Məhkəmə qərarları › İş №1(102)-924/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-924/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-924/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X4, Məhkum müdafiəçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri X2 və X5, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X1 işti rakları ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-13/2022 nömrəli, 28 sentyabr 2022ci il tarixli hökmü ilə (Hakimlər - Hafiz Əliyev (sədrlik edən), Fikrət Əliyev və Fəhmin Hümbətov) xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi, döngə 3, ev 7-də qeydiyyatda оlmaqla həmin ünvаndа yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3 və 153.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 3 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 19 iyun 2019-cu il tarixdən, 05 mart 2021-ci il tarixədək ev dustaqlığında saxlandığı 1 il, 8 ay, 14 gün (bir il səkkiz ay on dörd gün) müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti cəza olaraq 11 il, 3 ay, 16 gün (on bir il üç ay on altı gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov oğlu və Elman Əhmədovdan ibarət tərkibdə) 7 mart 2023-cü il tarixli, 1(103)-51/2023 nömrəli qərarı ilə Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 153.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-13/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilmiş, Məhkum 5000 (beş min) manat məbləğində mənəvi zərər tutularaq Zərərçəkmiş şəxs (qanuni nümayəndəsi vasitəsi ilə) ödənilməsi barədə qərar verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin fevral ayında, gecə saat 22-23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında onun üçün aşkar surətdə 14 yaşına çatmayan, müvəqqəti olaraq həmin evdə yaşayan xx xxxx 2008-ci il təvəllüdlü baldızı qızı Zərərçəkmiş şəxs yanında oturdaraq özünə məxsus mobil telefonun ekranı vasitəsi ilə kişi ilə qadının cinsi əlaqədə olması səhnəsini əks etdirən seksual xarakterli videoları məqsədyönlü və şüurlu surətdə nümayiş etdirməklə zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa o, cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin fevral ayında təxminən saat 13 radələrində Abşeron rayonu, Hökməli qəs əbəsi, M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında olan divanda onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx xxxx 2008-ci il təvəllüdlü baldızı qızı Zərərçəkmiş şəxs yaşının az olması səbəbindən ona qarşı edilən hərəkətlərin mahiyyətini anlamaq qabiliyyəti olmayıb, eləcə də fiziki göstəricilərinə görə ona hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək, yanında oturdub Zərərçəkmiş şəxs gərginləşmiş cinsiyyət orqanını əli ilə sıxmasını tələb edib, bu yolla yəni sonuncunun onun cinsi orqanını sıxarkən cinsi ehtirasını ödəməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin fevral ayında gecə saatlarında Abşeron r ayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında olan divanda onun üçün aşkar surətdə 14 yaşına çatmayan və köməksiz vəziyyətdə olan baldızı qızı, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşının az olması səbəbindən ona qarşı edilən hərəkətlərin mahiyyətini anlamaq qabiliyyəti olmayıb, eləcə də fiziki göstəricilərinə görə ona hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək Zərərçəkmiş şəxs əlini şalvarının altına salaraq əli ilə cinsiyyət orqanını sıxdırmaqla, sonra isə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən cinsi eht irasını təmin etmək məqsədilə 2018-ci ilin yayında gündüz saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zalında olan divanda onun üçün aşkar surətdə 14 yaşına çatmayan və köməksiz vəziyyətdə olan baldızı qızı, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşının az olması səbəbindən ona qarşı edilən hərəkətlərin mahiyyətini anlamaq qabiliyyəti olmayıb, eləcə də fiziki göstəricilərinə görə ona hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək evin mətbəxində olan divanda uzadaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin noyabr ayında, saat 21-22 radələrində ünvan 1 evin zalında onun üçün aşkar surətdə 14 yaşına çatmayan baldızı qızı, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonun ekranı vasitəsi ilə kişi ilə qadının cinsi əlaqədə olması səhnəsini əks etdirən seksual xarakterli videoları məqsədyönlü və şüurlu surətdə nümayiş etdirməklə zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, o, təkrarən cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin dekabr ayında, saat 20-21 radələrində ünvan 1 evdə ona aşkar surətdə 14 yaşına çatmayan və köməksiz vəziyyətdə olan baldızı qızı, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşının az olması səbəbindən ona qarşı edilən hərəkətlərin mahiyyətini anlamaq qabi liyyəti olmayıb, eləcə də fiziki göstəricilərinə görə ona hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək, evin yataq otağına çağıraraq öz cinsiyyət orqanını onun ağız boşluğuna iki dəfə salmış, daha sonra onun əynindəki şalvarı aşağı çəkərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin dekabr ayında, saat 21-22 radələrində onun üçün aşkar surətdə 14 yaşına çatmayan köməksiz vəziyyətdə olan baldızı qızı, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşının az olması səbəbindən ona qarşı edilən hərəkətlərin mahiyyətin i anlamaq qabiliyyəti olmayıb, eləcə də fiziki göstəricilərinə görə ona hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək onu Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 185 saylı yaşadığı evin zal otağı ilə üzbəüz olan otağa çağıraraq öz cinsiyyət orqanını onun ağız boşluğuna 3-4 dəfə salmış, sonra onun şalvarını aşağı çəkərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən cinsi ehtirasını təmin etmək məqsədilə 2018-ci ilin dekabr ayında, saat 21-22 radələrində ünvan 1 ünvanda 14 yaşına çatmayan baldızı qızı, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşının az olması səbəbindən ona qarşı edilən hərəkətlərin mahiyyətini anlamaq qabiliyyəti olmayıb, eləcə də fiziki göstəricilərinə görə ona hər hansı bir müqavimət göstərmək iqtidarında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edib Zərərçəkmiş şəxs ilə evin arxasında olan otağa gedərək, həmin otaqda öz cinsiyyət orqanını onun ağız boşluğuna 5-6 dəfə salmış, sonra onun şalvarını aşağı çəkərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa anos dəliyinə salmağa çalışaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində göstərmişdir ki, işə baxmış məhkəmə kollegiyaları tərəfindən Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 153.2-ci maddələri ilə təqsirli bilinərkən buna səbəb ola biləcək hər hansı bir əsaslı dəlil göstərilməmişdir. Məhkum 14 yaşına çatmayan köməksiz vəziyyətdə olan şəxsə köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi halları yalnız, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq dövrü vermiş olduqları ifadələrində öz əksini tapmış, cinayət işi isə bütün sübutların məcmusu ilə ümumiyyətlə təsdiq edilməmişdir. Kassator qeyd etmişdir ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində Samirin adi bir geyim üstündə ona çox qişqırdığına görə Samirdən qorxduğunu bildirsə də həmin fakt digər şahid ifadələri ilə təsdiqlənməmiş, Samiri n Nuray və evin digər sakinləri ilə munasibətində hər hansı bir aqressivlik halının mövcud olması müəyyən olunmamışdır. Bundan əlavə, cinayət işinin həm istintaq dövründə, həm də məhkəmədə baxılarkən Məhkum verilmiş ittiham üzrə epizodlarda hadisələrin təxmini olaraq 2018-ci ilin fevral və dekabr aylarında baş verdiyi qeyd olunsa da, dəqiq olaraq hansı tarixlərdə baş verdiyi müəyyən edilməmişdir. Bundan əlavə, cinayət işi üzrə həm istintaq dövründə həm də məhkəmələrdə baxılan zaman Məhkum Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Huseynzadə küçəsində yerləşən 185 saylı mənzildə hansı tarixlərdə dəqiq olduğu, ümumilikdə ittihamda qeyd olunan tarixlərdə həmin mənzildə olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə verilən ittiham ü zrə üçüncü epizodda hadisənin 2018-ci ilin yayında gündüz saatlarında baş verdiyi iddia edilsə də, Məhkum verdiyi ifadədə 25 may 2018-ci il tarixdən həmin ilin avqust ayınadək olan dövr ərzində ümumiyyətlə həmin evdə olmadığını bildirmiş, məhkəmələr tərəfindən bu hal təəssüflər olsun ki araşdırılmamışdır. Bundan başqa, Məhkum mobil telefonuna baxış keçirilmiş və həmin telefondan silinmiş hər hansı erotik və ya pornoqrafik videomaterial, hər hansı bir fotoşəkil aşkar edilməmişdir. Həmçinin, məhkəmə tibbi ekspertizasının 25 yanvar 2019-cu il tarixli, 47 saylı canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərə rçəkmiş şəxs onunla qeyritəbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmağı göstərən əlamətlər aşkar edilməmişdir. Kassator kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-51/2023 saylı qərarının ləğv edilməsini, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçiləri Eltac İsgəndərov və Şaiq Mirzəyev çıxış edərək kassasiya şikayətində qeyd edilmiş halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdilər. Müdafiəçilər əlavə olaraq göstərdilər ki, Məhkum və onun keçmiş arvadı arasında əmlakla bağlı məhkəmə mübahisəsi olmuş və buna görə məhkumun keçmiş arvadı ondan intiqam alır. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Elşən Məmmədbəyli kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib şikayətin təmin olunmamasını xahiş etdi. Müdafiə tərəfinin dəlillərinə münasibət bildirərək göstərdi ki, müdafiəçilərin əmlakla bağlı irəli sürdükləri dəlillər əsassızdır, belə ki, tərəflər arasında əmlakla bağlı mübahisə tərəflərin barışıq sazişi bağlaması ilə bağlı uzun müddət əvvəl başa çatmış və həmin mülki mübahisənin hazırki işlə heç bir əlaqəsi yoxdur. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Nazim İmanov çıxış edərək müdafiəçinin kassa siya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrində n fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi, məhkum Şahid4 əməlinin hüquqi tövsifini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6 maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədal ətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonr a: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü ma ddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələn i həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 153.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüs usatların qeyd olunması qənaətindədir. Belə ki, apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə müdafiə tərəfi apellyasiya şikayətində bəzi məsələləri qaldırmaqla cinayət işini şübhə altına almağa və guya cinayət işində ziddiyyətli məqamların olduğunu göstərməyə çalışmışdır. Halbuki iş üzrə təqdim olunmuş sübutlar şübhə doğurmur və sübut kimi mötəbərliyi kifayət qədərdir. Odur ki, bu qədər mötəbər sübutlar mövcüd olduğu halda, müdafiəçi tərəfindən fikrin subyektiv mülahizələrə yönəldilməsi əslində müdafiə tərəfinin müdafiə taktikası kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai istintaq zamanı, istərsə də, birinci və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nətic ələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Şahid4 bütün prosessual hüquqları, o cümlədən müdafiə hüquqları vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlar ın mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Şahid4 törətdiyi cinayət əməlinin tövsifində səhvə y ol verilməmiş, kassasiya şikayətinin Şahid4 bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmamışdır. Müdafiə tərəfinin dəlilləri ondan ibarətdir ki, məhkumun təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmır, cinayətin törədilmə tarixləri düzgün müəyyən edilməmişdir, ekspert rəyi ilə məhkumun təqsirsizliyi müəyyən olunur. Müdafiə tərəfinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından göründüyü kimi, məhkumun ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş əməlləri törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq edilir. İstər zərərçəkmiş şəxsin, istərsə də şahidlərin ifadələrini bir-biri ilə müqayisəli şəkildə tədqiq və təhlil etdikdə məlum olur ki, istər ibtid ai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində dindirilən həmin şəxslərin ifadələri arasında hər hansı bir ziddiyyət və uyğunsuzluq müəyyən edilmir, ifadələrdə əks olunmuş hadisələrin baş vermə ardıcıllığı real hadisə mexanizminə tam uyğun olmaqla inandırıcıdır. Azyaşlı bir uşağın başqasının diqtəsi ilə hadisəni bu səviyyədə ətraflı şərh etməsi inandırıcı olmamaqla yanaşı, həm də sağlam məntiqə də uyğun gəlmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin mötəbərliyini qəbul edir. Cinayət əməlinin törədilmə tarixlərinin düzgün müəyyən edilməməsi və ya ittihamda qeyd edilən tarixlərdə məhkumun başqa yerdə olması və bu faktların araşdırılmamsı ilə bağlı müdafiə tərəfinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edilmə sini lazım bilir ki, məhkum özü də birinci instansiya məhkəməsində dindirilərkən göstərmişdir ki, Nuray (zərərçəkmiş şəxs) onun ailəsi ilə birlikdə yaşamış, Nuray onunla bir evdə olmuşdur. Yəni müəyyən müddət ərzində Nurayın məhkumla bir evdə yaşaması işin mübahisələndirilməyən halıdır. Verilmiş ittihamdan da görünür ki, cinayət əməlləri 2018-ci ilin fevral ayında, 2018-ci ilin yayında, 2018-ci ilin noyabr ayında və 2018-ci ilin dekabr ayında baş vermişdir. Nurayın yaşı ilə bağlı psixoloji vəziyyəti nəzərə alınmaqla bu cinayət hadisəsi barədə vaxtında heç kimə məlumat verməmiş, 2019-cu ilin yanvar ayının 20-də xalası qızı əvvəl xalası qızı Leylaya, sonra isə böyüklərinə demişdir. Yalnız bu tarixdən sonra cinayət hadisəsi ilə bağlı valideynlər məlumatlı olmuş və müvafiq orqanlara şikayət et mişlər. Göründüyü kimi, ittihamda cinayət əməlinin ayrı-ayrı epizodlarının baş vermə günü göstərilməsə də, lakin müddət göstərilməklə hadisə ətraflı təsvir olunmuşdur. Üzrlü səbəblərdən hadisənin baş verdiyi dəqiq tarixin müəyyən edilə bilməməsi hadisənin, ümumiyyətlə, baş verməməsi və ya məhkumun alibisi kimi qəbul edilməməli, bu məsələyə iş üzrə toplanmış bütün mötəbər sübutların məcmuyundan çıxan qənaət əsasında qiymət verilməlidir. Müdafiə tərəfinin ekspert rəyi ilə bağlı irəli sürdüyü iddiaya cavab verən məhkəmə kollegiyası bildirir ki, məhkuma qarşı irəli sürülmüş ittihamdan da göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs ilə nə təbii, nə də qeyri-təbii yolla çinsi əlaqədə olmamışdır. İş üzrə keçirilmiş ekspert rəyi də bu faktı təsdiq edir və bu məsələdə də mübahisəli, ziddiyyətli və ya ittihamı təkzib edən hər hansı bir hal mövcud deyil. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Şahid4 əməlinin hüquqi tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin, Şahid4 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və bu na görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Eltac İsgəndərov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 153.2-ci maddələri ilə təqsirli bilinib məh kum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar