Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-921/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, xüsusi ittihamçı X12 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.1 və 147.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə dair materiallar üzrə Sumqayıt Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarından xüsusi ittihamçı X16 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Xəlilov Rövşən Elbrus oğlu) X2, 6 dekabr 1974-cü il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Hərbi Hava Qüvvələrinə məxsus N saylı Hərbi Hissədə çilingər vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əlində cinayət tərkibi olmadığına görə CM-in 147.1 və 147.2-ci maddələri ilə bəraət verilmiş və o, təqsirsiz elan edilmişdir. İşin halları: X16 xüsusi ittiham qaydasında şikayət ərizəsi il ə məhkəməyə müraciət edərək X1 CM-in 147.1 və 147.2-ci maddələrini törətməkdə təqsirli bilinməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzaya məhkum olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. X16 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, o, 17 aprel 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, 1999-cu ildən Hərbi Hava Qüvvələrinə məxsus N saylı Hərbi Hissədə çilingər vəzifəsində çalışır. ünvan 3 ünvanında yaşayan X4 da 1992-ci ildən elə həmin Hərbi Hissədə çilingər vəzifəsində işləyir. Təxminən 2014-cü ildə onların arasında sevgi münasibətləri olsa da, sonradan münasibətləri pozulduğu üçün təxminən 5 (beş) ildir ayrılmışlar. Bu ayrılıqdan sonra X2 bununla barışa bilməmi ş və müxtəlif cəhdlərlə yenidən münasibətlərinin bərpa olunmasını istəmiş, lakin hər dəfə bunun üçün onunla danışmağa gəldikdə o, artıq bunu istəmədiyini və bundan sonra ailəsi ilə bağlı olacağını bildirmişdir. X2 isə artıq əvvəlki münasibətlərin bərpa edilməsinin imkansız olduğunu gördükdən sonra ona müxtəlif yerlərdən ziyan vuraraq acıq çıxmaq istəmişdir. Belə ki, o, işlədikləri müəssisədə onun adına müxtəlif şaiyələr yayaraq ona açıq-aydın böhtan atmağa başlamış, davamlı olaraq təhqir və böhtanlara məruz qoyaraq onun da onu təhqir edəcəyini və sərt davranacağını düşünsə də, o bunu bacara bilməmişdir. O, iş yerində onun adına şərəf və ləyaqətini ləkələyən müxtəlif yalan məlumatlar yayaraq onu işdən qovduracağını düşünsə də, bunu edə bilməmiş və daha da əsəbləşmişdir. Daha sonra isə X2 bü tün bunlan kütləviləşdirməyə başlamış, bir neçə dəfə iş yerində kütləvi olaraq hər kəsin qarşısında qışqırıb ona böhtan atmışdır. Onun etdiyi əsas hərəkəti isə iş yerində və digər yerlərdə ona yaxınlaşaraq hədələməsi olmuşdur. Bundan başqa o, güya onunla münasibətləri davam etdirmək üçün ona yalvardığını iddia edərək onun üstünə çirkin böhtanlar atmış, bu böhtanlar əsassız, onun şərəf və ləyaqətini ləkələyən və onu cəmiyyəttdə nüfuzdan salan yalan ittihamlar olmuşdur. Bütün bunların yalan olduğunu X2 özü də bilməsinə baxmayaraq belə hərəkətlərini davam edir. O, isə mümkün qədər ona yaxın getməməyə və ünsiyyət qurmamağa çalışsa da, X2 əsassız ittihamları davamlı olaraq böyük kütlə qarşısında səsləndirmiş, artıq işlədikləri yerdə hər kəs bunlardan xəbərdar olmuş və onu yanlış tanımağa başlam ışlar. X2 hətta işlədikləri müəssisənin rəhbərliyinə də güya onun döyülməsi barədə şikayət etmiş, rəhbərlik tərəfindən isə ona xəbərdarlıq edilərək bir daha belə hallara yol verməməsi tapşırılmış, çünki rəhbərlik ona deyil, X2nın yalançı göz yaşlarına inanmışdır O, dəfələrlə bütün belə hallara yol vermədiyini bildirsə də, ona deyil, X2ya inanmışlar. Halbuki, o, həqiqətən X2ya qarşı heç bir qanunsuz hərəkətlər etməmiş, onunla bütün münasibətləri kəsməyə çalışmış, lakin sonuncu yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqdə davam etmiş, dəfələrlə onu söyərək təhqir etmiş, o isə bütün bunları sakitliklə qarşılamış, onun böhtan, təhqir və söyüş dolu ifadələrinə cavab verməmiş və vəziyyətin düzələcəyinə ümid etmişdir. Bütün bunlar onun ail əsinə də məlum olmuş, nəticədə isə ailəsi dağılmışdır. Həmçinin X2 dəfələrlə əsassız ittihamlarla polis orqanlarına da ərizələrlə müraciətlər etmiş və onun barəsində tədbir görülməsini xahiş etmiş, onu daha da nüfuzdan salmaq məqsədilə barəsində cinayət işinin başlanmasını arzu etmişdir. Lakin, bu müraciətlərin əsassız olması müəyyən edildiyindən hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (şikayət ərizəsində X16 bu müraciətlərlə bağlı X2nın iddialarına və barəsində qəbul edilmiş qərarlara da istinad etmişdir). O, bütün bu yayılan şaiyələrin və ona qarşı irəli sürülən ittihamların böhtan olduğunu sübut etmək, cəmiyyətdə düşmüş nüfuzunu qaldırmaq, onun haqqındakı yayılmış fikirlərin yanlış olduğunu göstərmək və əsasən də qarşı tərəfin bu böhtanların yay masının dayandırması üçün məhkəməyə müraciət etmiş, X2nın onun şərəf və ləyaqətini alçaldan, onu nüfuzdan salan və böhtan dolu məlumatları yayması isə tam sübuta yetirilmişdir. Buna görə də X16 xüsüsi ittiham qaydasında məhkəməyə verdiyi şikayətində X2nın CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, onun həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmündən xüsusi ittihamçı X16 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), İsmayılov Azər İbrahim oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 18 oktyabr 2023-cü il tarixli qərarı i lə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarından xüsusi ittihamçı X16 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və X2nın barəsində CM-in 147.1 və 147.2-ci maddələri ilə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 46-cı maddəsinə, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə” və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakta, CM-in və Azərbaycan Respublikavsı Cinayət-Prosessual Məcəlləsinin ( bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına, özünün verdiyi şikayətdə göstərdiyi hallara və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən xüsusi ittihamçı X16 həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr X2nın barəsində bəraət hökmünün hansı səbəbdən çıxarılmalı olması ilə bağlı nəticəyə gəlmələrini əsaslandıra bilməmiş, çıxarılmış hökmdə və kassasiya qaydasında mübahisələndirilən qərarda CM-in və CPM-in maddələrini sadalamaqla kifayətlənmişlər. Birinci və apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman onun istinad etdiyi sübutlar məhkəmələrə təqdim olunsa da, həmin sübutlar məhkəmələr tərəfindən araşdırılmamış və onlara qanunda nəzərdə tutulmuş qaydada hüquqi qiymət verilməmişdir. Halb uki, bu sübutlarla X2nın CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi tam sübuta yetirilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin müəllifi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilərək, X2nın CM-in 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs X2 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası xüsusi ittihamçı X16un bununla bağlı rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq, kassasiya şika yətinə bəraət almış şəxs X2nın iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Xüsusi ittihamçı X16un kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsi tərəfindən bir sıra sübutların araşdırılmasından imtina olunmasını, araşdırılmış sübutlara isə düzgün qiymət verilməməsini, ha belə X2nın törətdiyi əməllərə münasibət bildirilməməsini iddia edərək həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.5-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikd ə; 416.1.5. məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirmədikdə. Odur ki, məhkəmə kollegiyası xüsusi ittihamçı X16un şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə X2ya bəraət verilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə işin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarını n düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Bu tələbə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən və ya digər yekun qərarından verilmiş kassasiya şikayətində və ya kassasiya protestində bəraət almış və ya məhkum olunmuş şəxsin vəziyyətini ağırlaşdıran qərarın qəbul edilməsi barədə tələb irəli sürüldükdə həmin müraciətlərə baxan kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hökmü və ya qərarı ləğv edərək bəraət almış, yaxud da məhkum olunmuş şəxsin vəzi yyətini hər hansı şəkildə ağırlaşdıran, o cümlədən bəraət almış şəxsin haqqında ittiham hökmü çıxarmaq hüququna malik deyil. Kassasiya müraciətlərində irəli sürülmüş dəlilləri əsaslı saydıqda və CPM-in 416.1-ci maddəsində göstərilən pozuntulara yol verildiyini müəyyən etdikdə isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktını ləğv edir və işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edir. Bu tələbin prizmasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, X16un kassasiya şikayətində irəli sürdüyü tələbin – Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək X2nın barəsində ittiham hökmünün çıxarılması mümkün olmadığından belə tələb, hətta CPM-in 416.1-ci maddəsində göstərilən hallar müəyyən edildiyi təqdirdə təmin oluna bilməz. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya kollegiyası həmçinin vurğulayır ki, kassasiya şikayətində də istinad olun an Konstitusiyanın 46-cı maddəsinə görə, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsində” və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx əlaqədə olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə o lunur. Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericil iyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Kon stitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin birinci cümləsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-in 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticə lərinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-in ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xey rinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cina yət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi ha llarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifa yət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində gös tərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqın da” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gə lən mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq müqav ilələrin tələbləri və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin bəraət hökmünü və həmin hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübu tlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verildiyi müəyyən olunur. CM-in 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi ittihamçı X16un X2 tərəfindən törədilməsi iddia olunan CM-in 147.1-ci maddəsi böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirilməsi, habelə internet informasiya ehtiyatında yayılması əməllərini törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. CM-in 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Qanunvericiliyin bu normalarının eyni cür tətbiq edilməsinin və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 21 fevral 2014-cü il tarixdə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında 03 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyə tin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sən ədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə v ə şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarının 6-cı bəndində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir aza dlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında əksini tapmış tövsiyələrə və izahlara əsaslanıb kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiya məhkəməsi məhkəmədə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək X2 tərəfindən CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsu si ittihamçının gəldiyi nəticənin əsassız olması, barəsində şikayət verilmiş şəxsin hərəkətlərində isə CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması haqda qənaətə gəlmişlər. Xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edən X16un mövqeyinə görə isə, X2 dəfələrlə ona böhtan atmış, onu cəmiyyət içində nüfuzdan salmağa çalışmış, barəsində əsassız olaraq dəfələrlə polis orqanlarına şikayət etmiş, onun bu hərəkətlərinə görə ailəsində və iş yerində bir çox problemlər yaranmışdır. Xüsusi ittihamçının mövqeyinə görə, belə olan halda onun şikayətində təsvir edilmiş əməllərinə görə X2 CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və bu maddələrə əsasən cəzalandırılmalıdır. Məhkəməyə ünvanlanmış ərizənin, habelə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin də əsas dəlili və həmin ərizə və şikayətdə irəli sürülmüş tələb də məhz bununla bağldır. Lakin, X16 istər xüsusi ittiham qaydasında verdiyi şikayətində, istərsə də apellyasiya və kassasiya şikayətlərində X2nın onun barəsindəki böhtan xarakterli məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya internet informasiya ehtiyatında yaymasını təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmiş və buna görə də məhkəmələr belə sübutları araşdırmamışlar. Halbuki, qanunvericiliyin tələblərinə əsasən, hər hansı şəxsə qarşı CM-in 147 və ya 148-ci maddələri ilə ittiham irəli sürən xüsusi ittihamçı onun iddialarını təsdiq edən müvafiq sübutları özü məhkəməyə t əqdim etməli, məhkəmə isə - belə sübutları araşdırıb onlara qiymət verərək müvafiq nəticəyə gəlməli və ehtimal xarakterli, mülahizələrə söykənmiş yekun məhkəmə aktının qəbul edilməsindən imtina etməlidir. Bu baxımdan məhkəmələr tərəfindən əhəmiyyətli sübutların tədqiqindən imtina etmələri, araşdırılmış sübutlara isə qanuna müvafiq, yəni CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verilməməsi hallarını müəyyən etməyən məhkəmə kollegiyası CPM-in 416.1.1 və 416.1.5-ci maddələrinə göstərilən pozuntulara yol verilməməsini qeyd edir və buna görə kassasiya şikayətinin bunlarla bağlı dəlillərini də qəbul edilməz sayır. Xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materialların təhlili göstərir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsaslanaraq, X2nın əməlində X16un şərəf və ləyaqətini ləkələyən və ona böhtan atılmasına dəlalət edən cinayət tərkibinin olmaması barədə əsaslı nəticəyə gəlmişlər. Məhkəmələrin gəldikləri nəticənin düzgün olmasını qeyd edərək, məhkəmə kollegiyası cinayət qanunu normalarının tələbləri baxımından hesab edir ki, X2 xüsusi ittihamçı X16a böhtan atmadığına, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadığına, habelə sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmadığından barəsində şikayət verilmiş şəxsin əməllərində CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması istisna edilir. Buna görə, məhkəmə kollegiyası X2ya həmin maddələrlə bəraət verilməsi barədə məhkəmələrin iş üzrə gəldikləri nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə - qəbul edilməz sayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırki işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittihamçı X16un çıxışını dinləyərək o nəticəyə gəlir ki, sonuncunun kassasiya şikayəti təmin edilməməli və X2 CM-in 147.1 və 147.2-c i maddələri ilə bəraət verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2023-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətə dair materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-921/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-921/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver