Məhkəmə qərarları › İş №1(102)-921/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-921/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-921/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,120.2.5 -ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 1(099)258/2021 nömrəli (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxx 1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nizami rayonu 61 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləmiş, dul, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxx-də pasport qeydiyyatında olmaqla xxx-də yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,120.2.1 və 32.4,120.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlama müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan - 9 iyul 2020-ci il tarixindən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Mənsimzadə Rəfail Alı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və X2 ibarət tərkibdə) 16 dekabr 2021-ci il tarixli, 1 (106)-886/2021 nömrəli qərarı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 barəsində olan ittihamdan və hökmdən CM-nin 120.2.1-ci maddəsi, Məhkum2 barəsində olan ittihamdan və hökmdən CM-nin 32.4,120.2.1-ci maddəsi xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixl i hökmü ilə müəyyən olunmuşdur ki, Məhkum1 2013-cu ildən sevgi münasibətlərində olduğu Məhkum2 dəvəti ilə Bakı şəhəri, Rüstəmov küçəsi, 42 nömrəli evin yaxınlığında özünə məxsus “Nissan Teana” markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobildə 2020-ci ilin təxminən aprel-may aylarında görüşüb söhbət edərkən Məhkum2 əri X9 X15 ilə qeyrirəsmi yaşamaqla iki ildən artıq müddət ərzində onunla cinsi əlaqədə olmamaqla, evə maddi köməklik etməməklə, mütəmadi olaraq təhqir edib, döyüb incidərək şəxsiyyətini alçaltmaqla onu bezdirdiyi üçün qisas almaq niyyəti ilə xxxi öldürtdürmək istəməsini ona bildirərək canını onun əlindən qurtaracağı halda onun işlədiyi Beyləqan rayonu, Yuxarı Aran kəndi ərazisində yerləşən mal-qara fermasına gəlib orada onunla qeyri-rəsmi ərarvad kimi yaşayacağına vəd verməklə onu xxxi öldürməyə təhrik etməklə sifariş vermişdir. O, Məhkum2 əri tərəfindən ona verilən əzab-əziyyətdən qurtarmağı özünə mənəvi borc hesab edərək Məhkum2 sifarişi ilə xxxi qəsdən öldürmək barədə danışıb razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup halında birləşmiş, bundan sonra aralarında olan razılaşmaya əsasən öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə X22 şəhərində yerləşən ali məktəblərə tələbə düzəltmək bəhanəsi ilə aldadıb, Beyləqan rayonu, Yuxarı Aran kəndi ərazisində yərləşən X5 məxsus işlədiyi fermaya dəvət etmiş, xxx 16 iyun 2020ci il tarixdə fermaya gələrək həmin gecə fermada qalmış, 17 iyun 2020-ci il tarixdə, saat 08 radələrində fermada saat 09 radələrində xxxi sonuncunun arvadı Məhkum2 sifarişi ilə qəsdən öldürmək məqsədi ilə fermadakı çoban evindən götürdüyü zavod üsulu ilə hazırlanmış, xüsusi təyinatlı beysbol idman oyunlarında istifadə olunan, soyuq silah hesab edilməyən toxmaqla xxxin baş nahiyəsinə bir neçə ardıcıl zərbələr vuraraq sonuncuya sağlamlığa ağır zərər vurmaya aid edilən kəllə tağı və kəllə əsası sümüklərinin qəlpəli və çoxsaylı xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın, təpə, ənsə və sağ əl pəncəsi nahiyələrinin əzilmiş yaraları xarakterli xəsarətlər yetirmiş, X28 sifarişi ilə qəsdən öldürdükdən, yəni onu qəsdən həyatdan məhrum etdikdən sonra törətdiyi cinayəti gizlətmək niyyəti ilə hadisə vaxtı xxxin əynində olan paltarlarını, üzərində olan şəxsi əşyalarını, pasportunu, şəxsiyyət vəsiqəsini yandıraraq məhv etmiş, meyitini isə həmin fermanın həyətində torpağa başdırmışdır. Bu ndan sonra o, tamah niyyəti, yəni özgənin əmlakını ələ keçirmək məqsədilə 23 iyun 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 22 nömrəli evin yaxınlığında yerləşən “Bravo” marketin yanında özünə məxsus “Nissan Teana” markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobildə Məhkum2 ilə görüşüb, xxxi öldürməsi ilə bağlı onunla apardığı telefon danışıqlarının, səs yazılarının ortaya çıxa biləcəyi ehtimalının olduğunu bildirib həmin telefon danışıqlarını və səs yazısını sildirəcəyi barədə Məhkum2 yalan vəd verib onu aldadaraq sonuncunun əri xxxə məxsus 4.242,5 manat ekvivalentində 2.500 ABŞ dolları ondan alaraq dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mə hkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən barəsində cəza təyin edilərkən tək ailə başçısı olmasını, himayəsində iki övladının olmasını, ilk dəfə məhkum olunmasını, əməlindən səmimi peşmançılıq çəkdiyini, 21 illik pedeqoji fəaliyyətlə məşğul olmasını nəzərə alınmamışdır. Odur ki, Məhkum2 vermiş olduğu kassasiya şikayəti ilə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi X3 çıxış edərək, məhkum tərəfindən verilən kassasiya şikayətini müdafiə etdiyini bildirib, məhkuma verilən cəzanın yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarları nın ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliy yəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə çıxışlarını dinləy ərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 verilmiş qabaqcadan əlbir olan şəxs tərəfindən və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş sübutların məcmusu ilə sübuta yetirilmiş, apellyasiya instansiya məhkəməsi isə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş və sübutların hansına əsaslanılması qərarda gö stərilərək haqlı olaraq qabaqcadan əlbir olan şəxs halında qəsdən adam öldürməyə təhrik etməni verilmiş ittihamdan və birinci instansiya məhkəməsinin hökmündən xaric etmişdir. Məhkum2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 32.4,120.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı m addələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai tə hlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalə t prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddə sini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,120.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar