Məhkəmə qərarları › İş №1(102)-926/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-926/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-926/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Yusifov Ülvi Rövşən oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 ma y 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 279.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.Hacıyev, M.Bayramov və R.Salmanovdan ibarət tərkibdə) xx xxxx 1983-cü il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 5 azyaşlı uşağı olan, orta texniki təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 228.3 və 279.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib CM-nin 228.3-cü maddəsi ilə 06 (altı) il müddətə, CM- nin 279.1-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Yusifov Ülvi Rövşən tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.O.Əsgərova, hakimlər N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət tərkibdə) 04 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmündən müdafiəçi Yusifov Ülv i Rövşən oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Məhkum CM-nin 228.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası 05 (beş) il müddətə, CM-nin 279.1-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il müddətə endirilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən Məhkuma təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən kassasiya şikayəti veril mişdir. İŞİN HALLARİ: Məhkum ibtidai istintaqı aparılmış 638 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X1 Azərbaycan Respublikası ərazisində yaratdığı və rəhbərlik etdiyi qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşməyə daxil olmuş, dini baxışlarına görə radikallıq mövqeyində olan ibtidai istintaqı aparılmış 638 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər Şahid1, Şahid2, Şahid3, Şahid4 və qeyriləri ilə birlikdə həmin birləşmənin fəaliyyətində iştirak etmiş, silahlı birləşmə üzvlərinin hüquq-mühafizə orqanlarından yayınması və onlara müqavimət göstərməsi istiqamətində fəaliyyətinin təmin olunması üçün xxx, Şahid1lə, Şahid2la, Şahid5 ilə mütəşəkkil dəstə halında birləşərək qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin əldə edilməsi, daşınması, gəzdirilməsi və saxlanılmasında, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmənin həmin silah-sursatla təchiz edilməsində iştirak etmişdir: Belə ki, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin rəhbəri X1 təlimatına uyğun olaraq, Balakən rayonu ərazisində Şahid2 ilə görüşüb sonuncunu və onda olan müxtəlif növ və sayda olan odlu silah və döyüş sursatını Sumqayıt şəhərinə gətirmək barədə Şahid1 tərəfindən verilmiş tapşırığa əsasən, silahlı qruplaşmanın üzvü olan Məhkum 21 sentyabr 2008-ci il tarixdə silahlı birləşmənin digər üzvü Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi "Mersedes-Benz 190" markalı avtomaşınında Balakən rayonuna səfər etmiş və saat təxminən 19 radələrində həmin rayonunun Poçtbina kəndində Şahid2 ilə görüşmüşdür; həmin vaxt Şahid2 Gürcüstan Respublikasının vətəndaşları Şahid3 və Şahid4 ilə birgə sonuncunun idarə etdiyi VAZ-21013 markalı GEO RAY 987 dövlət qeydiyyat nişanlı avtomaşınında "Balakən" nəzarət-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirtdikləri odlu silah və döyüş sursatı hesab edilən "Xİ 7072" və "TP 7473" nömrəli 2 ədəd «Makarov» konstruksiyalı 9 mm çaplı tapança və 9 mm çaplı patronlarla dolu «Makarov» konstruksiyalı tapançaya aid 4 (dörd) ədəd tapança darağı, 6 ədəd əl qumbarası, 46 (qırx altı) ədəd partlayıcı maddələrin detonasiyası üçün nəzərdə tutulmuş elektrodetonatorları, 6 ədəd "Kenvood TK-378" markalı radiostansiyanı və çoxlu sayda müxtəlif çaplı patronları Şahid5 idarə etdiyi "Mersedes-Benz 190" markalı avtomaşınına yükləmişlər; Şahid2 arxasınca "MersedesBenz 190" markalı avtomaşınla gələn Şahid5 və Məhkumla birlikdə Balakən rayonunun Poçtbina kəndində qalmış, Şahid3 və Şahid4 isə Qabalı kəndində silah və döyüş sursatının qalan hissəsini də sərhəddən keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədini saat 19:53 dəqiqədə "Balakən" sərhəd-nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası ərazisinə qayıtmışlar; həmin tarixdə saat 23:57 dəqiqədə Şahid4 və Şahid3 növbəti dəfə "Balakən" nəzarət-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli odlu silah və döyüş sursatı hesab edilən "6380537" və "6708259" №№-li 5,45 mm çaplı 2 ədəd "AK-74" konstruksiyalı avtomat silahını və 5,45 mm çaplı patronlarla dolu "AK-74" konstruksiyalı avtomata aid 6 (altı) ədəd patron darağı, "03100" və "LQ 266" nömrəli 40 mm çaplı 2 (iki) ədəd "RPQ-7V" konstruksiyalı tankaqarşı qumbaraatanları, "RPQ-7" markalı tankaqarşı qumbaraatana məxsus 3 ədəd "PQ-7S" markalı 40 mm çaplı reaktiv mərmiləri və 9 kiloqram 400 qram çəkidə partlayıcı maddə olan plastidı Azərbaycan Respublikası ərazisinə keçirmiş və Balakən rayonunun Poçtbina kəndində Şahid2 təhvil vermişlər; bundan sonra Şahid3 və Şahid4 Gürcüstan Respublikasına, Şahid2, Məhkum və Şahid5 isə sonuncunun idarə etdiyi "Mersedes-Benz 190" markalı avtomaşınında Sumqayıt şəhərinə qayıtmış, Sumqayıt şəhərində silahlar saxlanılan qarajın yerini bildirməmək məqsədilə Şahid2 Şahid5 və Məhkum avtomaşından düşürmüş və özü sükan arxasına oturaraq avtomaşını silahlar saxlanılan 2 saylı qarajın yerləşdiyi Sumqayıt şəhəri, 23-cü məhəllə, 6-cı keçid ünvana gəlmişdir; burada Şahid2 qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirilən həmin silah və döyüş sursatlarını 2 saylı qaraja boşaltmış və geri qayıdaraq "Mersedes-Benz 190" markalı avtomaşını Şahid5 qaytarmışdır; Məhkum 3 oktyabr 2008-ci il tarixdə növbəti dəfə Şahid1 tapşırığına əsasən Şahid2 və Şahid5la birlikdə sonuncunun idarə etdiyi "Mersedes-Benz 190" markalı avtomaşını ilə Balakən rayonuna səfər etmiş və saat təxminən 15:00 radələrində həmin rayonun Poçtbina kəndinə gəlmiş, Şahid2 Gürcüstan Respublikasının vətəndaşı Şahid3 ilə görüşmüş və sonuncunun Şahid4 ilə birlikd ə saat 14:50-də "Balakən" nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirtdikləri odlu silah və döyüş sursatı hesab edilən "İM 6520" və "DB 2977" nömrəli 73 mm çaplı iki ədəd "RPQ-26 Aqlenğ" markalı tanka qarşı təkatımlı reaktiv qumbaraatanları, "RPQ-7" markalı tankaqarşı qumbaraatana məxsus 2 ədəd "PQ-7L" markalı 40 mm çaplı reaktiv mərmiləri, reaktiv mərminin 4 (dörd) ədəd "PQ-7PL" markalı barıt atımı, 6 ədəd əl qumbarasını, 5,45 mm çaplı 2 ədəd "AK-74" konstruksiyalı avtomat silahını, 5,45 mm çaplı patronlarla dolu "AK-74" konstruksiyalı avtomata aid 4 (dörd) ədəd avtomat darağı və çoxlu sayda müxtəlif çaplı patronları təhvil alaraq, Şahid5 idarə etdiyi "Mersedes-Benz 190" markalı avtomaşınına yükləmiş, Şahid3 Şahid4 la birlikdə saat 18:45-də "Balakən" nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına qayıtmış, Şahid2, Məhkum və Şahid5 isə sonuncunun idarə etdiyi "Mersedes-Benz 190" markalı avtomaşınında Sumqayıt şəhəri istiqamətində yola düşmüşlər; Sumqayıt şəhərində silahlar saxlanılan qarajın yerini bildirməmək məqsədilə Şahid2 növbəti dəfə Şahid5 və Məhkum avtomaşından düşürmüş və özü sükan arxasına oturaraq avtomaşını qanunsuz silahlı birləşmənin silahları saxlanılan 2 saylı qarajın yerləşdiyi Sumqayıt şəhəri, 23cüməhəllə, 6-cı keçid ünvana gəlmiş, burada Şahid2 qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirilən həmin silah və döyüş sursatlarını 2 saylı qaraja boşaltmış və geri qayıdaraq "Mersedes-Benz 190" markalı avtomaşını Şahi d5 qaytarmışdır; 14 və 20 yanvar 2009-cu il tarixlərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyatistintaq tədbirləri nəticəsində yuxarıda qeyd olunan odlu silahların, döyüş sursatının, partlayıcı maddələrin, digər hərbi sursatın bir qismi Şahid2 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu döngəsi, 25 saylı evin yaxınlığında olan qamışlıqdakı gizli saxlanc yerindən, digər bir qismi isə ibtidai istintaqı aparılmış 638 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 yaxın qohumuna məxsus Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən bağ evinin həyətyanı sahəsində qazılmış gizli saxlanc yerindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun m üdafiəçisi Yusifov Ülvi Rövşən oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində axtarış elan olunduğu ittihamda qeyd olunsa da, o istintaq orqanından yayınmamışdır və ümumiyyətlə onun barəsində hansısa cinayət işinin olması barədə məhkumun məlumatı olmamışdır. Belə ki, məhkum Rusiya Fedarasiyasının vətəndaşı ilə ailə qurduğundan mütamadi olaraq RF-na rəsmi qaydada dövlət sərhədini keçməklə gedib gəlmişdir, 3-cü qrup əlil olduğundan bütün bu illər ərzində pensiya müavinəti almışdır, müddətin bitməsi ilə əlaqədar ümumvətəndaş pasportunu və şəxsiyyət vəsiqəsini dəyişmişdir. Əgər şəxsin barəsində axtarış elan olunmuşdursa, hətta mülki öhtəliyin yarandığı halda şəxs barəsində icra tədbiri kimi axtarış elan olunduqda belə həmin şəxs nəinki dövlət sərhədini keçə bilir, şəxsi yyətini müəyyən edən sənədin yenilənməsi üçün müraciət etdikdə belə saxlanılaraq məhdudiyyəti qoymuş orqana təhvil verilir. Əgər belə bir ağır cinayətlərin törədilməsində ittiham olunan Məhkum barəsində cinayət işi DTX-nın İŞ-nin icraatında olduğu halda axtarış qərarı olsaydı təbii ki, o nə dövlət sərhədini sərbəst keçə bilərdi, nə pensiya müavinatı ala bilərdi, nə də ki, sənədlərinin alınması üçün müraciət edə bilərdi. Məhkum ittiham olunduğu cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan cinayət məsuliyyətinə cəlb etmə müddəti 12 il nəzərdə tutulsa da, müdafiə tərəfi olaraq hesab edir ki, onun təqsiri yalnız CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli barədə sübuta yetirildiyindən, bu da az ağır cinayətlər kateqoriyasına aid olduğundan onun cinayət məsuliyyətin ə cəlb etmə müddəti keçmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum barəsində 03 sentyabr 2019-cu il tarixli qərarını dəyişdirməklə Azərbaycan Respublikası CM-nin 228.3 və 279.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Ü.R.Yusifov çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qayda sında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsində (məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əla mətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları i lə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 228.3-cü maddəsinin dispozisiyası mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov si lahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə kimi müəyyən edilmişdir. Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 279.1-ci maddəsinin dispozisiyası isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də, onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət it tihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haq lı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 228.3 və 279.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsindəki cinayət təqibinə xitam verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai t əhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 29 iyul 2009-cu il tarixli qərarından görünür ki, Məhkum barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu gündən hesablanmışdır (cild 2, iş vərəqi 104-106). İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 07 dekabr 2018-ci il tarixli 5/7104 saylı xidməti məktubundan və ona əlavə edilmiş 5/287660 saylı arayışdan görünür ki, Məhkum 6 dekabr 2018-ci il tarixdə saxlanılmışdır (2-ci cild, iş vərəqi 64-65). Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Konstitusiya quruluşunun mühafizəsi və terrorçuluğa qarşı mübarizə baş idarəsinin 07 dekabr 2018-ci il tarixli məlumatından görünür ki, “terrorçuluğa və dini eksrt emizmə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qeyd edilən idarənin maraq dairəsinə xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 4 ünvanında qeydiyyatda olan, “Qasırğa” ƏAİ obyekti Məhkum düşmüşdür; Məhkum çeçen qanunsuz silahlı birləşmələrin tərkib hissəsi olan və Dağıstan ərazisində fəaliyyət göstərmiş “Meşə qardaşları” adlanan terrorçu dəstənin üzvlərindən biri olmuş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dəstənin Azərbaycan respublikası ərazisində fəaliyyət göstərən 26 üzvü 2009-cu ildə həbs olunmuşdur; obyekt isə istintaqdan yayınmağa müvəffəq olmuş və 973 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 və 228.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmişdir; Məhkum saxlanılaraq İBİ-yə təhvil verilməsi istiqamətində tərəflərindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində gizləndiyi ünvan müəyyənləşdirilmiş və o, 06.12.2018-ci il tarixdə DTX XTİ ilə birgə həyata keçirilmiş xüsusi əməliyyat tədbiri nəticəsində saxlanılmışdır”. Beləliklə, tədqiq edilmiş cinayət işi materialları ilə bir daha təsdiq olunur ki, Məhkum istintaqdan yayınmış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti “terrorçuluğa və dini eksrtemizmə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri” nəticəsində saxlanılaraq istintaqa təhvil verilmişdir. Cinayət qanunvericiliyinin tələbinə əsasən məhkum Ə.M.Məhərəmov istintaqdan və ya məhkəmədən yayındığından müddətin ax ımı dayanmış, saxlanıldığı vaxtdan isə müddət bərpa olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən, müdafiəçinin məhkumun barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qeyd olunan cinayət əməllərini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkə məsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfində n Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (əvvəllər məhkum olunmamaqla, müsbət xarakterizə olunması, beş azyaşlı övladının olması), cəzasını ağırlaşdıran hal (cinayətin CM-in 279.1-ci maddəsinə münasibətdə mütəşəkkil dəstə tərəfindən törədilməsi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalət li cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 279.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisi Yusifov Ülvi Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar