Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-923/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Musayev Aqil Əlisa oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxxxx 1963-cü ildə il tarixdə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsill i, evli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Sabirabad sukanal sahəsinin modul tipli su təmizləyici qurğuların istismarı qrupunda mühəndis-qrup rəhbəri vəzifəsində işləmiş, ünvan 1 ünvanında yaşayan, CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən isə az ciddi cəzaları daha ciddi cəzalarla əhatə etmək yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. CM-nin 69.4-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 5 (beş) ay 10 (on) gün müddət nəzərə alınaraq, ona əsas cəza kimi təyin edilmiş cərimə cəzası yüngüllə şdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 06 fevral 2012-ci il tarixdən 14 fevral 2018-ci il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat mərkəzinin Sabirabad regional istismar bölməsində baş mütəxəssis, həmin bölmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verildikdən sonra 05 mart 2018-ci il tarixdən 25 iyun 2018-ci il tarixədək “Azərsu" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabirabad Sukanal İdarəsinin modul tipli su təmizləyici qurğuların istismarı sahəsində sahə rəisi, 25 iyun 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək həmin MMC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Sabirabad abonent işləri sahəsinin modul tipli su təmizləyici qurğuların istismarı qrupunda mühəndis-qrup rəhbəri və 02 sentyabr 2019-cu il tarixdən 17 sentyabr 2020-ci il tarixədək "xxxx" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin Sabirabad sukanal sahəsinin modul tipli su təmizləyici qurğuların istismarı qrupunda mühəndis-qrup rəhbəri vəzifələrində işləyərkən vəzifə təlimatına əsasən istehlakçıların su ilə fasiləsiz təchiz edilməsi, modul tipli qurğular və şəbəkələrdə təmir işlərinin yerinə yeti rilməsinə nəzarəti həyata keçirmək, bununla əlaqədar tabeçiliyində olmuş işçilərə tapşırıq və göstərişlər vermək, onların aylıq iş qrafikini tərtib edib yerinə yetirilməsinə, beləliklə də işə davamiyyətinə nəzarət etmək və digər təşkilatisərəncamverici, inzibati-təsərrüfat səlahiyyətlərinə malik olmaqla, ona tabeçiliyində olmuş işçilərə əmək haqqı məbləğlərinin hesablanması və ödənilməsi üçün ilkin maliyyə sənədi olan iş vaxtının uçotu tabellərini düzgün tərtib etmək və ya tərtib edilməsini təmin etmək səlahiyyəti verildiyinə və ya etibar edildiyinə görə göstərilən sənədlər əsasında müvafiq işçilərə əmək haqqı məbləği kimi ödənilən dövlət pul vəsaitlərinə münasibətdə maddi məsul vəzifəli şəxs olduğu və tabeçiliyində sürücü vəzifəsində olmuş Şahid1 işə gəlmədiyi halda, tərtib edib imzaladığ ı iş vaxtının uçotu tabellərinə sonuncunun işə gəldiyi barədə bilə-bilə yalan məlumatlar daxil etmək və bu barədə müəssisənin rəhbərliyinə xidməti məlumat verməməklə Şahid1 adına əmək haqqı məbləği kimi hesablanmış, ona etibar edilmiş külli miqdarda dövlət pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə talamaq qərarına gələrək, bu məqsədlə Şahid1 adına hazırlanmış plastik əmək haqqı kartlarını almış, 2012-ci ilin avqust ayından 2018-ci ilin mart ayına kimi Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat mərkəzinin Sabirabad regional istismar bölməsi üzrə tərtib etdiyi, rəsmi sənəd hesab olunan iş vaxtının uçotu tabellərinə Şahid1 guya davamlı olaraq işə gəldiyi barədə bilə-bilə yalan məlumatları va hid qəsdlə, tamah niyyətilə daxil etməklə sonuncunun adına "xxxx" ASC tərəfindən tərtib edilmiş 416974******1109 nömrəli plastik əmək haqqı kartının hesabına qanunsuz olaraq əmək haqqı məbləği kimi 04 sentyabr 2012-ci il tarixdə 129 manat, 04 oktyabr 2012-ci il tarixdə 123 manat, 06 noyabr 2012-ci il tarixdə 124 manat, 05 dekabr 2012-ci il tarixdə 123 manat, 28 dekabr 2012-ci il tarixdə 153 manat, 15 mart 2013-cü il tarixdə 107 manat, 19 mart 2013-cü il tarixdə 111 manat, 03 aprel 2013-cü il tarixdə 161 manat, 02 may 2013-cü il tarixdə 151 manat, 03 iyun 2013-cü il tarixdə 140 manat, 03 iyul 2013-cü il tarixdə 135 manat, 28 avqust 2013-cü il tarixdə 141 manat, 30 avqust 2013-cü il tarixdə 140 manat, 02 oktyabr 2013-cü il tarixdə 136 manat, 31 oktyabr 2013-cü il tarixdə 141 manat, 29 noyabr 2013-cü il tarixdə 163 manat, 26 dekabr 2013-cü il tarixdə 171 manat, 12 mart 2014-cü il tarixdə 181 manat, 01 aprel 2014-cü il tarixdə 312 manat, 30 aprel 2014-cü il tarixdə 142 manat, 30 may 2014-cü il tarixdə 143 manat, 30 iyun 2014-cü il tarixdə 142 manat, 01 avqust 2014-cü il tarixdə 143 manat, 29 avqust 2014-cü il tarixdə 152 manat, 02 oktyabr 2014-cü il tarixdə 158 manat, 03 noyabr 2014-cü il tarixdə 141 manat, 28 noyabr 2014-cü il tarixdə 143 manat, 26 dekabr 2014-cü il tarixdə 152 manat, 17 aprel 2015-ci il tarixdə 430 manat, 30 aprel 2015-ci il tarixdə 153 manat, 29 may 2015-ci il tarixdə 153 manat, 30 iyun 2015-ci il tarixdə 153 manat, 01 avqust 2015-ci il tarixdə 153 manat, 01 sentyabr 2015-ci il tarixdə 153 manat, 30 sentyabr 2015-ci il tarixdə 133 manat, 31 oktyabr 2015-ci i l tarixdə 133 manat, 01 dekabr 2015-ci il tarixdə 133 manat, 25 dekabr 2015-ci il tarixdə 134 manat, 07 mart 2016-cı il tarixdə 132 manat, 18 mart 2016-cı il tarixdə 153 manat, 01 aprel 2016-cı il tarixdə 142 manat, 29 aprel 2016-cı il tarixdə 143 manat, 01 iyun 2016-cı il tarixdə 142 manat, 01 iyul 2016-cı il tarixdə 143 manat, 29 iyul 2016-cı il tarixdə 142 manat, 02 sentyabr 2016-cı l tarixdə 153 manat, 30 sentyabr 2016-cı il tarixdə 153 manat, 31 oktyabr 2016-cı il tarixdə 152 manat, 30 noyabr 2016-cı il tarixdə 153 manat, 29 dekabr 2016-cı il tarixdə 152 manat, 22 fevral 2017-ci il tarixdə 144 manat, 02 mart 2017-ci il tarixdə 143 manat, 30 mart 2017-ci il tarixdə 143 manat, 28 aprel 2017-ci il tarixdə 144 manat, 31 may 2017-ci il tarixdə 143 manat, 03 iyul 2017-ci il tarixdə 153 mana t, 04 avqust 2017-ci il tarixdə 154 manat, 31 avqust 2017-ci il tarixdə 149 manat, 29 sentyabr 2017-ci il tarixdə 153 manat, 31 oktyabr 2017-ci il tarixdə 154 manat, 30 noyabr 2017-ci il tarixdə 153 manat, 28 dekabr 2017-ci il tarixdə 173 manat, 27 iyun 2018-ci il tarixdə 132 manat, 16 iyul 2018-ci il tarixdə 174 manat olmaqla, 04 sentyabr 2012-ci il tarixdən 16 iyul 2018-ci il tarixədək köçürülməsinə nail olduğu, dövlət büdcəsinə məxsus, ona etibar edilmiş cəmi 9758 manat, həmçinin baş mütəxəssis vəzifəsində işlədiyi Sabirabad regional istismar bölməsi "xxxx" ASC-nin balansına keçirildikdən sonra müəssisənin rəhbərliyinə Şahid1 işə gəlmədiyi və əmək funksiyasını yerinə yetirmədiyi barədə xidməti məlumat verməli olduğu halda, cinayət əməllərini davam etdirmək üçün verməməklə sonuncunun adı na "xxxx" ASC tərəfindən tərtib edilmiş 416974******0956 nömrəli plastik əmək haqqı kartının hesabına qanunsuz olaraq əmək haqqı məbləği kimi 31 may 2018-ci il tarixdə 132 manat, 02 iyul 2018-ci il tarixdə 140 manat, 31 iyul 2018-ci il tarixdə 111 manat, 24 avqust 2018-ci il tarixdə 148 manat, 25 sentyabr 2018-ci il tarixdə 140 manat, 30 oktyabr 2018-ci il tarixdə 134 manat, 30 noyabr 2018-ci il tarixdə 155 manat, 26 dekabr 2018-ci il tarixdə 140 manat, 28 yanvar 2019-cu il tarixdə 134 manat, 25 fevral 2019-cu il tarixdə 141 manat, 18 mart 2019-cu il tarixdə 135 manat, 19 aprel 2019-cu il tarixdə 98 manat, 27 may 2019-cu il tarixdə 305 manat, 18 iyun 2019-cu il tarixdə 290 manat, 19 iyul 2019-cu il tarixdə 225 manat, 16 avqust 2019-cu il tarixdə 319 manat, 19 sentyabr 2019-cu il tarixdə 26 9 manat, 17 oktyabr 2019-cu il tarixdə 444 manat, 13 noyabr 2019-cu il tarixdə 482 manat, 18 dekabr 2019-cu il tarixdə 421 manat və 21 yanvar 2020-ci il tarixdə 461 manat, 20 fevral 2020-ci il tarixdə 384 manat, 16 mart 2020-ci il tarixdə 423 manat, 13 aprel 2020-ci il tarixdə 618 manat, 15 may 2020-ci il tarixdə 157 manat, 16 iyun 2020-ci il tarixdə 358 manat, 13 iyul 2020-ci il tarixdə 420 manat, 17 avqust 2020-ci il tarixdə 460 manat, 17 sentyabr 2020-ci il tarixdə 422 manat, 24 sentyabr 2020-ci il tarixdə 299 manat olmaqla, 2018-ci ilin may ayından 2020-ci ilin oktyabr ayınadək köçürülməsinə nail olduğu "xxxx" ASC-yə məxsus, ona etibar edilmiş cəmi 8365 manat məbləğində pul vəsaitlərini "xxxx" ASC-nin Sabirabad filialına məxsus bankomatlardan çıxarmaqla nağdlaşdırdıqdan sonra göstəri lmiş pul vəsaitlərinin 15723 manat hissəsini tam həcmdə şəxsi ehtiyaclarına sərf etməklə, 2020-ci ilin fevral ayından oktyabr ayınadək köçürülmüş pul vəsaitlərinin cəmi 2400 manat hissəsini isə şəxsi ehtiyaclarına xərcləməsi üçün Şahid1 verməklə dövlət büdcəsinə aid cəmi 9758 manat və bütün səhmləri dövlətə məxsus olan "xxxx" ASC-yə aid cəmi 8365 manat olmaqla, ümumilikdə 18123 (on səkkiz min yüz iyirmi üç) manat məbləğində dövlət pul vəsaitlərini, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək, xeyli miqdarda ziyan vurub israf etmə yolu ilə vahid qəsdlə talamış, rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid qəsdlə, tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən 2020-ci ilin iyul və avqust aylarında yux arıda göstərilən vəzifədə işləyərkən tabeçiliyində olmuş işçilərə əmək haqqı məbləği kimi ödənilən pul vəsaitlərinə münasibətdə maddi məsul vəzifəli şəxs olduğuna görə rəhbərlik etdiyi qrupda təmirçi-çilingər vəzifəsində işləmiş Şahid2 işə gəlmədiyinə görə işlədiyi müəssisənin rəhbərliyinə bu barədə xidməti məlumat verməli olduğu halda, qəsdən verməməklə Şahid2 adına "xxxx" ASC tərəfindən tərtib edilmiş plastik əmək haqqı kartının hesabına 2020-ci ilin iyul ayı üzrə 337,93 manat və avqust ayı üzrə 311,36 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə və sonuncu tərəfindən Sabirabad şəhəri ərazisində bankomatdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, bütün səhmləri dövlətə məxsus olan "xxxx" ASC-yə aid olmuş cəmi 649,29 manat məbləğində dövlət pul vəsaitlərini, yəni o na etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə israf etmə yolu ilə təkrar talamışdır. Hökmdən dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 23 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında tə şkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla CM-nin 313-cü maddəsi ilə ona təyin edilmiş 1 (bir) il müddətə eyni əlavə cəza ilə qismən toplanılmaqla məhkum olunmuş şəxsə qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında təşkilati-sərəncamverici inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi İ.Ə.Həsənov kassasiya şikayəti verərək həmin qərarın məhkum Təqsirləndirilən şəxs qəti əlavə cəzanın müddətinin təyin olunmuş cə zaları qismən toplamaq yolu ilə təyin edilməsi hissəsində dəyişdirilməsi və bu cəzanın az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi qaydaları təsbit edilmiş CMnin 66-cı maddəsinin müddəalarına istinad edən müdafiəçi İ.Ə.Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qəbul etdiyi yekun qərarında, apellyasiya protestində göstərildiyi kimi, şəxsə bir neçə cinayətin törədilməsinə görə təyin olunmuş əlavə cəzaların yalnız qismən və ya tamamilə toplanması yolu ilə həmin növdə qəti cəzanın təyin edilməsi mümkünlüyü barədə nəticəyə gələrkən, cinayət qanunu normasının tətbiqində səhvə yol vermiş və gəld iyi nəticəni hər hansı qaydada əsaslandırmamışdır. Halbuki, CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir və bu normada nəzərdə tutulmuş qaydalar həmçinin əlavə cəzaların təyin edilməsi hallarında da tətbiq olunur. Buna görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər törətmiş Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti əsas cəzanın təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edildiyi halda əlavə cəzaları qismən toplamaq yol ilə təyin olunması məntiqsiz və qanunsuzdur, çünki bu haqda hər hansı imperativ norma cinayət qanunvericiliyində nəzərdə tutulmamışdır. Müdafiəçi həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı CM-nin 66.4-cü maddəsində isə şəxsə qəti təyin olunmuş əsas cəzaya əlavə cəzanın birləşdirilməsini və tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddətinin və ya həcminin həmin cəza növü üçün CM-nin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməməsi nəzərdə tutulur. Eyni zamanda müdafiəçi vurğulamışdır ki, CMnin 66-cı maddəsinin adında, eləcə də CM-nin 66.1 və 66.2-ci maddələrində yalnız ümumi şəkildə “cəza” sözü işlədilməklə “əsas cəza" və ya “əlavə cəza” anlayışından istifadə edilmir, beləliklə də ümumilikdə CM-nin 66-cı maddəsində qəti əsas və ya əlavə cəzanın təyin edilm əsi qaydaları ilə bağlı bir-birindən fərqli hal müəyyən olunmamaqla cinayətlərin məcmusu üzrə təyin edilmiş həm əsas, həm də əlavə cəzalara münasibətdə qəti cəzanın təyin edilməsinin ümumilikdə üç qaydası - az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq müəyyən edilmiş, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxil olduqda isə qəti əlavə cəzanın az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi üçün hər hansı qadağa və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsaslanaraq İ.Ə.Həsənov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi İ.Ə.Həsənov qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, onlar naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi İ.Ə.Həsənov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi bu şikayətində məhkəmənin Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq əlavə cəza təyin edərkən cinayət qanunu normasının (CM-nin 66.2-ci maddəsinin) düzgün tətbiq edilməməsini, bununla da həmin normada nəzərdə tutulan qaydaların pozulmasını iddia edərək məhkum olunmuş şəxsin barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.9-cu maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.9-cu maddəsinə əsasən isə məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan hədlərdə cəza tətbiq etməklə ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi İ.Ə.Həsənovun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayə t Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri bilinmiş şəxslərə cinayət qanunu normalarının tələbərinə uyğun olmayan hər hansı cəzanın təyin olunmasının yolverilməz olduğunu da ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, müdafiəçi İ.Ə.Həsənov öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Təqsirləndirilən şəxs qarşı irəli sürül müş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və onun barəsində qəti əlavə cəzanın təyin edilməsi zamanı apellyasiya instansiyası məhkəməsi tərəfində cinayət qanunu normalarının tələblərinə əməl olunmamasını iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində qəti əlavə cəzanın təyin edilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, digər tərəfdən isə həmin cəza qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun hədlərdə və ya həcmdə təyin olunma lıdır. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. Belə ki, CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsus i hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 43-cü maddəsində əsas və əlavə cəzaların təsnifi verilmişdir ki, bunlardan da cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir (CM-nin 43.2-ci maddəsi). CM-nin 46.1-ci maddəsnə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə kollegiyası vurğulayır ki, bu kimi hallarda məhkəmə təqsirkara təhlil edilən əlavə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etdikdə həmin cəzanı CMnin 46.2-ci maddəsinə istinad etməklə təyin etməlidir. CM-nin 46.3-cü maddəsinin ikinci cümləsində təsbit edilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu normanın mənasından isə belə nəticə hasil olunur ki, şəxsə təqsirli bilindiyi CMnin Xüsusi hissəsinin bu və ya digər maddəsi ilə əsas cəza kimi cərimə cəzası təyin edildikdə, lakin həmin maddənin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmadıqda məhkəmə işin müəyyən edilmiş faktiki hallarından, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan çıxış edərək CM-nin 46.2-ci maddəsinə istinad etməklə həmin cəzanı təyin edə bilər və belə hallarda cəzalar müstəqil icra olunur, əlavə cəzanın müddəti isə hökm qanuni qüvvəyə mindiyi tarixdə n hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4- cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Qanunun tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə aiddir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin, əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəza cərimə cəzası ilə birlikdə universal cəza olmaqla həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər (CM-nin 43-cü maddəsi). Həmin cəza növünün təyin ed ilmə müddəti konkret halda onun əsas və ya əlavə cəza olmasına işarə edir. Belə ki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olar aq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 23-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-nin 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. Həmçinin məhkəmələrə onu da nəzərə almaları tövsiyə edilmişdr ki, CM-nin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər f əaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum olunmuş şəxsin, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsini n, şahidlərin ifadələrinə, müxtəlif istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli çoxsaylı sənədlərə və maddi sübutlara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərinin törətməsinin sübuta yetirilməsi, onun bu əməllərinin CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif edilməsi, həmin maddələr əsasında ona əsas cəza kimi müxtəlif miqdarlarda cərimə cəzasının təyin olunması, CMnin 15.2 və 15.3-cü maddələrinə əsasən onun törətdiyi cinayətlərin az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq CM-nin 66.2-ci m addəsinin tələblərinə müvafiq olaraq ona qəti cəzanın az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi haqda qənaətə gəlmişdir. Eyni zamanda həmin məhkəmə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətməsini nəzərə alaraq və qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, habelə Ali Məhkəmənin Plenumunun yuxarıda təsvir edilmiş izah və tövsiyələrinə əsaslanıb CM-nin 46.2-ci maddəsinə istinad etməklə təqsirləndirilən şəxsə əlavə cəza növü kimi CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 313-cü maddəsi ilə isə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüf at funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum etmə cəzasını təyin etmiş və məhkəmənin həm bununla, həm də məhkum olunmuş şəxsə qəti olaraq əsas cəzanın az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi ilə bağlı mövqeyi ilə ittiham və müdafiə tərəfi razılaşmış, bu hissələrdə 16 avqust 2021-ci il tarixli hökmdən apellyasiya şikayəti və apellyasiya protesti, apellyasiya instansiyası məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarından isə kassasiya şikayəti və ya kassasiya protesti verilməmişdir. Hökmdən dövlət ittihamçısını verdiyi apellyasiya protestindən, apellyasiya instansiyası məhkəməsinin qərarından isə müdafiəçinin verdiyi kassasiya şikayətindən göründüyü kimi, həmin müraciətlərdə mübahisə edilən məsələ Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq əlavə cəzanın - dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsi ilə əlaqədardır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmündən görünür ki, birinci instansiyası məhkəməsi bu məsələyə Təqsirləndirilən şəxsə CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti olaraq əsas cəzanın təyin edilməsinə dair sərgilədiyi eyni mövqedən yanaşaraq ona cinayətlərin məcmusu üzrə qəti olaraq əlavə cəzanın da bu növdə olan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsini qanuni və əsaslı saymış, lakin dövlət ittihamçısı məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq hökmün bu məsələyə dair hissə sindən apellyasiya protesti vermişdir. Yuxarıda qeyd olunduğu kimi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri ilə razılaşaraq Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq əsas cəzanın az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə təyin edildiyi halda ona cinayətlərin məcmusu üzrə əlavə cəzanı həmin növdə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsi haqda 23 dekabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Öz qərarını apellyasiya instansiyası məhkəməsi onunla əsaslandırmışdır ki, cinayət qanu nvericiliyində, konkret olaraq isə CM-nin 66.4-cü maddəsində iki və ya daha çox cinayətə görə əsas cəza ilə yanaşı eyni növ əlavə cəzalar təyin edildiyi halda həmin cəzaların yalnız qismən və ya tam toplanması nəzərdə tutulmuş, əlavə cəzaya nisbətdə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə edilməsi isə cinayət qanununda müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız hesab edir və bununla əlaqədar gəldiyi nəticənin əsaslandırılması üçün cinayət qanunvericiliyinin aşağıdakı normalarına müraciət etməyi və onlara qanun tələbləri və mənası baxımından təfsir verməyi zəruri sayır. Belə ki, cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydaları CM-nin 66-cı maddəsində nəzərdə tutulmuşdur ki, CM-nin 66.1-ci maddəsinə əsasən də, cinayətlər in məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinin tələblərinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qət i cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 66.4-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Əvvəla həm bu normaların, həm də CM-nin 66.3 və 66.5-ci maddələrinin t əhlili göstərir ki, qanunverici həmin maddələrə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi qaydalarını müəyyən edərkən yalnız “cəza” terminindən istifadə etmiş və bir təqsirləndirilən şəxsə eyni vaxtda cinayətlərin məcmusu üzrə əsas və əlavə cəzalar üzrə qəti cəzanın təyin edilməsinin müxtəlif qaydalarını nəzərdə tutmamışdır. Bu isə o deməkdir, məhkəmə şəxsə təqsirli bilindiyi bilindiyi ayrı-ayrı maddələrlə təyin olunmuş həm əsas, həm də əlavə cəzaların istər bu cəzaları tam və qismən, istərsə də az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəzanın təyin edilməsi haqda nəticəyə gələrkən, həm əsas, həm də əlavə cəzaya münasibətdə eyni qaydanı tətbiq etməli, öz nəticəsini isə qəbul etdiyi yekun məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə kollegiyasınının q ənaətinə və CM-nin 66-cı maddəsinin tələblərinə və mənasına görə, eyni vaxtda və eyni məhkəmə aktı ilə bir təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə qəti cəzanın əsas cəzaya münsibətdə bir, əlavə cəzaya münasibətdə isə digər qaydanın tətbiq edilməsi məntiqsiz, qanunun tələblərinə uyğun olmayan və hüquqi müəyyənlik prinsipini pozan hal kimi qiymətləndirilməlidir. Belə hala yol verilməsi isə məhkəmənin bir cinayət işi üzrə oxşar məsələlərə müxtəlif cür yanaşmasına, yəni nəticə etibarı ilə cinayət qanunvericiliyi normalarının tətbiqində biri-birinə zidd olan mövqedən çıxış etməsinə dəlalət edir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, istər CM-nin 66-cı maddəsində, istərsə də cinayət qanunvericiliyinin digər normalarında şəxsə cinayətlərin məcmusu üzrə qəti olaraq əlavə cəzanı n onun təqsirli bilindiyi ayrı-ayrı maddələrlə təyin edilmiş eyni növ az ciddi əlavə cəzanın daha ciddi əlavə cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi qadağan olunmur, yəni CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti əlavə cəzanın qeyd olunan qaydada da təyin edilməsi mümkündür. Bu baxımdan həmin qaydanın əlavə cəzaya münasibətdə nəzərədə tutulmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır. Həmin məhkəmənin bu nəticəyə gələrkən CM-nin 66.4-cü maddəsinə istinad etməsinə gəldikdə, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, bu maddənin müddəaları təhlil edilən məsələyə deyil, tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddətinin və ya həcminin CM-nin Ümumi hissəsi ndə müəyyən edilmiş yuxarı həddən çox ola bilməməsinə həsr olunmuşdur ki, həmin müddəalara şəxsə cinayətlərin məcmusu üzrə qəti əlavə cəzanın həmin növdə az ciddi əlavə cəzanın daha ciddi cəza ilə əhatə edilməklə təyin olunmasının qarşısını almır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının (Plenumun 30 aprel 2021-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə) 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndiri lən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanılmasını istisna etmədiyindən, belə hallarda Cinayət Məcəlləsinin 68-ci maddəsində təsbit edilən qaydalar tətbiq edilməlidir. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü təyin edilirsə, əgər cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayət daxildirsə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq qəti cəza cərimə və daha ağır cəzanın tam və yaxud qismən toplanılması yolu ilə təyin edilir. Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinay ət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Cərimə, habelə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzalarının ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə toplanılması zamanı bu cəzaların vahid cəzaya çevrilməsi mümkün olmadığından, Cinayət Məcəlləs inin 68.2-ci maddəsinə əsasən həmin cəzalar (o cümlədən qəti olaraq təyin olunmuş cərimə və daha ağır cəza) müstəqil icra olunmalı, hökmün nəticəvi hissəsində buna dair müddəa əks etdirilməlidir. Yuxarıda təsvir olunanlardan çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs az ağır və böyük ictimai təhlükə törətməyən cinayətləri törətməkdə təqsirli bilinməsini nəzərə alıb CM-nin 66.2-ci maddəsinə əsaslanaraq ona cinayətlərin məcmusu üzrə həm əsas, həm də əlavə cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəzaların təyin edilməsini məqsədə müvafiq hesab etməklə qanununun tətbiqinə eyni mövqedən yanaşmış, bu zaman cinayət qanunu normasının pozuntusuna yol verməmiş, nəticə etibarı ilə təqsirkara ədalətli və qanuni hesab edilməli qəti cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə heç bir əsaslandırma aparmadan, ehtimallar üzərində qurulmuş nəticəyə gələrək Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq əsas cəzanın az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsinə baxmayaraq cinayətlərin məcmusu üzrə əlavə cəzanın təyin edilməsinə münasibətdə fərqli qaydanı tətbiq etməklə son nəticədə həm cinayət qanunu normasının tələblərinin, həm də bir məsələ üzrə qanunun eyni cür tətbiq edilməli olması prinsipinin pozulmasına yol vermiş, eyni zamanda təhlil edilən məsələ ilə formalaşmış vahid məhkəmə təcrübəsini də nəzərə almamışdır. Sonuncu məsələ ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CM-nin Xüsusi hissəsinin bir çox maddələrinin sanksiyalarında əsas cəzalarla yanaşı həm də əlavə cəzalar nəzərdə tutulmuşdur ki, məhkəmələr tərəfindən iki və ya daha çox belə maddələrlə təqsirləndirilən şəxslərə cinayətlərin məcmusu üzrə cəzalar təyin edərkən törədilmiş cinayətlərin ictimai təhlükəliliyindən, onların hansı kateqoriyaya aid olmasından və işin digər hallarından asılı olaraq CM-nin 66.2 və ya 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin maddələrdə göstərilən qaydalardan birini seçməklə və seçdikləri qaydanı həm əsas, həm də əlavə cəzaya münasibətdə eyni cür tətbiq etməklə onlara bu və ya digər qəti cəzalar təyin edirlər. Məsələn, məhkəmələr tərəfindən CM-nin 263.1-263.2-ci maddələri ilə (böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər) yanaşı CM-nin 264-cü maddəsi (az ağır cinayət) təqsirləndirilən şəxslər barəsində baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr işin bütün hallarına əsaslanıb cinayət törətmiş şəxslərə cinayətlərin məcmusu üzrə qəti əsas cəzanı az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsini məqsədə müvafq hesab etdikdə göstərilən maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsinə də bu mövqedən yanaşıb eyni qaydanı tətbiq edərək cinayətlərin məcmusu üzrə qəti cəzalar təyin edirlər və belə hal heç vaxt istər ittiham, istərsə də müdafiə tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs məhz az ağır və böyük ictimai təhlükə törətməyən cinayətləri törətməkdə təqsirli bilinməsi hazırki qərarda ona görə xüsus ilə vurğulanmışdır ki, CM-nin 66.2-ci maddəsinin yeni redaksiyası “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunuuna əsasən verilmiş və cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair bu normada edilmiş dəyişiklik cəza siyasətinin humanistləşdirilməsinə yönəlməklə məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər törətmiş şəxsə qəti cəzanın ayrı-ayrı cinayətlərə görə təyin edilmiş cəzaları təkcə tam və ya qismən toplamaq yolu ilə deyil, həm də az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsi üçün imkanlar yaratmışdır. CM-nin 66.2-ci maddəsinin tətbiqi ilə bağlı Ali Məhkəmənin Cinayət Kollegiyasının da mövqeyi ondan ibarətdir ki, işin halları b una əsas verdikdə, məhkəmələr iki və ya daha çox yalnız az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayətlər törətmiş şəxsə cinayətlərin məcmusu üzrə qəti cəzanın məhz az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilməsinə üstünlük verməlidirlər (Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının X4 CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair 02 mart 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə də Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə ona cinayətlərin məcmusu üzrə qəti əlavə cəzanın məhz eyni növdə olan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmasına mane olan heç bir məhdudiyyət müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası müda fiəçi İ.Ə.Həsənovun kassasiya şikayətinin dəlilləri ilə razılaşıb Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti əlavə cəzanın təyin edilməsi zamanı CPM-nin 416.1.9-cu maddəsiin təsiri altına düşən pozuntuya yol verməsini qeyd edərək hesab edir ki, həmin məhkəmənin qəbul etdiyi 23 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməklə CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da həmin növdə təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə et mək yolu ilə təyin edilməli, bununla da kassasiya şikayəti təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməməsi haqda ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, müdafiəçi İ.Ə.Həsənovun kassasiya şikayəti təmin edilməklə CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə cinayətlərin məcmusu üzrə qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutma hüququndan məhrum etmə əlavə cəza həmin növdə təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmalı və onun həmin qəti cəzasının müddəti 01 (bir) il 06 (altı) ay hədd ində müəyyən edilməli, bu əsasla da Təqsirləndirilən şəxs barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kasassiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutma hüququndan məhrum etmə növündə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə həmin əlavə cəza təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-923/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-923/2022
05.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver