Məhkəmə qərarları › İş №1(102)-924/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-924/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-924/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum1 müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2021-ci il tarixli, 1(106)-551/2021 nömrəli qərarından Məhkum1 və onun müdafiəçis i Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxx 1954-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X4 Doğum şöbəsinin müdiri vəzifəsində işləmiş, Bakı şəhəri, H.Zərdabi küçəsi, 593-cü məhəllə, 83 saylı mənzildə qeydiyyatda olmaqla, Hacıqabul şəhəri, 20 Yanvar küçəsi, 59 saylı evdə yaşamışdır.

2. Hacıqabul Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(071)32/2021 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə tibbi fəaliyyət sahəsində mama-ginekoloq vəzifə si üzrə rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən, məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə, məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2021-ci il tarixli, 1(106)-551/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

5. X2 Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2021-ci il tarixli qərarından Məhkum1 və onun müdafiəçisi Müdafiəçi3 birlikdə kassasiya şikayəti vermişdir.

6. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum1 ərizə ilə müraciət edib, özü və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası Məhkum1 özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının və müdafiəçinin çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2021-ci il tarixli, 1(106)551/2021 nömrəli qərarından Məhkum1 özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2021-ci il tarixli, 1(106)-551/2021 nömrəli qərarından Məhkum1 və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar