Məhkəmə qərarları › İş №1(102)-922/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-922/2019

11.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-922/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Hüseynov Rəşad Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə tə qsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) xx xxxx 1971-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası na məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı satmışdır. Belə ki, Məhkum qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X10, X5 və şəxsiyyəti istintaqla araşdırılan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 01 ədəd keçmiş Rusiya dövlətində, Tula İmperator silah zavodunda 1905-ci ildə istehsal olunmuş, 7.62 mm kalibrli, «12396» nömrəli, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah hesab edilən «Naqan » sistemli revolveri 2.000 manata satıb əldə olunan qazancı cinayətkar qrupun digər üzvləri olan X10 və X2 X5 lə aralarında bölmək barədə razılaşaraq, həmin odlu silahın satılmasını cinayətkar qrupun üzvü X10 sonra c qeyd olunan revolveri satmaq üçün müştəri tapılmasını X2 xahiş etmiş, X2 bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edikdən sonra həmin müraciət əsasında AR Daxil İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayətkar qrupun üzvü olan X10 X2udan aldığı 2.000 manat pulu ünvan 1 ünvanında yerləşən avtoyuyucu məntəqəsində Məhkum təqdim etmiş, o isə qanunsuz o laraq əldə edib saxlamaqla daşıdığı, həmin revolveri 2.000 manat pulun müqabilində satmaq məqsədi ilə X10ya təqdim etdikdən sonra X10 qeyd edilən revolveri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla şərti sürücü X1un idarə etdiyi «Opel Astra» markalı, «az ** DD ***» dövlət qeydiyyat nişanlı avtomobilə daşıyaraq həmin (avtomobildə şərti alıcı X2a satdıqdan sonra Bakı-Sumqayıt magistral yolunun i5-ci km-də, Binəqədi rayonu ərazisində şərti sürücü X1un idarəetdiyi «Opel Astra» markalı, «az ** DD ***» dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılmış, Məhkum cinayətkar, qrupun digər üzvləri olan X10, X5 və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq satdığı bir ədəd 7 62 mm kalibrli, «123 96» nömrəli, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu silah hesab edilən «Naqan» sistemli revolver şərti alıcı X2dan aşkar edilərək götürülmüşdür Hökmdən Məhkum müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakimlər Abasov Mirzəli Əbdüləli oğlu, hakimlər Mursaqulov Vaqif Ənvər oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 18 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirmək lə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, apellyasiya məhkəməsi isə həmin cəzanı dəyişdirmədən saxlayarkan onun ailə vəziyyətini, himayəsində altısı azyaşlı olmaqla səkkiz övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, ilk məhkumluğunu nəzərə almamışlar. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarının dəyişdirməklə cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərilməsini və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət koll egiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblə rinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi i lə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şika yətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi haqqında çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tə rəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və əməlin hüquqi tövsifi məsələləri mübahisələndirilmədən, yalnız məhkəmənin hökmü ilə məhkum X9 təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməklə yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün heç bir əs as mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayn hallar, həm də bu cü r halların məcmusu müstəsna hal hesab edilə bilər. Lakin hazırki işin hallarından görünür ki, Məhkum barəsində müstəsna hallar, eləcə də onun hərəkətlərində cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan yuxarıda qeyd olunan xüsusatlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi m əsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər çinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şər aitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi əməlini səmimi etiraf edərək peşimançılıq çəkməsini, himayəsində səkkiz uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə olaraq, ona təqsirli bilindiyi cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir.Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarının tövsiyyələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun şəxsiyyətinə* törə tmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə riayət olunmuş, Məhkum təqsirli bilindiyi cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş hüdudlar daxilində, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, Məhkum təyin edilmiş cəzanın ədalətli olması barədə nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin fakti ki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası cəza təyini məsələsi ilə əlaqədar bunu da qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin aşağı həddinə (03 il müddətə azadlıqdan məhrum etmə cəzası) yaxın cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkum cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərilməsinə dair xahişinə gəldikdə, ona izah olunur ki, bu məsələ hökmün icrası qaydasında (Azərbaycan Respublikası CPM-nin 514-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada) həll edilir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin də lilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar