Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-920/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi) Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının 28 noyabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və həm onun, həm də zərərçəkmişin nümayəndəsi Əliyev Elnur Eldar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Cəfərli Orxan Nazim oğlu) Məhkum, xx xxx 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-ci küçə ünvansız fərdi yaşayış evində yaşamış, CM-in 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 14 yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Belə ki, o, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan müddət ərzində qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşadığı X1 ünvan 3 ünvanında yerləşən evində 4 avqust 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir yerdə olan vaxt öz cinsiyyət orqanını öpdürmüş, həmçinin bundan başqa barmaqları ilə onun arxa keçəcəyini sürtərək 14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçiləri Osmanov Elxan Osman oğlu və İskəndərov Fuad İnqlab oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi) Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) həmin şikayətlərə ilkin baxış iclasının 28 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, Məhkum barəsindəki həmin hökm və cinayət işi üzrə hazırlıq iclasının 13 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət iş i birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının 28 noyabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və həm onun, həm də zərərçəkmişin nümayəndəsi E.E.Əliyev birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 51.6-1 və 392.3-cü maddələrinə istinad Qanuni nümayəndə və onun nümayəndəsi E.E.Əliyev birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iclaslarının audioyazısı aparılmadığına görə müdafiə tərəfinin ap ellyasiya şikayətlərində bununla bağlı ifadələrin təhrif olunması barədə dəlillərin irəli sürülməsi sadəcə müdafiə tərəfinin müdafiə taktikasıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkən şəxsin ifadələri məhkəmə iclası protokolunda öz əksini tapmış, həmçinin cinayət işinin materiallarında olan digər sübutlar da məhkəmə tərəfindən tədqiq edilmişdir. Kassasiya şikayəti müəlliflərinin mövqeyinə görə, birinci instansiya məhkəməsində audioyazının aparılmamasını müəyyən edən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərində göstərilən dəlillərin yoxlanılması üçün özü də işə məhkəmə istintaqı aparılmaqla baxılmasını təmin edə bilərdi və belə olan halda hökmün ləğv edilməsi və işin hazırlıq iclası mərhələsinə qaytarılması üçün zərurət olmamışdır. Lakin, apell yasiya instansiyası hazırda kassasiya qaydasında mübahisələndirilən qərarı qəbul etməklə süründürməçiliyə şərait yaratmış və nəzərə almamışdır ki, bu hal məhkəmənin yerləşdiyi yerdən 400 km aralıda yaşayan 14 yaşına çatmamış zərərçəkmiş şəxsin məhkəməyə gedib-gəlməsi üçün çətinlik yaradır və onun psixoloji durumuna da mənfi təsir göstərir. Qeyd olunanlara əsaslanaraq zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi E.E.Əliyev onların kassasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, Zərər çəkmiş şəxs və onun, habelə Qanuni nümayəndə nümayəndəsi E.E.Əliyev isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, Zərərçəkmiş şəxs və onun, habelə Qanuni nümayəndə nümayəndəsi E.E.Əliyevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya ins tansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətin in ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları ar aşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Təsvir edilən tələblərdən çıxış edən və kassasiya şikayətinin dəlilllərinə cavab vermək üçün cinayət işinin materiallarını öyrənən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, həmin materiallara görə, Məhkum barəsindəki Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçiləri E.O.Osmanov və və F.İ.İskəndərov ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişlə r. Bu tələbi irəli sürərkən isə müdafiəçilər əsasən ona istinad etmişlər ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunda təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri təhrif olunmuş, hökmdə də məhkəmə təhrif olunmuş ifadələrə əsaslanaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda onun barəsində əsassız və qanunsuz ittiham hökmü çıxarmışdır. Qeyd olunan şikayətlərə 24 oktyabr 2023-cü il tarixdə keçirilən ilki baxış iclasında Alıkişiyev Rəşad Nizami oğlu şifahi vəsatət qaldıraraq cinayət işində birinci instansiya məhkəməsinin məhkəmə iclasının aparılmasını əks etdirən audioyazının olmadığını bildirmiş və bu səbəbdən CPM-in 391.6 və 391.7-ci maddələrinin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Bu vəsatəti müzakirə edərkən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası müəyyən etmişdir ki, həqiqətən birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən audioyazının aparılmasına dair CD disk həqiqətən işə əlavə edilməmişdir və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli qərarla CPM-in 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gün müddət müəyyən edilməklə iş materialları birinci instansiya məhkəməsinə qaytarmışdır. Həmin qərarı qəbul edərkən isə məhkəmə aşağıdakı prosessual hüquq normalarına əsaslanmışdır. Belə ki, CPM-in 51.6-1-ci maddəsinə əsasən, məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştir ak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. CPM-in 391.6.4-cü maddəsinin tələbinə görə, cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadıqda apellyasiya instansiyası məhkəməsi cinayət işinin, mə hkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: CPM-in 391.7.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 391.6-cı (o cümlədən 391.6.4-cü – m.k.) maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə göndərir. Lakin, Gəncə Şəhər Məhkəməsi tərəfindən cinayət işinin materialları imperativ normalar olan CPM-in 51.6-1 və 391.6.4-cü maddələrində nəzərdə tutulmuş tələbl ər yerinə yetirilmədən Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarılmış, bunun səbəbi kimi isə Gəncə Şəhər Məhkəməsində 1 sentyabr 2023-cü il tarixədək məhkəmə iclaslarının audiovideo çəkilişlərinin aparılmadığı, yalnız həmin tarixdən sonra bunun edilməsi göstərilmişdir. Belə olan halda apellyasiya şikayətlərinə növbəti ilkin baxış iclasında Məhkum müdafiəçiləri 12 sentyabr 2023-cü il tarixli hökmün ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmiş, öz xahişlərini isə belə əsaslandırmışlar ki, işə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfi olaraq iş üzrə zərərçəkmiş şəxsin anasının – X1 dindirilməsi barədə vəsatət qaldırsalar da, onların vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. Halbuki, Zərərçəkmiş şəxs daim anasının yanında olmuş və Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən əməlin törədildiyi halda o, ilk növbədə anasına bu barədə bildirmək imkanına malik olmuşdur. Həmçinin məhkəmə baxışı iclasında ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş psixoloqların heç biri həmin mərhələdə verdikləri ifadələri təsdiq etməmiş və buna baxmayaraq, məhkəmə öz hökmünə onların ifadələrini ittiham aktında olduğu kimi köçürmüşdür. Həmçinin, Müdafiəçi5 da əlavə olaraq bildirmişdir iki, işin zəruri halları işə birinci instansiya məhkəməsində baxılarkən hakim tərəfindən tədqiq edilməmiş, Məhkum təqsirliliyini təsdiq edən sübutlar isə məhkəmə iclasında əldə olunmamış, məhkəmə iclasının audioyazısı cinayət işinə əlavə edilməmişdir. Bütün göstərdikləri əsaslara görə, müdafiəçilər hökmün ləğv edil məsini və işə yenidən birinci instansiya məhkəməsində baxılması üçün həmin işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi müdafiəçilərin vəsatətləri ilə bağlı ittiham tərəfinin də rəyini öyrənərək hazırda kassasiya qaydasında mübahisələndirən qərarı qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu qərar həm iş üzrə müəyyən olunmuş hallara, həm də cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarına uyğundur. Belə ki, iş materiallarında birinci instansiya məhkəməsində işə baxılması zamanı audioyazının aparılmasını özündə əks etdirən hər hansı elektron daşıyıcının olmaması müəyyən edilmiş və məhz bu hala görə apellyasiya instansiyası məhkəməsi, qanunvericiliyin tələb etdiyi kimi, ilk növbədə bu pozuntunun aradan qaldırılması üçün lazımi imkan yaratmış, lakin həmin pozuntu aradan qaldırılmadığına görə məhkəmənin çıxardığı hökmün ləğv edilməsini və işə hazırlıq iclasında yenidən baxılması üçün həmin işi birinci instansiya məhkəməsinə qaytarılmasını həm əsaslı, həm də qanuni hesab etmiş, özünün isə belə vəziyyətdə apellyasiya şikayətlərinə tam və ya qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını mümkün bilməmiş, nəticə etibarı ilə isə onun qəbul etdiyi 28 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsinə əsas ola bilən heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, CPM-in 391.2 və 391.2.5-ci maddələrinə əsasən, ilkin baxış iclasında apellyasiya instansiyası məhkəməsi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində ic raat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilibverilmədiyini araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi ilkin baxış iclasında xüsusilə vurğulamışdır ki, cinayət işi üzrə birinci instansiya məhkəməsində dindirilmiş şəxslərin, xüsusilə psixoloqların ifadələri təhrif olunmuş, onların ifadələri ittiham aktında olduğu kimi köçürülmüşdür. Qeyd edilən dəlillərin doğruluğunun apellyasiya baxışında araşdırılması məqsədilə cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, həqiqətən birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə iclaslarının audioyazısı aparılmamış, bunun mümkünsüz olması barədə isə məhkəmə iclasının protokolunda heç bir qeyd yoxdur və yalnız tərtib edilmiş 7 noyabr 2023-cü il tarixli aktda məhkəmə iclaslarının audio-video yazısının 1 sentyabr 2023-cü il tarixdən aparılması göstərilmişdir. Lakin cinayət işinin materiallarına 1 sentyabr 2023-cü il tarixədək məhkəmə iclaslarının audio-video yazısının aparılmamasının səbəbləri barədə heç bir mötəbər sənəd əlavə edilməmiş, hərçənd Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 iyun 2023-cü il tarixli məlumatından görünür ki, həmin tarixdən “Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqi yekunlaşmışdır. Bundan başqa qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi öz aktında məhkəmə iclaslarının audio-video yazısının 1 sentyabr 2023-cü il tarixədək də məhkəmə iclasları keçirilmiş, şahidlər Şahid3, Şahid4 və Şahid5 həmin iclaslarda dindirilmiş, daha sonra işdə olan sənədlər tədqiq olunmuş, məhkəmə çıxışları keçirilmiş və Məhkum məh kəməyə son sözlə müraciət etmişdir. Lakin, hərəkətləri özündə əks etdirən audioyazının aparılması məhkəmə tərəfindən təmin olunmamış və belə yazı olan elektron daşıyıcı bunun üçün 10 (on) gün müddət müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş, yəni CPM-in 391.6.4-cü maddəsində nəzərdə tutulmuş pozuntunu aradan qaldırmamışdır. CMP-in 391.8.2-ci maddəsində isə mütləq norma kimi müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini, o cümlədən CPM-in 391.6.4-cü maddəsində nəzərdə tutulmuş pozuntunu aradan qaldırmadıqda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qa ytarılması haqqında qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda təsvir olunmuş hallarına və cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə və həm zərərçəkmişin, həm də onun nümayəndəsi E.E.Əliyevin birgə verdikləri kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Qanuni nümayəndə, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını di nləyərək kassasiya şikayətinin təmin edilməməsini, Məhkum CM-nin 153.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının 28 noyabr 2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının 28 noyabr 2023-cü il tarixli qərarı də
Məhkəmə qərarları › İş №1(102)-920/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-920/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver