cu il tarixli ərizəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin ərizəsində, 16 avqust 2019-cu il tarixli üzləşdirmə protokolunda və 29 avqust 2019-cu il tarixli dindirmə protokolu nda yuxarıda qeyd olunan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertiza qərarının icrası ilə əlaqədar Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin Abşeron rayon şöbəsində məhkəmə-tibb eksperti işləmiş, hazırda Birliyin Nərimanov rayon şöbəsində eyni vəzifədə işləyən Zərərçəkmiş şəxs7 ondan 400 (dörd yüz) manat məbləğində rüşvət alaraq zərərçəkmiş şəxs X10un xəsarətlərini yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirdiyini və onun cinayət məsuliyyətindən kənar qalmasına şərait yaratdığını göstərməklə, yalan olduğunu bilə-bilə Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunan həmin Məcəllənin 311.2-ci maddəsində nəzərdə tutulmuş «Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hə rəkətsizliyə) görə rüşvət alma» cinayətini törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Hökmdən Məhkum2 və onun müdafiəçisi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən ayrı-ayrılıqda və Məhkum1 müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 18 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından müdafiəçi O.R.Zeynalov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək Məhkum2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası CM-nin və Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, iş üzrə qəbul edilmiş yekun məhkəm aktları ilə müəyyən olunan işin faktiki hallarına, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasnda araşdırılmış bir çox sübutlara istinad edərək həmin faktiki halları mübahisələndirən müdafiəçi O.R.Zeynalov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 125, 144-146 və 223.1-ci maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlar hərtərəfli, tam və obyektiv yoxlanılmamış, sübutlar həm ayrı-ayr ılıqda, həm də məcmu üzrə müqayisəli qaydada təhlil olunub qiymətləndirilməmiş və Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi ehtimallarla əsaslanmışdır. Məhkum2 elan olunmuş həmin ittiham üzrə tərtib olunmuş ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar və təqsirləndirilən səxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin təkzib edilməsinə dair toplanmış sübutların şərh edilməsinə dair tələblərdən olduqca uzaq olmaqla həmin ittiham hökmdə də eyni cür təsvir edilmiş, halbuki Məhkum2 Zərərçəkmiş şəxs2 və Məhkum1la intim əlaqələrini təsdiq edən, sonuncu ilə birləşib Zərərçəkmiş şəxs2 külli miqdarda pul tələb etməsi və bununla onu özünü öldürmə həddinə çatdırmasına dair heç bir mötəbər sübbutlar əldə olunmamış, məhkəmələrin həmin ittiham üzrə gəldikləri nəticələri isə yalnız ehtimallar üzərində qurulmuşdur. Belə ki, təqsirləndirilən Məhkum2 ibtidai istinaq zamanı olduğu kimi məhkəmə iclasında da ardıcıl olaraq elan olunmuş ittiham üzrə özünü heç vaxt təqsirli bilməyib eyni məzmunda ifadələr vermiş və hər hansı cinayət əməlini törətmədiyini bildirmişdir. Buna baxmayaraq, ibtidai araşdırma orqanı Məhkum2 elan olunmuş ittiham başqa tutarlı sübut əldə edə bilmədiyi üçün CPM-nin 126.6-ci maddəsinin və 138.2-ci maddəsinin tələblərini pozaraq sanki hüquqlarını müdafiə etdiyi Məhkum2 çoxsaylı dindirmələrlə çaşdırıb dolaşdıraraq təqsirləndirildiyi əməllər üzrə sonuncudan etirafedici ifadələr alınması istiqamətində hərəkətlər edərək və sübut etmə prinsipini pozaraq bu təqsirləndir ilən şəxsin təqsirlilik məsələsinin həllini onun öz üzərinə qoymuşdur. Bundan başqa, iş materialları ilə mübahisəsiz müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 hər hansı bir cəhətdən, yəni maddi, xidməti və sair cəhətdən Məhkum2 asılı olmamış, özünün biznesi olmuş və özü istədiyi həyat tərzi keçirmişdir. Hüquqlarını müdafiə etdiyi Məhkum2 zərərçəkmiş şəxs barəsində hər hansı bir rüsvayedici məlumat yaymamış və belə məlumat yaymaq üçün zərərçəkmiş haqqında hər hansı bir rüsvayedici məlumat toplamaq təşəbbüsündə olmamış, bunun üçün isə Məhkum2 sərəncamında heç bir məlumat olmamış, bu faktı təsdiq edən sübuta nə ittiham aktında, nə də ki, hökmdə istinad edilməmişdir. İbtidai istintaq orqanı Məhkum2 belə bir çılpaq, heç bir mötəbər sübutlara əsaslanmayan ittiham elan etdiyi halda maddi, x idməti və sair asılılığın konkret olaraq nədən ibarət olduğunu təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında və məhkəməyə təqdim olunmuş ittiham aktında açıqlamamış, birinci və apellyasiya instansiya məhkəmələri də bütün şərh olunan sübutların üstündən keçərək onları qanunun tələbinə uyğun təhlil edib qiymətləndirmədən ittiham aktını təkrarlamaqla kifayətlənmişlər. Daha sonra müdafiəçi O.R.Zeynalov kassasiya şikayətində bir sıra sübutları təsvir edərək Məhkum2 hazırki cinayət işi üzrə istintaq zamanı ərizə verərək guya ondan məhkəmə-tibb ekspertizasının onun avtomaşınla xəsarət yetirdiyi şəxsə yetirilmiş xəsarətlərin cinayət məsuliyyətinə səbəb olmayan yüngül dərəcəli bədən xəsarətləri almaq üçün həmin ekspertizanı keçirən Zərərçəkmiş şəxs7 400 manat rüşvət vermədiyi halda, bunun əksi nə olaraq verdiyini bildirib bilə-bilə vəzifəli şəxs kimi sonuncunu rüşvət alma cinayətini törətməklə bağlı yalan xəbərçilik etməsi əməlini törətməsi epizodu üzrə verdiyi ifadələrinin birbaşa və dolayı sübutlarla təsdiq edilməsinə baxmayaraq, ibtidai araşdırma orqanı qeyriobyektiv istintaq nəticəsində Məhkum2 bu hərəkətlərini qanunsuz və əsassız olaraq biləbilə yalan xəbərçilik kimi qiymətləndirmiş, ibtidai araşdırma və biinci instansiyası məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs7 ifadələrinə hüquqi qiymət vermədən mötəbər sübut kimi ittihamın əsası kimi qəbul etmişdir. Halbuki, Zərərçəkmiş şəxs7 ifadələrindən görünür ki, onun Məhkum2 haqqında verdiyi məlumatlar böhtan xarakteri daşıyır və sonuncunun bilə-bilə yalan xəbərçilik etməsi toplanmış və araşdırılmış süb utlarla təsdiq olunmur. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum2 CMnin 243.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə zərər çəkmiş şəxslərin ifadələrindən görünür ki, onlar hər hansı şəxslə cinsi əlaqəyə girmək üçün əldə etdikləri pulun bir hissəsini Məhkum2 vermələri barədə onunla razılıq əldə etməmiş, sonuncu onları fahişəliklə məşğul olmağa təhrik edən, yaxud belə meyil yaradan hərəkətlər etməmişdr. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 bu əməli də törətməsinə dair elan olunmuş ittihamda işin bu hallarının nəzərə alınmamasına diqqət yetirilməmiş, məhkum olunmuş şəxsin hansı məbləğdə gəlir əldə etdiyi aydınlaşdırılmamış, onun CM- nin 243-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi halda, işin bu hallarına da heç bir əhəmiyyət verilməmişdir. Hüquqlarını müdafiə etdiyim şəxsə qarşı qeyd edilən maddələrlə yanaşı, CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirli bilinməsini mübahisələndirən kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, Məhkum2 digər təqsirləndirilən şəxs Məhkum1la və qeyriləri ilə cinayət əlaqəsinə girib əlbir olaraq barəsində rüsvayedici məlumatların yayılması ilə hədə-qorxu gəlməklə Zərərçəkmiş şəxs2 30.000 manat məbləğində pulun ələ keçirilməsi üçün heç bir hərəkət etməmiş, ona qarşı bu epizod üzrə irəli sürülmüş ittiham isə onun verdiyi ifadələrindəki məlumata əsaslanmış, lakin elə ibtidai araşdırma zamanı bu ifadələrindən imtina etmiş, məhkəmə iclasında isə hədə-qorxu ilə tələb etmə cinayətini də törətmədiyini bildirmişdir. Müdafiəçinin qənaətinə görə, hüquqlarını müd afiə etdiyi şəxsin sonrakı ifadələri onunla təsdiq olunur ki, Məhkum2 ilə Məhkum1 arasında sonuncu görüş Məhkum1 inadı ilə 2018-ci ilin yanvar ayının ortalarında Şamaxı səhərində olarkən bas tutmuş, bundan sonra isə onların əlaqələri tamamilə kəsilmiş və hətta onlar arasında telefon əlaqələri də olmamışdır. Bu hal isə Məhkum2 ilə Məhkum1 telefon danışıqlarının çıxarışlarına keçirilmiş baxış protokolları ilə də təsdiq olunur. İşin yuxarıdakı halları Məhkum2 hər hansı bir cinayət məqsədi ilə Məhkum1la əlbirliyini istisna etdiyi halda, işdəki bu sübutlara heç bir əhəmiyyət verilməmişdir. Bu sübutları əvvəl mötəbər sübut kimi qəbul edib Məhkum2 əməllərini CM-nin 125, 182.2.2, 177.2.3. 228.4 və 243.1-ci maddələrindən həmin Məcəllənin 125 və 228.4-cü maddələrinə tövsif edən ibtidai araşdırma orq anı sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri 01 iyul 2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək həbsdən buraxıldıqdan sonra əlavə sübutlar toplamadan 11 sentyabr 2019-cu il tarixdə ittihamın digər maddələri ilə yanaşı yenidən Məhkum2 qarşı CM-nin 182.3.2 maddəsi ilə də ittiham irəli sürmüş, işə baxan məhkəmələr isə bu halı da nəzərə almamışlar. Qeyd olunanlara əsaslanaraq müdafiəçi O.R.Zeynalov onun kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və mü ddətdə məlumatlandırılmış, lakin Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və zərər çəkmiş şəxsin hüquqi varisi Şahid30 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq müdafiəçi O.R.Zeynalovun və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə Məhkum2, zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Xnin, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və zərər çəkmiş şəxsin hüquqi varisi Şahid30 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsa sən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi O.R.Zeynalovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və Məhkum2 təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq təqsirli bilinib məhkum olunmuşdur. Bununla da, müdafiəçi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi O.R.Zeynalovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı Məhkum2 barəsindəki cinayət işinin materiallarını, o cüm lədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarının qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxa rılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilm iş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bun dan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə sinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunaraq sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırı lmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi halları nda məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşka rlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövl ət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilmə z. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət p rosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüqu q normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum2 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə qismən məhkəmə istintaqı aparmaqla həmin məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkumun müdafiəçisi O.R.Zeynalovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsi nin qərarının sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi, habelə məhkumun ona istinad olunan əməlləri törətməsinin sübuta yetirilməməsi, həmin qərarın ləğv edilməsini və Məhkum2 bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilm iş sübutlarla, yəni Məhkum2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, birinci instansiya məhkəməsində dindirilmiş hazırki iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X5, adları yuxarıda göstərilən zərər çəkmiş şəxslərin, çoxsaylı şahidlərin ifadələri ilə, məhkəmə-kompütertexniki ekspertizasının 06 aprel 2018-ci il tarixli 7774 saylı və 01 iyun 2018-ci il tarixli 7774 saylı rəyləri ilə, zəruri istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və sübut əhəmiyyətli bir çox sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməm iş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum2 ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş Zərərçəkmiş şəxs2 oğlunu onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, gəlir və ya digər fayda əldə etmək məqsədilə hazırki iş üzrə zrərçəkmişləri fahişəliyə cəlb etmiş və Zərərçəkmiş şəxs7 ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xə bərçilik etmişdir. Birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının təsviri-əsaslandırıcı hissələrin və hazırki qərarın “İşin halları” ətraflı təsvir edilmiş işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırki qərarda təsvir edil məsinə ehtiyac görmür. İş materiallarından göründüyü kimi, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, müdafiəçi O.R.Zeynalovun kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum2 təqsirli olması hissəsində yekun məhkə mə aktlarnın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahi dləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq məhkəmələr Məhkum2 məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında mülahizələrə deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış, bu aktlar qəbul edilərkən isə yolverilməz sübutlardan istifadə olunmamış, yəni nəticə etibarı ilə məhkəmələr prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmişlər. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri d igərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, süb utetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşya ların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görə aşağı dakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yara nma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəx slərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapm ışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci madd əsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkre t sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, istər Məhkum2, istərsə də iş üzrə məhkum olunmuş digər şəxsin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, həmin ifadələr iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq Məhkum2 məhkəmə iclaslarında verdiyim ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədilə verlmiş i fadələr kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına araşdırdıqları və qiymət verdikləri başqa sübutları qoymuş, bu sübutların əsasında da sonuncunun CM-nin 125, 182.3.2, 243.1 və 296.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, müdafiəçi O.R.Zeynalovun kassasiya şikayətində göstərdiyi dəlillər və irəli sürdüyü tələb eyni ilə birinci instansiyası məhkəməsinin hökmündən Məhkum2 və onun digər müdafiəçisi R.M.Məmmədova tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində əksini tapmış və apellyasiya instansiyası məhkəməsi həmin şikayətlərə qismən məhkəmə istintaqı aparılmaqla baxaraq irəli sürülmüş bütün dəlill ərə və tələbə əsaslandırılmış şəkildə, qanunvericiliyin tələblərinə əsaslanmaqla cavab vermiş, göstərilən şikayətlər üzrə gəldiyi nəticəni isə qəbul etdiyi yekun qərarında ətraflı şərh etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikaytlərinin cavablandırılması, sübutlara isə qanuna müvafiq qaydada qiymətləndirilməsi ilə tam razılaşır və həmin məhkəmənin qərarında göstərdiyi halların, istinad etdiyi normaların bir daha hazırki qərarda təkrlanmasına lüzum görmür. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 müdafiəçisi O.R.Zeynalovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Beləliklə, təsvir olunan lardan görünür ki, müdafiəçi O.R.Zeynalovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum2 müdafiəçisi O.R.Zeynalovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum2 CM-nin 125, 182.3.2, 243.1 və 296.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı adı çəkilən məhkuma aid olan hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Məhkum2 müdafiəçisi Zeynalov Orxan Rauf oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 182.3.2, 243.1 və 296.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı ona aid olan hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar