Məhkəmə qərarları › İş №1(102)-925/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-925/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-925/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndəroğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, məhkum RüstəmovXəyalElyaz oğlununmüdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxx” ASC-nin nü mayəndəsi Məmmədli Zaur Rasim oğlu və zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ciil tarixli hökmünə əsasən ƏhmədovOrxanƏhməd oğlu və RüstəmovXəyalElyaz oğlunun Azərbaycan Respublikası CM-nin 177.3.1, 177.3.2, 29, 177.3.1 və 29, 177.3.2-ci maddələriilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ciil tarixli qərarından məhkum RüstəmovXəyalElyaz oğlunun müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu və məhkum ƏhmədovOrxanƏhməd oğlutərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlu (sədrlik edən), Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlilqızından ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonunun, Gövhərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində kirayə yaşamış ƏhmədovOrxanƏhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 29, 177.3.1 və 29, 177.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona həmin maddə ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 02dekabr 2017-ci il tarixdən hesablanması xx xxxxxx 1983-cü il tarixdə Beyləqan rayonunun, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Beyləqan RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı işləmiş, evli, məhkum olunmamış, Beyləqan rayonunun, Dünyamalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış RüstəmovXəyalElyaz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 29, 177.3.1 və 29, 177.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 21dekabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Ağayev Rizvan Sahib oğlu və Zülfüqarov Elməddin Eld ar oğlu təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən məhkum RüstəmovXəyalElyaz oğlu və ƏhmədovOrxanƏhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ciil tarixli hökmü məhkumlar Məhkum1 və Məhkum2 aid hissədədəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum2 özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş Məhkum1 ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxxx 2016-cı il tarixdə saat 03 radələrində Biləsuvar rayon 3 saylı qəsəbənin ərazisində yerləşən Cəbrayıl rayon Telekommunikasiya Qovşağının inzibati binasının həyətindəki yardımçı tikiliyə giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASCyə məxsus A0151042 saylı bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 147.416 manat məbləğində pulu gizli talayaraq zərərçəkmiş hüquqi şəxs «xxxxxxxxxxxx» ASC-yə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olara q talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş, mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxxxxx 2016-cı il tarixdə saat 03 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində olan yardımçı tikiliyə giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASC-yə məxsus A0141006 saylı bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 43.271 manat pulu gizli talayaraq zərərçəkmiş şəxs “xxxxxxxxxxxx” ASC-yə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxxxxxxx 2016-cı il tarixdə saat 03 radələrində Salyan rayonu Sarvan kəndinin ərazisində olan “xxxxxxxx” MMC-nin Salyan filialının Sarvan poçt şöbəsinin inzibati binasına pəncərənin çöl tərəfində olan dəmir barmaqlığı sındırıb qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASC-yə məxsus A0151015 saylı bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 155.556 manat məbləğində pulu gizli talayaraq zərərçəkmiş şəxs “xxxxxxxxxxxx” ASC-nə külli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxxxxx 2016-cı il tarixdə saat 03 radələrində Ucar rayonunun Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində olan yardımçı tikiliyə giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus 665 saylı bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 10.591 manat məbləğində pulu gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq tal ama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş Məhkum1 ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxxxxx 2017-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin həyətindəki orkestrin sinif otağına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASC-yə məxsus A0100018 nömrəli bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 40.389 manat məbləğində pulu gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxx” ASC-nə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakın ı gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş Məhkum1 ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək x xxxx 2017-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 saylı Dəmir yol poliklinikasının inzibati binasına pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASC-yə məxsus bankomatın saxlanc yeri hesab edilən seyfində olan 35.341 manat xeyli miqdarda pulu və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCyə məxsus bankomatın saxlanc yeri hesab edilən seyfində olan 147.427 manat külli miqdarda pulu özləri ilə gətirdikləri hava vakkumu ilə işləyən qaldırıc ı vasitədən istifadə etməklə gizli talamağa çalışmış, lakin Poliklinikanın mühafizəçisi Maqsudov Savalan Cəbi oğlunun gəldiyini görərək poliklinikaya daxil olduqları pəncərədən qaçıb uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrar oğurluq etməyə cəhd etmişdir. Məhkum1 özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş Zülfüqarov Elməddin Eldar oğlundan ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxx 2016-cı il tarixdə saat 02 radələrində Beyləqan rayonu Əhmədli kənd bələdiyyəsinin həyətində yerləşən çayxanaya giriş qapısını sındırma yolu ilə qanunsuz d axil olaraq orada quraşdırılmış «xxxxxxxxxxxx» ASC-yə məxsus A0140006 nömrəli bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 51.211 manat pulu gizli talayaraq zərərçəkmiş hüquqi şəxs «xxxxxxxxxxxx» ASC-nə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş Məhkum2 ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxxx 2016-cı il tarixdə saat 03 radələrində Biləsuvar rayon 3 saylı qəsəbənin ərazisində yerləşən Cəbrayıl rayon Telekommunikasiya Qovşağının inzibati binasının həyətindəki yardımçı tikiliyə giriş qapısın ı sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASC-yə məxsus A0151042 saylı bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 147.416 manat məbləğində pulu gizli talayaraq zərərçəkmiş şəxs «xxxxxxxxxxxx» ASC-nə külli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş Məhkum2 ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək xx xxxxxx 2017-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin həyətindəki orkestrin sinif otağına g iriş qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASC-yə məxsus A0100018 nömrəli bankomatın seyf qapısını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə kəsib saxlanc yeri hesab edilən seyfin içərisindən 40.389 manat məbləğində pulu gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxx” ASC-nə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağayev Rizvan Sahib oğlu tərəfindən təşkil edilmiş Məhkum2 ibarət mütəşəkkil dəstənin tərkibində qabaqcadan cinayətin törədilmə üsulunu müəyyən edib rolları öz aralarında razılaşma ilə bölüşdürərək x xxxx 2017-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 saylı Dəmir yol polikl inikasının inzibati binasına pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qanunsuz daxil olaraq orada quraşdırılmış “xxxxxxxxxxxx” ASC-yə məxsus bankomatın saxlanc yeri hesab edilən seyfində olan 35.341 manat xeyli miqdarda pulu və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCyə məxsus bankomatın saxlanc yeri hesab edilən seyfində olan 147.427 manat külli miqdarda pulu özləri ilə gətirdikləri hava vakkumu ilə işləyən qaldırıcı vasitədən istifadə etməklə gizli talamağa çalışmış, lakin Poliklinikanın mühafizəçisi Maqsudov Savalan Cəbi oğlunun gəldiyini görərək poliklinikaya daxil olduqları pəncərədən qaçıb uzaqlaşmaqla bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib təkrar oğurluq etməyə cəhd etmişdir. Kassasiya şikayətlə rinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum RüstəmovXəyalElyaz oğlunun müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu və məhkum ƏhmədovOrxanƏhməd oğlukassasiya şikayətləri vermişdirlər. Müdafiəçi Ələsgərov Nadir Çərkəz oğlu kassasiya şikayətində qeyd etmişdir ki,Apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, həmin qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə kollegiyası Məhkum1 cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almayaraq, ona sərtliyinə görə açıq-aydın ədalətsiz olan və məhkumun şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-p rosessual qanunvericiliyin normalarına riayət edilməməsi, Məhkum1 və digər məhkumların əməllərinin əsassız olaraq mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilərək əlavə Azərbaycan Respublikası CM-nin 177.3.1-ci maddəsi ilə tövsif olunması, bununla bağlı, habelə Məhkum1 cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadan ona ağır cəza təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən cinayətin mütəşəkkil dəstə tərəfindən törədilmədiyini, həmçinin Məhkum1 əməlindəki cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini tam nəzərə almamış, onun məsuliyyətini yüngülləşdirən halları sadalamaqla kifayə tlənmişdir. Məhkum1 səmimi peşmançılığı, ilk məhkumluğu, gəncliyi, müsbət xarakterizə olunması, istintaqa və məhkəməyə səmimi ifadələri ilə kömək göstərməsi, şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması, əməli və davranışı ilə islah olunduğunu sübut etməsi, himayəsində biri 1-ci qrup əlil olmaqla 2 azyaşlı uşağının olması, ailənin yeganə qazanc gətirən üzvü olması və təyin edilmiş cəzanın onun ailəsi üçün maddi məhrumiyyətlər yaratması, əməlində cəzanı ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsin şikayəti və tələbinin olmaması cəza təyin edilərkən kifayət qədər nəzərə alınmamış, yüngülləşdirici halların toplusu müstəsna hal kimi qiymətləndirilməmiş, məhkəmə cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi və ya cəzanın şərti tətbiq edilməsi imkanını müzakirə etməmişdir. Bununla da Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş və nəticədə Məhkum1 azadlıq hüquqları pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının RüstəmovXəyalElyaz oğluna aid hissədə dəyişdirilməsi, onun əməlini Azərbaycan Respublikası CM-nin 177.3.2 və 29,177.3.2-ci maddələrinə tövsif edərək həmin Məcəllənin 62 və 70-ci maddələri tətbiq olunmaqla cəza təyin edilməsini xahiş etmişdir. Məhkum ƏhmədovOrxanƏhməd oğlu kassasiya şikayəti verərək məhkəmələr tərəfindən toplanılmış sübutların Prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyini qeyd edərək barəsində ədalətsiz qərar qəbul edildiyini vurğulanmışdır. Belə ki, “xxxxxxxxxxxx” ASC-ni n bankomatından edilmiş oğurluq nəticəsində banka vurulmuş 485.000 manat vəsaitdən ona cəmi 5.000 manat ödənilmişdir. Həmin zərəri hal hazırda zərərçəkmiş tərəfə ödəmə hazırdır. Qeyd olunan cinayət işində qismən iştirak etmişdir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi bərədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin çıxışlarını dinləyib, kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumların təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Müdafiəçi Ələsgərov Nadir Çərkəz oğlu kassasiya şikayətində Məhkum1 törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 177.3.1 və 29, 177.3.1-ci maddələri ilə düzgün tövsif edilmədiyini mübahisələndirmişdir. Konstitusiya Məhkəməsini n Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına g ətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətkar qrupların bir neçə növü nəzərdə tutulur: «bir qrup şəxs», «əvvəlcədən əlbir olan bir qrup şəxs» və «mütəşəkkil dəstə». Cinayətin iki və ya daha çox şəxs tərəfindən törədilməsi cinayətkar qrupların bütün növlərinə məxsus olan ümumi əlamətdir. Bununla belə, həmin qruplar özünə xas olan əlamətlərinə görə biri digərindən fərqlənir. Həmin əlamətlər cinayətin törədilməsində iştirakçılığın bu formalarını cinayət məsuliyyətini ağırlaşdıran hal kimi və ya bir neçə cinayətlərin tövsifedici əlaməti kimi istifa də etmək üçün imkan yaradır. İctimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. O, cinayətin törədilməsində iştirakçılığın sadə forması kimi qəbul edilir. Vaxtından və yerindən asılı olmayaraq cinayətin birlikdə törədilməsi gedişində iki və ya daha çox şəxsin arasında hər hansı bir sadə razılığın mövcudluğu bir qrup şəxsin yeganə əlamətidir. Belə qrup tərkibində cinayət törədilməsindəki iştirakçılıq təsadüfi birləşmə, birdən-birə ortaya çıxan hər hansı bir vəziyyət, habelə yanlış anlaşılan həmrəylik hissi kimi hallarda mümkündür. Əvvəlcədən əlbir olan bir qrup şəxs cinayətkar qrupun növü kimi bir qrup şəxs və mütəşəkkil dəstə arasında yer tutmaqla yanaşı, sadə və daha mürəkkəb qruplara xas olan bəzi əlamətləri də özündə əks etdirir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstənin digər mütləq əlaməti hər birinin möhkəmliyidir. Lakin onların möhkəmliyi bir-birindən fərqlənir. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur. Qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni as anlıqla yeni üzvlər də daxil edilə bilər. Mütəşəkkil dəstəyə onun tərkibində və təşkilatı qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı) cinayətkar fəaliyyətin forma və üsullarının daimliyi kimi əlamətlər xas olmaqla belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir. Başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir. Birlikdə cinayətlərin törədilməsi üçün uzunmüddətli və çox epizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstəyə, həmçinin özünə məxsus xüsusi psixoloji durum mənsubdur. Belə ki, adi bir qrup şəxsdən fərqli olaraq, əvvəlcədən əlbir olan bir qrup şəxsdə daha çox təşkilatlanma, habelə fəal və nüfuzlu iştirakçıların asanlıqla ayrılması müm kündür. Belə cinayətkar qrupda ictimai mənafelərə zidd qrumlaşma və şəxsi münasibətlərlə yanaşı, cinayətin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşağıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi, təşkilatçı və ya başçının irəli sürülməsi, qrupda ciddi intizamın gözlənilməsi, cinayət niyyətlərinin ümumiliyi eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılmasıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair İşlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı qərarının 16-cı bəndindən görünür ki, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri, müvafiq olaraq Cinayət Məcəlləsinin 177.3.1, 180.3.1, 181.3.1-ci maddələri ilə tövsif edilərkən, nəzərə almaq lazımdır ki, həmin əməllər o vaxt mütəşəkkil dəstə tərəfindən törədilən əməllər kimi qəbul edilir ki, bu dəstədə bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət cinayətkar qrup iştirak etmiş olsun. Cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə, həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsində hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə xarakterizə olunur. Birinci instansiya məhkəməsinin qənaətincə təqsirləndirilən şəxslər tərəfindən cinayətlər törədilərkən yuxarıda mütəşəkkil dəstənin əlamətləri kimi sadalanan hallar baş vermişdi, yuxarıda qeyd edilən bu hallar, mütəşəkkil dəstə anlayışında göstərilən cinayətin törədilməsi üçün üzvlər arasında birliyin olması, mükəmməl hazırlıq görülməsi, cinayət törədilməsində rolların bölüşdürülməsi, təşkilatçı və ya başçının irəli sürülməsi, cinayətin törədilmə planının işlənib hazırlanması, cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi, cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunması, hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması, cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və qrupun sabitliyi və ciddi intizamın saxlanılması kimi şərtlər mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək, RüstəmovXəyalElyaz oğlunun CM-in 1 77.3.1, 177.3.2, 29, 177.3.1 və 29, 177.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Kassasiya şikayətlərində mübahisələndirilən bir digər məsələ məhkumlar barəsində ağır cəzanın təyin edilməsinə dairdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli q ərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirə n və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, m əsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaş ı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirə n və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum2 özünü qismən təqsirli bilməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, Məhkum1 ilk dəfə olaraq cinayət törətməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, müsbət xarakterizə olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, uşağının birinin xəstə olaraq İ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, məhkumlar barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdikləri cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzaların onların islah olunmasına təsiri nəzərə alınaraq cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Təyin edilmiş cəza işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018ciil tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum RüstəmovXəyalElyaz oğlunun müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu və məhkum ƏhmədovOrxanƏhməd oğlutərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ciil tarixli qərarı məhkumlar ƏhmədovOrxanƏhməd oğlu və RüstəmovXəyalElyaz oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar