Məhkəmə qərarları › İş №1(102)-922/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-922/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-922/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Əkbərov Xəqani Məhəmmədəli oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 iy ul 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X.M.Əkbərov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə (hakimlər F.N.Mahmudov (sədrlik edən və məruzəçi), E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1991-ci il tarixdə Kəlbəcər rayonunun Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 09 dekabr 2018-ci il tarixdə saat 23 radələrində həmkəndliləri X10, X4 və X16 ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində yerləşən kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra dostları ilə birlikdə idarə etdiyi özünə məxsus «X» markalı gümüşü rəngli **--*** dövlət qeydiyyat nişanlı avtomaşınla pivə içib canlı musiqi dinləmək üçün Gəncə şəhəri, Nizami prospektində yerləşən «Qarabağ Əlilləri» kafesinə gedərək orada da bir qədər spirtli içki içib qonşu masada öz dostları ilə oturub əylənən X11 və X5 ilə tanış olub birlikdə rəqs edi b əyləndikdən sonra 10 dekabr 2019-cu il tarixə keçən gecə saat 01 radələrində kafendən getmək istədikdə xidmətçinin içdikləri içkinin hesabının ödənilməsi-tələbindən sonra pulları olmadığı təqdirdə hesabı ödəyə biləcəyi barədə X22nin təklifini qəbul etməməsi və sonuncunun bundan qəzəblənib cavab qaytarması nəticəsində aralarında yaranmış mübahisə zamanı X22nin dostu X23lə birlikdə eyni anda onunla dalaşaraq bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri endirib xəsarətlər yetirmələrindən hiddətlənərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində X22dən qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədilə qaçaraq yolun kənarında park etdiyi özünə məxsus avtomobildə saxladığı bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağını götürü b sonuncunun üzərinə hücum edərək öldürmək məqsədi ilə bıçaqla ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub ona hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən ağır dərəcəli travmatik və hemorragik şokla nəticələndiyi üçün ölümə səbəb olan döş qəfəsinin sol arxa yan səthinin, qarının ön səthinin daxilə keçən yaraları və sol bud nahiyəsinin ön səthinin bud arteriyasının zədələnməsi ilə müşayiət edilən yaraları, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən alm nahiyəsinin alm sümüyünün xarici sümük səhfəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən alt çənə nahiyəsinin yarası, ik i ədəd sol bazu nahiyəsinin yarası, döş qəfəsinin ön səthində solda ön qoltuqaltı xətlə İİİ qabırğa səviyyəsində yerləşən yarası, sol əlin İİ barmağında yerləşən yarası, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən alın, sağ yanaq, sağ qaş, sağ gözaltı, sağ dirsək, sağ aid nahiyələrinin, sağ əlin arxa səthinin, sol əlin İİİ barmağının və sol baldır nahiyələrinin sıyrıqları kimi xəsarətlər yetirməklə X7 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 09 oktyabr 2019-cu il tarixl i qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X.M.Əkbərov kassasiya şikayəti verərək Məhkum barəsində CM-nin 62.1-ci maddəsini tətbiq etməklə ona CM-nin 120.1-ci maddəsinin sanksiyasının aşağı həddindən azı cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi X.M.Əkbərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə zərər çəkmiş şəxsin təşəbbüsü və onun qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Zərər çəkmişin hüquqi varisi X24 məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə təqdim edərək məhkum barəsində heç şikayətinin tələbinin olmadığını bildirmişdir.Mə hkumun valideynləri X22nin qəbirüstü abidəsini qoymuş, dəfn xərclərini çəkmişlər. Bundan başqa, məhkum məcburi köçkündür, yaşayış yerindən müsbət xarakterizə olunu, əməlindən olduqca peşimandır. Müdafiəçi qeyd etmişdir ki, qanunvericilikdə və təcrübədə şəxsin törətdiyi əməldən səmimi peşman olması onun daha tez islah olunmasını şərtləndirən amil kimi qəbul edilir. Belə şəxslərin barəsində cəza tədbiri seçilərkən bu hal mütləq qiymətləndirilməldir. Müdafiəçinin fikrincə, onun kassasiya şikayətində irəli sürdüyü dəlillərin məcmusu əsas verir ki, Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsinin sanksiyasının aşağı həddindən aşağı cəza təyin edilsin. Buna görə kassasiya şikayətinin müəllifi qeyd olunanları nəzərə alaraq həmin şikayətin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsəni bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X24 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və zərər çəkmiş şəxsin hüquqi varisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, mü dafiəçi X.M.Əkbərov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəşinin şikayətini k assasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarları n icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şika yətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəz iyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, hə min şikayətin məzmununa görə, Məhkum müdafiəçisi X.M.Əkbərov öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən cəza təyini ilə bağlı onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalət i bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəll ənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə bi ləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törəd ilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyat a keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsir karın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkuma təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, məhkumun məcburi köçkün olmasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzə rə almışdır. Göründüyü kimi, məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən müdafiəçinin kassasiya şikayətində istinad etdiyi bütün halları nəzərə almış və ona təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsinn sanksiyasının aşağı həddindən az cəzanın təyin edilməsi üçün əsaslar görməmişlər. Cinayət qanunvericiliyinin normaları isə təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş tələb məhzu bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarının təhlili göstərir ki, sadalanan halların heç biri iş üzrə müəyyən edilməmişdir. Məhkum barəsində seçilmiş cəza tədbi rinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası yuxarıda şərh edilənlərlə yanaşı həmçinin vurğulayır ki, onun törətdiyi cinayət əməllərinə görə CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmələr yuxarıda göstərilən halların hamısını kifayət qədər nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanuni və əsaslı cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər apellyasiya, istərsə də kassasiya şikayətlərinə baxılması zamanı Məhkum cəzasının yüngülləşdirilməsinə, o cümlədən onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas olan bilən, habelə birinci instansiyası məhkəməsinin nəzərindən qaçırdığı cəzanı yüngülləşdirən başqa hallar müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermədiyini qeyd edərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçinin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-n in 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar