Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-925/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Kərimov Fərhad Abdulkərim oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə xx xxxxx 1965-ci il tarixdə Balakən rayonunun İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10.02.2005-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 120.2.4, 132, 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.10.2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş qalan 05 ay 23 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Balakən rayonunun İtitala kəndində qeydiyyatda olmaqla Balakən rayonunun Hənifə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinində saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinay ət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakim: N.N.Mirzəyev (sədrlik edən)) Məhkum - Аzərbаycаn Respublikаsı CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu tarixdən, yəni 23 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti veri lmiş, Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayəti qismən təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli CM-in 120.2.2-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif olunmuş, Məhkum CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Məhkum təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 05 (beş) ilini həbsxanada çəkməsinə dair müddəalar hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin h ökmünə görə Məhkum 10.02.2005-ci il tarixdə CM-in 120.2.4, 132 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 12.10.2017-ci il tarixdə çəkilməmiş qalan 05 ay 23 gün müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda 12.12.2019-cu il tarixdə saat 20 radələrində kirayədə yaşadığı Balakən rayonunun Hənifə kəndində yerləşən Şindiyeva Leyli Ramazanhacı qızına məxsus evdə qonşuluqda Nabatov Murtuzəli Məhəmməd oğluna məxsus yarımtikilidə yaşayan tanışı 13.01.1960-cı il təvəllüdlü Rəhimov Məmmədhəsən Hidayət oğlu ilə birlikdə spirtli içki qəbul edərkən sonuncunun digər qonşuları Zeynalabid oğlunun ünvanına söyüş söyməsinə görə Məmmədhəsən Rəhimovu qolundan tutub öz yaş adığı evdən çıxardıqdan sonra sonuncunun yaşadığı yarımtikiliyə aparıb özünü Məmmədhəsən Rəhimovun şəxsiyyətinin fövqündə qoyaraq, ona əynindəki paltarları soyunub yatağına girməsi barədə göstəriş vermiş, sonuncu yatağının üzərində oturub əynindəki gödəkcəni, ayaqlarındakı qaloşları və corabları çıxardıqdan sonra onun da ünvanına söyüş söyməsində ifadə olunan cüzi səbəblə, yəni heç bir əsaslı səbəb olmadan sonuncunu öldürmək qərarına gəlmiş, yaşadığı evdən özü ilə gətirdiyi taxta parçası ilə Məmmədhəsən Rəhimovun başına bir neçə dəfə qəsdən zərbələr vurmuş, zərbələrin təsirindən Məmmədhəsən Rəhimovun sol çiyni üstdə yatağa düşməsindən sonra öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə sonuncunun başına həmin taxta parçası ilə daha bir dəfə zərbə vurmuş, Məmmədhəsən Rəhimovun ayaqlarını yerdən qaldırıb çevirib üzüaşağı yatağa uzadıb üzərinə sarı-yaşıl rəngli yorğan, tünd qırmızı rəngli üzərində güllər olan yun örtüyü və qara rəngli gödəkcəni örtdükdən sonra hirsi soyumadığı üçün həmin vaxt üzüaşağı vəziyyətdə olan Məmmədhəsən Rəhimovun başının ənsə nahiyəsinə taxta parçası ilə daha bir neçə dəfə qəsdən zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgahın aşağısında 01 ədəd sıyrıq, sağ göz qapaqlarında şişkinlik, eynək simptomu, alnında ön hissədə 01 ədəd qançır, burnunda üst yuxarı səthdə 02 ədəd sıyrıq, sifətinin sağ hissəsində 01 ədəd sıyrıq, dilinin ucunun alt hissəsində qansızma, başının yuxarı ənsə nahiyəsində 01 ədəd yara, sol təpənin arxa yuxarı tərəfində 01 ədəd, təpənin arxasında orta səthdə 01 ədəd yara, ön təpədə 01 ədəd yara, ənsə nin sağ aşağı qabarında hematoma, həmçinin ölümə səbəb olan həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid sağ ənsə sümüyündə kəllə əsasına keçən 03 qəlpədən ibarət yerdəyişməli qəlpəli sınıqlar, baş beyində əzilmə, qansızma-ödem xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən Məmmədhəsən Rəhimovu öldürmüş, yəni sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni məhkəmə baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmənin Haclmurad Nəsibovun əməlinin CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmasına dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Q eyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkə məsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum qərarda təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş kassasiya protestində cinayət əməlinin düzgün tövsif edilməməsi mübahisə olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində (Şindiy ev Rəşad Zeynalabid oğlunun və onun özünün də ünvanına nalayiq söyüş söyməsinə görə, hansıki bu cümlə, yəni Şindiyev Rəşad Zeynalabid oğlunun və onun özünün də ünvanına ünvanına nalayiq söyüş söyməsi” bilavasitə ittiham aktinın məzmununda öz əksini tapmışdır) baş vermiş və nəticədə mübahisə zamanı təqsirləndirilən şəxs Məhkum zərəçəkmiş Məmmədhəsən Rəhimovu qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, hadisənin bu cür inkişaf etməsi Məhkum cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsin Şindiyev Rəşad Zeynalabid oğlunun və onun özünün də ünvanına nalayiq söyüş söyməsini Məhkum cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Göründüyü kimi tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin ictimai qaydaya, əxlaq normalarına etinasızlıq, cəmiyyətə hörmətsizlik göstərən şəxs olduğu müəyyən edilmir. Xuliqanlıq niyyətinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Belə olan halda isə baş verən hadisəni hətta kənar şəxslərin müşahidə etməsi, həmçinin təqsirləndirilən şəxsin zərəçəkmişə söylədiyi ifadələri eşitməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən və bu hərəkətləri xuliqanlığa cevirən hal kimi qəbul edilə bilməz. Çünki, məlum məsələnin həllində vacib şərt cinayət əməlinin baş verdiyi yerdə, hər hansı bir insan kütləsinin toplaşıb-toplaşmaması, olanları görüb-eşitmələri deyil, təqsirləndirilən şəxsin məhz etdiyi hərəkətin birbaşa ictimai qaydadnın kobud şəkildə pozulmasına, cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına yönələn niyyətinin, xuliqanlıq motivinin aşkar edilib-edilməməsidir. Lakin, hazırkı tədqiq edilən iş materiallarında təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini məhz xuliqanlıq motivi ilə törətməsi müəyyən edilməmişdir. Digər tərəfdən o da xüsusi olaraq qeyd edilməlidir ki, təqsirləndirilən ş əxs zərərçəkmişi xuliqanlıq niyyəti ilə öldürmək istəsə idi, bu niyyətini öz evində də həyata keçirə bilərdi. Lakin, işdən aydın olur ki, təqsirləndirilən şəxs məhz əlavə səs-küyün yaranmaması, ətrafdakı qonşuların narahat olmaması məqsədi ilə zərərçəkmiş şəxsi öz evindən çıxarmış, sonuncunu yaşadığı yarımçıq tikliyə apararaq, üst paltarlarını soyunduraraq, onu yatırmağa cəhd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında əsasən Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səb əb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin qərara əsasən xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyasının xatırlatmasına görə məhkəmə təcrübəsində mövcud olmuş əksər xuliqanlıq cinayətlərində çox vaxt təqsirkar zərərçəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini, niyyətini həyata k eçirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uğunsuzluq mövcud olur. Lakin, hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan şəxsi münasibətləri aydınlaşdırmaq münasibətləri zəmnində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə qohumlar arasında şəxsi münasibətlər zəmində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurm a, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl CM-in şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Belə ki, iş materiallarına Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs Məmmədhəsən Rəhimova qarşı yuxarıda şərh edilən cinayət əməlini onun sonuncu ilə aralarında olan şəxsi münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və təqsirkar həmin cinayəti törədərkən onun məqsədi ictimai qaydanın pozulmasına yönəlməmiş, hərəkətləri isə cəmiyyətə açıqca hörmətsizliklə müşaiyət olunmamış və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutları n ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Məhkum oğluna elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-925/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-925/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver