Məhkəmə qərarları › İş №1(102)-922/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-922/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-922/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Quliyev Sahib Şahbala oğlunun iştirakları ilə, Lənkəran Ağır C inayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi S.Ş.Quliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşviq Vaqif oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs2, 12 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan R espublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 04 oktyabr 2021-ci il tarixədək çəkilməmiş 10 (on) ay 22 (iyirmi iki) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 5 (beş) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq və CM-nin 67.1 -ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1,177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndir ilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 13 mart 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Ünvan 2 nömrəli bağ sahəsinin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq, evə bitişik yardımçı tikilidən 1800 manat dəyərində olan 1 (bir) ədəd “ECA” markalı 35 kv-lıq kombi aparatını, 800 manat dəyərində olan 1 (bir) ədəd “ECA” markalı 24 kv-lıq kombi aparatını, evin birinci mərtəbəsindəki otaqdan 400 manat dəyərində hər birində 100 metr olmaqla 2 (iki) top mis naqili gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 3000 (üç min) manat miqdarında maddi ziyan vurmuşlar. Hökmdən məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş ə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 02 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs2 barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissədə müddəti 6 (altı) ay azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 02 fevral 2022-ci il tarixli qərarından müdafiəçi S.Ş.Quliyev kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təqsili bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi S.Ş.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr Təqsirləndirilən şəxs2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamış və maddənin sanksiyasında alternativ cəza nəzərdə tutulduğu halda, ona sanksiyada nəzərdə tutulmuş daha ağır cəza növünün orta həddindən yuxarı həddə cəza təyin edilmişdir. Mübahisə olunan qərardan isə görünür k i, apellyasiya instansiyası məhkəməsi cinayət qanunvericiliyinin cəza təyin edilməsi ilə bağlı normalarının tələblərini qərara köçürməklə kifayətlənmiş, məhkuma təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı verilmiş şikayətin dəlillərinə münasibət bildirməmiş, həmçinin məhkum Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın yüngülləşdirilməsinin mümkün olmamasını qərarda əsaslandırmamışdır. Müdafiəçinin fikrincə məhkum Təqsirləndirilən şəxs2 təyin edilən cəza ağırlığına görə onun əməlinə və şəxsiyyətinə uyğun deyil. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmişlə barışıq əldə etmiş, ona vurduğu zərəri tam ödəmiş və bununla da cinayətin törədilməsindən sonrakı davranışı ilə islah olunduğunu, cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli də rəcədə azaldığını, həm də özünün şəxsiyyətinin təhlükəli olmadığını isbat etmişdir. Qərardan isə görünür ki, məhkəmə məhkumun barəsində amnistiya haqqında qərarı tətbiq etməklə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini həmin qərara uyğun olaraq yüngülləşdirsə də, hökmlə məhkuma təyin edilən cəzanın daha da yüngülləşdirilməsinin mümkünlüyünü ümumiyyətlə müzakirə etməmiş, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Məhkum Təqsirləndirilən şəxs2 anası ilə yaşayır, ailənin yeganə övladı olmaqla yanaşı, ailədə yeganə qazanc şəxsdir. Qeyd olunanlara, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə əsaslanaraq müdafiəçi Təqsirləndirilən şəxs2 təqsirli bil indiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum Təqsirləndirilən şəxs2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum Təqsirləndirilən şəxs2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə müraciət etməmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi S.Ş.Quliyevin rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi S.Ş.Quliyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həd dindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onun barəsində həmin cəzanın yüngülləşdirilməsi haqqında qərarın qəbul edilməli olması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.Ş.Quliyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Ə vvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətin ə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CP M-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416 -cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin şikayətin məzmununa görə, müdafiəçi S.Ş.Quliyev öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Təqsi rləndirilən şəxs2 ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən cəza təyini ilə bağlı hüquqlarını müdafiə etdiyi şəxs barəsində qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 təqsirliliyi, əməlinin hüququ tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakte rli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəl ərində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nə ticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilmə miş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinay ət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun və zifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onla rın ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. Əvvəla, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını müvafiq olaraq CM-nin 5 9.1.12, 59.1.3 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, CM-nin 61.1-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən başqa halların olmasını və ağırlaşdıran halların olmamasını, yəni ona təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni halları müəyyən etməmiş və kassasiya şikayətində də hər hansı belə halların olması barədə heç bir sübuta istinad edilməmişdir. Halbuki, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qan unu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətl əndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normalarının mənasına görə də, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndiri lməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun cəzasını yüngülləşdirən halların kifay ət qədər nəzərə almaması və maddənin sanksiyasında alternativ cəza nəzərdə tutulduğu halda, ona sanksiyada nəzərdə tutulmuş daha ağır cəza növünün orta həddindən yuxarı həddə cəza təyin edilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, birinci instansiyası məhkəməsinin hökmünə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edərkən iş üzrə cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alan birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 kifayət qədər qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq etməklə, ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsini 6 (altı) ay azaltmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai mar aqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 CM-nin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 həmin cəzanın təyin edilməsinə əsas verən hallar, yəni məhkumun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasının mümkünlüyü, məhz həmin cəzanın təyin edilməsinin məhkumun islah olunması məqsədlərinə cavab verməsinin məqsədə uyğun olması kimi hallar hazırki cinayət işi üzrə müəyyən edilmir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma azadlığın məhdudlaşdırılması növündə cə zanın təyin edilməsi barədə dəlillərini əsassız sayaraq hesab edir ki, məhkəmələrin adı çəkilən məhkuma azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması barədə qənaətləri qanunvericiliyin cəza təyininə dair müəyyən etdiyi tələblərə tam cavab verir. Bununla yanaşı, məhkəmə kolllegiyası onu da vurğulayır ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs2 əvvəllər də eyni xarakterli cinayət, yəni oğurluq cinayətini törətdiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin bu cəzanın tam icra olunmamasına baxmaya raq 13 mart 2021-ci il tarixdə gecə saatlarında islah və tərbiyə olunmayaraq və özü üçün əvvəlki məhkumluğundan heç bir nəticə çıxarmayaraq yenidən hazırki iş üzrə məhkum olunmuş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bu hal CM-nin 18.4.4-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin residivini yaratmasa da və məhkəmələr haqlı olaraq həmin halı CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almasalar, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 onun barəsində birinci hökm çıxarıldıqdan sonra cəmisi altı aydan sonra yenidən eyni xarakterli cinayət törətməsi onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməməsinə və məhkumun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir ki. Bu baxımdan Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum olunması halında cəzanın məqsədlərinə nail olunması mümkünlüyü barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni qanuni, əsaslı və ədalətli hesab edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi haqqında qərarın qəbul olunması üçün əsaslar görmür. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini qəbul edilməz sayaraq və həmin şikayətin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi S.Ş.Quli yevin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək yuxarıda göstərilən əsaslara görə hesab edir ki, müdafiəçi S.Ş.Quliyevin kassasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar