Məhkəmə qərarları › İş №1(102)-925/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-925/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-925/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum3 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Abbasov Qələmdər Ələmdar oğlu) Məhkum3, xx xxxxxx 1963-cü il tarixdə Kəlbəcər rayonunun Barmaqbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər Yevlax Rayon Məhkəməsinin 26 aprel 1997-ci il tarixli hökmü ilə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Göygöl Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli hökmü ilə CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2011-ci il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli hökmü dəyişdirilərək həmin hökmlə təyin edilmiş cərimə cəzasının miqdarı 3500 (üç min beş yüz) manatadhək artırılmış, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonunun Barmaqbinə kəndində daimi qeydiyyatda olmaqla, Göygöl rayonu Almabağı ərazisində yaşamış, CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaç əkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1, Məhkum2, X6 və X2 da, hər birisi CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: İbtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum3 26 oktyabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədilə Məhkum2, X6, X3, Məhkum1 və X10 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Xəqani kəndində yerləşən X12 məxsus fermadan qanunsuz olaraq hər kiloqramm qiyməti 45 qəpik olmaqla cəmi 22.500 manat dəyərində 50 ton çəkidə arpanı və hər bağlamanı qiyməti 5 manat olmaqla cəmi 2.500 manat dəyərində yonca bağlamalarını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs X12 ümumilikdə 25.000 manat dəyərində maddi ziyan vuraraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Hökmdən məhkumlar Məhkum3 müdafiəçisi X16, Məhkum1 müdafiəçisi Səfərov Vüsal Vidadi oğlu və Məhkum2 özü və müdafiəçisi Əhmədov Fuad Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 16 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hök mü dəyişdirilmiş, Məhkum1, Məhkum3 və Məhkum2 barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü maddəsi tətbiq edilməklə Məhkum1 təyin edilmiş 2 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum3 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay azaldılaraq üzərində qəti ola raq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Məhkum3 kassasiya şikayəti verərək həmin qərarın əsassız olduğundan ləğv edilməsini və işin yenidən araşdırma aparılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına və barəsində çıxarılmış yekun məhkəmə aktlarına istinad edən Məhkum3 kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun əməlində CM-nin 177ci maddəsinin tərkibi ümumiyyətlə yoxdur, çünki o, yük d aşımaqla ailəsini dolandırmış, öz avtomobili ilə daşıdığı zərər çəkmiş şəxsə məxsus olan əmlakın oğurluq olduğunu bilməmişdir. Həmçinin şikayət müəllifi qeyd etmişdir ki, cinayət işinin materiallarında onun daşıdığı malın oğurluq olmasını bildiyini təsdiq edən sübutlar əldə edilməmiş və araşdırılmış sübutların hamısı şübhəli olmuşdur. Belə olan təqdirdə isə qanunvericiliyin tələblərinə əsasən, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum3 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının ona aid hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Mə hkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs X18 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum1 isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs P.E.Babayevin və Məhkum1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxi l olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum3 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, sonuncunun ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bununla da, Məhkum1 apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum3 şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə xat ırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarl arın icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına mün asibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudl arını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birin ci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olu nmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və y a Konvensiyanın) 6cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6 -cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət s ayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7-ci maddəsinin müddəalarından görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəm ələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cu maddəsinin tələblərinə gör ə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 139.0.3-cü maddəsində “əməldə cinayət qanunu ilə nəzərdə tutu lmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökm ünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüq uqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətləri ni əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlili k, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi, yaxud da təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün qanunvericilyin tələblərindən, Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı həmin işin müəyyən olunmuş faktiki hallarına və bu halların arxasında duran bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Bundan əvvəl isə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum1 və digərlərinin barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə t əsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum3 təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Həmin sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum1, 26 oktyabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək olan müddət ərazində özgənin əmlakmı gizli yolla talamaq məqsədilə Məhkum2, X6, X3, Məhkum1 və X10 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu Xəqani kəndində yerləşən X12 məxsus fermadan qanunsuz olaraq hər kiloqramm qivməti 45 qəpik olmaqla cəmi 22.500 manat dəyərində 50 ton çəkidə arpanı və hər bağlamanm qiyməti 5 manat olmaqla cəmi 2.500 manat dəyərində yonca bağlamalarmı gizli olaraq talamaqla, zərərçəkmiş şəxs X12 ümumilikdə 25.000 manat dəyərində maddi ziyan vuraraq özgənin xeyli miqdarda əmlakmı gizli yolla talayıb oğurluq etmişdir. Həmin nəticənin arxasında duran bir sıra sübutlara istinad etməyi zəruri hesab edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum3 ona CM-nin 177.2.1,177.2.4-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Göygöl rayonu ərazisində fəaliyyət göstərən “mal bazarı” adlanan ünvana getdiklərini, Məhkum2 arvadı X6 7 baş xırdabuynuzlu heyvan aldığını, həmin heyvanları idarə etdiyi Qaz-69 markalı avtomobilə yüklədiklərini, heyvanları MƏhkum2in yaşadığı, Göygöl rayonunda xatırlamadığı ünvanda yerləşən fermaya apardığını, həmin zaman Məhkum2 və X6 8-10 kisə arpanı da idarə etdiyi avtomobilə yüklədiklərini, X6 həmin arpanı qardaşı oğluna aparacağını dediyini, X6i onun sifarişi ilə Gəncə şəhərində “sərçə bazarı” adlanan ticarət mərkəzinə apardığını, X6 həmin bazarda arpa kisələrini tanımadığı bir şəxsə verib pul aldığını gördüyünü, bundan sonra X6 50 manat zəhmət haqqını verib onu yola saldığını, X6in satdığı arpanın oğurluq olması barədə heç bir məlumatı olmadığını, qardaşı Məhkum1, oğlu X10, bacısı o ğlu X ilə birlikdə Məhkum2in yaşadığı fermaya Xin idarə etdiyi “Uaz” markalı yük avtomobili ilə getdiklərini, Məhkum2 yonca bağlamalarının (kip) özünün olduğunu deyib həmin bağlamaları Çərkəzin satacağını, pulun müqabilində heyvan alacağını dediyini, qeyd eydiyi şəxslərin köməkliyi ilə 6-7 nəfər olmaqla təxminən 300 ədəd yonca bağlaması(kip) Məhkum1in yaşadığı evin həyətinə apardığını, bundan sonra həmin yonca bağlamalarının aqibəti haqqında məlumatı olmadığını, göstərdiyi ünvana köməklik məqsədilə getdiyini bildirmişdir. Lakin, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X18 2019-cu ilin iyul ayında Göygöl rayonu Xəqani kəndində olan Mahir adlı şəxsə məxsus fermanı heyvan saxlamaq üçün icarəyə götürüb 1700 manat icarə haqqını əvvəlcədən ödədiyini, daha sonra isə almış olduğu fermada xırda buynuzlu heyvan saxlamaq qərarına gəldiyini, 360 (üç yüz altmış) baş xırda buynuzlu heyvan alaraq kökəltmək üçün fermaya yerləşdirdiyini, eyni zamanda almış olduğu heyvanları yemləmək üçün yay vaxtı 80 (səksən) ton arpa və 2600 (iki min altı yüz) ədəd yonca bağlaması aldığını, aldığı arpanın 64 tonunu fermada olan anbarın içərisinə, 16 tonunu isə fermanın həyətində olan çardağın altına yığdığını, yonca bağlamalarını isə fermanın həyətində olan açıq torpaq sahəsinə yığdığını, almış olduğu heyvanlara qardaşı ilə birlikdə baxdığını, heyvanlara baxmaq üçün işçi axtarmaq qərarına gəldiyini və 16 oktyabr 2019-cu il tarixdə atası ilə birlikdə Goranboy rayonunun Veyisli kəndi ərazisində olan “Hacıdərə” adlanan yerdə Məhərrəm adlı şəxsə məxsus yatağa getdiklərini, həmin vaxt orada olan Samux rayonu Hacallı kənd sakini Məhkum2la tanış olduqlarını, Məhkum2ə heyvanlara baxmaq üçün işçi lazım olduğunu bildirdiklərini, Məhkum2 onunla razılaşaq ailəsi və bacısı ilə heyvanlara baxacaqlarına söz verdiyini, onlarla razılaşıb evinə qayıtdığını, aradan iki gün keçdikdən sonra yəni 18 oktyabr 2019-cu il tarixdə özünə məxsus “Mitsubishi Pikap” markalı avtomobillə Məhkum2 olduğu yatağa getdiyini, Məhkum2ə məxsus ev əşyalarını avtomobilə yığaraq Məhkum2i, arvadı X6i və bacısı Xəyaləni götürüb Göygöl rayonunun Xəqani kəndində olan icarəyə götürdüyü fermaya apardığını, həmin gün fermanın həyətindən yonca tayalarını, anbara və çardağın altına sellofan kisələrə yığılmış arpanı, eləcə də tövlədə olan 360 baş xırda buynuzlu bordaq heyvanları, bir rəst atı Məhkum2 arvadı və bacısının iştirakları il ə təhvil verdiyini, sonra isə çıxıb evinə getdiyini, bundan sonra həftədə 1(bir) dəfədən az olmayaraq fermaya gedərək nəzarət etdiyini, 14 dekabr 2019-cu il tarixdə fermada saxlanılan əmlakın olmasına və heyvanlara nəzarət edən zaman arpanın az bir müddətdə çox hissəsinin azalmasını aşkar etdiyini, bu səbəbdən heyvanlara baxan Məhkum2dən arpanın həddindən çox azalmasının səbəbini soruşduğunu, Məhkum2 isə arpanı və yoncanı heyvanlara yemləməsini bildirdiyini, Məhkum2lə razılaşmayıb bu qədər arpanın yeyilməsinə inanmadığını, sonra evlərinə gedərək bu barədə atasına məlumat verdiyini, həmin vaxt qardaşının onunla birlikdə fermaya getməyini və arpaya baxmağını bildirdiyini, qardaşı ilə birlikdə yenidən fermaya getdiyini, qardaşının da fermada arpaya baxarkən arpanın çox hissəsinin olmadığını, heyvanın bu qədər arpa yeməsinə inanmadığını dediyini, aradan bir qədər keçmiş atasının da fermaya gəldiyini, onun da fermada arpanın azalmasını gördüyünü, Məhkum2lə təklikdə söhbət etdiklərini, həmin vaxt Məhkum2 atasına fermanın həyətində olan arpanı tanıdığı adamlarla birlikdə bir neçə şəxslərə və Gəncə şəhəri “poçtavoy” qəsəbəsində olan kənd təsərrüfatı mağazasına verməsini bildirdiyini, daha sonra atası və Məhkum2la birlikdə arpanı hansı yerdə kimlərə verdiyi ünvanlara getdiklərini, ilkin olraq Gəncə şəhəri “poçtavoy” qəsəbəsində olan mağazaya baxdıqlarını, orada 20 tona yaxın kisələrdə arpanın olmasını müəyyən etdiyini, telefon vasitəsi ilə foto şəkillərini çəkərək satıcıya kisələrdə olan arpanın onlara məxsus olmasını və fermada olan işçi tərəfindən gizli yolla oğurlanmasını bildi rdiyini, sonra isə başqa ünvanlara getsə də heç nə əldə edə bilmədiyini, bu səbədən polis şöbəsinə getməyi və şikayət edəcəyini bildirdiyini, həmin vaxt Məhkum2 arpanı apardığı Məhkum1, X10, Məhkum3 adlı şəxslərin adını verərək onların avtomobilləri ilə arpa aparmasını bildirdiyini, Məhkum3 adlı şəxslə əlaqə saxladığını, onlarla görüşmək istədiyini bildirdiyini, Göygöl rayonu ərazisində olan “Elit” kafesinin yanında görüşdüklərini, Məhkum3 və arvadı Nərgiz apardıqları arpanı qaytaraqcaqlarına söz verdiklərini, onlarla razılaşıb gözləməli olduğunu, aradan bir qədər vaxt keçdikdən sonra ona zəng edib o qədər arpanı ödəməyə imkanları olmadığını dediyini, məcbur olub DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini, araşdırma zamanı isə fermanın həyətində olan yonca bağlamasının d a satılmasını müəyyən etdiyini, Məhkum2 təxminən 500-ə yaxın yonca bağlamasını da dostları vasitəsi ilə başqa şəxslərə satdığını, Göygöl rayonunun Xəqani kəndi yaxınlığında icarəyə götürdüyü fermada çoban işləyən, yəni xırda buynuzlu bordaq heyvanlarına baxan Məhkum2 ona məxsus 50 ton kisələrə yığılmış arpanı (ümumi dəyəri təqribən 22000 manat) tanıdığı Məhkum1, X10 (Qara ləqəbli) və Məhkum1in arvadı tərəfindən (Vaz-2107 markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomaşınla) ayrı-ayrı vaxtlarda bir neçə şəxslərə satdıqlarını, bundan başqa Məhkum2 fermanın həyətində olan yonca bağlamasının 400-500 ədədini Məhkum1, bacısı oğlu X, Məhkum3lə birlikdə UAZ markalı yük avtomobilinə yığaraq aparıb ayrı-ayrı şəxslərə ucuz qiymətə satdıqlarını bildirdiyini göstərmişdir. Cinayət işinin materialların dan görünür ki, işə baxan birinci instansiya məhkəməsi Məhkum1 özünü qismən təqsirli bilməsi barədə ifadələrinə tənqidi yanaşaraq, onun həmin ifadələrini özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, sonuncunun özgənin əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs X12 ümumilikdə 25.000 manat dəyərində maddi ziyan vuraraq oğurluq oğurluq etməsinə dair əməlinin CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif ediməsinə dair haqlı nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları bir daha nəzərdən keçirib qeyd edir ki, Məhkum3 öz avtomobili ilə daşıdığı zərər çəkmiş şəxsə məxsus olan əmlakın oğurluq olduğunu bilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır, belə ki, Məhkum1 işin faktiki halları ilə müəyyən edilmiş cinayət əməlini törətməsi iş üzrə zərər çəkmiş şəxsin, hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin və şahidlərin ifadələri, habelə ibtidai istintaq zamanı əldə olunmuş və məhkəmə iclasında araşdırılmış bir çox digər sübutlarla da tam təsdiq edilir. Kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, Məhkum1 təqsirli bilindiyi ittihamın əsasına qoyulmuş sübutların toplanması və araşdırılması zamanı CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməsi, yəni həmin sübutların yolverilməz olduğunu təsdiq edən heç bir hal cinayət işinin materialları ilə müəyyən edilmir. İş materialların təhlili həmçinin göstərir ki, Məhk um1 öz avtomobili ilə daşıdığı zərər çəkmiş şəxsə məxsus olan əmlakın oğurluq olduğunu bilməməsini iddia etsə də, o, bunu təsdiq edən heç bir sübuta istinad etməmiş və belə sübutları həm ibtidai araşdırma orqanına, həm də məhkəmələrə təqdim etməmişdir. Halbuki, CPM-nin 125.8-ci maddəsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Eyni ilə qanunun bu normasının mənasəna görə, iddia edən tərəf şəxsə qarşı irəli sürülmüş ittihamı təkzib edən hər hansı dəlil irəli sürdükdə də, bu dəlillər müvafiq sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqı nda” 03 mart 2005-ci il tarixli 1 saylı Qərarında məhkəmələrə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almaları tövsiyə edilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkə mə kollegiyası hesab edir ki, Məhkum1 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən məhkəmələr prosessual qanunvericiliyinin aşağıdakı normalarına da tam əməl etmişlər. Belə ki, CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Qanunvericiliyin təsvir edilən tələblərindən çıxış edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə o lmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikd ə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkumun kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum3 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı adı çəkilən məhkuma aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Məhkum3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı ona aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar