Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-920/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim Vüsalə Qasımova) 26 sentyabr 2024-cü il tarixli 1(067)-146/2024 nömrəli hökmü ilə 24 avqust 1993-cü ildə Qusar rayonunun Atluxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə fərdi əməklə məşğul olmuş, evli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, S.Xatun küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaç əkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsalı olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomatı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd avtomat darağını, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş a təş üçün yararlı 5,45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 28 ədəd patronları qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə özünə məxsus idarə etdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilinin arxa yük yerində saxlamaqla Xaçmaz rayonu, XaçmazQuba yolunun 1-ci kilometrliyində “Avtomobil Ehtiyat Hissələri” mağazasının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 04 iyun 2024-cü il tarixdə, saat 12:45-də yuxarıda qeyd edilən ünvanda özünə məxsus idarə etdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin yanı nda saxlanılaraq avtomobillə birlikdə Xaçmaz RPŞ-yə gətirilmiş və orada həmin gün saat 15:25-dən etibarən avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən onun qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsalı olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomatı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd avtomat darağını, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı 5,45x39 mm k alibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 28 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmmədli Rzayev və Elman Rəhimov) 20 noyabr 2024-cü il tarixli, 1(105)-763/2024 nömrəli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1(067)146/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya məhkəməsinin 1(105)-763/2024 saylı, 20 noyabr 11.2024-cü il tarixli qərarını ləğv edərək, Məhkum maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin göstərilən hökmü ədalətsizdir. Belə ki, məhkəmə hökmünə nəzər yetirilsə məhkəmə hökmünün əsaslandırma hissəsində demək olar ki, ancaq təqsirləndirilən şəxsin müsbət və yüngülləşdirici halları göstərilmiş, lakin cəza təyin edilərkən həmin əsaslanan yüngülləşdirici və müsbət halları nəzərə alınmadan Məhkum maddənin sanskiyasında nəzərdə tutulan ən yuxarı həddə yaxın ağır cəza təyin edilmişdir. Məhkum himayəsində azyaşlı uşaqların olması,(uşaqlarından biri ağır şəkər xəstəsidir) əməlini səmimi etiraf etməsi, hər hansı ictimai təhlükəli niyyətinin olmaması nəzərə alınmamış, cinayətin residivi olan şəxslərə belə veril məyən ən sərt cəza təyin edilmişdir. Bildiyimiz kimi cinayət qanunvericiliyində xüsusi təhlükəli residivə maksimumum cəzanın ¾ hissəsindən az olmamaq şərti ilə cəza təyin edilir. Məhkum heç bir cinayətin residivi olmamasına, bu qədər yüngülləşdirici hallarının olmasına baxmayaraq ona demək olar ki, xüsusi təhlükəli residivə təyin edilə biləcək həddən də artıq cəza təyin edilmişdir. Hesab edir ki, təyin edilən cəza onun şəxsiyyətinə uyğun deyil. Məhkum Xaçmaz rayonun gənclərinə sərbəst güləş idman növündən hazırlıqlar keçir və Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə öz tövhəsini verən vətəndaşlardandır. Məhkum himayəsində iki azyaşlı övladı var. Övladlarından biri isə ağır şəkər xəstəsidir. Cinayət qanunvericiliyində cəzanın məqsədi şəxsin islah olunmasına xidmət edir. Hesab edir ki, artıq Məhkum islah olunub və ona yüngül cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsi ndə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum onun şəxsiyyətinə və cinayət işin üzrə müəyyən edilmiş hallara uyğun gəlməyən ədalətsiz ağır cəza təyin olunmuşdur. Müdafiəçi məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli o lmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhk əməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qa rşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən himayəsində 2 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri, ağırlığı və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edil miş həddə cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən etmədiyindən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onun şəxsiyyəti ilə bağlı yuxarıda qeyd edilmiş halları da nəzərə almış və cinayət qanununun normalarına kifayət qədər riayət edilmişdir. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun o lmayan cəza hesab edilir. Məhkəmə kollegiyasının fikrincə Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı öz sərtliyinə görə açıq-aydın ədalətsiz hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə A vropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkum X3 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlilləri əsassızdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-920/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-920/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver