Məhkəmə qərarları › İş №1(102)-925/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-925/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-925/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Babayev Çingiz Hamlet oğlunun iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, i şləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 1(106)-910/2022 nömrəli qərarından məhkum və onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Babayev Çingiz Hamlet oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 1(099)377/2022 nömrəli hökmü ilə (hakimlər: V.İ.Əhmədov (sədrlik edən), B.C.Əliyev və İ.Ə.Neymanov) Məhkum – Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü mad dələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti cəza olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67 və 68.1.1-1ci maddələrinə əsasən, yeni hökm üzrə təyin edilmiş cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) g ünü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək Məhkum qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin 14 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 1(106)-910/2022 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 1(099)-377/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanıl mışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3 (üç) ədəd bağlamada təmiz çəkiləri 2120,0 qram, 1920,0 qram və 1980,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1(bir) ədəd bağlamada təmiz çəkisi 1995,0 qram olub külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd bağlamada 1250,0 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal formada psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla, onları daşıyaraq özünə məxsus Lənkəran şəhəri, Vidadi küçəsində yerləşən yaşadığı evin həyətindəki qaraja gətirib orada saxladığı mərhum atası X3 məxsus ol an Vaz 2106 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin mühərrik hissəsində gizlətmiş, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 13 yanvar 2022-ci il tarixdə saat 23:30 dəqiqədə onun yaşadığı evin həyətində yerləşən qarajda saxladığı avtomobilə baxış keçirirkən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi 3 (üç) ədəd bağlamada təmiz çəkiləri 2120,0 qram, 1920,0 qram və 1980,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd bağlamada təmiz çəkisi 1995,0 qram olub külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd bağlamada 1250,0 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal formada psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan elektron tərəzi ilə birlikdə yaşadığı evin həyətində yerləşən qarajında olan Vaz 2106 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin mühərrik hissəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, “TO 5738” №-li, saz vəziyyətdə olan və atəşə yararlı yivli avtomatik döyüş silahını; bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7, 62 mm kalibrli, “AKMS” markalı, “KT 7387” №-li atəşə yararsız yivli avtomatik döyüş silahını; bir ədəd zavod üsulu ilə istehsal edilmiş, sandıqçası 05 ədəd patron tutumuna malik, “Mosin” modelli “3946” №-li 7,62 mm kali brli, atəşə yararsız yivli odlu silah olan tüfəngi; üç ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı sandıqçanı (darağı); 12 (on iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğun uzunluğu 39 mm olan “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararsız patronları və bir ədəd zavod üsulu ilə istehsal edilmiş 7,65 mm kalibrli, “Walther” markalı, “PP” modelli, “786850” №-li saz vəziyyətdə olan və atəşə y ararlı yivli odlu silahını əldə edərək üzərində saxlamaqla, onları daşıyaraq özünə məxsus Lənkəran şəhəri, Vidadi küçəsində yerləşən yaşadığı evin həyətinə gətirib yaşadığı evin altında basdırmış, 2021-ci ilin avqust ayında sonuncunun bacısı oğlu Şahid8 həmin silahların yaşadığı evin altında torpağa basdırdığını görmüş, sonra həmin odlu silahları, onun komplekt hissəsini və döyüş sursatını qanunsuz əldə etmək məqsədilə 2021-ci ilin sentyabr ayında odlu silahları basdırdığı yerdən çıxaraq yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki evinə daşımış və evin birinci mərtəbəsində pilləkənin altında anbar kimi istifadə edilən yerdə odlu silahları, “Walther” markalı tapançanı isə yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağın şkafının altında gizlətmiş, bu barədə əməliyyat məlumatları a lmış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 15 yanvar 2022-ci il tarixdə saat 12:50 dəqiqədə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin birinci mərtəbəsində, pilləkənin altında yerləşən anbar kimi istifadə edilən yerə baxış zamanı oradan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMS” markalı, “TO 5738” №-li, saz vəziyyətdə olan və atəşə yararlı yivli avtomatik döyüş silahını, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7, 62mm kalibrli, “AKMS” markalı, “KT 7387” №-li atəşə yararsız yivli avtomatik döyüş silahını, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, sandıqçası 05 ədəd patron tutumuna malik, “Mosin” modelli “3946” №li 7,62 mm kalibrli, atəşə yararsız tüfəngi, yivli odl u silahı, üç ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı sandıqça (daraq) aşkar edilərək götürülmüş, 18 yanvar 2022-ci il tarixdə isə Şahid8 anası Şahid9 “Walther” markalı, “PP” modelli, “786850” №-li saz vəziyyətdə olan və atəşə yararlı yivli odlu silahını könüllü olaraq təqdim etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 1(106)910/2022 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, ədalət və humanizm prinsiplərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkum əməlində CM-in 228.1-ci maddəsinin tərkib əlamətləri olsa da, onun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İş materiallarında olan sübutlar prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə edilmişdir. Belə ki, narkotik vasitənin nə zaman, haradan əldə edilməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən sübutlar yoxdur. Məhkum qarşı sübutlar prosessual pozuntularla əldə edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 1(106)-910/2022 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın çıxılması və yalnız CM-in 228.1-ci maddəsi ilə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, ittihamında yazılan narkotik vasitələrin ona aidiyyəti yoxdur, özünü yalnız Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum və müdafiəçi Ç.Babayevin, kassasiya şikayətləri nin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kas sasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə qərarlarının mötəbər sübutlara əsaslanmadan qəbul olunduğu qeyd edilir və cinayət işinin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzadan azad edilməsi, üzərində yalnız CM-in 228.1-ci maddəsi ilə təyin e dilmiş cəzanın saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz iləd ək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinay ət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına d air məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəm ə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməllərini CM-in 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, birinci və apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabata n müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsirli olması, özünün ibtidai istintaqda verdiyi etirafedici ifadələr, şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid6 və X2 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokol, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/49 nömrəli, 14 yanvar 2022-ci il tarixli rəyi, məhkəmə-ballistik ekspertizasının 03/66 nömrəli, 4 fevral 2022-ci il tarixli rəyi, məhkəmə-ballistik ekspertizasının 03/146 nömrəli, 24 fevral 2022-ci il tarixli rəyi, məhkəmə-na rkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 45 nömrəli rəyi, habelə toplanmış digər sübutlarla onun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edi lməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 228.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 61-ci maddəsinin tələblərinə əməl etməməklə adı çəkilən məhkumun şəxsiyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum cəza təyin edərkən CM-in 61.1.1-ci maddəsinə əsasən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq maddi hüquq normalarının tələblərinin pozulması ilə qərar qəbul etmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası CM-in 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələ rində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsinə əsasən “Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.” Azərbaycan Respublikası CM-in 16-cı maddəsinə əsasən: “16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 16.2. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. əsasən: 1 6.

3. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunm uş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.” İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə 3 (üç) il 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmiş və hökmün icrası zamanı Məhkum yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Məh kum əvvəllər CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, onun barəsində hökm qanuni qüvvəyə minmişdir, onun əməlində təkrar cinayət törədilməsi tərkib elementləri mövcud olsaydı, onun əməli yalnız CM-in 234.4.3-cü maddəsi ilə deyil, həm də CM-in 234.4.2-ci maddəsi ilə tövsif olunmalı idi. İş materiallarından göründüyü kimi həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr Məhkum əməlini CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 234.4.2-ci maddəsi ilə tövsif etməmişlər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ittihamından “təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hal kimi CM-in 61.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsi”nə dair müddəalar xaric edilməli, ona CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il 3 (üç) aya endirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə, həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 1(106)-910/2022 nömrəli qərarı məhkum v ə onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 1(106)-910/2022 nömrəli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 1(099)-377/2022 nömrəli hökmündən “təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hal kimi CM-in 61.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti təkrar törətməsi”nə dair müddəalar xaric edilsin. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il 6 (altı) aydan 9 (doqquz) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, bu cəza Məhkum Lənkər an Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti cəza olaraq 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası CM-in 67 və 68.1.1-1-ci maddələrinə əsasən, yeni bu qərar üzrə təyin edilmiş cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaq la qismən birləşdirilərək Məhkum qəti olaraq 10 (on) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar