Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-921/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməs inin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ((hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızının ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1986-cı il tarixdə Kürdəmir rayonunun Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 d ə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xx xxx 2019-cu il tarixdə, saat 20 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində olarkən, onun üçün aşkar surətdə 14 yaşına çatmayan azyaşlı-xx xxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs atası xxx əmisi oğlu olmasını bildirərək aldatmaqla, onu Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan “Bakı Beynəlxalq Məktəb”-ə məxsus söhbətgah hissəsinə aparmış, orada Zərərçəkmiş şəxs az yaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmasından istifadə edərək, sonuncunun etirazlarına baxmayaraq onu qucağında əyləşdirərək, əlini onun əynində olan göy rəngli idman şalvarının altına salaraq cinsiyyət orqanını və sağrı nahiyələrini sığallayaraq yanaq və boyun nahiyələrindən öpmüş, daha sonra xxxx qolundan tutaraq zor tətbiq etməklə söhbətgahın sağ tərəfində həmin ünvanda olan elektrik transformatorlarının arasındakı sahəyə apararaq orada da hərəkətlərini davam etdirmiş, azyaşlı Zərərçəkmiş şəxs baş və boyun nahiyələrindən tutub zor tətbiq edərək onu öz bədəninin qasıq nahiyəsinə sıxmaqla zərərçəkmiş şəxs-aşkar surətdə 14 yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı onun köməksiz vəziyyətindən istifadə etməklə yuxarıda göstərilən və digər seksual xarakterli zorakılıq hərəkətləri etmi şdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərinə əsaslanan Məhkum kassasiya şikayətini onunla əsas landırmışdır ki, həmin rəylərə görə, zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində onunla cinsi əlaqəyə girmə əlamətləri aşkar edilməmiş, o, özü zərərçəkmişə qarşı belə hərəkətlər etməmiş, məhkəmələr isə həm bu halları, həm də cəzanı yüngülləşdirən halları - onun himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və ailəsinin ağır maddi durumda olmasını kifayət qədər nəzərə almamış və nəticədə ona həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkəmə ona cəza təyin edərkən zərər yüngülləşdirici halları nəzərə almamışlar. Buna görə kassasiya şikayətinin müəllifi göstərdiyi halların nəzərə alınmasını və ona təyin edilmiş cəzanı yüngülləşdirməklə barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Kassasiya şikayətinə məh kəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxs X12 və onun qanuni nümayəndəsi X9 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, həmin şəxslər məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Əvvəla məhkəmə kollegiyası növbəti dəfə qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şik ayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq h ər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi ə sasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların kifayət qədərə nəzərə alınmadığını və ona təyin edilmiş cəzanın həddindən artıq ağır olmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqda tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və həmin şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materiallarını və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CPM-nin 12.1 v ə 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl olunub-olunmaması ilə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxx və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tari xli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayət-prosessual qanunvericiliyinin tələblərindən, Av ropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət, o cümlədən seksual xar akterli zorakı hərəkətlər törətməməsini göstərsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilmiş və cinsi ehtirasını söndürmək məqsədilə zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər törətməsinin səbəbini həmin vaxt sərxoş vəziyyətdə olması ilə izah etmişdir. İş materiallarının öyrənilməsi nəicəsində müəyyən edilmişdir ki, Məhkum ibtidai araşdırma zamanı və məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan birinci instansiya məhkəməsinin məhkəmə iclasında onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunub tədqiq edilmiş və bu ifadələr qanuni prosedurlar daxilində, cinayət mühakimə icraatının prins iplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında araşdırılmış, yekun məhkəmə aktlarında isə qanuna müvafiq qaydada qiymətləndirilmiş digər sübutlarla, o cümlədən şahidlərin, zərər çəkmiş şəxsin ifadələri, müxtəlif ekspertizaların rəyləri ilə və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla üst-üstə düşür. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında) həmin sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellya siya instansiyası məhkəməsi yekun qərarların əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməlləri CM-nin 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmişlər. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi bütün sübutların oby ektiv araşdırılmasını təmin etdiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun təqsirliliyinə, onun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zor akılıq hərəkətləri etməyə görə cinayət məsuliyyəti CM-nin 150.1-ci maddəsində, eyni əməllər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə isə - CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş, həmin maddənin sanksiyasında isə göstərilən cinayəti törətmiş şəxsin səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın müddətdə - on il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edərkən, iş üzrə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını göstərmiş, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılşdmışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri bu qənaəti əsaslı hesab edərək vurğulamağı lazım bilir ki, iş materialları ilə Məhkum cəzasını həm CM-nin 59-cu maddəsində göstərilən, həm də bu maddədə göstərilməyən yüngülləşdirən halların olması, həmin halların mövcudluğunu, o cümlədən kassasiya şikayətində qeyd olunduğu kimi, onun himayəsində iki azyaşlı uşaqarın olmasını, ailəsinin maddi durumunun ağır olmasını, aildə yeganə qazanc gətirən şəxs olmasını təsdiq edən sübutlar müəyyən edilmir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Pirili kənd X10 nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə də Məhkum iki azyaşlı uşaq atası olması göstərilsə də, bunu təsdiq edən hər hansı mötəbər rəsmi sənəd xasiyyətnaməyə əlavə edilməmişdir. Bu baxımdan həm xasiyyətnəmədə, həm də kassasiy a şikayətində göstərilən həm bu, həm də digər halların araşdırılması səlahiyyətinə malik olmayan (CPM-nin 419-cu maddəsinin tələblərinə uyğun olaraq) kassasiya kollegiyası ümumilikdə Məhkum təyin olunmuş cəzanı ədalətli və qanuni hesab edərək və həmin cəzanı hər hansı şəkildə yüngülləşdirilməsini mümkün saymayraq belə qənaətə gəlir ki, həmin cəzanın növünü və müddətini müəyyən edən birinci instansiya məhkəməsi və onunla razılaşan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası maddi hüquq normalarının tətbiqində hər hansı səhvə və ya pozuntuya yol verməmiş və cinayət qanunvericiliyinin aşağıdakıları tələblərinə, habelə Ali Məhkəmənin Plenum qərarlarındakı tövsiyələrə əməl etmişlər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cin ayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin e dilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmə lidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-921/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-921/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver