Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-922/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-392/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə bax araq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1954-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Ağcabədi şəhəri üzrə Üzeyir Hacıbəyli adına X8 direktor vəzifəsində işləmiş, məhkumluğu olmayan, Ağcabədi şəhəri, 28 May küçəsi, fərdi evdə kirayədə yaşamışdır. 2. 31 iyul 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 sentyabr 2021-cu il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və c inayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Aslan oğlu vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla şəxsən və qeyrisi vasitəsilə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə 10 aprel 2013-cü il tarixli, 83-K saylı əmrlə Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına X10 direktor vəzifəsinə təyin ed ilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 oktyabr 2010-cu il tarixli, 490 saylı əmri ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə 29 aprel 2015-ci il tarixli, 2 saylı qərarı ilə təsdiq edilmiş “X9 Əsasnaməsi”nə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11 mart 2019-cu il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “X9 Əsasnaməsi”nə əsasən Mərkəzin bütün fəaliyyətinə rəhbərlik etmək, tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək, onların arasında iş bölgüsünü təşkil etmək, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, Mərkəzin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görmək, tədris planları və proqramlarının tam yerinə yetirilməsinə, təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək, müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul etmək, müəllimləri qanuna müvafiq qaydada işdən azad etmək, Şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühasibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü və müəllimin ixtisasına uyğun dərs yükü bölgüsünü aparmaq, müəllimlərin tarifləşmə cədvəlini hazırlamaq, mərkəzdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə müəllim vəzifəsinə qəbul edilməsi üçün ona müraciət edən qohumu Şahid12 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini 2013-cü ilin avqust ayında Şahid12 Mərkəzin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsait ini rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid12 X8 müəllim vəzifəsinə təyin edilməsi haqqında 16 sentyabr 2013-cü il tarixli, 37 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2013-cü ilin sentyabr ayından şəxsən, 2020-ci ilin sentyabr ayından etibarən isə mərkəzdə kargüzar işləməklə cinayətdən xəbərsiz olan Şahid1 vasitəsilə Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına X8, özünün tabeliyində müəllim, kargüzar və digər vəzifələrdə işləyən şəxslərdən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni təyinatı üzrə vəzifələrinin icrasına davam etmələri, habelə müəllimlərə münasibətdə, əlavə ola raq, dərs saatlarının azaldılmadan saxlanılması müqabilində Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında, imtina etdikləri təqdirdə onlarla bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad etmək və müəllimlərə münasibətdə, əlavə olaraq, tədris etdikləri dərs saatlarının miqdarını azaltmaqla əlaqədar sənədləşdirmənin aparılması ilə onlara hədə-qorxu tətbiq etməklə, həmin şəxslərdən özü üçün birbaşa yolla maddi nemət olan müxtəlif məbləğdə, o cümlədən səs müəllimi işləyən Şahid9 2013-cü ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayınadək hər ay 30 (otuz) manat olmaqla 2.520 (iki min beş yüz iyirmi) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 400 (dörd yüz) manat, 2018-ci ilin sentyabr ayında 300 (üç yüz) manat, 2019-cu ilin sentyabr ayında 250 (iki yüz əlli) manat olmaqla 950 (doqquz yüz əlli) manat, cəmi 3.470 (üç min dörd yüz yetmiş) manat, qarmon müəllimi işləyən Şahid10 2013-cü ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla 4.450 (dörd min dörd yüz əlli) manat, əlavə olaraq, 2015-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2016-cı ilin sentyabr ayında 600 (altı yüz) manat, 2017-ci ilin sentyabr ayında 1.000 (min) manat, 2018-ci ilin sentyabr ayında 1000 (min) manat, 2019-cu ilin sentyabr ayında 700 (yeddi yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 4.600 (dörd min altı yüz) manat, cəmi 9.050 (doqquz min əlli) manat, qarmon müəllimi işləyən Şahid12 2013-cü ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək hər ay 40 (qırx) manat olmaqla 3.120 (üç min bir yüz iyirmi) man at, əlavə olaraq, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, cəmi 3.620 (üç min altı yüz iyirmi) manat, fortepiano müəllimi işləyən Şahid3 2014-cü ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək hər ay 30 (otuz) manat olmaqla cəmi 2.280 (iki min iki yüz) manat, səs müəllimi işləyən Şahid15 2015-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək hər ay 30 (otuz) manat olmaqla cəmi 2.160 (iki min bir yüz altmış) manat, fortepiano müəllimi işləyən Şahid24 2015-ci ilin sentyabr ayından 2020-ci ilin may ayınadək hər ay 30 (otuz) manat olmaqla cəmi 1.680 (bir min altı yüz səksən) manat, tar müəllimi işləyən Şahid22 2015-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 40 (qırx) manat olmaqla 2.600 (iki min altı yüz) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 600 (al tı yüz) manat, 2018-ci ilin sentyabr ayında 700 (yeddi yüz) manat, 2019-cu ilin sentyabr ayında 600 (altı yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 2.700 (iki min yeddi yüz) manat, cəmi 5.300 (beş min üç yüz) manat, səs müəllimi işləyən Şahid8 2015-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 40 (qırx) manat olmaqla cəmi 2.520 (iki min beş yüz iyirmi) manat, fortepiano müəllimi işləyən Şahid16 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla cəmi 2.050 (iki min əlli) manat, səs müəllimi işləyən Şahid11 2017-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək hər ay 50 (əlli) manat olmaqla cəmi 1.950 (bir min doqquz yüz əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2018-ci i lin sentyabr ayında 500 (beş yüz) manat, 2019-cu ilin sentyabr ayında 500 (beş yüz) manat, 2020-ci ilin sentyabr ayında 500 (beş yüz) manat olmaqla 2.000 (iki min) manat, cəmi 3.950 (üç min doqquz yüz əlli) manat, qarmon müəllimi işləyən Şahid23 2017-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayınadək hər ay 50 (əlli) manat olmaqla 1.050 (bir min əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 2.000 (iki min) manat, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat olmaqla 2.500 (iki min beş yüz) manat cəmi 3.550 (üç min beş yüz əlli) manat, tar müəllimi işləyən Şahid4 2017-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək hər ay 50 (əlli) manat olmaqla 1.950 (bir min doqquz yüz əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 1.500 (bir min beş yüz) manat, 2018-ci ilin s entyabr ayında 500 (beş yüz) manat, 2019-cu ilin sentyabr ayında 300 (üç yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 3.100 (üç min bir yüz) manat, cəmi 5.050 (beş min əlli) manat, qarmon müəllimi işləyən Şahid20 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla cəmi 2.050 (iki min əlli) manat, əlavə olaraq, 2017-ci ilin sentyabr ayında 1.000 (bir min) manat, 2018-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, 2019-cu ilin sentyabr ayında 500 (beş yüz) manat, 2020-ci ilin sentyabr ayında 500 (beş yüz) manat olmaqla 2.500 (iki min beş yüz) manat, cəmi 4.550 (dörd min beş yüz əlli) manat, tar müəllimi işləyən Şahid5 2019-cu ilin sentyabr ayından 2020-ci ilin aprel ayınadək hər ay 30 (otuz) manat olmaqla 210 (iki yüz on) manat, əlavə olaraq, 2019-cu ilin sentyabr ayında 800 (səkkiz yüz) manat, 2020-ci ilin sentyabr ayında 800 (səkkiz yüz) manat olmaqla 1.600 (bir min altı yüz) manat, cəmi 1.810 (bir min səkkiz yüz on) manat, Mərkəzdə xadimə işləyən Şahid7 2017-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayınadək hər ay 20 (iyirmi) manat olmaqla cəmi 980 (doqquz yüz səksən) manat, təsərrüfat müdiri işləyən Şahid17 oğlundan 2019-cu ilin fevral ayından 2021-ci ilin fevral ayınadək hər ay 20(iyirmi) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat, kargüzar işləyən Şahid1 2019-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 20 (iyirmi) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat, operator işləyən Şahid2 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 20 (iyirmi) manat olmaqla cəmi 100 (yü z) manat, ümumilikdə Mərkəzin adları qeyd edilən 18 nəfər əməkdaşından külli miqdar təşkil edən 52.940 (əlli iki min doqquz yüz qırx) manat məbləğində pul vəsaitini Mərkəzin Ağcabədi şəhərində yerləşən inzibati binasında hədə-qorxu tətbiq etməklə təkrarən özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib almaqla, həmçinin, eyni niyyətlə, tədris etdikləri dərs saatlarını azaldacağını bildirib qeyd edilən inzibati binada hədə-qorxu tətbiq edərək, razılıqlarına nail olduğu təqdirdə bunu etməyib, dərs saatlarını artırmaq müqabilində Şahid12 2018-ci ilin noyabr ayında 1.000 (min) manat, Şahid15 2019-cu ilin sentyabr ayında 500 (beş yüz) manat, Şahid19 2020-ci ilin noyabr ayında 2.000 (iki min) manat olmaqla, cəmi 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini Mərkəzin Ağcabədi şəhəri ndə yerləşən inzibati binasında hədə-qorxu tətbiq etməklə təkrarən özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəməklə, ümumilikdə qeyd edilən qaydada maddi nemət olan cəmi 56.440 (əlli altı min dörd yüz qırx) manat məbləğində pul vəsaitini hədə-qorxu tətbiq etməklə təkrarən özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə rüşvət qismində istəyib, həmin niyyətlə 52.940 (əlli iki min doqquz yüz qırx) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə vakant olan fortepiano müəllimi vəzifəsinə Şahid3 işə qəbul edilməsi müqabilində bununla əlaqədar köməklik göstərilmə si üçün özünə müraciət edən sonuncunun atası Şahid14 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini 2014-cü ilin sentyabr ayında Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə 2014-cü ilin sentyabr ayında maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid14 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid3 X8 fortepiano müəllimi vəzifəsinə təyin edilməsi haqqında 15 sentyabr 2014-cü il tarixli, 68 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işl əyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə vakant olan səs müəllimi vəzifəsinə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid8 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini 2015-ci ilin iyun ayında Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında təkrarən rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə 2015-ci ilin iyun ayında maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid8 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid8 X8 səs müəllimi vəzifəsinə təyin edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 117 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə təsərrüfat müdiri vəzifəsinə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid17 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini 2016-cı ilin iyun ayında Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında təkrarən rüşvət qismində istəyərək onun razılığını alı b, həmin niyyətlə 2016-cı ilin iyun ayında maddi nemət olan 1.000 (min) manat məbləğində pul vəsaitini Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid17 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid17 X8 təsərrüfat müdiri vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2019-cu il tarixli, 255 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə vakant olan operator vəzifəsinə X2 işə qəbul edilməsində köməklik göstərilməsi məqsədilə özünə müraciət edən sonuncunun qardaşı Şahid21 Nərgiz Həsənovanın həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini 2019-cu ilin mart ayında Mərkəzin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında təkrarən rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə Mərkəzin qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid21 2019-cu ilin mart ayında 1.000 (min) manat, həmin ilin avqust ayında 1.200 (min iki yüz) manat olmaqla, iki dəfəyə ümumilikdə maddi nemət olan 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün X4 X8 operator vəzifəsinə təyin edilməsi haqqında 02 avqust 2019-cu il tarixli, 280 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə operator vəzifəsinə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid2 həmin vəzifəyə təyin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.600 (min altı yüz) manat məbləğində pul vəsaitini 2020-ci ilin may ayında Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə 2020-ci ilin may ayında maddi nemət olan 1.600 (min altı yüz) manat məbləğində pul vəsaitini kirayədə yaşadığı Ağcabədi şəhəri, 28 may küçəsindəki fər di yaşayış evində Şahid2 özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid2 X8 operator vəzifəsinə təyin edilməsi haqqında 11 may 2020-ci il tarixli, 338 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Mərkəzdə Şahid6 işə qəbul edilməsində köməklik göstərilməsi üçün özünə müraciət edən sonuncunun atası Şahid13 Şahid6 həmin Mərkəzdə işlə təmin edilməsi müqabilində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini 2020-ci ilin noyabr ayında X9 ünvan 2 ünva nında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyərək onun razılığını alıb, həmin niyyətlə X9 qeyd edilən inzibati binasındakı xidməti otağında Şahid13 2020-ci ilin mart ayında 1.500 (min beş yüz) manat, 2021-ci ilin yanvar ayında 1.000 (bir min) manat olmaqla, iki dəfəyə ümumilikdə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində alaraq özünün şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün Şahid6 X8 təsərrüfat müdiri vəzifəsinə təyin edilməsi haqqında 01 fevral 2021-ci il tarixli, 377 saylı əmri imzalamaqla onu həmin vəzifəyə təyin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11 mart 2019-cu il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Üzeyir Hacıbəyli adına X6 əsasnaməsinə əsasən Mərkəzin Mədəniyyət Nazirliyinin tabeliyində olmaqla Nazirliyin mərkəzləşdirilmiş büdcəsindən, yəni dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisəsi olmasına baxmayaraq, 2015-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə Mərkəzdə müəllimə işləyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 özünə olan inam və etibarlarından suiistifadə edərək guya X9 inzibati binasının təmirə ehtiyacının olmasına və X9 mütəmadi təsərrüfat xərclərinin qarşılanması üçün pul vəsaitlərinin toplanmasına zərurət olduğunu yalandan bildirərək inandırıb aldatmaqla Zərə rçəkmiş şəxs1 2015ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 3.250 (üç min iki yüz əlli) manat, Zərərçəkmiş şəxs2 2016-cı ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayınadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 2.400 (iki min dörd yüz) manat, Zərərçəkmiş şəxs3 2017-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək hər ay 50 (əlli) manat olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini Mərkəzin ünvan 2 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında onlardan alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə həmin şəxslərə məxsus cəmi 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələ duzluq yolu ilə ələ keçirmişdir.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsu l vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 yanvar 2022-ci il tarixdən dən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri, eləcə də müdafiəçisi Müdafiəçi2 tərəfindən apelyasiya şikayətinə əlavə verilmişdir. Apelyasiya müraciətlərində hökmün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişlər.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-392/2022 nömrəli, 16 may 2022-ci tarixli qərarı ilə apelyasiya müraciətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-22/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində Məhkum onun təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(106)-392/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instan siyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respub likası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-392/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əl amətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hə r bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Hazırki kassasiya şikayəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli şəkildə yoxlanıldıqda aşkar edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3,178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarında hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası toplanmış sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.
22. Məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş şikayətləri araşdırarkən, apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.2.3,178.2.4, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CMnin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi cinayətlərin tərkibinin olması, bu cinayətin törədilməsində onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nətic əyə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiə tərəfinin apellyasiya şikayətlərində irəli sürdüyü dəlillərinin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılması və Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
24. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçir ilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-392/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-392/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.