Məhkəmə qərarları › İş №1(102)-922/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-922/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-922/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1995-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Ağcabədi rayon Melorasiya və Suvarma sistemləri idarəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(106)-416/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Həsənova Gülnar İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(099)-247/2023 nömrəli hökmünə əsasən (hakimlər: N.F.Quliyev (sədrlik edən), N.N.Hüseynov və İ.V.Əhmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 fevral 2023-cü ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(106)-416/2023 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(099)247/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2022-ci ilin aprel ayından rəsmi nikaha daxil olmadan ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs başqa şəxslərlə ya xın münasibətlərdə olmaqla ondan ayrılmaq istəyini bilib, həmin məsələ ətrafında aralarında münaqişə davam edərkən qısqanclıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gələrək, 02 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ilə birgə kirayədə yaşadıqları Ağcabədi şəhəri, “vahid qəbristanlığı” adlanan ərazidə yerləşən evə Məhkum və atası Şahid1 ilə birlikdə cinayətdən xəbərsiz olan tanışı Şahid2 idarə etdiyi “Hyundai” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək özlərinə məxsus geyim və sair şəxsi əşyalarını götürməklə geriyə qayıdarkən, Şahid2 həmin avtomobili Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Baku Klub” kafesinin qarşısında saxlayaraq Şahid1la birlikdə aşağı enməsindən və avtomobildə heç kimin olma masından istifadə etməklə cinayətkar niyyətini həyata keçirərək həmin avtomobilin arxa oturacağında onun yanında əyləşmiş Zərərçəkmiş şəxs saçlarından tutaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək əvvəlcədən üzərində saxladığı soyuq silah hesab olunmayan mətbəx bıçağını çıxarıb sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən iki dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının aşağı yan səthində döş və qarın boşluğuna keçərək diafraqmanı və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yara və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ bazunun yuxarı üçdə birinin arxa səthində deşilmiş-kəsilmiş yara kimi xəsarətlər yetirməklə onun sağlamlığına qəsdən ağı r zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(106)416/2023 nömrəli qərarının dəyişdirilməsi və məhkuma təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən onun şəxsiyyətini, işdə olan yüngülləşdirici halları, təyin ediləcək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının məhkumun ailə şəraitinə təsirini düzgün qiymətiləndirməmişdir. Məhkəmə onun barəsində CM-in 70-ci maddəsinin tətbiqini istisna edən halların olmasını əsaslandıra bilməmişdir. Müdafiəçinin fikrincə, cəzanı yüngülləşdirə n halların olması, habelə cəzanı ağırlaşdıran halların olmaması Məhkum CM-nin 70-ci maddəsinin tətbiq olunmasına və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına əsas verirdi. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfin dən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətin in geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(106)416/2023 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(106)-416/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar