Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-925/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-c i maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli, 1(106)19/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)-40/2023 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynov (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə sonuncunun üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32. 5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu tərəfindən apellyasiya protesti, Məhkum və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) apellyasiya protesti və Məhkum apellyasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(099)-40/2023 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaq yolu ilə cinayətlərin məcmusu üzrə Təq sirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirlmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən), V.C.Cəfərov və İ.S.Qılıcov) kassasiya protesti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum yetkinlik yaşına çatmayanı tərbiyə e tmək vəzifəsini daşıyan şəxs - ata kimi xx xxxxxxx 2004-cü ildə anadan olmaqla cinayət törədilən vaxt yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs2 narkotik satışından əldə ediləcək gəlirdən ona da pay verməsi barədə vədlər vermək vasitəsi ilə ağır cinayətlərin törədilməsinə cəlb etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə öz aralarında və barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı digər şəxslə qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin (bundan sonra -güclü təsir edən maddə) satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, sax lanması və daşınması barədə 2021-ci ilin noyabr ayında qabaqcadan razılaşaraq, eləcə də Məhkum və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxsə sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin kütləyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, İran İslam Respublikasının Aslandüz rayonu, Hacılı kənd sakini X3 ilə aralarında əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncu külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdən satış məqsədi ilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlətmiş, bu barədə 24 noyabr 2021- ci il tarixdə səhər saatlarında Məhkum qrupun digər üzvü - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istifadəsində olan "Redmi” markalı mobil telefonda +**********45 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş "WhatsApp” tətbiqinə həmin tele fonda "Əsgər Emi” adı ilə adlar siyahısına əlavə edilmiş İran İslam Respublikasının operatoruna məxsus olan +**********44 saylı mobil nömrə vasitəsilə zəng edərək məlumat verdikdən sonra Məhkum cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs3 Beyləqan rayonu Mil qəsəbəsində yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X vəfatı ilə bağlı təşkil edilmiş "cümə axşamı” mərasimində iştirak etmək bəhanəsi ilə Təqsirləndirilən şəxs3 ilə birlikdə, eləcə də qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə özünün etibarnamə əsasında idarə etdiyi "XXXX” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 24 noyabr 2021-ci il tarixdə günorta saatlarında Beyləqan rayonu Mil qəsəbəsinə gedib mərhum X vəfatı ilə bağlı təşkil edilmiş məcli sdə iştirak etdikdən sonra gəldiyi şəxslərlə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, həmin gün saat 23 radələrində Beyləqan rayonunda tanışı ilə görüşmək bəhanəsi ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindən yenidən geri qayıtmış və digər şəxs tərəfindən göndərilmiş Azərbaycan Respublikasının ərazisinə keçirilərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun yuxarıda qeyd edilən hissəsində gizlədilmiş içərisində qeyd edilən kütlələr olan kisənin olduğu yer barədə qrupun digər üzvü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istifadəsində olan "WhatsApp” tətbiqi vasitəsi ilə göndərilmiş koordinatlara və şəkillərə uyğun olaraq 25 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisinə gəldikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 həmin kisəni götürüb gətirmək üçün getmiş, Məhkum cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs3 ilə özünün idarə etdiyi avtomobildə qalaraq Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 həmin kisəni götürüb gətirmələrini gözləmiş, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilmiş ərazidə gizlədilmiş içərisində qeyd edilən kütlələr olan narıncı rəngli bir ədəd kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək Məhkum və cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs3 yanına daşıyarkən həmin gün saat 02:20 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq həmin kisə onlardan götürülmüş, Məhkum Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yaxalandıqlarını görüb idarə etdiyi "VAZ21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə sürüb həmin ərazidən uzaqlaşarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən izlənilərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində saxlanılmış, həmin vaxt Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində magistral yolun kənarında «Pusqu» sərhəd naryadına rəhbərlik edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi polkovnik Zərərçəkmiş şəxs avtomobildən düşüb ö zünü onlara təqdim edərək "Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Məhkum təslim olmasını və əlindəki bıçağı ona verməsini tələb etmiş, lakin o, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələblərini icra etməyə borclu olduğu halda, bunu etməyərək təslim olmaqdan və bıçağı ona verməkdən imtina edərək əlində saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs zərbə vurmağa cəhd edib zor tətbiq etməklə müqavimət göstərmiş, sonuncu bıçağı zor la əlindən alaraq onu zərərsizləşdirdikdən və digər hərbi qulluqçu Şahid4 cinayətdən xəbərsiz olan Təqsirləndirilən şəxs3 saxladıqdan sonra DSX-nin hərbi hissəsinə aparılmış, daha sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 götürülmüş narıncı rəngli bir ədəd kisəyə baxış keçirilərkən kisənin içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243 qram və 248 qram, ümumi təmiz çəkisi 491 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243,1 qram və 232,5 qram, ümumi təmiz çəkisi 475,6 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 50,5 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda nark otik vasitə tiryək, üzərində "Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan, üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram olmaqla, tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 447,75 qram təşkil edən 199 ədəd konvalyutda ümumilikdə 1990 ədəd külli miqdarda üzərilərində "225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı güclü təsir edən həblər, 07 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 999,6 qram, 1060,3 qram, 517,4 qram, 289,6 qram, 531,5 qram, 295,7 qram, 1080,9 qram, ümumi təmiz çəkisi 4775,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə ittiham irəli sürülmüş, lakin birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə o, həmin maddələrlə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ona aid hissədə hökmü dəyişdirilmədən saxlamışdır. Məhkum iddia edir ki, ibtidai istintaq zamanı ona və oğluna polis əməkdaşları tərəfindən təzyiqlər olmuş, bu səbəbdən o həqiqətə uyğun olmayan ifadələri verməyə məcbur olmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə təqsirli bilinib 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olun ur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yek un nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 32.5, 206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 1 43-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi qismən etirafedici ifadəsi (...təxminən 2021-ci il tarixdə həbsxanada tanıdığı X adlı şəxs ona İran İslam Respublikası vətəndaşı X adlı şəxsdən narkotik vasitələr götürə biləcəyini demişdir. Sonra tanışı X adlı şəxs onun mobil nömrəsini İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsə verəcəyini bildirmi ş, həmin zaman cəzaçəkmə müəssisəsində olduğundan oğlu Arazın mobil nömrəsini onlara vermişdir...), “mobil telefona baxış keçiriməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokol (telefonun daxili yaddaşına daxil olduqda “WhatsApp” yazışmalarında aşağıdakı məlumatlar vardır: 25 noyabr 2021-ci il tarixdə saat 00:09-dan 03:25-dək «X» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan REDMİ markalı mobil telefonda olan “WhatsApp” proqramı ilə zənglərin edilməsi, həmçinin fotoşəkillər göndərilməsi və qarşılıqlı yazışmaların olması aşkar olmuşdur), şahid ifadələri, digər məhkum edilmiş şəxslərin və bəraət almış şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması b arədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Odur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri təqsirli bilinməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Məhkum cəzanı n təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri, eyni ilə cinayətlərin məcmusu üzrə yuxarıda qeyd olunan qəti cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2024-cü il tarixli, 1(106)-19/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 05 fevral 2024-cü il tarixli, 1(106)-19/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-925/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-925/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver