Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-923/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Əliyev Rəşad Vaqif oğlunun, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 n ömrəli, 20 noyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1982-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. 2. 28 oktyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.3.2 və 182.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək mə qsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünün rəhbərlik etdiyi ünvan 2 ünvanında fəaliyyət göstərən «XX» tibb mərkəzinin iqtisadi tərəqqisini təmin etmək üçün reklam işlərini və yeni cərrahiyyə şöbəsinin açılması işini bitirmək bəhanəsi ilə bu işlərin həyata keçirilməsi üçün sərmayə kimi 55.000 (əlli beş min) manat verməsini xahiş edib həmin pulu verəcəyi halda işləri bitirdikdən sonra sonuncunu həmin tibb müəssisəsinin meneceri vəzifəsinə təyin edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla vahid niyyətlə əhatə olunmuş qəsdlə 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayınadək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən «XX» klinikasında Zərərçəkmiş şəxs6 hissə-hissə olmaqla, ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Z ərərçəkmiş şəxs6 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə rəhbərlik etdiyi ünvan 2 ünvanında fəaliyyət göstərən «XX» tibb mərkəzində həkim kimi işləmiş Zərərçəkmiş şəxs5 tibb müəssisəsində cərrahiyyə şöbəsi açaraq avadanlıqlarla təmin edəcəyini söyləyib həmin şöbənin fəaliyyəti nəticəsində əldə olunacaq qazanca şərik edəcəyi barədə yalan vəd verib aldadaraq 2012-ci ilin dekabr ayında ünvan 2 ünvanında yerləşən «XX» tibb mərkəzində yalandan vəd etdiyi işlərin həyata keçirilməsi üçün sərmayə adı ilə Zərərçəkmiş şəxs5 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduz luq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs11 özünün rəhbərlik etdiyi ünvan 2 ünvanındakı «XX» tibb mərkəzinin fəaliyyətinin genişləndirilməsinə sərmayə qoyacağı halda tibb mərkəzinin gəlirinə şərik edəcəyinə və tibb mərkəzini on gün ərzində onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2013-cü ilin aprel ayının sonlarında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 164.787 ( yüz altmış dörd min yeddi yüz səksən yeddi) manat təşkil edən 210.000 (iki yüz on min) ABŞ dolları və 2013-cü ilin may ayının əvvəllərində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 82.393 (səksən iki min üç yüz doxsan üç) manat 50 (əlli) qəpik təşkil edən 105.000 (yüz beş min) ABŞ dolları pul vəsaitini Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 8 ünvanındakı evin qarşısında sonuncudan alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 ümumilikdə 247.180 (iki yüz qırx yeddi min yüz səksən) manat 50 (əlli) qəpik məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs11 Almaniya Federativ Respublikasından münasib qiymətə son model «Range Rover» markalı avtomobil alıb gətirəcəyinə dair yalan vəd verib aldatmaqla 24 may 2013-cü il tarixdə ünvan 9 ünvanında fəaliyyət göstərən «X» restoranının qarşısında Zərərçəkmiş şəxs11 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 125.552 (yüz iyirmi beş min beş yüz əlli iki) manat təşkil edən 160.000 (yüz altmış min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs11 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 özünün yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinin olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib inam qazanmaqla sonuncunun oğlunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində münasib vəzifəyə təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq 26 noyabr 2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi 559-cu məhəllədə yerləşən «X» restoranında Zərərçəkm iş şəxs7 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat təşkil edən 10.000 (on min) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs2 guya Şahid20 Birləşmiş X8 şəhərində və Qazaxıstan Respublikasında telefon aksessuarlarının satışı sahəsində biznesinin olduğunu bildirib həmin biznesə sərmayə qoyacağı halda onu şərik etməklə əldə olunacaq gəlirdən hər ay 1.750 (min yeddi yüz əlli) manat məbləğində qazanc ayıracaqlarına dair yalan vəd verib aldadaraq, gömrük nəzarəti məntəqəsində olan malların rüsumunu ödəmək adı ilə 2013-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97A ünvanında yerləşən «X» adlı restoranda Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı və qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və sonuncuya ev tikdirmək üçün 3.000 (üç min) manat müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq 2014-cü ilin noyabr ayında qeyrisi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanının qarşısında Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və növbəti dəfə yeni yaranmış cinayətkar niyyətdən çıxış edərək sonuncuya ev tikdirmək üçün əlavə 1.100 (min bir yüz) ABŞ dolları müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq 2015-ci ilin may ayında qeyrisi ilə birlikdə özlərinin həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti və şəxsiyyəti naməlum «Mahir» adlı şəxsin vasitəsi ilə ünvan 12 ünvanında yerləşən «Yeganə» şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs3 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1153 (min yüz əlli üç) manat 35 (otuz beş) qəpik təşkil edən 1.100 (min bir yüz) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində gündüz növbəsində münasib vəzifəyə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin qarşısında Zərərçəkmiş şəxs4 19 oktyabr 2015-ci il tarixdə 3.000 (üç min) manat və 20 oktyabr 2015-ci il tarixdə 1.000 (bir min) manat olmaqla, ümumilikdə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 anası Zərərçəkmiş şəxs8 məxsus ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi sonuncunun adına dövlət qeydiyyatından keçirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsdən 2015-ci ilin oktyabr ayı ərzində ünvan 15 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin inzibati binasının qarşısında iki dəfəyə 12.000 (on iki min) ABŞ dolları və 30 oktyabr 2015-ci il tarixdə ünvan 16 ünvanının qarşısında 900 (doqquz yüz) ABŞ dolları olmaqla, Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə ümumilikdə 13.539 (on üç min beş yüz otuz doqquz) manat 57 (əlli yeddi) qəpik təşkil edən 12.900 (on iki min doqquz yüz) ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs9 işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edərək sonuncunun oğlunu Azərba ycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə icra məmuru vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 2018-ci ilin iyun ayında ünvan 17 ünvanının qarşısında 5.000 (beş min) manat və 2018-ci ilin noyabr ayında ünvan 18 ünvanında yerləşən «Kral» şadlıq sarayının qarşısında 14.000 (on dörd min) manat olmaqla, ümumilikdə 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X6 CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət iş inə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və həbsdən azad olunmasına dair məhkəmə hökmünün çıxarılması məsələsini müsbət həll edəcəyinə dair sonuncunun anası Zərərçəkmiş şəxs10 yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə özünün həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan dostları Şahid10 və Şahid11 vasitəsi ilə Zərərçəkmiş şəxs10 2019-cu ilin oktyabr ayında 6.000 (altı min) manat, 14 noyabr 2019-cu il tarixdə 4.000 (dörd min) manat və bir neçə gün sonra 2019-cu ilin noyabr ayında10.000 (on min) manat olmaqla, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında yerləşən «Göy göl» kafesini n qarşısında alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2014-cü ilin yay aylarında sonuncunun qonşuluğunda kirayə yaşayan və həmin ərəfədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 11-ci döngə ünvanında aldığı iki sot torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyən Zərərçəkmiş şəxs3 ilə yaxın münasibət yaradıb yalandan özünü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər vəzifəli şəxsinin qohumu və həmin şirkətin məsul əməkdaşı kimi təqdim edərək etibarını qazanmış və növbəti dəfə yeni yaranm ış cinayətkar niyyətdən çıxış edərək sonuncuya ev tikdirmək üçün əlavə 500 (beş yüz) manat müqabilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən icazə sənədi alacaqlarını vəd verib aldadaraq bu adla 2015-ci ilin may ayının axırlarında qeyrisi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 16 ünvanında fəaliyyət göstərən kafedə Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat pul vəsaitini alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, 06 dekabr 2011-ci il tarixli, AN–N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 200.000 (iki yüz min) manata aldığı ünvan 2 ünvanında fəaliyyət göstərən özünə məxsus «XX» tibb mərkəzini satışa çıxarması ilə əlaqədar 2013-cü ilin iyul ayında tibb müəssisəsinə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs1 qarşı sında inam və etibar qazanmaq məqsədi ilə özünü işgüzar və etibarlı tərəfdaş kimi təqdim edərək guya Türkiyə Respublikasında tekstil sahəsində fəaliyyət göstərən və iflasa uğrama mərhələsində olan digər biznes sahəsini əlavə cəlb edəcəyi maddi vəsaitlər hesabına dirçəltmək üçün, əsl həqiqətdə isə digər şəxslərə qarşı törətdiyi dələduzluq cinayətləri nəticəsində ələ keçirdiyi pul vəsaitlərini zərərçəkmiş şəxslərə geri qaytarmaq məqsədi ilə Zərərçəkmiş şəxs1lə içərisindəki avadanlıqları ilə birlikdə tibb mərkəzinin 4.180.000 (dörd milyon yüz səksən min) manata alqı-satqısı barədə şifahi razılaşma əldə edib Məhkum həmin vaxtdan 04 avqust 2013-cü tarixədək olan müddət ərzində ünvan 22 ünvanında yerləşən ofisdə şəxsən Zərərçəkmiş şəxs1 ilkin olaraq 200.000 (iki yüz min) manat, sonrakı iki dəfəd ə isə eyni ünvanda cəmi 480.000 (dörd yüz səksən min) manat pul vəsaitini alması, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 05 avqust 2013-cü il tarixli, 100.CL.250412.00001/c nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında əvvəllər özünün götürdüyü kreditə görə "xxxx" ASC-yə olan 2.480.261 (iki milyon dörd yüz səksən min iki yüz altmış bir) manat məbləğində kredit borcunu razılaşdıqları kimi Zərərçəkmiş şəxs1 banka tam ödəməsi, 05 avqust 2013-cü il tarixli, 100.CL.250412.00001/c nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən 12 saylı notariat kontorunun bankdakı depozit hesabı vasitəsi ilə 06 avqust 2013-cü il tarixdə 619.739 (altı yüz on doqquz min yeddi yüz otuz doqquz) manat və həmin tarixdə "xxxx" ASC-nin qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi il ə 100.000 (yüz min) manatın qarşılığı olaraq 130.000 (yüz otuz min) ABŞ dolları pul vəsaitlərini şəxsən Zərərçəkmiş şəxs1 alması, həmçinin Zərərçəkmiş şəxs1 faktiki sahibliyində olmaqla, anası X1 adına rəsmiləşdirilmiş, hər birinin dəyəri 150.000 (yüz əlli min) manat olmaqla, ümumilikdə 300.000 manat dəyərində ünvan 23 ünvanında yerləşən 15 saylı və ünvan 24 ünvanında yerləşən 17 saylı iki ədəd üç otaqlı mənzilləri Məhkum öz təklifinə əsasən dostu X7 adına Zərərçəkmiş şəxs1 verdiyi 06 avqust 2013-cü il tarixli etibarnamə əsasında həmin əmlakları əldə etməsi nəticəsində əvvəlcədən razılaşdıqları 4.180.000 manat məbləğində pul vəsaitinin alıcı Zərərçəkmiş şəxs1 tərəfindən ona tamamilə ödənilməsinə və əlavə olaraq 02 avqust 2013-cü il tarixdə Məhkum əldə etdiyi ümumi vəsaitin 980.000 manatdan ibarət hissəsinin tibb mərkəzində quraşdırılmış avadanlıqların dəyərinə aid edilməsi barədə Zərərçəkmiş şəxs1lə sövdələşərək «məişət texnikasının, tibbi və texniki avadalıqların alqı-satqı müqaviləsi»nin şərtlərinə uyğun tərtib edilən «əmlakın təhvil-təslim aktı»na imza etməsinə baxmayaraq, tərəflər arasında alqı-satqı və ödəniş tam həyata keçirilib başa çatdıqdan sonra faktiki aralarında heç bir borcun qalmadığı və sonrakı müddətdə fikir ayrılığı, narazılıq olmadığı halda Məhkum təkrarən özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə bir neçə ildən sonra, yəni 2016-cı ilin aprel ayından etibarən gələcəkdə hüquq mühafizə orqanlarına özünün qanunazidd hərəkətləri ilə bağlı şikayət olunacağı halda məsuliyyətdən yayına bilmək üçün qabaqcadan düşünülmüş şəkildə Zərərçək miş şəxs1 tibb mərkəzinin alqı-satqısına görə guya ona pul borclu olmasını yalandan iddia etməklə 27 iyul 2016-cı il tarixdə saat 22:16-da özünün istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********118 saylı mobil telefon nömrəsinə zəng edərək ona külli miqdarda 1.000.000 (bir milyon) manat məbləğində pul çatdırmayacağı halda həmin gün axşam saatlarında ünvan 2 ünvanında yerləşən «XX» tibb mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 tüfənglə başından vurub öldürəcəyini bildirməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmişdir. 3. 12 noyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqa nı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 01 (bir) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətin ona təyin olunan 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 04 (dörd) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Məhkum Zərərçəkmiş şəxs 7 7844 (yeddi min səkkiz yüz qırx dörd) manata ekvivalent olan 10000 (on min) ABŞ dolları məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi, həmin maddələrlə ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 35000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirilməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi, həmin maddələrlə ona cəza təyin edilməməsi, Azərbaycan Resp ublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi, həmin maddə ilə ona cəza təyin edilməməsi, Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə cinayət tərkibi yaranmadığından həmin epizodun irəli sürülmüş ümumi ittihamdan xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddət inin əvvəlinin 28 fevral 2022-ci il tarixdən hesablanması, Zərərçəkmiş şəxs5 Məhkum qarşı 70000 (yetmiş min) manat maddi zərər görə pul tələbinə dair mülki iddiasının qismən təmin edilməsi, 50000 (əlli min) manat pulun Məhkum tutulub Zərərçəkmiş şəxs5 ödənilməsi, Zərərçəkmiş şəxs5 vurulmuş maddi zərərin 20000 (iyirmi min) manatın məhkəməyədək icraat mərhələsində ödənilməsinin nəzərə alınması və mülki iddianın qalan hissədə təmin edilməsinin rədd edilməsi hökm edilmiş, digər zərərçəkmiş şəxslərin mülki iddiaları, maddi sübutlar və başqa məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs6, eləcə də təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən ayrı-ayrılıqda ape llyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-898/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 nümayəndəsi və müdafiəçisi Nümayəndə1, Zərərçəkmiş şəxs6 apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın onun Zərərçəkmiş şəxs6 55000 (əlli beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs5 70000 (yetmiş min) manat məbləğind ə külli miqdarda maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirməsi barədə dələduzluq epizodları üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 ümumilikdə 247180 (iki yüz qırx yeddi min yüz səksən) manat 50 (əlli) qəpik məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq epizodu üzrə “təkrarlıq” tövsifedici əlamətin xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, Zərərçəkmiş şəxs7 7844 (yeddi min səkkiz yüz qırx dörd) manat ekvivalent olan 10.000 (on min ) ABŞ dolları məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi, Zərərçəkmiş şəxs2 35000 (otuz beş min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirilməsi və Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodları üzrə Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və ona həmin hissədə cəza təyin edilməməsi, elan olunmuş ittihamın qalan epizodları üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 01 (bir) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətin ona təyin olunan 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin mülki iddia, maddi sübutlar və digər məsələləri həll edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu kassasiya protesti, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 və Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu kassasiya şikayət i vermişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1777/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının kassasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-898/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmünün kassasiya protestinə və Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əliyev İlqar Kamil oğlu və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 69/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası C M-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 02 (iki) ay 18 (on səkkiz) gün müddətin təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 10 (on) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 sentyabr 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən Məhkum Zərərçəkmiş şəxs7 7.844 (yeddi min səkkiz yüz qırx dörd) manat ekvivalent olan 10.000 (on min) ABŞ dolları məbləğində, Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat məbləğində, Zərərçəkmiş şəxs3 3.000 (üç min) manat, eləcə də 1153 (min yüz əlli üç) manat 35 (otuz beş) qəpik təşkil edən 1100 (min bir yüz) ABŞ dolları məbləğində, Zərərçəkmiş şəxs4 4000 (dörd min) manat məbləğində və Zərərçəkmiş şəxs8 13539 (on üç min beş yüz otuz doqquz) manat 57 (əlli yeddi) qəpik təşkil edən 12900 (on iki min doqquz yüz) ABŞ dolları məbləğində əmlakını dələduzluq yolu ilə ələ keçirməsi epizodları üzrə cinayət məsuliyyətindən azad edilməsi və bu epizodlarla bağlı ona cəza təyin edilməməsi, Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində əmlakının dələduzluq yolu ilə ələ keçirməsi epizodu üzrə cinayət tərkibi yaranmadığından həmin epizodun ona qarşı irəli sürülmüş ittihamdan çıxarılması, Zərərçəkmiş şəxs5 mülki iddiasının qismən təmin edilər ək, 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin Məhkum onun xeyrinə ödənilməsi hökm edilmiş, həmçinin mülki iddia, maddi sübutlar və digər məsələləri həll edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cinayət işinin materiallarında məhkumun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ilə razılığa gələrkən həqiqi niyyətinin razılaşmanın şərtlərinə əməl etmək olmadığı (onları aldadıb hansısa əmlaklarını əvəzsiz olaraq ələ keçirmək olduğu) görünmür. Əksinə, onun tərəfindən razılığa uyğun olaraq tibb müəssisəsinin fəaliyyətinin genişləndirilməs i və orada cərrahiyyə şöbəsinin yaradılması, hətta, Zərərçəkmiş şəxs5 klinikaya baş həkim təyin edilməsi razılaşmalardan əvvəl onun belə bir niyyətinin olması haqqında görünmür. O, bütün ifadələrində zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ilə birgə iş qurmaq üçün müəyyən məbləğdə pul götürməsi barədə razılaşmaları, həmin razılaşmaların gerçək məzmununa uyğun olan niyyətlə bağladığını, heç vaxt onları aldatmaq, bu yolla onların əmlakını ələ keçirmək məqsədində olmadığını və reallıqda da belə halların baş vermədiyini göstərmişdir. Onunla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 arasında olmuş razılaşmalar üzrə aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, bununla əlaqədar onlara hər hansı əmlak payını vəd etməməsi, sonrakı dövrdə isə əldə etdiyi əmlakın bir hissəsinin maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmaması nəzərə alınaraq həmin epizodlar üzrə əməli Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal mülki hüquq münasibətlərinin subyektindən dələduza çevirmir və həmin epizod üzrə cinayət hadisəsinin baş vermədiyini və əməlində cinayət tərkibinin olmadığını təsdiq edir. Odur ki, zərərçəkmiş şəxslər kimi təqdim olunan Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ilə bağlı epizodlar üzrə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cin ayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan biri digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə onun hərəkətlərini özgənin əmlakının tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın öldürəcəyi ilə hədələməklə hədə-qorxu ilə tələb etmə əməli hesab etməmiş və əsassız olaraq ittihamın əsasında ziddiyyətli sübutların olması qənaətinə gəlmişlər. Halbuki, iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin (Şahid15, Şahid16, Şahid17 və Şahid18) müqayisəli təhlili məhkəmələrin gəldiyi bu qənaətin əsassız olmasını təsdiq edir. Ali Məhkəmə tərəfindən yenidən baxılması üçün göndərilən zamanı həmin şahidlərin - Şahid15, Şahid16, Şahid17 və Şahid18 verdiyi ifadələrin yenidən yoxlanması və hüquqi qiymət verilməsi göstərilmişd ir. Lakin apellyasiya instansiya məhkəməsi həmin şahidləri dindirməmiş, baxmayaraq ki, məhkəmə prosesləri məhkəmə istintaqı ilə aparılmışdır. Həmin şahidlərin dindirilmədiyi halda bir mötəbər sübut kimi hüquqi qiymət verilməsi qanunla yolverilməzdi. Bundan başqa Şahid15, Şahid16, Şahid17 və Şahid18 ümumiyyətlə onu tanımırlar və yalnız Zərərçəkmiş şəxs1 qonşularıdırlar və Zərərçəkmiş şəxs1 onlara dediklərini gəlib yalnız birinci instansiya məhkəməsində təkrar etmişlər, yəni iş barəsində heç bir məlumatı olmayan şəxslərdir, həmin şahidlərin verdiyi ifadələr sübut kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 dindirilən zamanı özü bildirmişdir ki, tibbi klinikanı Məhkum 4.200.000 manata almışdır, sadəcə notariat kontorunda bütün məbləğ göstərilməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs5 ifadəsindən də görünür ki, Zərərçəkmiş şəxs1 tibb klinikasının satılmasında Məhkum borcu qalmışdır. Bu hal mübahisəsizdir. Onun tibb klinikasının satılmasından qalıq borcunun Zərərçəkmiş şəxs1 tələb etməsi heç bir halda Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsinin tərkibini yarada bilməz. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakının hədə-qorxu ilə tələb olunması epizodu üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid15, Şahid16, Şahid17 və Şahid18 ifadələrini ona qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürmüş ittihamın təsdiqində mötəbər sübut kimi qəbul etmək və qiymətləndirmək olmaz. Belə ki, əvvəla qeyd olunan şahidlər onun tərəfindən özgənin külli miqdarda əmlakını bu və ya sair formada hədə-qorxu ilə təl əb etmədə ifadə olunan hərəkətlərinin birbaşa şahidi olmamış, məhkəməyədək icraat mərhələsində dindirilərkən guya Zərərçəkmiş şəxs1 onlara danışdıqlarına uyğun ifadələr vermişlər. Birinci instansiya məhkəməsində dindirilən hər üç şahidin ifadələri ilə onların ibtidai istintaqda vermiş olduqları ifadələri arasında ziddiyyətlər var. Bundan başqa, ona qarşı Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürmüş sonuncu ittihamın məzmundan görünür ki, ibtidai istintaq orqanı belə bir nəticəyə gəlmişdir ki, “XX” klinikasının alqı-satqısından sonra tərəflər, yəni onunla zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 arasında alqı-satqı və ödəniş tam həyata keçirilib başa çatdıqdan sonra faktiki aralarında heç bir borc qalmamış və sonrakı müddətdə fikir ayrılığı, narazılıq olmam ışdır. İbtidai istintaq orqanının bu xüsusat üzrə gəldiyi nəticə yenə də zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadələrinə söykənmişdir. Lakin məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 hər ikisi “XX” klinikasının alqı-satqısından Zərərçəkmiş şəxs1 Məhkum borcu qaldığını təsdiq etmişlər. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 dair epizodlar üzrə bəraət, Zərərçəkmiş şəxs5 mülki iddiasının baxılmamış saxlanılması, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsin in tətbiq edilərək şərti cəza verilməsi və Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuni liyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsini n səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi üzrə iki epizod, eləcə də Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsini, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzasının şərti tətbiq edilməsini, həmçinin, Zərərçəkmiş şəxs5 mülki iddiasının baxılmamış saxlanılmalı olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddəl ərində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) t örədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü ma ddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi, eləcə də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə dair iki epizod üzrə təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
24. Belə ki, baxılan cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 və məhkumun müdafiəçisi Əliyev İlqar Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası ibtidai istintaq dövründə toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, X12 və Zərərçəkmiş şəxs5 münasibətdə epizodlar üzrə məhkuma əsassız bəraət verilmişdir. İşə baxan kassasiya instansiyası məhkəməsinin əvvəlki kollegiyası qeyd etmişdir ki, Məhkum adı çəkilən zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirərkən həqiqi niyyətinin aldatma olmadığı barədə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi onun həmin şəxslərə tibbi klinikanı satandan sonra əldə etdiyi pulla borcunu guya qaytaracağı barədə verdiyi vədinin yerinə yetirməməsini nəzərə almamışdır. Bu hal isə məh kumun həqiqi niyyətinin zərərçəkmiş şəxsləri aldatmaq olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni şübhə altına alır.
25. Məhkum Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsinə münasibətdə kassasiya instansiyası məhkəməsinin əvvəlki kollegiyası qeyd etmişdir ki, aşağı instansiya məhkəmələri Məhkum külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin, yəni iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını təkrar hədə-qorxu ilə tələb etmə cinayətini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsir liliyini sübuta yetirə biləcək mötəbər sübutların müəyyən edilmədiyi barədə səhv nəticəyə gəlmişlər. Məhkəmələr göstərilən mövqelərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişlər. Belə ki, məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə Məhkum hərəkətlərini özgənin əmlakının tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın öldürəcəyi ilə hədələməklə hədə-qorxu ilə tələb etmə əməli hesab etməmiş və əsassız olaraq ittihamın əsasında ziddiyyətli sübutların olm ası qənaətinə gəlmişlər. Halbuki, iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin (Şahid15, Şahid16, Şahid17 və Şahid18) müqayisəli təhlili məhkəmələrin gəldiyi bu qənaətin əsassız olmasını təsdiq edir.
26. Qeyd edilənlərə əsaslanmaqla işə baxan kassasiya instansiyası məhkəməsinin əvvəlki məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə bəraət verərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməməsini, iş üzrə toplanmış sübutların hərtərəfli araşdırmamasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməməsini nəzərə almadan əsassız yekun nəticəyə gəlmişdir. Həmçinin dələduzluq ə məlləri üzrə iki epizod-zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 münasibətdə məhkuma bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı və inandırıcı qənaət kimi qəbul edilə bilməzdi. Göstərilən zərərçəkmiş şəxslərə münasibətdə Məhkum yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməməsi və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətinin olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hər hansı sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərin araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinin birinci baxışı nəticəsində qəbul etdiyi hökmü ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən hökmü kassasiya instansiyası məhkə məsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, hazırda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə yeni hökmdə müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.
28. Belə ki, yeni apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, apellyasiya instansiyası məhkəməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, Zərərçəkmiş şəxs1 ifadəsini, məhkumla zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolunu, zərərçəkmiş şəxsin şikayət ərizəsi əsasında toplanmış ilkin təhqiqat materialları, şahidlər Şahid15, Şahid16, Şahid17 və Şahid18 ifadələrini və digər sübutları müqayisəli şəkildə təhlil edib, həmin sübutları n tədqiqi nəticəsində hesab etmişdir ki, məhkumun Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.
29. Həmçinin, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 aid epizodlar üzrə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib həmin epizodlar üzrə onun cinayət əməllərini törətməkdə təqsirinin təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edildiyi qənaətinə gəldiyindən, Məhkum hər iki epizod üzrə bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyinin əsassız olması haqda nəticəyə gələrək, onu həmin epizodlar əsasında təqsirli bilərək, cəza təyin etmiş, eyni zamanda Zərərçəkmiş şəxs5 mülki iddiası məsələsini həll edərək, mülki iddianın qismən təmin edilməsi barədə düzgün qərar vermişdir.
30. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.3.2-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, təqsirli bilindiyi maddələr üzrə (eyni zamanda hazırda mübahisələndirdiyi hissədə) onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
31. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqli nəticəyə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmünün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Məhkəmə kollegiyası həmçinin məhkumun ona təyin edilmiş cəzanın şərti tətbiq olunması barədə kassasiy a şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmənin hökm üzrə həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.
33. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin ed ilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
34. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
35. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstəri lir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
36. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birl əşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
38. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
39. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı).
40. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında xahişin əsassız olduğu müəyyən edilir.
41. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli isə həmin Məcəllənin 15.5-ci maddəsində xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
42. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
43. Baxılan cina yət işinin materiallarından müəyyən edilir ki, Məhkum cəza təyin edən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, cinayətlər nəticəsində vurulmuş maddi ziyanı könüllü olaraq tam və qismən ödəməsini, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasının orta həddində cəza müddəti seçmiş, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, qanunla nəzərdə tutulan məqsədlərə xidmət edən və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində göstərilən tələblərə uyğun olan cəza növünü və müddətini müəyyən etmişdir.
44. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas aşkar edilmir.
45. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının t əfsirinin təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
46. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
47. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmü dəyişdiril mədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1149/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.