Məhkəmə qərarları › İş №1(102)-921/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-921/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-921/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5, zərərçəkmiş şəxs X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 1(104)-257/2020 nömr əli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1992-ci il tarixdə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gədəbəy rayonunun BöyükQaramurad kəndində yaşamışdır. 2. 14 aprel 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edil mişdir. İttiham aktına əsasən Məhkum Azərbaycan Respublikası CM-nin sözügedən maddəsi ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, 26 sentyabr 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı Gədəbəy rayonu Böyük-Qaramurad kəndində yerləşən kafedə həmkəndlisi X4 və qeyriləri ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra, kafedən çıxaraq təxminən 200-300 metr aralıda yerləşən akasiya ağacın altında oturub X.Paşayevlə ərə verilən qızın arxası ilə həmin qızın nə eybi varsa danışmağın düzgün olmaması barədə söhbət edən zaman, sonuncunun narazılıq edib “hər bir qızın nə eybi varsa deyilməlidir”sözlərinə əsəbiləşib, heç bir əsaslı səbəb olmadan X.Paşayevin qarın nahiyəsinə təpiklə qəsdlə vurub ona qarının küt travması, nazik bağırsağın cırılmış, yayılmış peritonit travmatik şokla mü şayiət olunan xəsarətlər yetirərək, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. 3. 20 may 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 26 sentyabr 2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı Gədəbəy rayonu Böyük-Qaramurad kəndində yerləşən kafedə həmkəndlisi X4 və qeyriləri ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra kafedən çıxaraq təxminən 200-300 metr aralıda 2 yerləşən akasiya ağacın altında oturub Xəyal Paşayevlə “ərə verilən qızın arxası ilə həmin qızın nə eybi varsa danışmağın düzgün olmaması” barədə söhbət edən zaman sonuncunun narazılıq edib “hər bir qızın nə eybi varsa deyilməlidir” sözlərinə əsəbiləşib, heç bir əsaslı səbəb olmadan Xəyal Paşayevin qarın nahiyəsinə təpiklə qəsdlə vurub ona qarının küt travması, nazik bağırsağın cırılmış, yayılmış peritonit travmatik şokla müşayiət olunan xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(100)-141/2020 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə sində çəkməsi, cəzasının əvvəlinin 17 iyun 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutlar məsələsi həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini, müdafiəçisi isə apelyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

7. Təqsirləndirilən şəxs apelyasiya şikayətini belə əsaslandırmışdır ki, hökmü ədalətli hesab etmir, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə özünü təqsirli bilmir. Bundan başqa məhkəmə onun ailə vəziyyətini, himayəsində yaşlı ataanasının olmasını da nəzərə almamışdır. Ona görə də barəsində düzgün və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Müdafiəçi apelyasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum əməlində cinayət tərkibi yoxdur, o, lazımi diqqət və ehtiyatlılıq göstərərək öz hərəkəti ilə zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməmişdir. Məhkəmə-tibb ekspertinin 09 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər - qarının küt travması, nazik bağırsağın cırılması, yayılmış peritonit, travmatik şokdan ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş və hadisənin bilavasitə müşahidə etmiş şəxslər bu xüsusatları təsdiq etmişlər. Şahid ifadələri ilə tam sübuta yetirilmişdir ki, zərərçəkmiş şəxs əvvəlcə Elşəni təhqir etmiş, Elşən isə içkili olduğu üçün onu yola verməyə ç alışmış və sadəcə çiynindən tutub silkələmişdir. Həmçinin zərərçəkmişin bundan sonra qusmasına səbəb onun arağın üstündən konyak içməsi yəni içkiləri qarışdırması olmuşdur. Bundan başqa hadisə baş verdiyi zaman təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsi vurmamış, ona qəsdən ağır bədən xəsarəti yetirməmişdir. X7 qəsdən ağır bədən xəsarəti yetirmək imkanı olsa belə, ağır bədən xəsarəti yetirmək fikri olmamışdır. Həmçinin məhkəmə tibbi-ekspertizasının rəyi sualları tam əhatə etməmiş, suallar ətraflı cavablandırılmamışdır. Lakin məhkəmə ekspertizanın rəyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində ədalətsiz, düzgün olmayan hökm qəbul etmişdir. Ona görə də hökmün ləğv edilməsini, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 06 oktyabr 2020-ci tarixli, 1(104)-257/2020 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayəti qismən təmin edilmiş, Müdafiəçi apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(100)-141/2020 saylı hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 10.Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 1(104)-257/2020 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişd ir. II. Kassasiya protestinin dəlilləri

11. Dövlət ittihamçısı kassasiya protestində belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi heç bir əsas olmadan, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri, məhkəmə tərəfindən təhlil olunaraq hüquqi qiymət verilmiş sübut əhəmiyyətli ifadələrini işin faktiki hallarına uyğun gəlməyən formada qiymətləndirərək, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin tərkibini yaradacaq əlamətlərə istiqamətləndirmişdir. Birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayət edici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexa nizmi müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanan nəticəsini əsassız olaraq qanunsuz hesab etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 1(104)-257/2020 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdı r. III. Hüquqi məsələlər

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən gör ündüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti k imi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 1(104)-257/2020 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cin ayət hüquqi qiymətdir.

23. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

24. Belə ki, hüquqi mövqeyini əsaslandıran apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Məhkum cinayət törətməyə qətiyyət yaradan dərk olunmuş maraq onun öz şəxsiyyətini üstün tutma və güc nümayiş etdirmə ilə bağlı olmamışdır. Hadisə vaxtı orada olan Kənan adlı şəxs qeyri-müəyyən şəkildə hansısa qızı istədiyini, əgər adı naməlum olan həmin qızla evlənərsə, heç kəsin həmin qızın arxasınca danışmamasını bildirmiş, bu zaman Məhkum da demişdir ki, ümumiyyətlə hər hansı qızın eybi olsa belə qızın arxasınca danışmaq düzgün deyil. Məhkum sözünə cavab olaraq zərərçəkmiş Xəyal Paşayev isə bildirmişdir ki, əgər qızın eybi varsa, bunu hamıya demək lazımdır. Bu zəmində hər iki şəxsin sözləri uyğun gəlmədiyinə görə, onlar əlbəyaxa olmuş və bu zaman Məhkum zərərçəkmişin qarın nahiyəsinə bir dəfə təpiklə vurub ona xəsarət yetirmişdir.

25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum hərəkətlərini xuliqanlıq niyyəti kimi qiymətləndirmək düzgün olmazdı. Əvvəla Məhkum hadisələri süni şəkildə yaratmamış, dava-dalaşın yaranmasına səbəb olan söhbət orada olan bütün şəxslərin arasında olmuşdur. Digər tərəfdən, Məhkum niyyəti öz üstünlüyünü nümayiş etdirməyə yönəlməmişdir. Hadisə iki nəfər eyni mövzuda söhbət edən və sözləri birbirinə uyğun gəlməyən iki şəxsin arasında və hər birinin öz əqidəsini sübut etməyə cəhd etməsinin üstündə baş vermişdir. Məhkum hər hansı qızın arxasınca danışmağın düzgün olmadığın ı, zərərçəkmiş tərəf isə onun əksinə olaraq belə danışmağın düzgün olduğunu sübut etməyə cəhd etmişlər. Bu isə onlardan hər hansı birinin, o cümlədən Məhkum xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, zərərçəkmiş şəxs Xəyal Paşayev bütün ifadələrində bildirmişdir ki, onunla Elşən arasındakı münaqişə heç də “qız” söhbəti üstündə olmamışdır. Deməli, hətta zərərçəkmişin ifadəsindən də belə Məhkum onu xuliqanlıq niyyəti ilə vurması sübut olunmur.

26. Apellyasiya instansiya məhkəməsi iş üzrə sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz davranışında xuliqanlıq niyyəti olmadığına görə, ona elan edilmiş ittihamdan xuliqanlıq niyyəti ilə bağlı müddəalar xaric ol unmalıdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiya məhkəməsində CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

27. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

28. Məhkəmə kollegiyas ı həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 1(104)257/2020 dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 1(104)-257/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar