Məhkəmə qərarları › İş №1(102)-922/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-922/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-922/2020 22.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs1 və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-108/2019 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Abbas Rzayev), nömrəli 08 aprel Məhkum,21 sentyabr 1990-cı ildə ***** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ******************* qeydiyyatda olan və ünvan1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan t ədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 12.09.2018-ci il tarixdən 14.09.2018ci il tarixədək 02 (iki) gün müddət – 01 (bir) günü təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla və onun üzərində qəti olaraq 02 (iki) il 11 (ay) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 meyvə-tərəvəz biznesi ilə məşğul olacağı təqdirdə yaxşı qazanc əldə etməyin mümkünlüyünə inandıraraq,Türkiyə Respublikasından müxtəlif sitrus meyvələri alıb, Azərbaycana gətirib sataraq yaxşı qazanc əldə edib оna verəcəyini yalandanvəd etməklə onu aldadaraq Zərərçəkmiş şəxs1 01 оktyabr 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi rayоnu Binəqədi qəsəbəsi «****» adlanan yerdə 3000 manat, bundan bir həftə sоnra gətiriləcək meyvələrə etiket vurulması üçün lazım olmasını bildirərək Bakı şəhəri Binəqədi rayоnu Binəqədi qəsəbəsində «******r» marketinin yanında 7000 manat, meyvə-tərəvəz yükünün Türkiyə-Gürcüstan sərhəddində olmasını və gömrük rüsumu üçün lazım olmasını bildirərək 2016-cı ilin оktyabr ayının оrtalar ında Bakı şəhəri Binəqədi rayоnu Binəqədi şоssesinin sоnunda Binəqədi qəsəbəsində 7000 manat, malın sığortalanmalı olmasını bildirərək 2016-cı ilin оktyabr ayının sоnlarında Bakı şəhəri Binəqədi rayоnu Binəqədi qəsəbəsi «*****» adlanan yerdə 3000 manat, biznes işinin davamı kimi Türkiyədən limon alınaraq gətirilməsi üçün lazım olmasını bildirərək 2016-cı ilin nоyabr ayının оrtalarında Bakı şəhəri Binəqədi rayоnu Binəqədi qəsəbəsi «*****» adlanan yerdə 10000 manat, portağal gətirilməsi üçün lazım olmasını bildirərək 23 dekabr 2016-cı il tarixdə Bakı şəhəri ****************** ünvanda «******» klinikasının yanında 11000 manat pulu, ümumilikdə isə vahid niyyətlə əhatə olunmuş qəsdlə 41 000 manat pulu ələ keçirərək zərərçəkmiş şəxs S6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən i ş üzrə Zərərçəkmiş şəxs1tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-718/2019 nömrəli 04 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Kamran Əkbərov, hakimlər Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 12 sentyabr 2018-ci il tarixdən 14 sentyabr 2018-ci il t arixədək həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2019-cu il tarixdən hesablanmış və onun dərhal məhkəmə iclas zalından həbsə alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X3 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorlar birgə verdikləri kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarının cəza h issəsi ilə razı deyillər. Məhkuma təyin edilmiş iki il müddətinə azadlıqdan məhrum etmə cəzası obyektiv və ədalətli deyildir, yüngül cəzadır. Kassatorlar hesab edirlər ki, həmin cəza daha da ağırlaşdırılaraq maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Belə ki, qərarla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını tətbiq etməklə ədalət prinsipini və sosial ədalətin bərpasını nəzərə alınmamışdır. Əgər cinayət nəticəsində vurulmuş ziyandan az miqdarda da olsun ödənilməyibsə, hansı ədalət prinsipindən və sosial ədalətin bərpasından söhbət gedə bilər. Təqsirləndirilən şəxs Məhkum cinayət nəticəsində vurulmuş ziyandan az miqdarda da olsun ödəmədiyi halda cəza təyin edərkən məhkəmə bu halı nəzərə almamışdır. Kassatorlar göstərilə nlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarının dəyişdirilməsini və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılaraq maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmi şəxs Səbuhi Cəfərovun, onun nümayəndəsi Ələddin İbayevin və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kas sasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunlar ı normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs və nümayəndəsi birgə verdikləri kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən məhkumun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən açıq-aydın yüngül cəza təyin edildiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarının cəza hissəsində dəyişdirilməsini və məhkuma ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qa ydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmişin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində zərərçəkmiş şəxsin apellyasiya şikayətini qismən təmin etməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza növünü azadlıqdan məhrum etmə cəza növü ilə əvəz etmişdir. Hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, səmimi pesmançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə Məhkum təyin edilən cəzanı ədalətsiz hesab edərək dəyişdirmiş və hökmlə Məhkum təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasını ağırlaşdıraraq ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəza sı təyin etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək azadlığın məhdudlaşdırı lması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun (məhkumun əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, himayəsində bir azyaşlı uşağının olması və vurulmuş ziyanı qismən ödəməsi) fövqündə yanaşdıqda apellyasiya instansiya məhkəməsinin Məhkum t əyin etdiyi 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngül hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların fövqündə ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını yüngül cəza hesab etmir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması barədə dəlillərini əsaslı hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələbləri ni nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarından iş üzrə zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilən birgə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 04 iyun 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar