Məhkəmə qərarları › İş №1(102)-923/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-923/2019

09.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-923/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 181.3.3-cü maddələri ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Zeynal Qurban oğlu, hakimlər Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublik ası CM-nin 126.2.3, 126.2.4-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 181.3.3-cü maddəsi ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 01 aprel 2018-ci il tarixdə saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs zəng edərək bir nəfərdən pul alacağını və həmin pulu ona borclu olduğu 7.600 (yeddi min altı yüz) manatın bir hissəsi kimi ona verəcəyini bildirib birlikdə Abşeron rayonu, Hökməli kəndindəki digər tanışının yanına getməyi təklif etmiş, Zərərçəkmiş şəxs onunla razılaşdıqdan sonra yolüstü bəzi ərzaq məhsulları və bir şüşə spirtli içki araq alıb birlikdə X1 oğlunun qarovulçu kimi zirzəmisində yaşadığı Hökməli kəndində yerləşən fərdi yaşayış evinə gələrək birlikdə yemək yeyib, spirtli içki qəbul etmiş, həmin vaxt X1 sərxoş olub yatdıqdan sonra o, saat 23 radələrində stolun üstündəki mətbəx bıçağını götürüb bayıra çıxmış və geri qayıtdıqda heç bir əsaslı səbəb olmadan “kimi söyürsən” deyib xuliqanlıq niyyətilə əlindəki mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısından bir dəfə qəsdən vurub ona döş qəfəsinin sol yarısının orta körpücük xətti üzrə 6-cı qabırğa səviyyəsində yerləşən, həmin qabırğanı kəsən və döş boşluğuna nüfuz edən sağlamlığa ağır zərər vurmaya aid 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək ora dan çıxıb getmişdir. Bundan sonra o, 01 aprel 2018-ci il tarixdə saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma xəsarəti yetirdikdən təxminən 20 (iyirmi) dəqiqə sonra yenidən Abşeron rayonu, Hökməli kəndindəki fərdi yaşayış evinin zirzəmisinə qayıtmış və bu zaman qan içində çabalayan Zərərçəkmiş şəxs xəstəxanaya aparılması üçün ona yalvarmasına baxmayaraq o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qarşı əlindəki bıçaqdan silah qismində istifadə etməklə basqın edib bıçağı ona dirəyib üstünü axtararaq pul tələb etmiş və pul tapmaq məqsədilə hücuma məruz qalmış zərərçəkmiş şəxsin kürək nahiyəsindən həyatı və sağlamlığı üçün təhlükəli olan bir bıçaq zərbəsi vurub ona döş qəfəsinin sol yarısının arxa hissəsindən qəsdən bir dəfə vuraraq döş qəfəsinin sol yarısının arxa qoltuq xətti üzrə 7-ci qabırğa səviyyəsində yerləşən, həmin qabırğanı kəsən 1 (bir) ədəd qarın boşluğuna nüfuz edərək diafraqmanı, mədəni və dalağı zədələyən sol tərəfli hematoraks (döş boşluğuna qanın toplanması) törədən sağlamlığa ağır zərərvurmaya aid deşilmiş-kəsilmiş xəsarət yetirərək cibindən 400 (dörd yüz) manat pulunu götürdükdən sonra Zərərçəkmiş şəxs baş nahiyyəsinə qəsdən təpiklə vuraraq sağ təpə nahiyəsinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol tərəfli 9-cu qabırğanın qapalı, yerdəyişməyən sınığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi S.G.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Cəfərov Vidadi Cəfər oğlu, hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 15 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.3cü maddəsi ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzası 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və hökmlə ona Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplama yolu ilə birləşdirilərək qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası t əyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qərarının dəyişdirilərək cazasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində həbs qətimkan tədbiri seçildiyi 4 ay ərzində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham olunduğunu bildiyi halda yalnız məhkəmənin ilk iclas günü yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası CM-nin maddələri ilə ittiham olunduğu ona məlum olmuşdur. Konstitusiya hüquqlarının pozulması ilə yanaşı cinayət işini aparan müstəntiq ona etdiyi etibardan sui-istifadə edib bu cinayətin əslində Az ərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə aparılmalı olduğunu deyərək, guya onun səhhətini nəzərə alıb (ayağında olan travmaya görə 3-cü qrup ömürlük əlil, 2009-cu ildən vərəm xəstəsidir) istintaq müddətində onu az narahat etməyi bəhanə gətirərək ona yazılmamış təmiz, ağ blanklara imza etdirmişdir. Bütün bunları məhkəmədə söyləyərək, bu cinayətin törədilməsində qismən təqsirli olduğunu bildirmişdir. Nəhayət, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il endirilmişdir. Odur ki, ona qarşı irəli sürülmüş ittihamlarda qismən təqsirli olduğunu nəzərə alaraq cəzasının yüngülləşdirilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin ma teriallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymə t verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum barəsində cinayət təqibi üzrə bir sıra qanun pozuntularına yol verildiyi barədə dəlillərə istinad edilir. Şikayətin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini, yəni Məhkum yuxarıda göstərilən maddə ilə nəzərdə tutulmuş cinayəti t örətməsinə dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bununla bağlı aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə, məhkumun və müdafiəçinin isə apellyasiya şikayətinin təmin edilməklə hökmün dəyişdirilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli və hökm dəyişdirilməlidir. İş materiallarından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilmişdir. Onun əməli öz ünün qismən etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmış və bu hissədə hökmün əsaslılığı apellyasiya şikayətində də mübahisələndirilmir. Bununla belə, kollegiyanın fikrincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almamışdır. Məhkəmənin hökmündən görünür ki, məsuliyyəti yüngülləşdirən hal kimi Məhkum himayəsində bir azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması və 3-cü qrup əlil olması müəyyən edilmişdir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Ədalət prinsipinə görə təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətind ən məlum olur ki, Məhkum himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən məlum olur ki, Məhkum üçünçü qrup əlildir. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, lakin Samirin ondan əvvəllər aldığı 7600 (yeddi min altı yüz) manat məbləğində pulu və xəstəxana məsrəflərini təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Məhkum əməlindən səmimi peşimançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, 3-cü qrup əlil olmasını, eləcə də, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb ona Azər baycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 181.3.3- cü maddələri ilə təyin edilmiş cəzanın azaldılmasını qanunun tələblərinə uyğun sayır. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilsin və hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplam aq yolu ilə birləşdirilərək qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin...”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarının pozulduğuna istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəm ə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar