Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-923/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 22 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fikrət Əliyev və Fəhmin Hümbətov) 01 iyun 2022-ci il tarixli, 1(124)-26/2022 nömrəli hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayon, Quzanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, A zərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində 05 oktyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 0,328 qram, 0,397 qram, 0,376 qram, 0,401 qram, 0,350 qram, 0,349 qram, 0,342 qram, ümumi təmiz çəkisi 2,888 qram psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdar ından artıq miqdarda, 2 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrı- ayrılıqda təmiz çəkiləri 1,546 qram, 0,375 qram, ümumi təmiz çəkisi 1,921 qram narkotik vasitə olan tiryəki əldə edib, daşıyaraq üzərində saxlamış, 05 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində Bərdə rayonu, Əyricə kəndi ərazisində Bərdə rayon PŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı idarə etdiyi “VAZ- 2106” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə, hərbi vəziyyət ilə əlaqədar saat 21:00-dan elan olunmuş “Komendant saatı”-nın tələblərinə nəzarət edilməsi məqsədi ilə quraşdırılmış komendant postunda saxlanılaraq, Bərdə rayon PŞ-nə gətirilmiş və polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli qış gödəkc əsinin sağ yan cibindən 1 ədəd “West” markalı siqaret qutusunun içindən xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan külli miqdarda 8 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 0,328 qram, 0,397 qram, 0,376 qram, 0,401 qram, 0,350 qram, 0,349 qram, 0,342 qram, ümumi təmiz çəkisi 2,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda olan 2 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,546 qram, 0,375 qram, ümumi təmiz çəkisi 1,921 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən məl um olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda bir ədəd qara rəngli sellofan torbada, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 172,107 qram narkotik vasitə olan heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 97,712 qram psixotrop maddə olan metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9,682 qram narkotik vasitə olan tiryək və üzərində “Methadone” yazısı olan konvalyutda hər birinin təmiz çəkisi 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 0,12 qram 3 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə olan metadon həbləri əldə edib, daşıyaraq üzərində saxlamış, 26 noyabr 2020-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd Qardaş” şadlıq s arayının yanındakı komendant postunda, hərbi vəziyyət ilə əlaqədar saat 21:00-dan elan olunmuş “Komendant saatı”-nın tələblərini pozduğuna görə hərəkət etdiyi “VAZ-2107” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildə Sumqayıt şəhər Pİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-yə gətirilmiş və bölmənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkcəsinin iç tərəfindən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş külli miqdarda, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 172,107 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, külli miqdarda, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 97,712 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və gödəkcəsinin sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,682 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək və üzərində “Methadone” yazısı olan konvalyutda hər birinin təmiz çəkisi 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 0,12 qram 3 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli təsiredici dərman preparatı olan, narkotik vasitə hesab edilən metadon həbləri aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Ruhiyyə Əsgərova) 22 sentyabr 2022-ci il tarixli 1(105)-378/2022 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Şahid6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlar onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu sübut etmir. Narkotik vasitələri qanunsuz olaraq satma cinayəti qanunsuz olaraq narkotik vasitələrin başqa şəxsin faktiki sahibliyinə ötürlülməsi anında başa çatmış hesab olunur və əmələ hüquqi qiymət verilərkən nəzərə alınmalıdır. İşdə olan sübutların məcmusu məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasına kifayət etmir. Bu fakt, yəni sübutların şəxsin əməlinə CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə qiymət verilməsinə iş üzrə toplanmış sübutların kifayət etməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun hazırkı cinayət işində narkotik vasitələri satmaq niyyəti sübuta yetirilmədən barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham hökmünün çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıd ır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, Şahid3, Şahid7, Şahid9, Şahid8, Şahid10, Şahid1 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. B elə ki, Məhkum məhkəmə iclasında verdiyi ifadəsində Sumqayıt şəhərində saxlanılarkən üzərində yalnız bir bükümdə tiryək və 3 ədəd həb olması barədə göstərsə də, cinayət işi üzrə ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin miqdarı və növləri haqqında ona elan edilmiş ittihama uyğun ifadə vermişdir. Məhkəmələr məhkumun məhkəməyədək icraat zamanı verdiyi ifadənin cinayət işi üzrə digər sübutlarla uyğunluq təşkil etdiyindən həmin ifadəni düzgün və həqiqətə uyğun ifadə kimi qiymətlədirmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məh kum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. A zərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və A zərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-923/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-923/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver