Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-927/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2021-ci il tarixli, 1(103)-1089/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıda kı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 1984-cü il tarixdə Astara rayonunun Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində bir az yaşlı sağlamlıq imkanları məhdud övladı olan, məhkumluğu olan, Astara rayonunun Kakalos kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 11 iyul 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 20 fevral 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 7-ci Alatava küçəsi, 62 saylı evin 4-cü mərtəbəsində yerləşən 16 nömrəli mənzilə binanın ehtiyat-yanğın çıxışı üçün nəzərdə tutulmuş pilləkən meydançasının həmin mərtəbədə yerləşən eyvanından keçməklə qanunsuz daxil olub, yaşayış sahəsinin yataq otağındakı dolabdan asılmış pencəklərin ciblərindən Zərərçəkmiş şəxs1 məxsus həmin dövr üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə nisbətdə 1700 (bir min yeddi yüz) manat təşkil etmiş 1000 (bir min) ABŞ dolları, 1800 (bir min səkkiz yüz) manat nağd pulu, həmin dolabın yuxarı gözlüyündəki saxlanc yeri hesab edilən mücrünün içərisindən 1150 (bir min yüz əlli) manat qiymətində 01 ədəd 13,9 qram çəkidə 916 əyarlı qızıl sikkəni, 3000 (üç min) manat qiymətində bir cüt brilyant qaşlı qızıl sırğanı, 500 (b eş yüz) manat qiymətində 01 ədəd brilyant qaşlı kişi üçün qızıl nişan üzüyünü, 130 (yüz otuz) manat qiymətində 01 ədəd sadə qaşlı qızıl üzüyü, 130 (yüz otuz) manat qiymətində 01 ədəd qızıl qolbağı, 90 (doxsan) manat qiymətində 01 ədəd qızıl kulonu, 100 (bir yüz) manat qiymətində 01 ədəd üzərində “Quran ayəsi” həkk edilmiş qızıl kulonu və ümumilikdə qiyməti 200 (iki yüz) manat təşkil edən üç cüt qızıl uşaq sırğalarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 8800 (səkkiz min səkkiz yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 01 mart 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 91 saylı evin 11-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzilə binanın ehtiyat-yanğın çıxışı üçün nəzərdə tutulmuş pilləkən meydançasının həmin mərtəbədə yerləşən eyvanından keçməklə qanunsuz daxil olub yaşayış sahəsinin qonaq otağındakı saxlanc yeri hesab edilən tryumonun siyirtməsindən Zərərçəkmiş şəxs2 məxsus 350 (üç yüz əlli) manat qiymətində açar şəkilli kulonu ilə birlikdə “Tiffany” əmtəə nişanlı qızıl boyunbağını, 300 (üç yüz) manat qiymətində “T” hərf şəkilli kulonlu ilə birlikdə qızıl boyunbağını, 200 (iki yüz) manat qiymətində təkqaş kulonu ilə birlikdə qızıl boyunbağını, 300 (üç yüz) manat qiymətində ümumilikdə 5 qram çəkidə qızıl sırğa cütü, habelə qızıl boyunbağıdan ibarət dəsti, 200 (iki yüz) manat qiymətində 01 ədəd “Cartier” əmtəə nişanlı qızıl boyunbağını, ümumilikdə qiyməti 500 (beş yüz) manat təşkil etmiş on cüt qızıl sırğaları və ümumilikdə qiyməti 300 (üç yüz) manat təşkil etmiş 05 ədəd gü müş bilərzikləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 2150 (iki min yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 mart 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 135 saylı evin 7-ci mərtəbəsində yerləşən 35 nömrəli mənzilə binanın ehtiyat-yanğın çıxışı üçün nəzərdə tutulmuş pilləkən meydançasının həmin mərtəbədə yerləşən eyvanından keçməklə qanunsuz daxil olub yaşayış sahəsinin yataq otağındakı saxlanc yeri hesab edilən tyumonun siyirtməsindən Zərərçəkmiş şəxs3 məxsus 3000 (üç min) manat dəyərində 01 ədəd iki hissədən ibarət, üzərində gözmuncuğu təsvirli kulon olan “Cartier” əmtəə nişanlı qızıl qolbağı, 4500 (dörd min beş yüz) manat qiymətində 01 ədəd üzərində xırda briliant qaşları olan, yarpaqşəkilli, ağ rəng çalarlı, qızıl qadın üzüyünü, 2500 (iki min beş yüz) manat dəyərində qızıl sırğa cütü, habelə qızıl qolbaqdan ibarət yaşıl rəng çalarlı, “Emporio Armani” əmtəə nişanlı dəsti, 450 (dörd yüz əlli) manat qiymətində 01 ədəd üzərində ağ rəngli qaşları, qövsvari dairələr şəklində elementləri olan qızıl qadın üzüyünü, 400 (dörd yüz) manat qiymətində 01 ədəd zəncirvari formalı qızıl sepi, 300 (üç yüz) manat qiymətində qızıl sırğa cütü, qızıl kulon, həmçinin qızıl üzükdən ibarət, mərkəzi hissələrində qarışıq rəng çalarlı, “Svarovski” tipli qaş olan dəsti, 800 (səkkiz yüz) manat qiymətində qövsvari formalı, sarı və ağ rəng çalarlı, üzərində xırda ağ rəngli qaşlar olan qızıl qolbağı, 200 (iki yüz) manat qiymətində göz muncuğu şəkilli qızıl kulonu ilə birlikdə nazik qızıl sepi, 500 (beş yüz) manat qiymətində 01 ədəd qızıl saatı və ümumilikdə qiyməti 350 (üç yüz əlli) manat təşkil etmiş müxtəlif çeşidli bijuteriya məmulatları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni ümumilikdə 13000 (on üç min) manat ziyan vurmaqla oğurluq etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(011)217/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 08 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmündən məhkum ed ilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, əməlindən peşman olduğunu, ona təyin edilmiş cəzanın ağır olduğunu, himayəsində serebrial iflic xəstəsi uşağının olduğunu, ailəsinin heç bir yerdən maddi dəstəyinin olmadığını, şikayətçilərin olmamasını nəzərə alıb, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işində olan yüngülləşdirici halları nəzərə almaqla cəzasının yüngülləşdirilməsi haqda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2021-ci il tarixli, 1(103)-1089/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına d air Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-217/2020 saylı, 20 avqust 2020-ci il tarixli hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2021-ci il tarixli, 1(103)-1089/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi barəsində qərar qəbul edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və ape llyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2021-ci il tarixli, 1(103)-1089/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlili k dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
17. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqq ında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
19. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edil məsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. İstinad edilən maddi cinayət hüquq normalarının məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər c inayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
21. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı xəstə uşağının olmasını, cəzasını ağırlaşdıran hal kimi isə cinayətin residivinin olmasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1- ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2021-ci il tarixli, 1(103)1089/2 021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2021-ci il tarixli, 1(103)-1089/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın.